Abġd tahġRLĠ



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə170/176
tarix04.02.2018
ölçüsü5,01 Kb.
#23877
1   ...   166   167   168   169   170   171   172   173   ...   176

 
354 
A.Tahirlinin  tədqiqatları  onu  da  sübut  edir  ki,  mühacirətdəki  qələm 
ustalarımız  tək  Azərbaycanın  dərdini  deyil,  imperiya  işğalı  altındakı  bütün  türk 
millətlərinin  başına  gətirilənləri  də  öz  yazılarında  dünya  xalqlarına  çatdırmışlar. 
Bizim  mühacir  nəşrlərimiz  çap  olunduqları  ölkələrin  kütləvi  informasiya 
vasitələrinin  də  diqqətindən kənarda qalmamış, yeri  gələndə mötəbər  mənbə kimi 
burada dərc olunan materiallara istinad edilmişdir. 
Bu  qəzet-jurnallar  həm  də  milli  mədəniyyətimizin,  ədəbiyyatımızın 
təbliğatçısı və daşıyıcısıdır. Vətəndə baş verən hər bir ədəbi-mədəni hadisə, yenilik 
mütləq  bu  nəşrlərin  səhifələrində  öz  əksini  tapırdı.  Qan-qada  ilə  dolu  şanlı 
tariximizin şahidləri və salnaməçiləri öz fədakar mübarizələri ilə tədqiq və təbliğ 
olunmaq haqqını qazanmışlar. 
 
 
 
 
 
 
 
 
  
 Mətanət AĞAYEVA 
            
 
 
 
 
 
           «Xalq qəzeti» № 255  
        5 noyabr 2002 
 
 
Sözdən yarananların sözü 
 
Filologiya  elmləri  namizədi, jurnalist  Abid  Tahirlinin  bu günlərdə  «Əbilov, 
Zeynalov  və  oğulları»  nəşriyyatında  çap  edilmiş  «Sözlə  yarananlar,  sözü 
yaşadanlar»  kitabı  xalqın  taleyində,  milli-mədəni  şüurunda,  tarixində  sözün 
rolundan söhbət açır. 
Bu  kitabda  XX  əsrdə,  xüsusilə  ötən  yüzilliyin  80-ci  illərinin  sonu,  90-cı 
illərinin  əvvəllərində  Azərbaycan  xalqının  tarixində  və  taleyində  iz  qoyan 
hadisələrə  milli  şüur,  milli  hərəkat,  milli  ideologiya  kontekstində  nəzər  salınır, 
hadisələr  şərh  edilir,  söz,  sənət  sahiblərinin,  siyasət  adamlarının  fəaliyyətindən 
bəhs olunur. Müəllifin qeyd etdiyi kimi, xalqımızın tarixi, mədəniyyəti, ədəbiyyatı, 
adət-ənənələri, həyat tərzi, xarakteri sözdə yaşayır, şifahi və yazılı ədəbi nümunələr 
söz  xəzinəmiz  millətin  ən  böyük  sərvətidir.  Bu  kitab  da  öz  sahiblərini,  onların 
irsini,  sözlərində  yaşayan,  müqəddəs  miras  kimi  nəsillərdən-nəsillərə  ötürülən 
məslək, əqidə və idealları, bu yoldakı cəfakeşliyi, fədakarlığı, eyni zamanda sözün 
insanda  yaratdığı  hiss-həyəcanı,  sevinc  və  kədəri  anmaq  kimi  bir  niyyətdən 
yaranmışdır. 
Kitabın  «Milli  hərəkat  milli  ideologiya  və  mətbuat»  adlanan  I  hissəsində 
1988-ci  ilin  yanvarından  nəşrə  başlayan,  elə  ilk  nömrələrindən  həm 
respublikamızda,  həm  qürbətdə  yaşayan  həmvətənlərimiz  arasında  böyük  marağa 
səbəb  olan,  səhifələrində  xalqı  düşündürən,  narahat  edən  problemlərdən  söhbət 
açan  «Vətən»  cəmiyyətinin  orqanı  «Odlar  yurdu»  qəzetinin  nəşr  tarixindən, 
fəaliyyətindən bəhs olunur. 
Bu qəzet zamanın çox təlatümlü bir dövründə nəşrə başlamışdı. Üç əlifba ilə 
çap  olunan,  xaricdəki  həmvətənlərimiz  arasında  da  geniş  yayılan  qəzetin  80-ci 
illərin sonu, 90-cı illərin əvvəllərində respublikamızı dünya ictimaiyyətindən təcrid 
edən informasiya blokadasını yarmaqda müstəsna xidmətləri danılmazdır. 


 
355 
Kitabın  II  fəslində  isə  A.Tahirlinin  Azərbaycanın  görkəmli  siyasi,  ictimai 
xadimləri, sənət adamları ilə müsahibələri verilib. 
«Tədqiqatlar  və  tədqiqatçılar»  adlanan  III  bölmədə  A.Tahirli  bir  neçə 
məqaləni ədəbi-mədəni, ictimai-fikir tariximizdə öz yeri olan Ceyhun Hacıbəylinin 
yaradıcılığına həsr etmişdir. Müəllif bu məqalələrdə oxucunu C.Hacıbəylinin həyat 
və  yaradıcılığı  ilə  tanış  edir,  onun  publisistikasında  islami  dəyərlərlə  bağlı 
faktlardan,  mətbuat  tariximizin  ilk  araşdırıcılarından  biri  kimi  bu  sahədə,  həm  də 
folklor sahəsində apardığı tədqiqatlardan söhbət açır. 
Sonuncu  bölmədə  isə  oxucular  «Son  ucu  ölümlü  dünya»  adı  altında 
müəllifin  valideynlərinə  həsr  etdiyi,  kövrək  notlarla  qələmə  alınmış  xatirələrlə 
tanış  olacaqlar.  A.Tahirli  bu  bədii-publisistik  qeydlərində  cəmiyyət  üçün  layiqli 
vətəndaşlar yetirən sadə zəhmət adamlarının portretini yarada bilib. 
 
 
    Mətanət AĞAYEVA 
 
 
 
 
 
 
          «Xalq qəzeti» 25 dekabr 2001 
 


 
356 
 
Qəzet və jurnal səhifələrindən qısa-qısa 
 
Söz silaha çevriləndə… 
 
Abid Tahirlinin «Əbilov, Zeynalov və oğulları» nəşriyyatında çapdan çıxan 
yeni  kitabı  «Sözlə  yarananlar,  sözü  yaradanlar»  adlanır.  Müəllif  yazdığı  qısa 
müqəddimədə özünün məramını və publisistik məqalələrdən, elmi araşdırmalardan 
ibarət toplunun məziyyətlərini səciyyələndirir. 
Kitab dörd fəsildən ibarətdir: birinci fəsli «Milli hərəkat, milli ideologiya və 
mətbuat»  adlandıran  Abid  Tahirli  imperiyanın  süqutundan  sonra  Azərbaycanda 
təbii  surətdə  başlanan  milli-azadlıq  hərəkatına  güzgü  tutur,  elə  o  zaman  yaranan 
«Vətən»  cəmiyyətinin  orqanı  «Odlar  yurdu»  qəzetinin  tarixi  fəaliyyətindən  bəhs 
edir.  Heç  təsadüfi  deyil  ki,  kitabda  təkrarən  nəşr  olunan  cəsarətli  publisistik 
nümunələrin də xeyli hissəsi vaxtilə adını çəkdiyimiz qəzetdə işıq üzü görüb. 
«Sözlə yarananlar, sözü yaşadanlar» kitabını geniş təhlil etməyə imkanımız 
yoxdur.  Ancaq  onunla  ilk  tanışlıq  göstərir  ki,  müəllif  ədəbi  sözü  ram  edə  bilib, 
silahına çevirə bilib. Yəni son cümləsinədək sözünü özünəməxsus şəkildə deməyə 
çalışıb, istəyinə nail olub. 
 
 
 
 
 
 
 
 
 
Ağacəfər HƏSƏNLĠ 
 
 
 
 
 
 
 
 
«Mədəniyyət» qəzeti, 
 
 
 
 
 
 
 
 
 
     dekabr 2001 
 
 
 
Azərbaycan mühacirətinin təĢkilatlanma prosesi  
dönməz xarakter daĢıyır 
 
(A.Tahirlinin «Xalq qəzeti»nə müsahibəsindən) 
 
Azərbaycan  mühacirət  tarixinin  xanlıqların  işğal  dövründən  çox-çox 
əvvəllərə  getdiyini  söyləmək  olar.  Azərbaycanın  öz  tarixini  mükəmməl 
öyrənmədən  Azərbaycan  mühacirətinin  tarixi  ilə  də  bağlı  konkret  fikir  söyləmək 
böyük məsuliyyətdir. O ki, qaldı mühacirətin bugünkü mənzərəsinə, hesab edirəm 
ki, Azərbaycan mühacirəti bu gün təşkilatlanma dövründədir. Azərbaycan lobbisi, 
lobbilik hərəkatı barədə danışanlar yanılırlar və ictimai rəyi aldadırlar. Azərbaycan 
mühacirətinin sayı, yayıldığı coğrafi ərazi, sosial-siyasi tərkibi, maliyyə imkanları 
və yaşadıqları ölkələrdə tutduqları mövqeləri, həyat və düşüncə tərzi barədə dolğun 
məlumat toplamadan düzgün, real qənaətə gəlmək olmaz. Bu gün Türkiyə, Rusiya, 
Almaniya, ABŞ, Danimarka, İsveç, Kanada və bir sıra digər ölkələrdə Cənubi və 
Şimali Azərbaycandan çıxan yüz minlərlə, milyonlarla soydaşımız yaşayır. Onların 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   166   167   168   169   170   171   172   173   ...   176




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə