Magistrantların XV Respublika Elmi konfransı, 14-15 may 2015-ci il
341
logiyası ölkə daxilində müxtəlifmədəniyyətliliyin və dini dözümlülüyün əks olunduğu vahid bir dəyərlər
sistemidir.
Müasir dövrdə Azərbaycanda mədəni, linqvistik, etnik rəngarəngliyin qorunmasına istiqamətlənən
və uğurla həyata keçirilən dövlət siyasəti multikulturalizm sahəsində əsrlərdən bəri toplanmış
böyük tarixi
təcrübənin əhatə olunmasını, zənginləşdirilməsini, cəmiyyətdə bu istiqamətdə əldə olunmuş unikal
nailiyyətlərin beynəlxalq aləmdə təbliğinin gücləndirilməsini zəruri edir.
Beləliklə, Azərbaycan Respublikasının multikulturalizm siyasətinin əsas prinsiplərini ölkədə dini
dözümlük, tolerantlıq mühitinin qorunub saxlanması, müxtəlif mədəniyyətlərə hörmət təşkil edir.
YENĠ DÜNYA NĠZAMINDA QƏRB VƏ BRĠCS ARASINDA YÜKSƏLƏN
GEOPOLĠTK GÜC: TÜRKĠYƏ
Mirzəzadə T.O.
Bakı Slavyan Universiteti
11 sentyabr 1991-ci il tarixi dövrün ABŞ Prezidenti Corc Buşun yarım əsrə yaxın davam edən
soyuq müharibənin artıq bitdiyini və nəticədə ABŞ-ın qalib gələrək yeni dünya nizamında müəyyənedici
tək süper güc olduğunu dünyaya bəyan etməsilə tarixə keçdi. Bu ABŞ-ın timsalında Qərbin yeni uğuru
idi. O dövrün şərtlərinə uyğun olaraq beynəlxalq münasibətlər təkqütblü sistem deyilən anlayışa tabe
etdirilirdi. SSRİ-nin dağılmasıyla bir neçə yüz ildir ki, davam etdirilən "Tezis+Anti-tezis= Sintezis"
düsturu yeni mərhələsinə qədəm qoydu. Qərb, Soyuq müharibə dövrü ərzində SSRİ-ni Anti-tezis olaraq
dünyaya göstərərək, xeyli müttəfiq qazanmış və NATO kimi böyük hərbi gücü və bir çox beynəlxalq və
regional sosial-iqtisadi təşkilatları quraraq öz gücünə güc qatmışdır. SSRİ-ni və Kommunist sistemi
potensial təhlükə olaraq bəyan edərək, Avropada Birlik qurmağı bacaran qərblilər, Sosialist rejimin
süquta yetirilməsilə yeni təhdid axtarışlarına başladı.
90-cı illərin əvvəllərindən Qərbin düşünən beyinləri İslamı demokratiyaya tək potensial rəqib
olaraq görmüş, beləliklə öz kitab və məqalələrində gələcək nəsillərin İslama qarşı anti-patik və düşməncil
olaraq yetişməsi üçün fəaliyyətlərə başlamışdılar. Əsas silah terror, qaynağı isə İslam olaraq göstərilirdi.
Məqsəd İslamiyyəti Qərb başda olmaqla bütün dünyada qorxunun əsas mənbəyi kimi göstərib, qurulan
yeni dünya nizamında İslama qarşı Qlobal bir ittifaq qurmaq idi. Bu yöndə ilk addımlardan birini 1993-cü
ildə "Mədəniyyətlər Toqquşması" adlı məqaləsilə ABŞ stratejisti Samuel Phillips Huntington atmışdır.
11 sentyabr terror hadisələrindən sonra xeyli müddət medya və elm sahəsində aparılan İslam
düşmənçiliyi artıq silahlı fəaliyyətlərlə davam etdirilmə istiqamətini aldı. Buşun 11 sentyabr hadisələri baş
verən zaman etdiyi çıxışlar bu mövzuda çox mühüm əhəmiyyət kəsb edir. Buş: "İslami terror qloballaşdı",
deyərək dünya birliyini İslamiyyətə qarşı birgə mübarizəyə dəvət edirdi. Daha sonra NATO adı altında ABŞ
və Böyük Britaniya orduları Əfqanıstana daxil olarkən Buşun bu addımı "xaçlı yürüyüşü" olaraq
dəyərləndirməsi, Qərbin demokratiya pərdəsi altında nə kimi çirkin əməllərə sahib olduqlarını yenə gün üzünə
çıxardı. Bu fikrə dəstək üçün İSAF( Beynəlxalq Təhlükəsizliyə Yardım Qüvvələri)-ın qurulması əsas
örnəklərdən biridir.
Qərbin genişlənmə məqsədinə vaqif olan Rusiya və Çin 14 iyun 2001-ci ildə Şanxay Əməkdaşlıq
Təşkilatının qurulmasında böyük səy göstərdilər. Belə ki, bu yolla Qərbin amansız yayılmasının qarşısını
ala bilməyi ümid edirdilər. Çünki, Qərb atdığı addımlarla beynəlxalq münasibətləri açıq-aşikar təhdid
edirdi. BMT və oxşar qurumları vecinə almaz davranışlar sərgiləməsi bunu deməyə əsas verir.
Daha sonralar Qərbin iqtisadı sahədə də təhdidkar və məsuliyyətsiz fəaliyyətlər etməsi, Dünyanın
ən sürətli inkişaf edən 5 ölkəsini BRİCS adlı təşkilatda birləşdirdi. İlk rəsmi toplantısını 16 iyun 2009-cu
ildə Yekaterinburqda keçirən Brazilya, Rusiya, Hindistan və Çin, 2010-cu ildə Cənubi Afrkia
Respublikasının da təşkilata daxil olması ilə bu günkü BRİCS adını aldı. 2008-ci ildəki Dünya maliyə
krizisi ilə Avropanın ağır yaralar alması ilə qeyd etdiyimiz ölkələr iqtisadi sahədə xeyli məsafə qət etdilər.
Bu ölkələri bir araya gətirən əsas səbəb yüz ildən çoxdur ki, davam edən Qərb mərkəzli iqtisadi
hegemonluğa qarşı uğur əldə etmək və qərbin iqtisadi boyunduruğundan çıxmaq idi. Bu həm də təkqütblü
dünya sistemindən çoxqütblü dünya sisteminə keçidin ilk addımlarından biri kimi də dəyərləndirilə bilər.
Bir tərəfdə Dünya maliyyə bazarının ÜDM (Ümumi Daxili Məhsul)-sinin 52 %-inə malik Qərb,
digər tərəfdə isə 3 milyar nəfərlik nüfus ilə dünya əhalisinin 40%-inə və ÜDM-sinə görə isə dünya
Magistrantların XV Respublika Elmi konfransı, 14-15 may 2015-ci il
342
səviyyəsində 20% paya sahib BRİCS, bu 2 qruplaşmanın ortasında qalan boşluqda isə dünya enrji
resurslarının 72%-inə malik Orta Şərq deyə adlandırılan İslam coğrafiyası. Qeyd etdiyimiz qlobal güc
olamağa namizəd bu 2 birliyin əsas mübarizə meydanı da dünya ana qitəsinin mərzəki olan keçmiş
Osmanlı torpaqlarıdır. Səbəb həmişə olduğu kimi neft amilidir. Bəhanə isə "insan yerinə qoyulmayan
insanların haqları". Nəzərə alsaq ki, dünyada ən çox enerji istehlak edən ABŞ və AB-dir və digər tərəfdən
inkişaf etməkdə olan ölkələrin ən
iriləri Çin, Hindistan və Brazilya sənayedə neft və təbii qaza bağlılıqları
gündən-günə daha çox artır, o zaman qeyd etdiyimiz fikrin doğru olduğunu əsaslandıra bilərik.
Bu mübarizənin var olduğunu da Suriya örnəyində görə bilərik. BMT TŞ-nın 5 daimi üzvündən
olan Rusiya və Çin Suriyada Əsəd rejiminin getməsinə və ölkədə demokratiyanın qurulmasına qarşı
çıxırlar. Çünki, Suriyada demokratik rejimin qurulması bölgədə Qərbin əlini xeyli gücləndirəcəkdir.
Düzdür, sonradan Qərb Türkiyəni nəzərə alaraq bu istəyindən əl çəkmiş oldu.
Bölgədə bütün bunlar baş verərkən, regional güc mərkəzi olan Türkiyə, bir tərəfdən bölgədə güvən,
sabitlik və sülhü təmin etməyə çalışır, bir tərəfdən çoxqütblü dünyaya keçid prosesi zamanı yaranan
problemlərlə əlləşir, bir tərəfdən də qeyd etdiyimiz 2 böyük ittifaqla regionda mübarizə aparır və ən
nəhayət isə qlobal güc olma yolunda əmin addımlarla irəliləyir. Baxmayaraq ki, Türkiyənin mövcud
iqtisadi və hərbi potensialı qeyd edilən fikirlə təzadlıq təşkil edir, lakin 100 il bundan əvvələ kimi
Osmanlının Orta Şərq, Şimali Afrika, Balkanlar və Qafqazı da əhatə edən geniş bir coğrafiyaya hakim
olması, digər tərəfdən isə yüz illər boyu Avropa, Asiya və Afrikada bir çox dövlət və bənzəri quruluşları
xərac almaq yolu ilə öz tabeçiliyində saxlaması, Osmanlının varisi olan Türkiyənin belə bir addımda uğur
əldə edə biləcəyi fikrini qüvvətləndirir. Həmçinin, Türkiyə ilə bölgə xalqları arasında mədəni və mənəvi
bağlılıq çox yüksəkdir. Əsasən də, Orta Şərqdə nüfusun hamısına yaxını müsəlmandır ki, bu da İslam
aləminin uzun illər öndərliyini etmiş bir millətə region xalqları ilə dil tapmaqda köməklik edir. Buradakı
mövcud dövlət və hökumət başçılarının böyük əksəriyyəti Türkiyəyə qarşı anti-patik bir vəziyyət
içərisində ola bilərlər, lakin xalqların çox böyük əksəriyyəti Türkiyəyə qarşı çox böyük simpatiya
bəsləyirlər. Buna görə də Türkiyənin region dövlətlərinə qarşı istifadə etdiyi əsas xarici siyasət
mexanizması xalq diplomatiyasıdır.
Sosial-iqtisadi münasibətlər çərçivəsində Türkiyənin mövqeyi olduqca uğurludur.
Bölgə ölkələri ilə
satratejik-əməkdaşlıq müzakirələri konfranslarının vaxtaşırı keçirilməsi iqtisadi sahədə atılan addımların
başında gəlir. Bölgənin kasıb əhalisinə qarşı edilən maddi və mənəvi yardımlar, Türkiyənin bölgə
insanlarına qarşı nə qədər həssas olduğunu göstərir.
Hal-hazırda, ABŞ və AB ilə Türkiyə arasındakı münasibətlər çox mənfi yöndə davam edir.
Prosesin bu yöndə inkişaf etməsi Qərbin Türkiyə başda olmaqla, İslam aləminə qarşı ikili və
məsuliyyətsiz yanaşmalar sərgiləməsindən qaynaqlanır. Bir müddət əvvələ kimi dünyanın bir nömrəli baş
bəlası kimi göstərilən Əl-Qaidə terror təşkilatı bu gün Orta Şərqin mərkəzinidə DAİŞ adı altında dövlətə
sahib olursa və özünü dünyanın super gücü, jandarması kimi qələmə verən Qərb buna mane ola bilmirsə
və ya olmursa, bu Qərbin məsuliyyətsizcə davranmasından qaynaqlanır. Bir digər faktor isə Qərb
tərəfindən İranın regionda məzhəb döyüşləri aparmasına göz yumulmasıdır. İraq, Suriya və bu gün də
Yəməndə İranın məzhəb müharibələrini alovlandırılması və regionda daha çox gərginliyin yaradılmasına
Qərbin sadəcə olaraq şifahi nitqlə qarşı çıxması bir digər utanc qaynağıdır. Qeyd etdiklərimiz, Türkiyənin
alovdan bir çərçivə içinə alınmış rəsmidir. Bu şərtlər altında Türkiyənin qlobal güc olması bir kənara,
regional güc olması belə təhdid altındadır. Bu da heç şüphəsiz, həm Qərbin, həm də BRİCS ölkələrinin
yararınadır.
XXI əsrdə beynəlxalq münasibətlər sistemi Soyuq müharibə dövründəki vəziyyətdən qat-qat çətin
haldadır. O dövrdə siyasətçilər əsasən nüvə müharibəsinin çıxma təhlükəsindən ehtiyat edirdilər.
Lakin bu
təhlükə Viyetnam müharibəsindən sonra aradan qalxdı. Müharibədən sonra Nüvə silahı taktiki silah
olmaqdan çıxaraq, stratejik əhəmiyyət daşımağa başladı. Müasir dövrdə beynəlxalq münasibətlərdə
vəziyyətin çətin olmasının birinci səbəbi hadisələrin olduqca sürətli cərəyan etməsidir. Belə bir
vəziyyətdə nəinki, BMT, hətta regional təşkilatlar belə hadisələrə reaksiya verməkdə gecikir və acizlik
nümayiş etdirirlər. Bu kimi məsələlər də baş verən siyasi qeyri-sabitlik vəziyyətinin həllini gecikdirir və
böyük itki və problemlər meydana çıxarır.
Bu şərtlər altında Türkiyənin arzuladığı 2023 hədəflərinə çatması çox çətin və əziyyətli olacaq.
Lakin reallaşacağı da aşikardır. Türkiyənin İstanbulda yenicə inşaatına başlanılan hava limanına
qovuşması iqtisadi baxımdan Türkiyəni dünyanın ilk 10 ölkəsindən biri etməsinə böyük yardım
göstərəcək. Belə ki, Türkiyənin dünyanın ən böyük maliyə mərkəzlərindən biri olması üçün də belə bir