AdigöZƏl bəy qarabağnamə



Yüklə 2,94 Kb.
Pdf görüntüsü
səhifə61/73
tarix24.12.2017
ölçüsü2,94 Kb.
#17758
1   ...   57   58   59   60   61   62   63   64   ...   73

ağalardan etibarlı adamların seçilməsi və istənilən tədbirlərin onların köməyi ilə 
həyata keçirilməsi qərara alındı. Bütün bu tədbirlər hakim siniflər üçün qabaqcıl 
rus mədəniyyəti ilə tanış olmağa əlverişli şərait yaratdı. Ehtimal ki, Əhməd bəyin 
ailəsi də vəziyyəti nəzərə almış və onu rus dilini öyrənmək üçün rus məktəbinə 
düzəltməyə məsləhət görmüşdü. 
1843-cü ildə qarabağlı Mehdiqulu xanın xahişinə görə, çar I Nikolay Əhməd 
bəyi Peterburqa tələb edir və onu dövlət hesabma Pavlov kadet korpusuna qəbul 
edir. O vaxtlar Pavlov məktəbinə yalnız dvoryan uşaqlarını  qəbul edirdilər. 
İzdihamlı Peterburq mühitinə düşən  Əhməd bəy Cavanşir rus dilini öyrənməyə 
ciddi səy göstərir və məktublarından göründüyü kimi, bu dili mükəmməl surətdə 
öyrənə bilir. 
1848-ci ildə  Əhməd bəy Pavlov korpusunu bitirib Konstantin Nikolayeviç 
adına Qusar alayına təyin olunur və 1854-cü ilə qədər hərbi xidmətdə qalır. 
1853-cü ildə Krım müharibəsi başlandı. Məlum olduğu kimi, Azərbaycanın 
geniş xalq kütlələrinin hüsn-rəğbəti Rusiyanın tərəfində idi. Qasım bəy Zakirin 
oğlu Nəcəfqulu bəy və qardaşı  oğlu  İskəndər bəy könüllü olaraq cəbhəyə 
getmişdilər. Qafqaz cəbhəsində rus soldatları ilə çiyin-çiyinə 2000 nəfərə qədər 
azərbaycanlı döyüşürdü.  Əhməd bəyin olduğu Qusar alayı Sevastopol altında 
vuruşurdu. Döyüş meydanında göstərdiyi igidliyə və qoçaqlığa görə Əhməd bəy 
ordenlə təltif edilmiş və ona ştabrotmistr rütbəsi verilmişdi. Lakin, Əhməd bəyə 
orduda uzun müddət xidmət etmək nəsib olmadı, çünki o, hələ 1850-ci ildə Əli 
bəy Sultanovla
1
 iştirak etdiyi dueldə qolundan yaralanmış olduğu üçün 1854-cü 
ildə tamamilə hərbi qulluqdan getməyə məcbur oldu. 
1854-cü ildə  Əhməd bəy öz doğma kəndi olan Kəhrizliyə  gələrək burada 
təsərrüfat işləri ilə  məşğul olmağa başlayır. Rus ordusundan istefaya çıxmış  və 
Peterburq təhsili almış zabit köhnə  kənddə yeni qaydalar yaratmaq istəyirdi. 
Buna görə də o, xalq arasında "urus Əhməd bəy" ləqəbini almışdı. 
XIX  əsrin 60-cı illərinin sonunda Əhməd bəy Vərəndə mahalının murovu 
vəzifəsinə təyin edilir; bu zaman o, həm də taxıl yerlərini sulamaq üçün Arazdan su 
çıxartmaq işi ilə  məşğul olurdu. Uzun əziyyətdən sonra Əhməd bəy 8 verst 
uzunluğunda bir arx qazdırır və onu Mil düzündəki qədim Gavur arxı ilə 
birləşdirir. Azərbaycanı Rusiya sənayesinin xammal mənbəyinə çevirməyə 
çalışan çar hökuməti heç bir vəsait sərf etmədən yerlərdə suvarma işlərini                        
 
 
                                                 
1 Əli bəy İbrahim Sultan oğlu Qarabağın köhnə bəy nəslindəndir. Rus ordusu zabiti olaraq bir çox döyüşlərdə iştirak 
etmiş  və kornet rütbəsində  hərbi xidməti bitirib öz ata mülkü olan Zəngəzur qəzasındakı Bextiyarlı  kəndinə qayıtmışdır. 
Onun haqqında b a x: 1870-ci il aprelin 23-də Şuşa bəylik komissiyasına verilən ərizə " "О признании рода их в бекском 
достоинстве, под фамилией Султанов" Azərbaycan SSR Mərkəzi Dövlət Tarix Arxivi, fond 69, iş 59.
 
172 


yaxşılaşdırmağa və beləliklə də, çoxlu xammal əldə etməyə çalışırdı. Ona görə 
də Qafqaz canişinliyi idarəsi hələ XIX əsrin 60-cı illərinin axırlarında Mil 
düzündəki suvarma işlərini qaydaya salmaq üçün bir neçə  dəfə xüsusi 
komissiyalar göndərmişdi. Lakin tərkibində  hətta hollandiyalı suvarma 
mütəxəssisləri də olan bu komissiyalar heç bir qəti tədbir görə bilmədilər. Çünki 
bu layihələrin həyata keçirilməsi "küllü miqdarda xərc tələb edirdi"
1
. Qarabağın 
yerli bəyləri də Gavur arxını "...arx və arxın suvardığı bütün torpaqların 99 il 
ancaq onların istifadəsində"
2
 qalması  şərti ilə  bərpa etmək istəyirdilər. Lakin 
onların da cəhdi heç bir nəticə vermədi. Nəhayət, 1866-cı ildə  Əhməd bəy, 
Zərgar, Dilağarda, Yağhvənd və  Şahsevən camaatının köməyi ilə, cüzi bir 
məbləğdə və hökumətlə heç bir formal əlaqə yaratmadan həmin arxı qazdırmağa 
başladı və Arazdan çıxarılan suyu məşhur Gavur arxı ilə birləşdirmək kimi çətin 
bir məsələni həll etdi
3

Sonrakı  məktublaşmadan aydın olur ki, hökumət  Əhməd bəyin təcrübə  və 
təşəbbüsünü nəzərə alaraq, göstərilən kanalı yenidən bərpa etmək üçün daha bir 
təşəbbüs göstərdi və bu məqsədlə 1879-cu ildə xüsusi bir komissiya Əhməd 
bəyin iştirakı ilə Mil düzünü yoxladı. Komissiya Əhməd bəyin və mühəndis 
Bexmanın fikri ilə razılaşaraq Gavur arxını  bərpa etməyi qərara aldı. Bu 
məqsədlə 1881-ci ildə plan layihəsi hazırlandı. Lakin bu layihə kağız üzərində 
qaldı. 
Suvarma məsələsi ətrafında gedən məktublaşmalar göstərir ki, Əhməd bəy su 
təsərrüfatı sahəsində böyük təcrübəyə malik idi. Əhməd bəyin öz mülkündə 
qazdırdığı kəhrizlər də suvarma sahəsində çalışan bir çox tədqiqatçıların nəzər-
diqqətini cəlb etmişdi. 
1883-cü ildə  Əhməd bəyin qonağı olmuş mühəndis Veys fon-Veyssenqof 
yazır ki, "Qarabağ mülkədan  Əhməd bəy Cavanşir uzun illər boyu apardığı 
müşahidələrin nəticələri və qazandığı  təcrübə ilə  məni tanış edərək, qazdırdığı 
kəhrizlərlə ətraflı surətdə tanış olmağa mənə imkan yaratdı"
4

XIX əsrin 70-ci illərində Əhməd bəy hakim sinif nümayəndələrindən kimin 
həqiqətən bəy silkinə  mənsub olduğunu müəyyən etmək məqsədilə yaradılmış 
Şuşa bəy komissiyasının tərkibinə daxil olur. Bu komissiyanın fəaliyyəti haqqında 
ətraflı surətdə danışmadan, qeyd etmək lazımdır ki, bəy və ağaların əksəriyyəti 
vergi və mükəlləfiyyətlərdən azad olmaq üçün saxta sənəd- 
                                                 
1 В.Безменов. О канаве "Гоур-архе" и результатах попытки возобновления
 
ее местными средствами. "Kavkaz" 
qəzeti, 1871-ci il, № 21. 
2 Yenə oarada. 
3 Yenə orada. 
4 Вейс фон-Вейссенгоф. Сведения о состоянии орошения на Кавказе по
 
1883 г., Tiffis, 1883, seh. 63. 
 
173 


Yüklə 2,94 Kb.

Dostları ilə paylaş:
1   ...   57   58   59   60   61   62   63   64   ...   73




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə