Abideler indd



Yüklə 8,05 Mb.
Pdf görüntüsü
səhifə4/17
tarix08.09.2018
ölçüsü8,05 Mb.
#67128
1   2   3   4   5   6   7   8   9   ...   17

Tədqiqatçı alim Rəşid 

Göyüşov ərəblərin 

Azərbaycanı fəth 

etdikdən sonra İslamı 

ən son qəbul edən 

bölgənin Ağdam 

olduğunu qeyd 

etmişdir.   

İŞĞAL ALTINDAKI

TARİXİ-DİNİ 

ABİDƏLƏRİMİZ

10



minarələri daxildən sökülmüş, tavanı bir neçə yerdən uçurulmuş, dizayn 

və yazıları pozulmuşdur. Abidə Azərbaycan Respublikası Nazirlər Kabi-

netinin 02 avqust 2001-ci il tarixli 132 №-li qərarı ilə Ölkə əhəmiyyətli 

daşınmaz Tarix və Mədəniyyət abidələrinin siyahısına daxil edilmişdir.

Cümə məscidinin bugünkü vəziyyəti 1954-cü il qəbul edilmiş “Si-

lahlı münaqişə baş verdikdə mədəni dəyərlərin qorunması haqqında” 

Haaqa Konvensiyasının ermənilər tərəfindən pozulduğunu bir daha 

təsdiqləyir. 

AĞDAM RAYONU

11



Qutlu Musa türbəsi və ya Xaçındərbətli türbəsi

Kür-Araz çayları arasındakı inşaat, xüsusilə XIV əsrin başlanğıcında 

daş türbələrin geniş şəkildə yayılması ilə əlamətdardır. Bu abidələrdən 

biri nadir təsadüf edilən səciyyəyə malik türbədir. 

Ağdam rayonunun Xaçındərbətli kəndində yerləşən bu abidə nisbə-

tən alçaq bir kürsülük üzərində yüksələn səkkizbucaqlı piramidaşəkilli 

günbəzlə örtülüdür. Bu abidənin əsas məziyyəti onun həcmində deyil, 

bu ənənəvi quruluşun özünəməxsusluğundadır.

Xaçındərbətli abidəsində yeraltı hissənin varlığı onun qülləvari 

türbələr qrupuna daxil edilməsinə əsas verən başlıca bir əlamətdir.

Abidənin istər daxili səthlərinin, istər daxilindəki günbəzin və 

istərsə də xaricindəki səthlərin işlənməsi binaya təkrarolunmaz bir fərdi 

xüsusiyyət verir. Xaçındərbətli abidəsinin giriş qapısı üzərindəki kitabə, 

onun 1314-cü ildə ustad Şahbənzər tərəfindən Musa oğlu Qutlunun 

məzarı üzərində tikildiyini göstərir. Xaçındərbətli abidəsinin ən zəngin 

Xaçındərbətli 

abidəsinin giriş qapısı 

üzərindəki kitabə, 

onun 1314-cü ildə 

ustad Şahbənzər 

tərəfindən Musa oğlu 

Qutlunun məzarı 

üzərində tikildiyini 

göstərir.

İŞĞAL ALTINDAKI

TARİXİ-DİNİ 

ABİDƏLƏRİMİZ

12



hissəsini giriş səthinin memarlığı və onun daxili günbəzinin stalaktit-

li quruluşu təşkil edir. Xarici səthlər çox da dərin olmayan batıqlarla 

işlənmiş və bu batıqların yuxarı hissəsi tağlara bağlanmışdır.

Abidənin ümumi kompozisiya görünüşündə əhəmiyyətli bir ünsür 

də onun piramida şəkilli günbəzinin üzlüyünü təşkil edən daş tavalar-

dan düzəldilmə örtükdür.

Xaçındərbətli abidəsinin giriş səthində və daxilində olan heyvan 

təsvirləri də son dərəcə diqqəti cəlb edir. Onların içərisində vəhşi hey-

van təsvirləri xüsusilə qeyd olunmalıdır. Azərbaycan memarlığı abidələri 

içərisində bu təsvirləri xatırladan nümunələr Bakıda, Bayıl qalasının 

(XIII əsr) üzərində də var.

Xaçındərbətli abidəsinin daxili günbəzi Şirvan memarlığının daşdan 

oyma stalaktit kompozisiyalarını xatırladır.

Viran edilmiş 

Ağdam şəhəri

AĞDAM RAYONU

13



Tarixi-dini abidələri 



Məbəd (VI əsr) – Kəngərli kəndi 





Yegiş Arakel Məbədi (XII əsr) – Madaqiz kəndi (İNV № 4035)



Ureq Məbədi (XII əsr) – Talış kəndinin qərbində (İNV № 4036)





Məbəd (XIII əsr) – Tərtər çayının yuxarı axarında (İNV № 4038)



Məbəd (XIII əsr) – Maqavuz kəndi (İNV № 4039)





Kilsə (---) – Çerabert kəndi (İNV № 4040)



Məbəd (VI-VIII əsrlər) – Şahbulaq kəndi 





Məbəd (XV əsr) – Maqsudlu kəndi (İNV № 4050)



Məbəd (XVI əsr) – Salahlı-Kəngərli kəndi (İNV № 4053)





Məscid (XIX-XX əsr) – Boyəhmədli kəndi (İNV № 4054)



Məscid (XVIII əsr) – Qiyaslı kəndi (İNV № 4052)





Məscid (XVIII əsr) - Papravənd kəndi (İNV № 4045)



Məscid (XVIII əsr) - Papravənd kəndi (İNV № 4046)





Məscid (1868-ci il) – Ağdam şəhəri 



Ziyarətgahları

Pənah xanın türbəsi (XIX əsr) – Ağdam şəhəri (İNV № 4027)

İŞĞAL ALTINDAKI

TARİXİ-DİNİ 

ABİDƏLƏRİMİZ

14





Qutlu Musa türbəsi (1314-cü il) – Xaçındərbətli kəndi 



Xanoğlu türbəsi (XVIII əsr) – Ağdam şəhəri (İNV № 4028)





Türbə (XIX əsr) – Ağdam şəhəri (İNV № 4029)



Türbə (XVIII əsr) – Papravənd kəndi (İNV № 4043)





Şeyx Nigari türbəsi (XVIII əsr) – Papravənd kəndi (İNV № 4044)



Türbə (XVIII əsr) – Maqsudlu kəndi (İNV № 4051)





Türbə (XIV əsr) – Kəngərli kəndi (İNV № 4055)



 Türbə (XIX əsr) – Ağdam şəhərinin 5 km-də Qaraağac qəbiristan lı-



ğın da (İNV № 4056)



 Türbə (XIX əsr) – Ağdam şəhərinin 5 km-də Qaraağac qəbiristanlı-



ğın da (İNV № 4057) 



 Uğrulla bəyin türbəsi (XIX əsr) – Ağdam şəhərinin 5 km-də Qaraa-



ğac qəbiristanlığında (İNV № 4058)



 Türbə (XIX əsr) – Ağdam şəhərinin 5 km-də Qaraağac qəbiristan lı-



ğın da (İNV № 4059)



Qəbiristanlıq (orta əsrlər) – Papravənd kəndi (İNV № 5750)





Qəbiristanlıq (orta əsrlər) – Qızıllı Kəngərli kəndi (İNV № 5751)



Deşikli ocaq piri (ağac) – Qasımlı kəndi 





Eşq Abdal piri – Üçoğlan kəndi 



Əli pəncəsi (daş) – Yülbalı kəndi 





Seyid Manafın qəbri – Tağıbəyli kəndi



Qara Piri ocağı – Papravəng kəndi 





Cındırlı piri – Kəngərli kəndi 



Seyid Lazım Ağanın məqbərəsi - Çəmənli kəndi 





Daş heykəl – Boyəhmədli kəndi 



Əli pəncəsi ziyarətgahı – Əliağalı kəndi 



Tarixi memarlıq abidələri 



Pənah xanın imarəti (XVIII əsr) – Ağdam şəhəri (İNV № 4026)





İki sandığabənzər abidə (XVI əsr) – Ağdam şəhəri 



İqamətgah (XVIII əsr) – Şahbulaq kəndi (İNV №  4047)





Karvansara (XVIII əsr) – Şahbulaq kəndi (İNV №  4048)



Bürc (XVIII əsr) – Şahbulaq kəndi (İNV №  4049)





Sərdabə (XV əsr) – Ağdam şəhəri (İNV №  4030)



 Hatəm Məlik qalası (XII əsr) – Ağdam şəhəri (Qasapet kəndinin 5 



km-də) (İNV №  4033)

Xürşudbanu Natəvanın 

(Xan qızı) qəbirüstü abidəsi

AĞDAM RAYONU

15



Yüklə 8,05 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   17




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə