Magistrantların XV Respublika Elmi konfransı, 14-15 may 2015-ci il
344
IX BÖLMƏ
COĞRAFĠYA
AZƏRBAYCANDA BÖYÜK QAFQAZIN ORTA ġƏHƏRLƏRĠNĠN
SOSĠAL- ĠQTĠSADĠ VƏZĠYYƏTĠ
İsazadə V.İ.
Sumqayıt Dövlət Universiteti
Son illər respublikanın
regionlarının inkişafının sürətləndirilməsi dövlətin iqtisadi siyasətinin
başlıca hədəflərindən biri kimi müəyyənləşdirilmişdir.
Şəki-
Azərbaycan Respublikası
ərazisində şəhər. 4
yanvar 1963-cü ildən respublika tabeli şəhərdir. Şəki şəhəri respublikanın şimal-qərbində, Kiş çayının sol
sahilində, dəniz səviyyəsindən 700 metr yüksəklikdə, paytaxt Bakı şəhərindən 370 km aralıda
, Böyük
Qafqaz
sıra dağlarının cənub ətəklərində yerləşir. Azərbaycanın Şəki şəhərinin
Dünyanın Tarixi Şəhərləri
Liqasına
üzv olması barədə 2008-ci il dekabrın 8-də təşkilatın prezidenti, Yaponiyanın Kyoto şəhər
bələdiyyəsinin sədri Daisaku Kodokavadan gəlmiş təbrik məktubunda bildirilir ki,
Dünyanın Tarixi
Şəhərləri Liqasının
İdarə Heyətinin 2008-ci ilin oktyabrında keçirilmiş iclasında Şəki təşkilata üzv qəbul
edilmişdir.
2012-ci ildə abadlıq, quruculuq və tikinti sahəsində görüləcək işlər müəyyənləşmişdir: Şəki Şəhər
İcra Hakimiyyəti və Arxitektura Şəhərsalma Komitəsi ilə birlikdə Şəki şəhərinin Baş Planı hazırlanmışdır.
Baş plana əsasən bir sıra infrastruktur layihələrin həyata keçirilməsi, həmçinin, şəhərin qərbə doğru
genişlənməsi, Oxud, İnçə, Kiş, Qoxmuq kəndlərinin də şəhər ərazisinə daxil olması nəzərdə tutulmuşdur.
Şəkidə Azərbaycan Müəllimlər İnstitutunun Şəki filalı, Şəki Musiqi Kolleci, 84 ümumtəhsil və peşə
məktəbi fəaliyyət göstərir.
Respublikamızın şimal-qərbində 1494 kvadrat kilometr ərazidə yerləşən Qax rayonu şimaldan
Rusiya,
şimal-qərbdən Zaqatala,
qərbdən Gürcüstan,
cənubdan Yevlax və Samux, şərqdən isə Şəki rayonu
ilə həmsərhəddir.
İl ərzində rayonda 56 ümumtəhsil məktəbi, o cümlədən 30 tam orta, 16 ümumi orta, 9 ibtidai
məktəb fəaliyyət göstərmiş, 7373 nəfər şagirdin təlim-tərbiyəsi ilə 1272 nəfər müəllim məşğul olmuşdur.
Onlardan 1093 nəfəri ali (85,9%), 179 nəfəri (14,1%) orta ixtisas təhsillidir.
Rayonun 36 məktəbəqədər tərbiyə müəssisəsində 1830 nəfər uşaq ictimai tərbiyəyə cəlb olunmuş,
4 məktəbdənkənar müəssisədə 1068 nəfər şagirdin asudə vaxtı səmərəli təşkil edilmişdir.
Dərs ilinin yekunlarına görə 616 nəfər I sinifdən II sinfə (ötən il 646 nəfər), 774 nəfər( ötən il 843
nəfər) isə IX sinifdən X sinfə keçmişdir. 774 nəfər orta təhsil haqqında şəhadətnamə, 541 nəfər isə tam
orta təhsil haqqında attestat almışdır.
Respublika Prezidenti cənab İlham Əliyevin sərəncamı ilə keçirilən ―Ən yaxşı məktəb‖, ―Ən yaxşı
müəllim‖ respublika müsabiqəsində şəhər 4 nömrəli tam orta məktəb iştirak etmiş və müsabiqənin qalibi
olmuşdur. Rayonun ümumtəhsil məktəblərinin müəllim və şagirdləri rayon, zona, respublika, beynəlxalq
səviyyəli tədbirlərdə uğurlu nəticələr əldə etmişlər. Belə ki, ‖İnepo- Avrasiya‖ beynəlxalq müsabiqəsində
şəhər 2 nömrəli orta məktəb- lliseyin şagirdləri Elmir Muxtarov və Minayə Əhmədzadə (müəllim Rəna
Əhmədova)II yeri tutaraq ―gümüş‖ medal almışlar . Norveç Təbiəti Mühafizə cəmiyyəti və Azərbaycan
Gənclər İttifaqının ―Enerji və resurslardan istifadə üzrə beynəlxalq məktəbli layihəsi Olimpiadası‖
çərçivəsində keçirilən ―Enerji və ətraf mühit‖ müsabiqəsinin milli turunda rayonun 2,4,5 №-li
məktəblərin müəllim və şagirdləri rayonumuzu təmsil etmiş, uğurlu nəticələr qazanmışlar. Həmin
müsabiqədə iştirak edən 4 №-li tam orta məktəbin şagirdləri Pərvanə Hacıyeva və Ayşən Hacızadə(
müəllim Nəzakət Əzimova), şəhər 2 nömrəli orta məktəb liseyin şagirdləri Səmra Şabanova və Yusif
Yusifli (müəllimi Rəna Əhmədova) I yer tutmuşlar.
2011-2012-ci il tədris ilində rayonun ümumtəhsil məktəblərinin XI sinfini bitirmiş 444 nəfər
məzundan 299-u ali məktəblərə ərizə vermiş, 297 nəfəri isə qəbul imtahanlarında iştirak etmişdir.
Qəbulun nəticələrinə görə ötən dərs ilində 154 nəfər, bu il 160 nəfər tələbə adını qazanmışdır.Otən tədris
ilində 600 -dən cox bal toplayanlarin sayi 16 nəfər idisə,təəsufki bu tədris ilində həmin tələbələrin sayi 8
nəfərdir. Onlardan 3-ü 1 nömrəli, 3-ü 2 nömrəli şəhər, 1-i Qum, 1-I isə Ləkit kənd orta məktəbinin