Adau nun Elmi Əsə rl ə ri. G ə



Yüklə 139,92 Kb.
Pdf görüntüsü
səhifə93/109
tarix23.01.2018
ölçüsü139,92 Kb.
#22244
1   ...   89   90   91   92   93   94   95   96   ...   109

   ADAU-
nun Elmi Əsə
rl
ə
ri. G
ə
nc
ə
, 2016, 

1
 
 
166 
 
yaradılması  istiqamətində  işlər  sürətləndirilməli-
dir. 
Regionlarda  turizmin  inkişafı  üçün  poten-
sial həddindən artıq çoxdur. Regionlarda həm tə-
biət,  həm  də  mənzərə  cəhətdən  əlverişli  şərait 
mövcuddur.  Azərbaycanda  turizm  xidmətlərinin 
səviyyəsi yüksək olmadığı üçün turistlər istirahətə 
yox, əsasən Azərbaycanla tanış olmaq üçün səya-
hət  turlarına  gəlirlər.  Turistlərin  99  faizini  Azər-
baycanın tarixi, musiqisi, incəsənəti, təbiəti, folk-
loru, adət-ənənəsi daha çox maraqlandırır. Turist-
lərin  əsasən  yalnız  səyahət  turları  üçün  respubli-
kamızı  seçmələrinə  əsas  səbəb  ölkəmizdə  xidmət 
səviyyəsinin  dünya  standartlarına  uyğunğunsuz-
luğu,  eyni  zamanda  Xəzər  dənizinin  ekoloji  cə-
hətdən təmiz olmaması ilə bağlıdır. Xidmət sahə-
sində çalışan insanlar hələ beynəlxalq standartlara 
tam  cavab  vermirlər.  Bu  da  ondan  irəli  gəlir  ki, 
sovet dövründən sonra ölkəmizdə sözügedən sahə 
üzrə mütəxəssis hazırlayan institut və ya kurs ya-
radılmayıb. Azərbaycanda bu işlərə indi-indi baş-
lanılır. Ölkəmizə istirahətə  gələnlərin sayının az-
lığını çox vaxt xidmətlərin səviyyəsinin aşağı ol-
ması  ilə  izah  etsələr  də,  bu  daha  çox  rəqabətin 
zəif olması ilə əlaqədardır. Ümumiyyətlə, sivil öl-
kələrin  hamısında  turist  şirkətləri,  otellər,  sahib-
karlar bir-birləri ilə xidmətin səviyyəsinin yüksəl-
dilməsi  sahəsində  rəqabət  aparırlar.  Müasir  dün-
yamızda turizm istənilən ölkənin milli dəyərlərin-
dən  birinə  çevrilib.  Ölkə  iqtisadiyyatına  çox  bö-
yük həcmdə gəlir gətirən turizm sektoru istər mil-
li mənfəətə, istərsə də ölkənin dünyada tanınması-
na ciddi təsir göstərməkdədir.  
Respublikamızda  iqtisadiyyatın  yalnız  neft 
amilindən  asılılığının  qarşısının    alınması  istiqa-
mətində tədbirlər həyata keçirilir. Bu istiqamətdə 
turizmin  inkişafı  ayrıca  qeyd  olunmalıdır.  Mə-
lumdur  ki,  ölkənin  turizm  potensialının  inkişafı 
təsərrüfatın  bütün  sahələrinə  təsir  göstərir  və  on-
ların  inkişafını  stimullaşdırır.  Azərbaycan  Res-
publikasında tətbiq olunan turizm siyasəti iqtisadi 
inkişafa yönləndirilir. 
2008-ci  ildə  Avstraliya  hökuməti  tərəfin-
dən irəli sürülən dünya böhranı ilə əlaqədar  iqti-
sadi problemlər yaşayan turizm sektorunu dirçəlt-
məyə  yönələn  “Tətil  yoxdursa,  həyat  da  yoxdur” 
(“no leave, no life”) kampaniyası Avropa Birliyi 
ölkələri tərəfindən də böyük maraqla qarşılanmış-
dı. Avstraliya Turizm Nazirliyi ölkədaxili turizmi 
canlandırmaq məqsədilə “tətilə çıxın” şüarı altın-
da kampaniyaya başlanılmasını təklif etmişdi. 
Azərbaycan turizminin inkişaf tarixi və gə-
ləcək  üçün  strateji  təkliflər  planı  İlk  səyahətlər 
əsasən  ticarət,  dini,  iqtisadi  amillərlə  bağlı  ol-
muşdur. İnsanlar yeni yerlər kəşf etmək, görmək, 
tanımaq,  yeni  təcrübələr  qazanmaq,  fərqli  insan-
lar,  fərqli  mühit,  fərqli  davranış  normaları  ilə  ta-
nış  olmaq,  öz  mədəniyyətlərini  inkişaf  etdirmək 
məqsədilə  səyahətlərə  çıxmışlar.  Qədim  Azər-
baycan ərazisindən keçən ticarət karvanlarının hə-
rəkəti ilk səyahətlər hesab olunur. 
Azərbaycanın  əlverişli  təbii-coğrafi  şəraiti, 
zəngin  yeraltı  və  yerüstü  sərvətləri  hər  bir  tarixi 
dövr  üçün  aktual  qiymətləndirilmişdir.  Əvvəla, 
Şərqlə  Qərb  arasında  körpü  rolunu  oynaması, 
zəngin  tranzit  potensialına  malik  olması,  geo-
strateji  mövqe  Azərbaycanın  istər-istəməz  mü-
hüm ticarət məkanı, əlçatan ölkə və qovşaq olma-
sını şərtləşdirirdi. Digər tərəfdən, Azərbaycan Bö-
yük İpək yolu üzərində yerləşən  mühüm dayana-
caq  mərkəzi  kimi  tanınırdı.  Qədim  atəşpərəstlik 
məbədləri, xüsusilə uzun illər ərzində zərdüştlərin 
ibadətgahına çevrilmiş Atəşgaha çoxsaylı ziyarət-
lər  Azərbaycanda  inanc  turizminin  əsası  hesab 
olunur.  Həmçinin,  təbii  sərvətlər,  “qara  qızıl”la 
zəngin torpaqlar ölkəmizə marağı daha da artırır-
dı.  Sadalanan amillər hələ qədim dövrlərdən bəri 
Azərbaycanı  səyyah  və  tüccarlar,  müxtəlif  təbə-
qədən olan insanlar  üçün cəlbedici edirdi.  Bütün 
bunları  özündə  ehtiva  edən  “həm  ziyarət,  həm 
ticarət”  atalar  sözü  də  eyni  mənbədən  qaynaqla-
nır.  Həmin  tarixi  ənənə  əsrlər  boyu  davam  et-
mişdir.  Sovet  dönəmində  də  Azərbaycan  turizm 
potensialı  yetərli  respublika  olsa  da  bundan  isti-
fadə edilməmişdir. 
Eyni  zamanda,  tarixən  milli  mentalitetimi-
zə  xas  olan  qonaqpərvərlik  müəyyən  mənada  tu-
rizmdən  faydalanma  imkanlarımıza  əngəl  törət-
mişdir.  Belə  ki,  milli  şüurumuzda  əksini  tapmış 
“əvəzsiz  xidmət”  prinsipi  turizmdən  mənfəət 
üçün deyil, gələn qonaqların rifahı naminə istifa-
dəyə yönəlmişdir. Yəni, Azərbaycan daha çox is-
tifadə edilən tərəf qismində çıxış etmişdir. Bu isə 
turizmin inkişafına  əks göstəricidir. Unutmaq ol-
maz  ki,  turizm  əlverişli  biznes  növüdür.  Turizm 
üzrə qabaqcıl olan ölkələrin təcrübəsinə nəzər ye-
tirsək,  bu  ölkələrdə  turizmin  daha  çox  iqtisadi 
mənafeyə  xidmət  etdiyini  görərik.  Ola  bilsin  ki, 
ölkə  mentaliteti  səxavət  və  qonaqpərvərlik  kimi 
keyfiyyətlərdən  uzaqdır,  lakin  turizm  potensialı 
onu  başlıca  kurort  zonasına  çevirir.  Məhz  bu 
problemdən  doğan  səbəbdir  ki,  Azərbaycan  tu-
rizm ölkəsi kimi tanınmır və bu sahədə ölkəmizin 
inkişaf  tarixini  əks  etdirən  baza,  demək  olar  ki, 
yox dərəcəsindədir. Bunun üçün, ilk növbədə, la-
zım olan “qızıl orta”nı müəyyənləşdirməkdir. Tu-
rist xidmətləri, ölkəmizə gələn qonaqlar üçün qiy-
mət tarifi dəqiq müəyyənləşməli, aşağı, yaxud if-
rat  qiymətləndirmə  tətbiq  olunmamalıdır.  Yəni 
bizə  turist  lazımdır,  istər  yerli,  istərsə  də  xarici. 


Yüklə 139,92 Kb.

Dostları ilə paylaş:
1   ...   89   90   91   92   93   94   95   96   ...   109




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə