AdigöZƏl bəy qarabağnamə



Yüklə 2,94 Kb.
Pdf görüntüsü
səhifə65/73
tarix24.12.2017
ölçüsü2,94 Kb.
#17758
1   ...   61   62   63   64   65   66   67   68   ...   73

Pənah xanı öz mövqeyini möhkəmləndirməyə  və yalnız bundan sonra döyüş 
meydanında taleyini sınamağa vadar etdi. Bu mülahizələri nəzərə alaraq, o, 
1754-cü ildə (14) indiki Şuşa şəhərinin yerində öz iqamətgahını qurdu və oranı 
öz adı ilə, yəni Pənahabad
1
 adlandırdı. Həmin bu ad ilə  Şuşada 15 qəpik 
qiymətində olan gümüş pul da kəsməyə başladılar. Pənah xan öz təbii şəraitinə 
görə üç tərəfdən alınmaz olan yeni iqamətgahını təzəcə möhkəmlətdiyi, adlı-sanlı 
bəylərin və müxtəlif yerlərdən gəlmiş  sənətkarların özləri üçün yenicə 
daldalanacaq düzəltdikləri bir zamanda Şuşaya belə bir pis xəbər gəlib çatdı ki, 
Məhəmmədhəsən xan Qacar Şuşa üzərinə hücuma keçmişdir. Pənah xan çoxlu 
qoşun toplayaraq müharibə meydanında düşmənlə üz-üzə gəlməkdən çəkinmədi. 
Şuşanın 30 verstliyində, Xatın arxı adlanan yerdə başlanan qanlı vuruşmada 
iranlılar məğlub oldular. Bu vuruşmada Pənah xan düşmənin iki ağır topunu
2
 
qənimət aldı, döyüşdə  Ərdəbil qalasını tutaraq, Dərgahqulu bəyi oraya hakim 
təyin etdi. 
Həmin ilin qışında Pənah xanın seçmə alayları evlərinə buraxılan zaman 
Nadir şahın ən təcrübəli sərkərdələrindən olan rumlu Fətəli xan adlı birisi 30 min 
nəfərlik qoşunla qəflətən  Şuşa yaxınlığında göründü. Fətəli xan qalanı  qəflətən 
tutmaq üçün öz seçmə qoşunları ilə Qarqar çayı  tərəfdən hücuma keçmişdi. 
Rəvayətə görə, bu tərəfdən qala üzərində elə bir sükut hökm sürürdü ki, hücum 
edənlər dərələrdə  və divarların arxasında gizlənmiş seçmə  dəstələri görmədən 
sərt qayalara dırmaşaraq, atəş açmadan qalanı tutmaq ümidində idilər. Lakin qala 
divarlarının yaxınlığında onların gurultulu hay-küyü eşidildikdə, mühasirəyə 
alınanlar gizləndikləri yerlərdən çıxıb çağırılmamış qonaqların üzərinə cumdular 
və onlarla əlbəyaxa vuruşmaya girdilər. Uzun yol gələrək yorulmuş və qəfildən 
edilən hücumdan qorxuya düşmüş düşmənlər dəstə-dəstə düzülüb döyüşə 
girdilər, lakin davam gətirməyib geri çəkildilər, onların bir qismi qırıldı, bir 
qismi isə güc-bəla qaçıb canını  qurtara  bildi.  Bu  müvəffəqiyyətsizlik inadkar 
rumlunu öz işğalçılıq niyyətindən  əl çəkməyə  məcbur edə bilmədi. O, Pənah 
xandan narazı olan erməniləri və qonşu xanları öz ətrafına toplayaraq, Şuşanın  
                                                 
1 Lakin sonralar bu şəhər qonşuluqdakı kəndin adı ilə Şuşa qalası adlandırıldı. 
2 1826-cı ildə ruslar həmin toplardan Abbas Mirzənin qoşunlarını atəşə tutmuşdular. 
 
 
183 


verstliyində olan Xocalı  kəndində möhkəmləndi. Beləliklə, müharibə partizan 
müharibəsi xarakteri aldı. Qara Murtuz bəy və Pənah xanın başqa silahdaşları bu 
yerlərə  bələd olmayan rumluları müvəffəqiyyətlə  tələyə salaraq qırırdılar. Bu 
zaman Fətəli xan bir hiylə  işlətdi: o, əsirləri dəyişdirmək və öz qızını  Pənah 
xanın oğlu İbrahim xana ərə vermək bəhanəsi ilə İbrahim xanı qonaq çağırdı və 
Pənah xanı öz vassalı elan edib, ələ keçirdiyi əmanətlə (girovla) birlikdə geri 
qayıtdı. O zaman İranda Fətəli xandan başqa, bir də Kərim xan Zənd məşhur idi. 
O hakimiyyət arzusunda olmaqdan başqa, həm də döyüşdə onun qardaşını 
öldürən Fətəli xana qan ədavəti bəsləyirdi. Pənah xan bu ədavətdən istifadə edib, 
onun yanına qasidlər göndərdi. Onlar öz birgə  hərəkətləri barəsində razılığa 
gəlib, hər iki tərəfdən Fətəli xanın üzərinə hücuma keçdilər və onu məğlub edib, 
özünü  əsir aldılar və  İbrahim xanı da sağ-salamat geri qaytardılar. Ümumi 
düşmən üzərində əldə edilmiş birgə qələbədən sonra qaliblərdən yalnız biri üstün 
olmalı idi. Şübhəsiz ki, bu birincilik, artıq demək olar ki, bütün İranı özünə tabe 
etmiş olan Kərim xan Zəndin  əlinə keçdi. Bundan istifadə edən və  Pənah xan 
kimi məşhur və  cəsarətli bir başçının öz gələcək hərəkətlərində ona mane 
olacağından qorxan Kərim xan təcrübəli bir məsləhətçi adı ilə həm onu, həm də 
onun oğlunu  Şiraza, öz yanına apardı; Qarabağ xanlığını idarə etməyi isə 
fərmanla onun ikinci oğlu Mehrəli xana tapşırdı (15) (1172-ci il hicri)
1

II 
Mehrəli xan Qarabağ xanlığının idarəsini  ələ aldıqdan sonra atasının 
vəsiyyətinə  əsasən xanlığın daxili işləri ilə  məşğul olur; Şuşanın 
möhkəmləndirilməsini başa çatdırır və o zamanlar köçəri tayfaların qışladığı 
Şuşa  ətrafındakı yerlərə basqın edən quldur dəstələrinin yolunu kəsmək üçün 
Əsgəran və Ağoğlan qalalarını tikdirir.         
                                                 
1 Ali senat tərəfindən təsdiq edilmiş bu fərman Mehrəli xanın varislərini Qarabağ xan ailəsinin üzvləri hesab edən bir 
sənəd olmaq etibarı ilə varisləndirir. Rəvayətə uyğun olsun deyə, burada izah edək ki, atalarının vəfatından sonra taxt-tac 
üstündə Mehrəli xanla qardaşı İbrahim xan arasında baş verən ixtilaf nəticəsində İbrahim xanın üstün gəlməsi ilə əlaqədar 
olaraq, Mehrəli xanın vəfatından sonra onu xan adlandırmaq qadağan edilmişdir. Buna görə də xalq içində o, Mehrəli bəy 
adı ilə məşhurdur. 
 
 
184 


Hicri 1174-cü ildə  İbrahim xan Şuşaya qayıtdı, bundan iki ay sonra isə 
Şirazdan mərhum Pənah xanın cənazəsi gətirildi (16). Xanlığı idarə etmək 
hüququ üstündə qardaşlar arasında ixtilaf baş verdi. İbrahim böyük qardaş 
olduğuna görə idarə hüququnu öz əlinə almaq iddiasında idi; Mehrəli isə öz 
hüququnu Kərim xan tərəfindən onun adına verilmiş fərmanla əsaslandırırdı. Bu 
vəziyyət uzun müddət davam etdi. İbrahim avarlı Umayxanın bacısı ilə 
evləndikdən sonra öz tərəfdarlarının sayını artırdı  və qardaşını  sıxışdırmağa 
başladı. Mehrəli bəy Kərim xanın köməyinə  pənah gətirdi. Kərim xanın, 
Mehrəlinin xeyrinə olaraq ərdəbilli Hidayət xanın adına göndərdiyi sərəncam 
yerinə yetirilməmiş qaldı. Bundan bir qədər sonra Kərim xan vəfat etdi (1779) və 
İran monarxiyası yenə də müstəqil xanlıqlara parçalandı. Bu müvəffəqiyyətsizlik 
Mehrəlini o zaman öz torpaqlarını birləşdirməyə səy edən və Zaqafqaziyanın ən 
qüdrətli hökmdarlarından olan qubalı Fətəli xana qoşulmağa məcbur etdi. Çoxlu 
süvari ilə Qarabağın aran hissəsini ələ keçirən Mehrəli bəy Fətəli xanı gözləyirdi; 
Fətəli xan isə  Gəncəni tutduqdan sonra İbrahim xanı tamamilə  yıxmaq üçün 
Şuşaya gəlməli idi. Bu zaman Mehrəli bəy Fətəli xan tərəfindən öz oğlanları ilə 
birlikdə  Şamaxıdan qovulmuş və vətəndən uzaq düşüb sərgərdan həyat keçirən 
şirvanlı Ağası xan tərəfindən (hicri 1198) xaincəsinə öldürüldü (17). 
Beləliklə,  İbrahim xan müstəqil xan olaraq, Kərim xanın, Mehrəlinin, eləcə 
də  Gəncəni  ələ keçirdikdən sonra qəflətən vəfat etmiş  Fətəli xanın ölümü 
nəticəsində yaranan fürsətdən istifadə etdi. Bu məqsədlə  İbrahim xan əksərən 
ləzgilərdən ibarət çoxlu qoşun düzəldib Gəncə,  Şamaxı, Nuxa xanlıqlarını  və 
Rəşti özünə tabe etdi. İrəvan və Naxçıvan tərəfindən sərhədləri genişləndirdi. 
Təbrizi döyüşsüz tutdu və bacısı  oğlu  Əsədulla bəyi oraya hakim təyin etdi. 
Sonra o, Azərbaycanla  İranın sərhədlərindəki Qaflan Guh dağında 600 nəfər 
süvaridən ibarət bir gözətçi dəstəsi qoydu və beləliklə  də bu taydakı bütün 
tayfaları özünə tabe etdi. Bu dövrdə İbrahim xanın qüdrəti o qədər yüksəlmişdi 
ki, onun vassallarından bir çoxu ata-baba yolu ilə gedib, ona şahlıq təklif 
edirdilər. Lakin bu vaxtlar az qala bütün İranı istila etmiş Məhəmmədhəsən xanın 
oğlu Ağa Məhəmməd xan Qacarın qalibiyyətli yürüşlərindən təşvişə düşmüş 
İbrahim xanın gözünə  şahlıq görünmürdü; çünki onun qarşısında vuruşmaq, ya 
da müəyyən şərtlərlə Qacara tabe olmaq dururdu. 
 
185 


Yüklə 2,94 Kb.

Dostları ilə paylaş:
1   ...   61   62   63   64   65   66   67   68   ...   73




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə