AdigöZƏl bəy qarabağnamə



Yüklə 2,94 Kb.
Pdf görüntüsü
səhifə67/73
tarix24.12.2017
ölçüsü2,94 Kb.
#17758
1   ...   63   64   65   66   67   68   69   70   ...   73

isə yalnız aparılan hədiyyələr müqabilində yeni hədiyyələr gətirib, heç bir kömək 
ümidi vermədiklərinə görə, İbrahim xan Şuşanı tərk edərək, öz ailəsi ilə birlikdə 
Car-Balakən vilayətinə getdi. 
Ağa Məhəmməd xan, bu bakirə qalaya (Şərqdə bütün alınmaz qalalar belə 
adlandırılırdı) - Şuşaya döyüşsüz daxil oldu. Qəzəbli xana elə gəlirdi ki, bunlar 
hamısı yuxudur: lakin o özünə  gəldikdən sonra şadlığının həddi yox idi
1

Cəmdək yeyən bir vəhşi öz ovunu parçalamazdan əvvəl, sığallayıb onunla 
oynadığı kimi, Ağa Məhəmməd xan da birisinə qiymətli xələtlər bağışlayır, 
başqasına xan rütbəsi verirdi. Lakin eyni zamanda zindanlar məhbuslarla 
doldurulurdu və görünür ki, şuşalılar bu qanlı faciədən yaxalarını qurtara 
bilməyəcəkdilər. Ağa Məhəmməd xanın  Şuşaya daxil olmasının yeddinci günü 
daha bir nəfər mötəbər məhbusu onun yanına gətirdilər: bu İbrahim xanın keçmiş 
yaxın adamı Molla Pənah idi. Bu günün cəlladı  dəfələrlə  qəzəblənib özündən 
çıxdıqdan sonra, onları nə qədər kədərli bir faciə gözləyirdi. 
Ağa Məhəmməd xanın yanında baş sərkərdə olan Sadıq xan Şəqaqi də onun 
ordusunu lərzəyə salan qohumu Məhəmməd bəyin bu vaxtadək xanın hüzuruna 
gəlməməsi üzündən deyəsən, xanın gözündən düşmüşdü. Buna görə  də onu 
yanına çağırıb deyir: 
- Mən öz qisasımı kimdən almalıyam, Sadıq xan, səndən almalı deyiləmmi? 
Mənzilində qaldığın Məhəmməd bəyin bacılarına bildir ki, əgər axşama qədər 
onların qardaşı mənim hüzuruma gəlməsə, onda ərləri və ya qohumları məndən 
gizləndiyi üçün həbsə alınmış bütün qadınlarla birlikdə onları da öz 
sərbazlarımın ixtiyarına verəcəyəm... 
Ağa Məhəmməd xanın axşam qəbulu. Qəzəbli hökmdarın ayağının tozunu 
yalamağa layiq olanların hamısı, həmçinin yeni həbsə 
                                                 
1 Rəvayətə görə, Ağa Məhəmməd xan şəhərə yaxınlaşarkən, əhali Şuşakənd tərəfə, onu qarşılamağa çıxaraq, o zaman 
belə hallarda məcburi olan bir mahnını oxuyaraq, axırına bu nəqəratı əlavə etmişdi:  
Gəlmişik, gətirmişik bir əjdaha,  
Qovmuşuq, itirmişik bir tülkünü.
Bu mahnını biri oxuyur, nəqəratı isə hamı  əl çala-çala və oyunçular oynaya-oynaya təkrar edirdilər. Bu hal Ağa 
Məhəmməd xana o qədər xoş  gəlmişdi ki, özü atdan düşüb camaata qoşulmuşdu (bəzi rəvayətlərə görə, hətta oynamağa 
başlamışdı). Lakin güman etmək lazımdır ki, nəqəratın birinci misrasını Ağa Məhəmməd xanın əshabələri, ikinci misrasını 
isə şəhər əhli oxuyurmuş. 
 
189 


alınanlardan bir neçə nəfəri sarayda divar boyu cərgəyə düzülmüşdülər. Onların 
hamısı  əyinlərində çuxa, başlarını  aşağı dikərək, böyük pəncərəni örtən səra-
pərdənin arxasından İran hökmdarmın görünəcəyini və onun vəziri Mirzə Şəfinin 
işarəsini ürək çırpıntısı ilə gözləyirdilər ki, üzü üstə yerə sərilsinlər. 
Nəhayət, saray əhlinə məxsus bir xilaskarlıqla baş əyən Mirzə Şəfi dəvə kimi 
dizlərini büküb yerə çökür və torpağı öpərək hər gözünü üç dəfə torpağa sürtür. 
Hamı onunla bir zamanda bu hərəkəti təkrar edir. Bu zanıan sərapərdənin 
arxasından cır bir səs eşidilir: 
- Xoş gəlmişsiniz!.. Sadıq xan buradadırmı? 
- Bəli, təsəddüqün olum! - deyə o cavab verir. 
- Görünür, sən mənim qəzəbimə keçmək istəyirsən! Məgər bu gün səhər sənə 
dediklərim yadında deyilmi?.. 
 -  Yadımdadır,  əlahəzrət!  İndicə buraya gələndə  mənə  xəbər verdilər ki, 
Məhəmməd bəy öz nökərləri ilə birlikdə yuxarı qapıdan şəhərə daxil olubdur. 
-Yanıma gətirin! - deyə eyni cır səs pərdənin arxasından bağırdı. 
 Carçılar öz hökmdarlarının əmrini eşidib dərhal Məhəmməd bəyin imarətinə 
qədər biri-birindən bir qədər aralı düzülərək, onu o vaxta qədər ucadan 
çağırmağa başladılar ki, axırda Məhəmməd bəy gəlib müstəbidin qabağında 
dayandı. Ağa Məhəmməd xan artıq öz roluna girməyə başlamışdı. Artıq iki 
həftədən çox idi ki, o, yürüşdə  və  Şuşada, demək olar ki, heç kəsə  cəza 
verməmişdi. Ona görə də, çoxlu müqəssir toplanmışdı. Yeni gətirilən məhbuslar 
haqqında Ağa Məhəmməd xana məlumat verildikdə, o, səra-pərdəni açmağı əmr 
etdi və itaətkarlıqla torpağa sərilənlərin qarşısında öz qırışıq və qeyzdən dəhşətə 
gəlmiş üzünü göstərib bağırdı: 
- Onlardan 
beşi çarmıxa keçirilsin, altıncı, Əli Məhəmməd ağa isə İbrahim 
xan tərəfindən Türkiyə sultanının yanına elçiliyə getdiyinə görə, onun seyid 
nəslindən olması nəzərə alınaraq boğulsun. 
Öz peşələrini çox gözəl bilən bir neçə cəllad bu hökmə əsasən onu boğmağa 
başladılar. O isə qorxu bilməyən bir şəhid kimi özünü onların ixtiyarına verib 
müstəbidə  lənətlər yağdırırdı; başqalarının isə  əl-qolunu bağlayıb çarmıxların 
başına keçirir və  dəhşətli mənzərəni tezliklə bitirmək üçün baltanın ardı ilə 
çarmıxları altdan yuxarı vururdular. Bu vəhşiliyin bədbəxt qurbanları ah-zar 
edirdilər; onların fəryadı, müstəbidin amansız hərəkət və söyüşləri burada 
olanları dəhşətə və həyəcana gətirirdi!.. Cəlladlar isə çarmıxlara keçirilib 
 
190 


can verən qurbanların çapaladıqlarını gördükdə qana bulaşmamaq üçün ehtiyatla 
çarmıxları balta ilə vururdular. Baş cəllad öz həmkarlarından bir qədər aralanıb 
müstəbidə dedi ki, əlahəzrət,  əmr etməzmisiniz ki, yeddinci cinayətkarı 
pələnglərə ataq, çünki daha çarmıx yoxdur və heyvanlar da bu gün heç bir şey 
yeməmişlər. 
- Bəli! - deyə o cavab verdi, - lakin əvvəlcə onun başı bunlarınkı kimi 
bədənindən üzülməlidir, çünki mən sabah cinayətkarların kəllələrindən bu 
vaxtadək görünməmiş yüksəklikdə bir minarə qurdurmaq fikrindəyəm ("kəllədən 
minarə qoyduracağam"). 
Bu zaman imarətin qapısından təqribən qırx yaşında, boyu bir sajen, gərdənli, 
nisbətən uzun qollu, şıq bəzənmiş, lakin sadə geyimli, sarışın saqqah qıralmış bir 
kişi saraya daxil oldu və  cəsarətli addımlarla birbaşa Ağa Məhəmməd xana 
yaxınlaşıb baş əydi, lakin yerə əyilmədi, sanki elə belə də olmalı idi. 
Qorxuya düşən saray adamları kinayə ilə bir-birinə baxdılar. Sadıq xan 
Şəqaqi isə yerə sərilib Ağa Məhəmməd xana belə ərz etdi: 
-  Əlahəzrət! Bu, Məhəmməd bəy Cavanşiridir.
1
- Bəli!  Əsil qəhrəman qəssəb
2
  Məhəmməddir!.. Mənim bütün ordumda bu 
boy-buxunda bir əsgər yoxdur. Doğrudan da onun gözləri gözəl deyildirmi? - 
deyə Məhəmməd xan Mirzə Şəfiyə müraciətlə öz sözünü bitirdi. 
 - Bəli! Elədir, qurbanın olum. Çox gözəldir, - deyə Mirzə Şəfi cavab verdi 
və başa düşdü ki, xan bu işarə ilə bu bədbəxtin də gözlərini çıxarmaq istəyir. 
 - Əlahəzrət!.. Yaxşı igidin adını eşit, özünü görmə...
3
 - deyə Məhəmməd bəy 
cavab verdi. 
 - Yox, mən zarafat etmirəm. Ağamın  ərvahma and olsun ki, mən bu boy-
buxunda, lakin boyda səndən bir qədər alçaq olan ancaq Lütfəli xan Zəndi 
tamyırdım. Yeri gəlmişkən, biz hələlik sabah da danışa bilərik, artıq axşamdır. 
Sadıq xan! Məhəmməd bəyi sənə tapşırıram, - deyə xan mızıldandı. Sonra 
hamıya müraciətlə qısaca "mürəxxəs!" deyib, özü də yataq otağına çəkildi.         
                                                 
1 Bu tarixi şəxsiyyət haqqında bizim məmləkətin hər yerində çoxlu əfsanə, mahnı və rəvayətlər eşitmək olar. Xalq onu 
o qədər sevir ki, başqalarının igidliklərini də onun adına çıxır, buna görə də, biz onun haqqında sonradan ətraflı məlumat 
verəcəyik. 
2 Bizlərdə "qəssəb" bütün başkəsən qəhrəmanlara verilən addır. 
3 Azərbaycan zərb-məsəlidir.
 
191 


Yüklə 2,94 Kb.

Dostları ilə paylaş:
1   ...   63   64   65   66   67   68   69   70   ...   73




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə