Magistrantların XV Respublika Elmi konfransı, 14-15 may 2015-ci il
101
IV BÖLMƏ
YENĠ ĠNFORMASĠYA TEXNOLOGĠYALARI
RƏQƏMLĠ DĠAQNOSTĠKA QURĞUSUNUN STRUKTUR SXEMĠ
Həsənzadə A.Ə.
Sumqayıt Dövlət Universiteti
Komponentlər üzrə rəqəmli diaqnostika qurğusunun struktur sxeminin tipik variantı şəkildə
göstərilmişdir (şəkil 1.1). Bu strukturaya malik komponent üzrə diaqnostika qurğusu testlərin
hazırlanması stansiyası kimi də istifadə edilə bilər.
Sistemə aşağıdakı komponentlər daxildir:
-
fərdi kompüter (FK);
-
daxili magistral bloku (DMB);
-
defektlərin axtarışı bloku (DAB);
-
elementlərin parametrləri üçün çeviricilər (EPÇ);
-
funksional yoxlamalar bloku (FYB);
-
rəqəmlə inteqral sxemlərə nəzarət bloku (RİS NB);
-
topologiyaya nəzarət bloku (TNB);
-
nəzarət nöqtələri komutatoru (NNK);
-
kontaktron (K).
Rəqəmli diaqnostika qurğusu çap komponentlərdə qurulmuş diodların, tranzistorların, kiçik və orta
inteqrasiya dərəcəli tranzistor – tranzistor (TTM) və Şotki elementləri əsasında
TTM inteqral sxemlərinin,
rezistorların, kondensatorların və s. işə yararlı olmalarına və qurulma düzgünlüklərinə nəzarəti həyata
keçirir.
DMB-nin giriş şinləri aşağıdakı magistralları formalaşdırır:
-
16 mərtəbəli iki istiqamətli invers verilənlər magistralı;
-
12 mərtəbəli ünvanlar magistralı;
-
xidməti siqnallar magistralı.
Bu magistral 6 mərtəbəli kəsilmələr vektorları şinini özündə birləşdirir.
Drayverlər diaqnostika sisteminin qurğu və bloklarını DMB-nin magistrallarına qoşmaq üçün
istifadə olunur. Bu məqsədlə istifadəçi qurğuların registrlərinə proqram yolu ilə həmlə təşkil olunur.
Elementlərin parametrlrəi üçün çeviricilər bloku (EPÇ) diaqnostika edilən elektron blokunun
parametrlərini (R-L-C) rəqəmli koda çevirir və həm dəyişən və həm də sabit cərəyan siqnalları
rejimlərində fəaliyyət göstərir. Topologiyaya nəzarət bloku (RİS NB) kiçik və orta inteqrasiya dərəcəli
rəqəmli inteqral sxemlrəin diaqnostikası üçün istifadə edilir.
Fuksional yoxlamalar bloku vasitəsilə (FYB) yoxlanılan çap hissələrə daxil olan aktiv elementlərin
(tranzistorların, analoq inteqral sxemlərin və s.) işə yararlıqları yoxlanılır. Defektlərin axtarışı bloku
(DAB) diaqnostika olunan elektrik qurğusunun nasazlıqlarının axtarışını yerinə yetirir və nasazlıqların
növünə uyğun mnemonik işarələmələrin simvollarının kodlarını formalaşdırır.
Nəzarət nöqtələri komutatoru (NNK) vasitəsilə diaqnostika olunan qurğu ilə diaqnostika sistemi
arasında altıya (6) qədər müstəqil izolə olunmuş birləşmələr təmin olunur. Kontaktron vasitəsilə
yoxlanılan çap platası ilə sistem arasında fiziki əlaqə yaratmağa imkan əldə edir.