AdigöZƏl bəy qarabağnamə



Yüklə 2,94 Kb.
Pdf görüntüsü
səhifə69/73
tarix24.12.2017
ölçüsü2,94 Kb.
#17758
1   ...   65   66   67   68   69   70   71   72   73

bir ip keçirib, qaya üstündəki bütün şəhəri öz üzərlərinə  yıxsınlar və  nəhəng 
qanadlarını çalıb, bu qiymətli göylərə qalxsınlar. Yaxud əksinə, bu qəniməti 
qaldırıb, sonra insanların günahları üzündən Sodam (27) və Homarra (28) kimi 
fəzadan yerə atsınlar... 
Cənub tərəfdən, Kirs dağından  Şuşaya bir nəzər saldıqda  ətəklərində bu 
şəhərin yerləşdiyi alınmaz qaya ilə  şəhərin yarımdairəvi görünüşü duman 
arasından, içərisində maye qaynadıldığına görə buxarlanan nəhəng bir mis qazanı 
xatırladır... Əbəs deyildir ki, Ağa Məhəmməd xan İbrahim xanla söyüşərkən ona 
belə demişdi: Filan-filan şüdə! Sən qazanın içində əyləşib, onun dəstəsini əlində 
tutmusan və elə  xəyal edirsən ki, guya mənimlə  çəkişirsən?! Mərhəba sənə! 
Hünərin varsa, çıx meydana!..  
Oxucu, indi də baxaq görək, qəzəbli müstəbidin pişxidməti qazanda nə 
qaynatmışdır. Səfərəli tələsik Abbas bəyin yanına qayıdıb onunla pıçıldaşdıqdan 
sonra hər ikisi Ağa Məhəmməd xanın yataq otağının qapısında gizlənirlər. Onlar 
qapı dalından onun qarışıq və  dəhşətli sözlərini eşidirlər. Abbas bəy öz 
yoldaşının qulağına pıçıldayıb deyir ki, o, yuxuda sayıqlayır. Sən gedəndən sonra 
mən bir neçə dəfə bu sözləri eşitmişəm.  
Nəhayət, qatillər Allahı  və bütün müqəddəsləri köməyə çağırıb sıyırma 
qılıncla Ağa Məhəmməd xanın yataq otağına soxulur və zəif gecə çırağı işığında 
onun üzərinə atılırlar. Ağa Məhəmməd xan çətinliklə: - Məlunlar!.. Nə 
edirsiniz!.. Siz İranı viran eləyirsiniz!.. - deyə tələsik öz toppuzunu qatillərə tərəf 
atır. Lakin artıq gec idi; qatillər onu sinəsindən vurub, başını kəsirlər (29). Onlar 
diqqətlə  ətrafı dinləyirlər... Hər tərəf sükut içərisindədir... Tələsik onun almaz 
bilərziklərini (Kuhi-nur
1
  və  Dəriyayi-nur
2
) qolundan açıb, qəsdin nəticəsini 
gözləyərək yata bilməyən həmfikirlərinin yanına qayıdırlar. Sadıq xanla 
Məhəmməd bəy qorxu və  həyəcan içərisində idilər. Gah pəncərədən dəhşətli 
hadisənin baş verməli olduğu saray tərəfə qulaq asır, gah da müxtəlif bəhanələrlə 
həyətə çıxıb öz inanılmış adamlarından xəbər tuturdular.  
Qapı döyülür...  
- Kimdir? 
                                                 
1  Kuhi-nur - nur dağı 
2 Dəryayi-nur - nur dənizi 
 
 
 
 
195 


- Bizik. Bizik!.. Açın!.. 
Budur, Ağa Məhəmməd xanın qatilləri qana boyanmış halda, qətlin sübutu 
olaraq gətirdikləri qiymətli şeylərlə içəri daxil olub deyirlər: 
- İndi rahat ola bilərsiniz!.. 
- Biz qəti bir iş görməyə  cəsarət etməzdən  əvvəl, - deyə Sadıq xan sözə 
başlayır, - məlunun ölümünü yəqin etməliyik. 
- Olar, - deyə Səfərəli söhbətə qarışır və dərhal onlar tələsik çıxıb gedirlər. 
...Sadıq xan öz inamsızlığı üzündən itaətlə  qəddini bükərək  şahın yataq 
otağının qapısını bir qədər aralayıb, ehtiyatla içəri daxil olur. Səfərəli də  cəld 
otağa girib, Ağa Məhəmməd xanın başını ayağı ilə itələyərək döşəməyə atır və 
yorğanı qaldırıb hələ soyumamış yaraları onlara göstərir... Səhər hər ikisi çıxıb 
gedir. 
Carçılar, Ağa Məhəmməd xanın adından bütün şəhərdə  Şəqaqi qoşununu 
çağırıb deyirlər ki, bir mühüm hadisə üzündən şah onları İrana göndərir. Sadıq 
xan isə bu zaman təklikdə Məhəmməd bəyə deyir: 
-  Əgər sübh açılanda bu faciəli xəbər hər tərəfə yayılarsa, mən burada Ağa 
Məhəmməd xanın adamları ilə üz-üzə  gələ bilmərəm və vaxtında da paytaxta 
gedib çata bilmərəm; halbuki indi bütün əyalətlərin əmanətinin toplanmış olduğu 
paytaxtı tutmaq son dərəcə vacibdir. Buna görə də mən hamıdan əvvəl Tehranda 
bütün hakimiyyəti  ələ keçirməliyəm, siz isə öz igidləriniz və  dəhşət doğuran 
adınızla bu dağınıq qoşunun öhdəsindən çox asanlıqla gələ bilərsiniz. 
Sadıq xanla Məhəmməd bəy belə ayrıldılar. Sadıq xan İran taxtına sahib 
olmaq üçün tələsik Tehrana yola düşdü; Məhəmməd bəy isə müxtəlif bəhanələrlə 
öz tərəfdarlarını başına toplayıb səhərin açılmasını gözləyirdi. 
IV 
Gecə  Məhəmməd bəy lazımi sərəncamlar verdi. Öz tərəfdarlarını  dəstələrə 
bölüb, bəzilərinə  İran qoşunlarının sərkərdələrini həbsə almağı, başqalarına 
məhbusları azad etməyi, üçüncülərə ümumi əməliyyat baş tutmadığı təqdirdə ən 
yaxşı mövqeləri ələ keçirməyi 
 
196 


tapşırdı. Özü isə  əsas qüvvələrlə  Ağa Məhəmməd xanın qərargahına getməyi 
qərara aldı. Səhər açılan kimi qəflətən yaxalanıb qorxu və dəhşət içərisində qalan 
iranlılar hər yerdə  əzilib sıxışdırıldılar. Məhəmməd bəy inadlı bir vuruşmadan 
sonra Ağa Məhəmməd xanın qərargahını  ələ keçirib, oradan külli miqdarda 
sərvət tapdı. Sonra Məhəmməd bəy xəzinəni və  şahın bütün sərvətini öz 
imarətinə gətirib, ertəsi gün iranlıları Araza qədər təqib etdi. 
Fəlakət o zaman azadlığa buraxılmış  və canlı  təəssürat altında olub, öz 
gələcəyi üçün kədərlənən Molla Pənahın dostu Vidadi təxəllüslü Molla Vəliyə 
yazdığı bir məktubda çox gözəl təsvir edilmişdir. Bizim hələ indi də məşhur olan 
xalq şairlərindən biri üçün xarakterik olan bu şeri bütünlüklə veririk: 
Ey Vidadi, gərdişi-dövrani-kəcrəftarə bax!  
Ruzigarə qıl tamaşa, karə bax, kirdarə bax! 
 
Əhli-zülmü necə bərbad eylədi bir ləhzədə,  
Hökmü adil padişahi-qadirü qəhharə bax! 
 
Sübh söndü şəb ki, xəlqə qiblə idi bir çıraq,  
Gecəki iqbalı gör, gündüzdəki idbarə bax! 
 
Taci-zərdən ta ki, ayrıldı dimaği-pürqürur,  
Payimal oldu təpiklərdə1 səri-sərdarə bax! 
 
Mən fəqirə əmr qılmışdı siyasət etməyə,  
Saxlayan məzlumu zalimdən o dəm qəffarə bax! 
 
Qurtaran əndişədən ahəngəri-biçarəni, 
Şah üçün ol midbəri-təbdil olan mismarə bax! 
 
İbrət et Ağa Məhəmməd xandan, ey kəmtər gəda,  
Ta həyatın var ikən nə şahə, nə xunxarə bax! 
 
Baş götür bu əhli-dünyadan ayaq tutduqca qaç,  
Nə qıza, nə oğula, nə dusta, nə yarə bax! 
 
Vaqifa, göz yum, cahanın baxma xubü ziştinə,  
Üz çevir əli-əbayə, Əhmədi-Muxtarə bax! 
                                                 
1 Rəvayətə  və canlı  şahidlərin dediyinə görə, Ağa Məhəmməd xanın başsız bədənini və  kəsilmiş başını  şəhərin 
küçələrində gəzdirdilər. Döyüşlərdə həlak olmuş əsgərlərin hiddətə gəlmiş dul arvadları və yetim uşaqları nəşi və başı ayaq 
altına salıb təpikləyirdilər. 
 
 
197 


Yüklə 2,94 Kb.

Dostları ilə paylaş:
1   ...   65   66   67   68   69   70   71   72   73




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə