365
münasib hesab etdim. Çünki məqalədə çoxlarını düşündürən və narahat edən
məsələlərə cavab tapmaq olur.
Xeyrulla MƏMMƏDOV
«Ədəbiyyat qəzeti», 21 iyul 2000
Gənc yazıçının ilk kitabı
Bu günlərdə Dövlət Gənc Tamaşaçılar teatrında «Qovuq» kitabının təqdimat
mərasimi keçirildi.
Filologiya elmləri namizədi Abid Tahirli əsər haqqında mərasim
iştirakçılarına ətraflı məlumat verdi. Gənc yazıçıya bundan sonra da gələcək
yaradıcılıq yollarında uğurlar arzuladı.
Şairlərdən Əhməd Qəşəmoğlu və Abbas Abdulla, Vaqif İbrahimoğlu, Liza
Nağıyeva, Muğam Əliyev, Aqil Səmədbəyli, həmyerliləri adından Şəlalə Tahirli və
başqaları çıxış edərək kitabın məziyyətlərindən danışdılar, Aygün Həsənoğluya
yeni yaradıcılıq müvəffəqiyyətləri arzuladılar.
«Xalq qəzeti», 9 yanvar 2001
Mirəvəz RƏHĠMOV
«ġuĢa – Bakı – Paris» - Ġstiqlal mücahidinin tale yolu
...Üzeyir Hacıbəylinin ev muzeyində Azərbaycanın istiqlaliyyəti uğrunda
dönməz mücahidlərdən və milli yaddaşı mühacirətdə yaşadan ictimai xadimlərdən
biri, istedadlı publisist və tədqiqatçı Ceyhun Hacıbəylinin anadan olmasının 110
illiyinə həsr olunmuş yubiley mərasimi keçirilmişdir.
...Ceyhun Hacıbəylinin ömür yolunun və irsinin ilk elmi araşdırıcısı,
filologiya elmləri namizədi, jurnalist Abid Tahirli yubilyarın bəlalı taleyi,
çoxcəhətli ictimai, elmi-mədəni fəaliyyəti barədə aşkarladığı diqqətçəkən
məqamlardan söhbət açdı. Məruzəçi Ceyhun Hacıbəylinin milli demokratik
mətbuatımızın müstəqillik uğrunda tarixi mübarizəyə qoşulmasının önündə gedən
publisist və mətbuat tariximizin ilk tədqiqatçısı olduğunu xüsusi vurğuladı. Əsrin
əvvəllərində çıxan «Kaspi», «Baku», «İrşad», «Tərəqqi», «İttihad» kimi qəzetlərdə
milli oyanış mövzusunun aparıcı müəlliflərindən olan Ceyhun bəy təsadüfi deyil
ki, Azərbaycan Demokratik Cümhuriyyətinin rəsmi nəşri «Azərbaycan» qəzetinin
367
dilində nəşr olunan «Hacı Kərim» («Qafqaz müsəlmanlarının həyatından etüdlər»)
povestini (tərtibçi və ön sözün müəllifi A.Tahirlidir) Üzeyir Hacıbəyovun ev
muzeyinə hədiyyə etdi.
Səadət Qarabağlı,
Üzeyir Hacıbəyovun ev muzeyinin direktoru
«Respublika» qəzeti, 10 iyun 2001.
Ev muzeyində təqdimat
Mayın 19-da Cəfər Cabbarlının ev muzeyində böyük dramaturqun yenicə
çapdan çıxmış «Mənim tanrım – gözəllik» kitabının, həmçinin Xalq yazıçısı
Elçinin «Şəxsiyyət və istedad» («Cəfər Cabbarlının həyatı və yaradıcılığı haqqında
düşüncələr») əsərinin təqdimat mərasimi keçirilmişdir.
«Şəxsiyyət və istedad» kitabında C.Cabbarlının həyat və yaradıcılığı
haqqında düşüncələr həmçinin rus (çevirəni Siyavuş Məmmədzadə) və ingilis
dillərində (çevirəni Turqut Mustafayev və Kirsti Barnet) verilmişdir. Kitabın
redaktorları Dilsuz və filologiya elmləri namizədi Abid Tahirlidir. Məsləhətçiləri
Sultan Hacıyev və psixologiya elmləri namizədi Vaqif Hüseynovdur.
«Ədəbiyyat qəzeti», 26 may 2001.
Hamı Ramiz müəllimə təĢəkkür etdi
...Üzeyir Hacıbəylinin ev muzeyində istedadlı jurnalist, tərcüməçi,
tədqiqatçı, ictimai xadim Ceyhun Hacıbəylinin anadan olmasının 110 illiyi ilə
əlaqədar yubiley tədbiri keçirilmişdir.
...C.Hacıbəylinin yüzlərlə elmi-publisistik məqalənin müəllifi olduğunu
söyləyən filologiya elmləri namizədi Abid Tahirli onun «Hacı Kərim» povestindən
və digər əsərlərindən söz açdı.
Qvami Məhəbbətoğlu
«Zaman» qəzeti, 1 mart 2001
«Azərbaycan mühacirəti»