12
Mövzu müəllifin yaxınları ilə birlikdə Həcc ziyarətinə həsr olunmuşdur.
İ.Qutqaşınlı bu əsərlə müqəddəs ziyarəti qeyri-adi yaradıcılığı ilə ikiqat
zinnətləndirmiş, əslində XIX əsr ədəbi irsimizin özünü obrazlı desək, ziyarətgaha
çevirməyə müvəffəq olmuşdur. Tədqiqatçılar Şamaxıdan başlanan yolun –
marşrutun sözlə, cizgi ilə xəritəsini yaratmışlar. «Səfərnamə»ni oxuduqca şəhərləri,
kəndləri, el-obaları, körpü, qala, liman, çay, dağları (əsərdə 300-dən çox (!) yer adı
çəkilir) arxada qoyaraq irəliləyən karvan, dəyişən təbiət mənzərələri, bir-birindən
fərqli məişət səhnələri, irili-kiçikli yaşayış məskənləri, onların həyat və düşüncə
tərzi ilə seçilən sakinləri, abad-xaraba maddi-mədəniyyət abidələri kino lenti kimi
göz önündə canlanır. Təsvirdə mahir fırça ustası, tədqiqdə, təhlildə,
dəyərləndirmədə elm adamı, insanlarla münasibət, ünsiyyət yaratmaqda peşəkar
diplomat İ.Qutqaşınlıya həsəd apara bilər. «Səfərnamə»də müəllif 120 nəfərdən
çox şəxs adı (tarixi, dini, əfsanəsi, rəsmi, hərbi, mülki) çəkir ki, onların əksəriyyəti
ilə təmasda olar, görüşür, söhbət edir. Publisistin qələminin qüdrəti, gücü karvanın
hərəkətini daha cazibəli, oçerki daha oxunaqlı edir.
Əsərin Əziz Mirəhmədov və Ədalət Tahirzadə tərəfindən üzə çıxarılan,
tərtib edilən, kirill və latın əlifbasına çevrilən, nəşr olunan «Şamaxıdan-
Qutqaşınadək», «Qutqaşından Trabzonadək», «Qırmızı dəniz sahillərində»,
«Misirdən ta Süveyş», «Süveyşdən ta Ciddə», «Mədineyi-münəvvərədən
Şamadək», «Şami-şərif», «Şamdan Beyruta qədər», «Qüdsi-şərifdən İzmirədək»
adlı hissələri gedilən və qayıdılan marşrut haqqında tam təəssürat oyadır. Bu
hissələrin hər biri təsvir edilən yer və hadisələr barədə kifayət qədər bilgi versə də,
ümumi mövzunun təqdiminə xidmət edir. Hər bir hekayət haqqında ayrıca bəhs
etməyə ehtiyac duyulur.
Səfərin 200-dən də çox gününə aid qeydləri əhatə edən «Səfərnamə» yolüstü
yaşayış məskənləri, ayrı-ayrı tarixi şəxsiyyətlər haqqında maraqlı məlumatlarla
zəngindir, eyni zamanda ədibin dünyagörüşü, həyat, düşüncə tərzi, doğma dilə, elə-
obaya məhəbbəti, insanlarla ünsiyyət qurmaq və dərin müşahidə məharəti, hərbi və
diplomatik səriştəsi haqqında geniş bilgi verir.
«ġamaxıdan-QutqaĢınadək» adlanan parçada müəllif məqsədini – Allahın
mərhəməti ilə həcc ziyarətinə yola düşdüyünü bildirir. Məmur kimi Şamaxıda 4 il
çalışdığı müddətdə böyük nüfuz, hörmət qazanan İ.Qutqaşınlını böyüklü-kiçikli
şəhər əhalisi iki saatdan da çox müşayiət edir və qonşu rayonun sərhədinə qədər –
Ağsu çayınadək ötürür.
Maçaxıda – İsmayıllı rayonunun Tircan dərəsində yerləşən kənddə müəllif
öz qohumlarının qəbirlərini ziyarət edir. Publisist 2-3 cümlə ilə bu kənd haqqında
geniş məlumat verir: «Maçaxı gəryəsi Qasanı mahalının bəyləri oturan kənddir.
Müqəddəm abadan və gur kənd imiş. İndi həştada qədər ev həmin olur. Özünün
yaxşı bol suları və qabağından cari olan Girdman adlı çay və ətrafında yaxşı
bulaqları və ziyadə meyvə bağları və çəməngahları vardır». İ.Qutqaşınlı «kənd və
ziyarətgahları», «çaylar yarmış dərələrin arasından görünən», «ətəyi qalın meşələr,
göyçəmən qarlı dağları, məşəqqət qayaları» böyük məhəbbətlə təsvir edir və
oxucunun diqqətini mərhum Şirvan xanı Mustafa xanın saldığı və indi xarabaya
çevrilmiş Fit qalası və şəhərinə yönəldir.
13
Bu yerlərin təbiətinin dəyişkən, sərt olduğunu maraqlı epizodla təqdim edir
və göstərir ki, biz Lahıcda olan gecə dağlar tamam qar ilə örtüldü, isti
məmləkətlərdə olan üçün bu çox qəribədir ki, novruzdan bir ay keçmiş qar yağır.
İ.Qutqaşınlı Lahıc əhalisinin sənətkar olduğunu vurğulayır, onların yaxşı tüfəng,
tapanca düzəldiklərini qeyd edir.
Qutqaşın sərhədinə xeyli qalmış «tamam Qutqaşın Sultanzadələri səgirən və
kəbirən və sair alimlər və hacılar» karvanı qarşılayır. Müəllif ona məxsus
Məhəmmədağalı, Qalacıq kəndlərini seyr edəndə, bu yerlərdə keçirdiyi günləri
xəyalına gətirir, nəzəri Dəvədatan dağına sataşanda isə babası Haşı Şəfi sultanın
burada Nadir şah qoşunu ilə döyüşünü xatırlayır.
Qutqaşının yaxınlığındakı Nohurqışlaq kəndində istirahət edəndən sonra
karvan «tamam Qəbələnin əyan və əşxası, alim-üləması» ilə birlikdə Qutqaşına
daxil olur.
«QutqaĢından Trabuzonadək» adlı parçada müəllif Qutqaşında keçirdiyi
günlərlə bağlı həzin və kövrək hisslərini oxucularla bölüşür. «Öz əlim ilə saldığım
bağda bir gün istirahət edib» təkrar yola çıxdığını yazan Qutqaşınlı bu bölgənin
Hacallı kəndindən Ərəş mahalına, sonra «Kürün üstündən Mingəçevir yanında
qurulmuş parom ilə keçib, öz vilayətimizdən ayrılıb Gəncə torpağına ayaq
basdığı»nı yazır. Bu hissədə Qutqaşınlı həyat yoldaşının adını «zövcəmiz Hacı
Bikə» - deyə ilk dəfə təqdim edir.
Gəncə generalın yadına özünün də zabit kimi iştirak etdiyi döyüş səhnələrini
xatırladır. Müəllifin izaholunmaz hisslərilə qələmə aldığı «…bizi Yaradanın evinin
ziyarətinə haman məkandan keçirəm» cümləsini həyəcansız oxumaq mümkün
deyil.
Qutqaşınlı qələminin gücü, qüdrəti hər sətirdə, hər abzasda görünür. O,
Nizami Gəncəviyə xitabən yazır: «Ey Şeyx Nizami, qəbrini görüb, rəhmət oxuyub
ruhundan təvəqqe edirəm: kamalının nöqtə qədərini bizə bəxş edəsən. Rütbətə
çatmaq mümkün deyil».
Qədim Gəncənin təsviri də maraqlı və diqqətçəkəndir. Şəmkir, Zəyəm,
Tovuz, Salahlı, Tiflis, Qori, Suram, Kartskal, Kutaisi, Minqrel, Qulab, Şəfqətil,
Rizə kimi şəhər, qəsəbə və kəndlərin, çoxlu qala, körpü, çay, dağların təsviri
yığcam olduğu qədər də maraqlıdır, müəllif gördüklərini elə şəkildə təqdim edir ki,
oxucu yorulmur, özünü də ziyarətə gedənlərin sırasında hiss edir.
«Qırmızı dəniz sahillərində» adlı parçanın təəssüf ki, xeyli hissəsi cırılmış,
mətndə böyük bir hissə yararsız hala düşmüşdür. Bununla belə, burada bədəvi
ərəblərin məişəti, həyat tərzi, sahilboyu yaşayış məskənlərinin konstruksiyası,
həddən artıq rütubətli havası barədə müəyyən təəssüratlar yaranır.
«Misirdən ta SüveyĢ» adlı hissədən məlum olur ki, zəvvarların hərəkəti
üçün Misir valisi yolboyu çaparxanalar tikdirib, at və arabalar ziyarətçilərə xidmət
göstərir. Burada Süveyş şəhərinin təsviri də maraqlıdır. Həcc ziyarəti dövründə
şəhər izdihamlı olur. Süveyişin özündə su yoxdur, bura at-eşşəklə bir neçə
kilometrlikdən tamlı quyu suyu gətirilir. Havası gündüzləri isti və gecələr çox
rütubətlidir.
«SüveyĢdən ta Ciddə» adlı parçada zəvvarların gəmi ilə hərəkəti təsvir
olunur. Gəminin Tur limanına yan alması ilə su, xurma, qarğıdalı, üzüm, eləcə də
Dostları ilə paylaş: |