Ad: Natiq Soyad: Zeynallı Fakültə: İctimai və siyasi elmlər İxtisas: Tarix Qrup: 127 t təcrübə Mövzusu



Yüklə 65,85 Kb.
səhifə3/5
tarix22.04.2022
ölçüsü65,85 Kb.
#85880
1   2   3   4   5
natiq şirvan

İbn əl-Əsirin "yaramaz davranışlı pozğun və ədalətsiz adlandırdığı Şirvanşah I Güştasp 1225-ci ildə devrildi. Taxta onun oğlu III Fəriburz (1225-1243) çıxdı. O, ilk öncə Gürcüstana qaçıb oradan üç minlik qoşunla öz torpağına savaşa gələn atası ilə qarşılaşmalı oldu. Fəriburz qoşun başçılarını yığıb söylədi: "Gürcülər bizi mühasirəyə alsalar, ola bilsin qalib gələcəklər; onda mənim atam bizlərdən kimsəni sağ buraxmayacaq, gürcülərin isə (belə olduqda) ölkəni yarısını, bəlkə də hamısını tutub ələ keçirmələri fəlakət olardı. Yaxşı olar bir həmlə ilə onlara qarşı çıxıb vuruşaq. Biz onlara üstün gəlsək, Allaha şükür olsun, onlar üstün gəldikdə isə mühasirə onsuz da bizimlə olacaq.”

Qoşun başçıları razı oldular. Fəriburz min döyüşçüsü olan atlı alayının başında yağıları əzib dağıtdı. Qaynaqlarda Şirvanşah Fəriburzun bu uğurda sonra qoşun və təbəələri ilə yaxşı davranması, qanunsuz yollarla xalqın əlindən alınmış torpaqları və pulları ona qaytarması yazılmışdır.

Cəlaləddinin və Çormağun Noyonun yürüşlərinin ağır zərbələri Şirvan dövlətini sarsıtmış, fəqət yoxluğa endirə bilməmişdi. 1225-ci ildə Şirvanşahın adından kəsilən pulların üzərində yalnız onun öz ləqəbi: "Əl-Malik əl-müəzzəm Fəriburz ibn Gerşasb", 1226-1242-ci illərdə kəsilən pulların üzərində isə "əl-Malik əl-müəzzəm Əla'əd-Dünya və-d-Din Fəriburz ibn Gerşasb" və Bağdad xəlifəsinin adı bildirilmişdir. Onun oğlu II Əhsitanın ilk hakimiyyət illərini Zəkəriyyə əl-Qəzvini belə qiymətləndirir: "Şirvan müstəqil, asılı olmayan bir vilayətdir. Onun sahibi Əhsitan adlanır".


ŞİRVANŞAH I İBRAHİM

Bu zaman – XIV yüzilliyin 80-90-cı illərində Azərbaycanın siyasi həyatında böyük dəyişikliklər baş verirdi. 80-ci illərin başlanğıcında Şirvanşah Kəsrani evi büsbütün nüfuzdan düşmüşdü. Elxanilər çağında olduğu kimi, Çobanilər və Cəlayirlər çəkişmələri illərində də bu sülalə xalqın dinc yaşayışını təmin edə bilmir, yeni hərbi-siyasi çəkişmə oyunçularının əllərində oyuncaq olurdu. Buna görə 1382-ci ildə Şirvan dövlətini narazılıq bürüdü. Kiçik feodallar və kəndlilər üsyana qalxdılar. Şirvanşah Huşəng öldürüldü, Şirvanşahlar sülaləsinin Dərbəndi qolundan olan İbrahim Şamaxıya dəvət edilərək Şirvanşah taxtına çıxarıldı. O, Huşəngin əmisi oğlu idi, bir neçə il atası ilə Şirvanşahın təqibindən qaçıb Şəki kəndlərindən birində gizlənməli olmuşdu.

Münəccimbaşı xalq çıxışları və ara çəkişmələrindən sonra yerli əyanlar tərəfindən I İbrahimin taxta çıxarılması barədə aşağıdakı rəvayəti söyləyir: "Onlar hökmdarlıq nişanəsi sayılan dövlət atları və elçiləri ilə İbrahimin yanına yola düşərək, onu əkin işindən sonra yorğun düşüb şumlanmış torpaq şırımı yaxınlığında bir ağac altında uyumuş gördülər. Onlar hökmdar qulluqçuları kimi davranaraq onun üzərinə çətir çəkdilər, kənarda dayanıb ayılmasını gözlədilər. Ayılarkən alqışlayıb qarşısında sədaqət andı içdilər. Onu şəhərə (Şamaxıya) gətirib taxtda oturtdular, o da ölkələr fəth edib öz təbəələri içərisində ədalətlə hökm edərək, onların ürəklərini ələ aldı, səxavət göstərdi. 0, güclü mövqe tutaraq ad çıxarıb şöhrət qazandı".

Tezliklə bütün Azərbaycan Teymurilər ilə Qızıl Orda arasında barışmaz çəkişmələrin meydanına çevrildi. 1386-cı ildə Teymurun yürüşünü qabaqlamaq istəyən Toxtamış xan 90 minlik ordu ilə Dərbəndi keçərək Şirvan dövlətini dağıntılara uğratdı, Təbrizə yaxınlaşıb onu mühasirəyə aldı. Səkkiz günlük mühasirədən sonra Təbriz əhalisindən 250 qızıl tümən bac aldı. Ancaq andını pozaraq açılmış şəhər qapılarından qoşunla içəri soxuldu, minlərlə adamı qılıncdan keçirdi. Marağa, Mərənd və Naxçıvanın da aqibəti belə oldu. 200 minə kimi adam əsir aparıldı. Toxtamışın tələsik ölkədən çıxması Teymurun hərbi fəallığı ilə bağlıdır. Hələ 1385-ci ildə Cəlayir qoşunu ilə toqquşub onu əzən Teymur bir il ötdükdən sonra Azərbaycana dönərək yenidən onları əzdi. Təbriz yeni dağıntıya uğradı. Yenə də bir çox günahsız adamlar öldürüldü, sənətkarlar, ustalar ailələri ilə birlikdə Səmərqəndin tikilib bəzədilməsi üçün əsir aparıldı.




Yüklə 65,85 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə