14
dənizdən yığılmış sədəf, möhrə, xırda satan bədəvilər cəm olur: «Dərya kənarı
döndü kiçik bazara. Təzə gələn gəmilərin adamları da kənara çıxdılar ki, bir qədər
nəfəs alsınlar, çün oturduqları gəmilər o qədər izdihamlıdır ki, dolanmağa, yatmağa
və oturmağa çox zəhmətlə yer tapırlar».
Həcm, məzmun, hətta dil etibarı ilə «Mədineyi-münəvərədən ġamadək»
adlı hissə digərlərindən xeyli fərqlidir. Ən iri həcmli bu hissədə həcc ziyarəti
zamanı rituallar, müxtəlif ölkələrdən bura gələn zəvvarların marşrutları haqqında
ətraflı bəhs olunur, görüşlər, söhbətlər, elmi, dini ədəbiyyata istinadən şərhlər,
mülahizələr geniş yer tutur. Mədain haqqında söhbət açarkən Məhəmməd Ədib
əfəndinin «Mənasük»indən, Səmud gövmündən danışanda «Təsviri-tibyan»
kitabından gətirdiyi sitatlar bir tərəfdən Qutqaşınlının toxunduğu mövzunu açmağa
yardım edirsə, digər tərəfdən müəllifin Şərq mədəniyyətinə, o cümlədən dini-
sxolastik cərəyanlara bələdliyinə, Qərb, rus mühitinin təsiri ilə yetişən müəllifin
dünyagörüşünün nə qədər geniş, zəngin, eyni zamanda təzadlı olduğuna dəlalət
edir. Prof.Əziz Mirəhmədov «Qəribə tale» adlı məqaləsinin «Səfərnamə» ilə bağlı
hissəsində bu qənaətində tam haqlıdır ki, İ.Qutqaşınlı bir yazıçı və mütəfəkkir
olaraq Qərb və rus mədəniyyəti ilə nə qədər bağlı isə, bir o qədər, bəlkə daha artıq,
Yaxın və Orta Şərq mədəniyyəti ilə bağlıdır; həm də bu mədəniyyətin təkcə
mütərəqqi cəhətləri ilə, Firdovsi, Nizami və Sədisi ilə deyil, dini-sxolastik cəhətləri
ilə də bağlıdır.
«ġami-Ģərif» f.e.n. Ədalət Tahirzadənin sonradan üzə çıxardığı
parçalardandır. Məkkənin «yandırıcı gününün altında duman, bulud və yağış»
arzusu ilə yaşayan zəvvarların Şamda bu istəklərinə çatdığını yazan müəllif,
şəhərdə onları qarşılayan yağışdan da çox əziyyət çəkdiyini təsvir edir. Palçığa
batan yüklü dəvələrin sürüşdüklərini, ora-bura ləngər vurub yıxıldıqlarını,
zəvvarların həyəcan və təlaşlarını canlı dillə oxucuya çatdıran İ.Qutqaşınlı
yaddaqalan səhnələr yaradır. «Müqəddəm Şamın tərifini çox eşitmişdik, lakin bizə
o qədər xoş görünmədi» - yazan müəllif təəssüratlarında səmimidir, eyni zamanda
oxucunu da qənaətində inandırmağı unutmur: ev və dükanlar səliqəsiz, küçələr
palçıqlı, divarları sadə, bəzi yerdə uçub-dağılmış vəziyyətdə. Lakin müşahidələrini
oxucudan gizlətməyən yazıçı həyət-bacaların, evlərin içərisinin fərqli – gözəl
görkəmli olduğunu vurğulayır: çarhovuzlu, fəvvarəli həyətlər mərmər və digər
yonma rəngbərəng daşlarla döşənmişdir, nəqqaşlı, əlvan şüşəli pəncərələr göz
oxşayır…
Bu parça digər bir cəhəti ilə də yadda qalır. İ.Qutqaşınlı Şamda bir sıra
tanınmış insanlarla – Rusiyanın Şamdakı vəkili Leonid Telatenidi, Şamın qaim-
məqamı İshaq Paşa, dəftərdar Xəlil bəy, ordu müşiri Məhəmməd Paşa, Ərəbistan
ordusu məclisinin rəisi Fərid Davud Paşa, türbədar Şeyx İbrahim əfəndi Fəraqi,
miralay Həmid bəy Qarslı və digərləri ilə görüşür, ən müxtəlif mövzularda fikir
mübadiləsi edir. Qədim Şamın tarixi abidələrinə, ziyarətgahlarına tükənməz sevgi
və maraqla tamaşa edən İ.Qutqaşınlı seyrici, təsvirçi deyil. O, gördüklərinə,
müşahidə etdiklərinə münasibət bildirir. Yezidin xaraba qalmış imarətini
«murdarlığa» bənzədən və bura nifrət edən müəllif yazır: «Ata-anasından küsən və
hərzə gəzən zükur-ünas qumar oynamağa və fəna işlərə cəm olan yerdir və xeyli
daldalanacaq yerləri dəxi vardır. Biz ordan keçərkən dəxi çox qumar oynayan
15
uşaqlar gördük və hərzə gəzən övrət və yanlarında kişilər gördük». Şamın mövcud
vəziyyəti yazıçının ürəyini göynədir, şəhərin keçmiş şan-şöhrətini bərpa etmək
arzusunu gizlətmir: «Şami-şərif qədim şəhərdir və çox şərafətli məkandır və ziyadə
iyi kəsləri olmuş, amma şimdi hər xüsusda köhnəlmiş kibi görünür və xalqının
təbiəti nəfsaniyyətdə ziyadədir. Qüdrəti-ilahidən iyi kəslər və mövsim istər ki, bir
qədər Şamı oynağa salsın. Və iyi qalası varmış: şimdi xarabadır və özləri
sərəncamsız…».
«ġamdan Beyruta qədər» adlı hissə səfərin 3 gününü əhatə edir.
İ.Qutqaşınlı burada əsasən Beyrutun təsvirinə, şəhərdəki ziyarətgahlara və bir sıra
rəsmi şəxslərlə görüşə aid təəssüratlara yer ayırıb.
«Qüdsi-ġərifdən Ġzmirədək» adlı parça «Səfərnamə»nin əldə olan
nüsxəsinin son, həm də tam olmayan hissəsidir. Burada səfərin təxminən ay
yarımlıq dövrü qələmə alınıb. Diqqətçəkəndir ki, müəllif rus dilində
«Yerusəlimdə» adı altında Qüdsə səyahətlə bağlı plan da tutmuşdur.
Bu hissə İ.Qutqaşınlının təbii gözəlliyə məftunluğunu, vurğuluğunu, təbiətin
təsvirinə marağını bir daha təsdiqləyir. Hələ Şamaxıdan – səfərin ilk günündən
oxucu yazıçının çəmənlərə, çaylara, dağlara, dərələrə necə heyranlıqla tamaşa
etdiyinin və gözəlliyi məhəbbətlə qələmə aldığının şahididir.
İfadə vasitələrinin şirinliyi, zənginliyi və təbii gözəlliyi təsvir üsulu
oxucunun gözləri qarşısında təsirli səhnələr yaradır: «Yafədə söhrü qılıb, konsul
vəkil cənab Mir Əbut hazır edən atlara süvar olub şəhərdən çıxdıq. Bağçalar
arasıyla və kəndlər kənarından – gözəl çəməngah və laləzar düz ilə dörd saat yol
edib, axşama Rəmlə qəsəbəsinə çatdıq. Rum monastırına düşdük. Ay işığı və hava
gözəl olduğuna, dam üstə oturub ətraf cəvanili (tərəfləri – T.A.) seyr etdik. Bizim
məmləkətdə çillənin otuz beşində kürksüz evdə oturmaq mümkün deyil. Şimdi biz
böylə, çöldə oturmuşuq».
Bu parçada müəllifin «dərə arasına düşüb başladıq dağa çıxmağa», «bulaq
üstə düşüb namaz qıldıq», «Yusifət dərəsindən çıxıb, Turi-Zeyta dağının qiblə
tərəfindən keçib», «incir və zeytun ağaclarının altında durub seyr etdik»,
«çəməngah və ağacları seyr etdikcə insanın qəlbi müfərrih olur», «Qışın ortasında
tənəkdə saxlanmış üzüm gördük», «…çeşmədən və həm yağmur suyundan bərgəni
doldurub…, dağları, təpələri dolandıra-dolandıra», «üzüm və zeytun bağçaları ilə
gəlib… dağa çıxıb, oradan dərya… və dağın dibindəki köylər və ətrafında
bağçaları və keçi və mal sürüləri və çəməngahlar qayətdə müfərrih etdi bizi»,
«Gecə külək əsib və bərk yağış yağıb həyətimiz göl kimi oldu və dəryanın
ləpəsinin sədası bizi əyləndirdi», «bağçaları qəribədir, …ətrafında çəpər yerinə
firəng incili o qədər sıx əkilibdir ki, arasından keçmək olmaz – xüsusən tikan olan
vaxt, …bir əncir üstündə 24 ədəd əncir saydım. Portağal və limon, şirin limu və
narınc və türünc və ağacgavanı qayətdə sıx əkilmiş; sıxlığından dili kölgədir.
Üstündə hədsiz meyvələri vardı. Bir budaq kəsdim. Üstündə üzüm salxımı kimi on
yeddi portağal vardı. Bizim yerdə qızıləhmədi alma gətirəndə ona ağacdan dayaq
vuran kimi burda da vurmuşdular. Və qeysi və ərik və badam ağacları da çoxdur.
Bəzi badamlar çiçək açmışdı. Özümüz neçə yüz portağal seçib qırdıq», «və bir
qədər getdikdə dağın dibində və dərya kənarında qədim Dura (şimdi Fantur) və
Ataliyə xarabaları görünür» kimi ifadələr, cümlələr, mətnlər, lövhələr, təsvirlər bir
Dostları ilə paylaş: |