Abideler indd



Yüklə 8,05 Mb.
Pdf görüntüsü
səhifə5/17
tarix08.09.2018
ölçüsü8,05 Mb.
#67128
1   2   3   4   5   6   7   8   9   ...   17

İŞĞAL ALTINDAKI

TARİXİ-DİNİ 

ABİDƏLƏRİMİZ

16



AĞDAM RAYONU

17



AĞDƏRƏ RAYONU

Ağdərə rayonu 1930-cu ildə yaradılmışdır. Sahəsi 1705 kvadrat ki-

lometr, əhalisi 44,4 min nəfər olmuşdur. Rayonda iki şəhər tipli qəsəbə, 

60 kənd vardı (1977-ci ilin məlumatlarına əsasən).  10 sentyabr

 

1939-cu 


ilədək

 

Cerabert,



 

1991-ci ilə qədər

 

Mardakert, həmin tarixdən ləğv olu-



nana kimi Ağdərə adlanmışdır. İnzibati mərkəzi

 

Ağdərə şəhəri olub.



 

1992-ci ilin oktyabrında Azərbaycan hökumətinin qərarı ilə Ağdərə 

rayonunu ləğv edilərək, ərazisi Dağlıq Qarabağa aid olmayan üç rayon 

 



Tərtər,

 

Ağdam,



 

Kəlbəcər


 

rayonları arasında bölünmüşdür.

 

 

Rayon ərazisi 17 iyun 1993-cü ildə Ermənistan ordusu tərəfindən 



işğal olunub. 

Ağdərədə İslam istiqamətli bir sıra abidələr mövcud olmuşdur. Bun-

ların arasında ən çox yayılan pirlərdir. Rayon mərkəzindən 10 kilometr 

aralıda yerləşən “Ulduz təpə” piri bölgədə tanınan ziyarət yerlərindən 

olmuşdur.  

Ağdərə rayonu da digər bölgələrimiz kimi tarixi-dini abidələrlə 

zəngindir. Bu ərazilərdə yerləşən bir çox abidələr barədə Ağdam və 

Kəlbəcər rayonlarından bəhs edərkən söhbət açılmışdır. Lakin onlar-

dan Müqəddəs Yelisey məbədi barədə ətraflı məlumat verməyimiz daha 

məqsədəuyğun olacağını düşünürük. 



MÜQƏDDƏS YELİSEY MƏBƏDİ

Albaniyada xristianlığın yayılmasında böyük xidmətləri olmuş apos-

tol Yeliseyin xatirəsinə ölkədə əsrlər boyu bir çox məbədlər tikilmişdir. 

Bunlardan bizim günədək gəlib çatanlardan biri də, Dağlıq Qarabağın 

Ağdərə rayonundakı Müqəddəs Yelisey monastır kompleksidir. Dəniz 

səviyyəsindən 2000 metr yüksəklikdə, uca bir dağın zirvəsində tikilmiş 

və qala divarları ilə əhatə olunmuş monastır kompleksinin əsası V əsrdə 

qoyulub. Xaçın knyazlığı dövründə burada geniş inşaat işləri aparılmış, 

böyük baş kilsə binası, altı kiçik kilsə, bir neçə yaşayış və təsərrüfat bi-

naları tikilmişdir. Yaxşı yonulmuş daşdan tikilmiş baş kilsənin ikimailli 

daş damının üstündə dörd sütunlu ratonda ucalır. XIII-XIV əsrlərə aid 

edilən bu alban kilsəsi geniş ibadət zalından və silindrik tağbəndlərlə 



Rəvayətə görə, məbəd 

Qafqaz Albaniyasında 

xristianlığı ilk dəfə 

təbliğ etmiş Müqəddəs 

Yeliseyin şərəfinə 

tikilmişdir.

İŞĞAL ALTINDAKI

TARİXİ-DİNİ 

ABİDƏLƏRİMİZ

18



tamamlanan sütunları olan kvadrat formalı otaqdan ibarətdir. Monastır 

kompleksində dəfələrlə yenidənqurma və inşaat işləri aparılmışdır.

Bu monastırda vaxtilə alban çarı III Vaçaqanın qəbri olub, sonradan 

ermənilər tərəfindən dağıdılıb, başqa yerlərə aparılımışdır. 

Erkən orta əsr tarixçilərinin məlumatlarına görə, Albaniya hökm-

darı Mömin III Vaçaqan kilsələrin tikintisinə böyük diqqət yetirirdi. Bir 

sıra iri tikililər onun adı ilə bağlıdır. Müqəddəs Yelisey monastır komp-

leksi bu tikililər arasında xüsusi yer tutur. Həmin kompleksin əsas binası 

bazilika tipinə aiddir. Rəvayətə görə, məbəd Qafqaz Albaniyasında xristi-

anlığı ilk dəfə təbliğ etmiş Müqəddəs Yeliseyin şərəfinə tikilmişdir.

Moisey Kalankatlının əsərində Müqəddəs Yelisey məbədinin tikin-

tisi haqqında məlumatlar vardır. Tarixçi, Müqəddəs Yeliseyin Albani-

ya hökmdarı III Vaçaqanın zamanında quru cəsədinin əldə olunması 

barədə danışaraq qeyd edir ki, «müqəddəs Yeliseyin görkəminin meydana 



gəlməsi cəsəd qalıqlarının aparılmasını və lazım olan yerdə dəfn olunmasını zəruri 

etdi, müqəddəs ierey (keşiş) Stefan onun başını Urekan kəndində torpağa tapşırdı. 

Oradan quru cəsəd qalıqlarını müqəddəs Ners-Mihra qardaşlığına köçürdülər və 

bu yer indi Cirviştek adlanır».

AĞDƏRƏ RAYONU

19



Güman etmək olar ki, əvvəllər burada müqəddəs Ners-Mihra qar-

daşlığının kilsəsi tikilmiş, kilsə onların adını daşımışdır. «Uzun müddətdən 



sonra Vaçaqanın burada uca sütun tikdirdiyi» nəzərə alınarsa, ehtimal etmək 

olar ki, buradakı ilkin tikili təxminən V əsrə aiddir.

Moisey Kalankatlının məlumatlarından belə nəticəyə gəlmək olar ki, 

Cirviştek monastırı erkən alban xristian tikililərindən biri olmuşdur.

Kompleksin hal-hazırda mövcud olan qalıqları (baş kilsə, yeddi zəng 

qülləsi, bir sıra yaşayış və təsərrüfat binaları, habelə güclü müdafiə di-

varları) daha sonrakı tarixi dövrün tikililəridir. Abidədəki yazılar bunu 

təsdiq edir. Lakin yazılar arasında elələri də vardır ki, burada qədim 

tikililərin mövcud olması fikrinin xeyrinə dəlillər verir. Baş kilsənin di-

varında həkk olunmuş yazıda deyilir: «Mən, arxidyakon Serob bu müqəddəs 



guşədə əvvəlki özül üzərində müqəddəs apostolun [kilsəsini] tikdirdim».

Bu ilkin tikilinin tədqiqi məqsədilə baş kilsənin Şərq divarı yanında 

arxeoloji qazıntılar aparılmışdır. Qazıntılar nəticəsində xeyli qədim ti-

kinti qalıqları və məişət əşyaları aşkar edilmişdir. Müəyyən olunmuşdur 

ki, Müqəddəs Yelisey məbədi də 8,7 metr uzunluğunda olmuş üçnefli 

bazilika idi. Məbədin şərq tərəfi 

nalşəkilli səcdəgah absidası ilə başa 

çatırdı. Bazilikanın yan neflərinin 

sonlarında keşiş cübbələrinin sax-

landığı yerlər vardır. Məbəd IX-X 

əsrlərdə dağıdılmışdır. 

Hazırda ermənilərin bu mə-

bəd də qriqoryanlaşdırma işlə ri da-

vam edir. Onlar məbədin müxtəlif 

yerlərində qriqoryan xaçlarının 

təfsirlərini yerləşdirmişlər. Lakin 

şəkillərdən də gö 

ründüyü kimi 

bu siyasət o qədər kor 

təbii alı-

nır ki, bu yalançı tarixyaratmaq 

təşəbbüsünün nə qədər gülünc ol-

du ğunu anlamaq o qə dər də çətin 

deyil. 


İŞĞAL ALTINDAKI

TARİXİ-DİNİ 

ABİDƏLƏRİMİZ

20



Yüklə 8,05 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   17




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə