Abġd tahġRLĠ



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə175/176
tarix04.02.2018
ölçüsü5,01 Kb.
#23877
1   ...   168   169   170   171   172   173   174   175   176

 
368 
 
Jurnalist Abid Tahirlinin «Azərbaycan mühacirəti» adlı kitabı çapdan çıxıb. 
Kitabda  Azərbaycan  mühacirətinin  təşəkkül  tarixi,  coğrafiyası,  həyat  tərzi,  sosial 
tərkibi, sayı, mədəniyyət mərkəzləri, mətbuatı, eləcə də taleyin hökmü ilə qürbətdə 
məskunlaşan soydaşlarımızın bir qisminin Vətən naminə fəaliyyətindən ətraflı bəhs 
olunur,  mühacirətin  problemləri  zəngin  qaynaqlar  əsasında  araşdırılır.  Bundan 
əlavə,  əsərdə  mühacirətimizin  önəmli  şəxslərinin,  o  sıradan  Azərbaycan 
Demokratik  Cümhuriyyətinin  banilərinin  siyasi,  publisistik,  ədəbi  irsinə  də  geniş 
yer verilir. 
Əsər mühacirət problemi ilə maraqlanan tarixçi, filoloq, jurnalist, tələbə və 
alimlər, habelə xaricdəki həmvətənlərimizin həyat və düşüncə tərzi ilə maraqlanan 
oxucular üçün nəzərdə tutulub. 
 
 
 
 
 
 
 
 
 
 
«Ayna» qəzeti, 
 
 
 
 
 
 
 
 
 
25 may 2001. 
 
 
Bir daha «Əli və Nino»nun əsl müəllifinin  
kimliyi haqqında 
 
Hörmətli  xanım  Yaqut  Rza  qızı  Məmmədovaya  bu  məqalə  hava-su  kimi 
gərəkdir. Çünki öz ölkəmizdə və xarici ölkə universitetlərində təhsil alıb, alman dil 
mütəxəssisi  şərəfinə  çatmış  bu  hörmətli  müəllif  «Əli  və  Nino»ya  dair  Almaniya 
mətbuatındakı  məqalələri  şəxsən  öyrənməyə  vaxt  tapmayıbsa,  heç  olmasa  Abid 
Tahirlinin  Almaniyada  buraxılan  bir  qəzetdəki  bircə  məqaləsini  oxumağa  bəlkə 
vaxt tapa. 
 
 
 
 
 
 
 
 
 
       Pənah XƏLĠLOV 
 
 
 
 
 
                   «525-ci qəzet», 25 may 2002. 
Yeni kitablar 
 
Abid  Tahirli.  Sözlə  yarananlar,  sözü  yaĢadanlar,  Bakı,  «Əbilov, 
Zeynalov və oğulları», 2001, 308 səh. 
 
Filologiya  elmləri  namizədi,  Yazıçılar  və  Jurnalistlər  Birliyinin  üzvü, 
Həsənbəy  Zərdabi  mükafatı  laureatı  Abid  Tahirli  müxtəlif  mövzularda  yazılmış 
500-dən  çox  məqalənin  və  «Azərbaycan  mühacirəti»  kitabının  müəllifidir. 
İxtisasca jurnalist olan Abid Tahirli «Odlar yurdu» qəzetində redaktorun müavini, 
«Vətən» Cəmiyyətində Avropa və Amerika ölkələri şöbəsinin  müdiri vəzifəsində 
işləmişdir.  1993-cü  ildən  Azərbaycan  Respublikası  Nazirlər  Kabinetinin  məsul 
işçisidir. 
Müəllifin «Sözlə yarananlar, sözü yaşadanlar» kitabı dörd fəsildən ibarətdir. 
Əvvəlki üç fəsildə XX əsrdə, xüsusilə ötən yüzilliyin 80-ci illərinin sonu və 90-cı 
illərinin  əvvəllərində  Azərbaycan  xalqının  tarixində  və  taleyində  iz  qoyan 


 
369 
hadisələrə  milli  şüur,  milli  hərəkat,  milli  ideologiya  kontekstində  nəzər  salınır, 
cəmiyyətdə  cərəyan  edən  proseslərə  ciddi  münasibət  bildirilir,  söz,  sənət 
sahiblərinin,  siyasət  adamlarının  fəaliyyətindən,  həmçinin  müəllifin  son  illərdəki 
tədqiqatlarından söhbət açılır. 
Kitabın  sonuncu  fəsli  «Son  ucu  ölümlü  dünya»  adlanır.  Valideynlərinin 
vəfatına  həsr  etdiyi  bu  yazılarda  müəllif  şəxsi  kədər  və  düşüncələrə  qapanıb 
qalmır,  daha  çox  sadə  insanların  cəmiyyətdə  tuta  biləcəyi  yerdən  və  roldan  bəhs 
edir. 
 
 
 
 
 
 
 
 
 
«Respublika» qəzeti 
 
 
 
 
 
 
 
 
     16 yanvar 2002. 
 
 
 
Jurnalistika fakültəsinə qəbulda  
qabiliyyət imtahanı 
 
Publisist-tədqiqatçı  Abid  Tahirli  də  jurnalistika  fakültəsinə  tələbə  qəbulu 
zamanı yaradıcılıq müsabiqəsinin keçirilməsini vacib sayır: «Əgər biz jurnalistika 
fakültəsinə  qəbul  zamanı  qabiliyyət  imtahanı  tətbiq  olunan  illərin  nəticələrini 
xatırlasaq,  görərik  ki,  o  illərin  məzunlarının  çox  böyük  əksəriyyəti  bu  gün  də 
jurnalistika  sahəsində  uğurla  çalışır.  Son  illərdə  bu  fakültəni  bitirmiş  məzunların 
fəaliyyəti isə həm kəmiyyət, həm də keyfiyyət baxımından, göz qabağındadır. 
 
 
 
 
 
 
 
      «525-ci qəzet», 26 oktyabr 2002 
 
 
 
 
 
 
 
      Vəli MƏMMƏDOV 
 
 
 
Bir daha Ceyhun Hacıbəyli ilə bağlı həqiqətlər 
 
«…Bu  baxımdan  qələminə  hörmət  etdiyim  sənətşünas  Ziyadxan  Əliyevin 
«Azadlıq»  qəzetinin  24  iyul  2002-ci  il  tarixdə  dərc  olunmuş  «Ceyhun  Hacıbəyli 
neçənci  ildə  anadan  olub?»  məqaləsi  diqqətimi  çəkdi.  Yazı  filologiya  elmləri 
namizədi  A.Tahirlinin  iyun  ayının  15-də  «Ədalət»  və  «525-ci  qəzet»in 
səhifələrində  çap  olunan  «Susmaq  olmur»  tənqidi  məqaləsinə  cavab  olaraq 
yazılmışdır. 
Bu  yazı  haqqında  fikir  söyləməyə  də  bilərdim,  lakin  Z.Əliyevin  əməkdaşı 
olduğum S.Mümtaz adına Dövlət Ədəbiyyat və İncəsənət arxivində olan sənədlərə 
istinad etdiyini, C.Hacıbəylinin həyat və yaradıcılıq fəaliyyəti haqqında müəyyən 
təsəvvürə  malik  olduğumu,  A.Tahirlinin  arxivimizdə  nəinki  Ceyhun  bəy,  hətta 
xaricdə yaşamış bir çox mühacirlər haqqında uzunmüddətli araşdırma aparmış bir 
tədqiqatçı  olduğunu,  ən  əsası  yazıda  təhriflərə  yol  verildiyini  nəzərə  alıb,  bir 
arxivşünas və vətəndaş kimi bu addımı atmağa məcbur qaldım. 


 
370 
 
 
 
 
 
 
 
 
 
 
Aslan KƏNAN 
 
 
 
 
 
 
   «Ədalət» qəzeti, 3 avqust 2002. 
 
 
 
Sənətkarın ikinci ömrü 
 
İlyas Əfəndiyevin dünyasını dəyişdiyi gündən düz altı il keçib, yazıçı ürəyi 
artıq  döyünmür,  lakin  o,  özünün  ikinci  ömrünü  yaşayır.  Bu  müddət  ərzində 
ədəbiyyatşünas  alimlər  onun  haqqında  bir  neçə  kitab  yazıb  çap  etdirmiş,  sənət 
adamları,  yazıçılar,  jurnalistlər,  adi  oxucular  İlyas  Əfəndiyev  haqqında  yüzlərlə 
xatirələr  söyləmiş,  məqalələr  yazmış,  maraqlı  faktlarla  zəngin  olan  məlumatlar 
dərc etdirmişlər ki, bunları bir yerə  yığsaq, neçə cilddən ibarət sanballı nəşr alına 
bilər.  Belə  materialların  yalnız  az  bir  hissəsi  Dilsuz  və  A.Tahirli  tərəfindən 
toplanılaraq,  1999-cu  ildə  «Gənclik»  nəşriyyatı  tərəfindən  ayrıca  kitab  halında 
buraxılmışdır. 
 
 
 
 
 
 
 
 
 
Emin ƏFƏNDĠYEV 
 
 
 
 
 
    «Ədəbiyyat qəzeti», 4 oktyabr 2002. 
 
 
Kitab rəfi 
 
(Abid Tahirli. Sözlə yarananlar, sözü yaĢadanlar 
Bakı, «Əbilov, Zeynalov və oğulları», 2001) 
 
Abid  Tahirlinin  «Sözlə  yarananlar,  sözü  yaşadanlar»  kitabı  dörd  fəsildən 
ibarətdir. Əvvəlki üç fəsildə XX əsrdə, xüsusilə ötən yüzilliyin 80-ci illərinin sonu 
və 90-cı illərinin əvvəllərində Azərbaycan xalqının tarixində və taleyində iz qoyan 
hadisələrə  milli  şüur,  milli  hərəkat,  milli  ideologiya  kontekstində  nəzər  salınır, 
cəmiyyətdə  cərəyan  edən  proseslərə  ciddi  münasibət  bildirir,  söz,  sənət 
sahiblərinin,  siyasət  adamlarının  fəaliyyətindən,  həmçinin  müəllifin  son  illərdəki 
tədqiqatlarından söhbət açılır. 
Kitabın  sonuncu  fəsli  «Son  ucu  ölümlü  dünya»  adlanır.  Valideynlərinin 
vəfatına  həsr  etdiyi  bu  yazılarda  müəllif  şəxsi  kədər  və  düşüncələrə  qapanıb 
qalmır,  daha  çox  sadə  insanların  cəmiyyətdə  tuta  biləcəyi  yerdən  və  roldan  bəhs 
edir. 
 
 
 
 
 
 
 
«Azərbaycan» jurnalı, № 6, 2002. 
 
 
 
Arxiv həqiqətin qarantıdır 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   168   169   170   171   172   173   174   175   176




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə