Magistrantların XV Respublika Elmi konfransı, 14-15 may 2015-ci il
340
Таким образом, в современной внешней политике Чехии заметен перенос акцентов с военно-
политической на экономическую и социокультурную сферы деятельности (26, ст. 19-21). На
первый взгляд, это едва ли соответствует цели выстраивания центральноевропейской «вертикали»
во главе с Прагой. Однако опыт последних лет показывает, что за экономическими и
социокультурными акциями следуют попытки продвижения политических и даже военно-
стратегических интересов этой небольшой центральноевропейской страны, имеющей амбиции
регионального лидера.
AZƏRBAYCAN RESPUBLĠKASININ MULTĠKULTURALĠZM SĠYASƏTĠNĠN
ƏSAS PRĠNSĠPLƏRĠ
İbrahimova Ş.Z.
Bakı Slavyan Universiteti
Multikulturalizm – ayrı-ayrı dövlətlərdə və dünyada mədəni fərqlərin qorunub saxlanmasına və
inkişafına istiqamətlənmiş siyasət və bu siyasəti əsaslandıran nəzəriyyə və ideologiyadır.
Azərbaycan müxtəlif etnik və dini qrupların ənənəvi dözümlülük və harmonik birgəyaşayışı
üzərində qurulmuş və həyata keçirilən milli siyasətin aparıldığı çoxmillətli və çoxdinli ölkədir.
Azərbaycan Respublikasının Konstitusiyası ilə mənşəyindən, milliyyətindən, dinindən və dilindən asılı
olmayaraq hər kəsin hüquq və azadlıqlarının bərabərliyinə təminat verilir.Multikulturalizm termini
nisbətən yeni termin olsa da, tarix boyu Azərbaycanda multikultural cəmiyyətlər mövcud olmuşdur.
Azərbaycan qədim dövrlərdən müxtəlif millətlərin, dinlərin və mədəniyyətlərin nümayəndələri
yaşamışdır. Onlar;n Azərbaycan mədəniyyətinin formalaşmasında və multikulturalizmin Azərbaycan
milli identikliyinin tərkib hissəsi olmasında xüsusi rolu var.
Müasir dövrün qlobal xarakterli məsələlərinə dair dialoqlar, fikir mübadilələri və müzakirələr
aparmaq məqsədi ilə hər il tanınmış elm və dövlət xadimlərinin, nüfuzlu beynəlxalq təşkilatların
rəhbərlərinin, o cümlədən dünyanın siyasi, elmi və mədəni elitasının görkəmli nümayəndələrinin iştirakı
ilə və Azərbaycanın milli siyasətini dünyaya çatdırmaq məqsədilə Bakıda humanitar forum keçirilir.
2011, 2012,2013 və 2014-cü illərdə Bakıda Beynəlxalq humanitar forumlarında multikulturalizmin
tədqiqi məsələləri müzakirə olunmuşdur.
Azərbaycan Respublikasının həyata keçirilən düzgün milli siyasət multikulturalizm nəzəriyyəsinin
tətbiq olunması üçün imkan verir. Eyni zamanda, Azərbaycan xalqının tarixən formalaşmış düşüncə tərzi
digər dinlərə və etnik mənsubiyyətə məxsus xalqlarla dinc yanaşı yaşamasına və onların mədəniyyətlərinə
hörmət etməsinə imkan verir.
15 noyabr 2013-cü ildə Prezident İlham Əliyev Bakı və Azərbaycan Yeparxiyasının Pravoslav Di-
ni-Mədəniyyət Mərkəzinin açılışında iştirakı zamanı qeyd etmişdir ki, belə bir mərkəzin açılması Azər-
baycanda dinlərarası münasibətlərin göstəricisidir. Bu fakt respublikamızın tarixən tolerant və çoxkonfes-
siyalı ölkə olduğunu bir daha sübut etməklə yanaşı, ərazisindəki dini baxışların inkişaf etdirilməsi üçün
dövlət dəstəyinin yüksələn xətt üzrə getdiyinin nümunəsidir.
Təbii ki, müasir Azərbaycanda çoxmədəniyyətlilik və müxtəlif konfessiyaların bərabər yaşaması
üçün göstərilən diqqət tarixən ölkənin dövlətçilik ənənələrinin əsasını təşkil edib, müasir tariximizdə isə
bu tendensiya ulu öndər Heydər Əliyev tərəfindən inkişaf etdirilmişdir. Cənab Prezident İlham Əliyevin
hakimiyyəti dövründə həmin siyasi xət davam etdirlir.
Azərbaycanda multikulturalizm, tolerantlıq və dini dözümlülüyün dövlət siyasəti səviyyəsində inki-
şaf etdirilməsinin əsaslarını qədim dövlətçilik tariximiz, o cümlədən bu ənənələrin inkişafını özündə ehti-
va edən azərbaycançılıq ideologiyasında axtarmaq lazımdır.
Ümummilli lider bu ideologiyanın ən gözəl izahını 2001-ci il noyabrın 9-da Dünya Azərbaycanlıla-
rının Birinci Qurultayı zamanı etdiyi çıxışında "Mən
həmişə fəxr etmişəm,
bu gün də fəxr edirəm ki, azər-
baycanlıyam" sözləri ilə ifadə etmiş və dünya azərbaycanlılarını öz milli-mənəvi dəyərlərini unutmamağa,
bizim hamımızı birləşdirən, həmrəy edən azərbaycançılıq ideyası ətrafında birləşməyə çağırmışdır.
Azərbaycançılıq ideologiyası dünya azərbaycanlılarının köklərinə bağlılığını möhkəmləndirməklə
yanaşı, Azərbaycan coğrafiyası daxilində yaşayan müxtəlif mədəniyyətlərin həmrəyliyinə təkan vermiş-
dir. Bu həmrəyliyin əsasını isə tolerantlıq və multikulturalizm təşkil edir. Bir sözlə, azərbaycançılıq ideo-