Abġd tahġRLĠ



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə171/176
tarix04.02.2018
ölçüsü5,01 Kb.
#23877
1   ...   168   169   170   171   172   173   174   175   176

 
357 
böyük əksəriyyəti müstəqil Azərbaycanla əlaqə saxlayır, onun bayrağını uca tutur, 
onunla qürurlanır və imkanları daxilində bu dövlətin mənafeyini müdafiə edirlər. 
Lakin  müxtəlif  siyasi  baxışlar  və  maliyyə  problemi  Azərbaycan  naminə  daha 
irimiqyaslı,  ardıcıl,  coşqun  fəaliyyət  göstərməyə  maneçilik  törədir.  Xaricdəki 
mədəniyyət  mərkəzləri  yalnız  müxtəlif  tədbirlər  zamanı  fəallaşırlar.  Fasiləsiz, 
proqramlı fəaliyyətdən bəhs etmək hələlik bir xoş arzudur. 
 
 
 
 
 
 
 
 Müsahibəni apardı: Qüdrət Piriyev 
 
 
  
 
 
 
 
«Xalq qəzeti» 14 oktyabr 2003 
 
 
Söz sərhəd tanımır 
 
Abid  müəllimlə  ilk  tanışlığım  qiyabi  olub.  Onun  dəyərli  alim,  istedadlı 
yazıçı,  gözəl  insan,  təcrübəli  mütəxəssis,  vəfalı  dost-yoldaş,  ləyaqətli  ailə başçısı 
olduğunu mənə neçə-neçə ziyalı danışmışdı. Elə oldu ki, özü ilə tanışlıqdan xeyli 
öncə  dostları,  həmsöhbətləri  ilə  görüşdüm.  Onların  mərifətindən,  davranış 
mədəniyyətindən  məmnun  oldum.  Özü  ilə  ilk  görüşümdə  onun  səbirlə,  təmkinlə, 
həyatdan gətirdiyi misallarla etdiyi söhbətlərini məmnuniyyətlə dinlədim. Bir neçə 
dəfə  müxtəlif  məclislərdə  olan  görüşlərimizdən  sonra  əmin  oldum  ki,  daha  bir 
dostum, qardaşım artıb. 
...İndi mənim şəxsi kitabxanamda Abid Tahirlinin avtoqrafla hədiyyə etdiyi 
bir çox kitabı var... 
 
 
 
 
 
 
 
 
 
Ramin MƏMMƏDOV 
 
 
 
 
 
       Azərbaycan Yazıçılar Birliyinin üzvü  
 
 
 
 
 
       «Kredo» qəzeti, 28 sentyabr 2002 
 
«Azərbaycan mühacirəti» - sanballı tədqiqat iĢləri 
 
 
Yaradıcılıq qabiliyyətindən söz açarkən istər-istəməz mənəviyyat göz önünə 
gəlir. Atalar demiş: «Alim olmaq asandır, insan olmaq çətin». 
Abid  Həmid  oğlu  Tahirli  insan  kimi  yüksək  mənəvi  dəyərlərə,  əxlaqi 
keyfiyyətlərə malik olan bir ziyalı. Müəllim kimi doğru istiqamət verən, humanist 
bir öyrədici, dostluğunda sədaqətli və təmənnasız bir insan və ən nəhayət jurnalist, 
publisist, yazıçı, tədqiqatçı alim kimi istedadlı bir qələm sahibi. 
Abid  Tahirli!  20  ildən  çoxdur  ki,  Azərbaycan  mətbuatında  özünəməxsus 
yeri,  üslubu,  deyim  tərzi  olan,  kövrək  duyğulara  bələnən  bir  imza.  Və  20  ildən 
çoxdur  ki,  Abid  müəllim  yorulmaq  bilmədən  kitabxanalarda,  arxivlərdə, 
səyahətlərdə,  muzeylərdə  axtarır,  arayır.  Hər  axtarışından  sonra  sanballı, 
diqqətəlayiq bir əsər, kitab yaranır. Bu günlərdə «Tural-Ə» Nəşriyyatı Poliqrafiya 
Mərkəzi  tərəfindən  yüksək  tərtibatla  nəşr  olunan  «Azərbaycan  mühacirəti»  adlı 
əsəri onun oxuculara yeni töhfəsidir. 


 
358 
 
 
 
 
 
 
 
 
 
Qərənfil DÜNYAMĠN qızı 
 
 
 
 
 
 
   «New press» qəzeti  2 iyun 2001 
 
 
 
«Azərbaycan mühacirət mətbuatı» 
 
Abid Tahirlinin əsərinin ikinci hissəsi də nəşr olunub 
 
 
zərbaycan  mühacirət  mətbuatının  ilk  və  sanballı  araşdırıcılarından  olan 
filologiya elmləri namizədi Abid Tahirlinin «Azərbaycan mühacirət mətbuatı» adlı 
əsərinin ikinci hissəsi bu günlərdə çapdan çıxıb. 
«Ozan» nəşriyyatında buraxılan 276 səhifəlik bu əsərin əvvəl nəşr olunmuş 
birinci  hissəsində  Azərbaycan  mühacirətinin  «Yeni  Qafqasya»,  «Odlu  yurd», 
«Azərbaycan yurd bilgisi» (İstanbul), «Azərbaycan» (Paris), «İstiqlal», «Qurtuluş» 
(Berlin),  «Azərbaycan»  (Ankara)  kimi  mətbu  orqanları,  onların  nəşr  tarixi,  milli 
istiqlal  uğrunda  ideoloji  mübarizəsi,  mövzusu,  ideya  istiqaməti,  habelə  yazarları, 
dərc  olunmuş  materialların  dil-üslub,  sənətkarlıq  xüsusiyyətləri  haqqında 
məqalələr verilib. 
Kitabda  həmçinin  ayrı-ayrı  mühacir  publisistlərin,  fərdi  yaradıcılıq  və 
fəaliyyəti  ilə əlaqədar  maraqlı  materiallar,  mühacirət  mətbuatının  tədqiqi  ilə bağlı 
müxtəlif müəlliflərin araşdırılmalarına münasibəti əks etdirən yazılar da oxucuların 
diqqətinə təqdim olunub. 
Kitabda  müəllifin  mühacirətin  digər  problemləri  ilə  bağlı  mətbuatda  dərc 
olunmuş  bir  sıra  aktual  məqalələri  də  verilib.  Kitab  ölkənin  ali  məktəblərinin 
jurnalistika  fakültəsinin  tələbələri  və  Azərbaycan  mühacirəti  problemi  ilə 
maraqlananlar üçün nəzərdə tutulub. 
 
 
 
 
 
 
 
 
 
«ġərq» qəzeti 
  
 
 
 
 
 
 
 
                          23 oktyabr 2003 
 
 
«Azərbaycan mühacirəti» 
 
Abid  Tahirlinin  yeni  kitabında  mühacirətdə  yaşamaq  məcburiyyətində 
qalan tanınmış soydaşlarımızın fəaliyyətindən söhbət açılır. 
 
«Tural-Ə»  Nəşriyyat  Poliqrafiya  Mərkəzi  bu  yaxınlarda  Azərbaycan 
Yazıçılar Birliyinin və Jurnalistlər Birliyinin üzvü, Həsən bəy Zərdabi mükafatının 
laureatı,  filologiya  elmləri  namizədi  Abid  Tahirlinin  «Azərbaycan  mühacirəti» 
kitabını çapdan buraxıb. 


 
359 
Kitabda  Azərbaycan  mühacirətinin  təşəkkül  tarixi,  coğrafiyası,  həyat  tərzi, 
sosial  tərkibi,  sayı,  mədəniyyət  mərkəzləri,  mətbuat,  eləcə  də  taleyin  hökmü  ilə 
qürbətdə  məskunlaşan  soydaşlarımızın  bir  qisminin  vətən  yolunda  fəaliyyətindən 
ətraflı bəhs olunur, mühacirətin problemləri zəngin qaynaqlar əsasında araşdırılır. 
Kitab  mühacirət  problemi  ilə  maraqlanan  tarixçi,  filoloq,  jurnalist,  tələbə  və 
aspirantlar, habelə  xaricdəki həmvətənlərin həyat  və  düşüncə  tərzi ilə  maraqlanan 
oxucular üçün nəzərdə tutulub. 
 
 
 
 
 
 
 
 
 Mirəvəz RƏHĠMOV 
 
 
 
 
 
 
 
«525-ci qəzet»  20 may 2001 
 
 
 
«Sözlə yarananlar, sözü yaĢadanlar» 
 
Tanınmış alim və jurnalist Abid Tahirlinin yeni kitabı çapdan çıxıb. 
 
Söz sehrli bir aləmdir. Bu kəlmə səslənəndə təsəvvürümüzdə Nizami, Füzuli, 
Vaqif,  Sabir…  və  digərləri  canlanır,  onların  sözlə  yaratdıqları,  sözə  verdikləri 
qiymət  yada  düşür.  Nizamini  Nizami,  Füzulini  Füzuli,  Vaqifi  Vaqif,  Sabiri  Sabir 
edən də söz olub, onları yaşadan da… 
«…Sözdən  yaranan  insan  həmişə  sözlə  yaşamağa  səy  edib,  təxəyyül  və 
təfəkkürünün  imkan  verdiyi  çərçivədə  ecazkar  bir  «dünya»  yaradıb.  İnsanın  ən 
böyük  qüdrəti,  möcüzəsi  sözlə  yaratdıqlarındadır»  -    bu  fikirlər  söz  aləmində  öz 
yeri  olan,  sözü  ilə  seçilən,  tanınmış  jurnalist,  mətbuat  tariximizin  araşdırıcısı, 
filologiya  elmləri  namizədi  Abid  Tahirlinin  «Əbilov,  Zeynalov  və  oğulları» 
mətbəəsində  nəfis  şəkildə  yenicə  çapdan  çıxan  «Sözlə  yarananlar,  sözü 
yaşadanlar» kitabından götürülüb. 
«Azərbaycan  mühacirəti»  kitabıyla  geniş  oxucu  kütləsinin  rəğbətini 
qazanmış  A.Tahirlinin  «Sözlə  yarananlar,  sözü  yaşadanlar»  adlı  yeni  kitabı 
oxuculara dəyərli töhfədir. 
 
 
 
 
 
 
 
 
 
Zaur ZEYNALLI 
 
 
 
 
 
 
 
 
  Elçin ƏLĠOĞLU 
 
 
 
 
 
 
 «525-ci qəzet» 17 noyabr 2001 
 
 
Mühacirət mətbuatı ilə bağlı dəyərli kitab 
 
Tədqiqatçı Abid Tahirlinin yeni çapdan çıxan kitabı Azərbaycan mühacir 
mətbuatının tarixinə işıq salır. 
 
Mühacirət  ədəbiyyatı  problemləri,  xüsusilə  də  mühacir  mətbuatı  ilə  bağlı 
maraqlı  tədqiqatların  müəllifi,  filologiya  elmləri  namizədi  Abid  Tahirli  bu 
mövzuda  dövri  nəşrlərdə  sanballı  məqalələrlə  ardıcıl  çıxışlar  edir.  Alimin  bu 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   168   169   170   171   172   173   174   175   176




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə