AdigöZƏl bəy qarabağnamə



Yüklə 2,94 Kb.
Pdf görüntüsü
səhifə68/73
tarix24.12.2017
ölçüsü2,94 Kb.
#17758
1   ...   65   66   67   68   69   70   71   72   73

Xan oğlu Məhəmmədhəsən ağanın o zaman Ağa Məhəmməd xanın 
iqamətgahı olmuş, indi isə az qala dağılmış imarətindən dörddə bir verst aralı 
Məhəmməd bəyin atası Mehrəli xanın da indi az qala dağılmış olan bir imarəti 
var idi. Sadıq xanla Məhəmməd bəy yanaşı  və dinməzcə oraya gedirdilər. 
Onların kədərli, lakin məğrur simalarında ruhi əzab izləri aydın görünürdü. Lakin 
onlar bunu adamlardan gizlətməyə çalışırdılar. Onlar biri-birilə  və yaxın 
adamları ilə söhbət edərkən təsəlli verə biləcək heç bir şey düşünə bilmirdilər. 
Gecə yarısına qədər belə keçdi. Bu zaman onlara bildirdilər ki, Ağa Məhəmməd 
xanın saray adamlarından bir nəfər Sadıq xanı görmək istəyir. Müsahiblər daha 
çox həyəcana düşdülər. Ağa Məhəmməd xanın pişxidməti Səfərəli bəy içəri daxil 
oldu. 
-  Əlahəzrətdən mənə  nə kimi yeni xəbər gətirmisən, - deyə Sadıq xan onu 
salamladı. 
- Mən gizli bir tapşırıqla gəlmişəm; əmr edin, Məhəmməd bəydən başqa hamı 
otaqdan çıxsın, - deyə o cavab verdi. 
Hamı çıxdıqdan sonra, gələn adam ətrafa göz gəzdirib, söhbətə başladı: 
- Sadıq xan, bu gün hökmdarımızın qızğın qəzəbinin nəticələrindən hali 
olmamış deyilsiniz və onun kimi nəzərdə tutduğunu da, yəqin ki, yaxşı bilirsiniz. 
Məhəmməd bəy, siz isə öz bacılarınızı  ələ verməməklə, tutaq ki, çox alicənab 
hərəkət etdiniz. Lakin, əlbəttə, müstəbidin  ən yaxşı qoşunlarını  dəfələrlə 
qırdığınız üçün sizi nə gözlədiyini bilirsiniz. Şübhəsiz, siz onunla söhbət zamanı 
öz xeyrinizə olmayan bəzi şeyləri də başa düşməmiş deyilsiniz. 
- Səfərəli bəy! - deyə Sadıq xan qorxu və inamsızlıqla ona etiraz etdi; əqliniz 
başınızdadırmı?! Nə üçün belə mənasız sözlər danışırsınız? 
- Bəli, Sadıq xan, əqlim başımdadır. Buna görə  də  mən cəsarət edib bu 
həqiqəti sizə söyləyirəm ki, sabah mənim də taleyim sizinki kimi olacaqdır. 
- Buyurun, aydın deyin görək nə olmuşdur və şah sizi mənim yanıma nə üçün 
göndərmişdir? 
- Məni sizin yanınıza şah göndərməmişdir. Həm də buna görə gəlmişəm ki, siz 
gedən kimi o, and içdi ki, sabah kəllələrdən iki minarə qurduracaqdır; bunların 
birinin üstündə  mənim kəlləmlə  Məhəmməd bəyin kəlləsi, digərində isə Abbas 
bəyin kəlləsi ilə sizinki görünəcəkdir. Onun öz atasının qəbrinə and içdikdən 
sonra nə qədər rəhmsiz olduğunu isə, yəqin ki, siz məndən də yaxşı bilirsiniz. 
 
192 


-  Bunların hamısı ola bilər, - deyə Sadıq xan bir qədər yumşalıb etiraz etdi, - 
o nəyə görə sizə belə qəzəblənə bilərdi? 
- Sizə nəyə görə qəzəblənibsə, mənə də ona görə qəzəblənib. Məgər siz bizim 
müstəbidi tanımırsınız ki, o, qəzəbini böyük bir qəddarlıqla həmişə öz tabelərinin 
üzərinə tökür. Sizdən uzaqlaşmağa başladığınıız gündən, o həmişə lütfkarlıq 
göstərirdi. Deyəsən, siz özünüz də bizdən tamamilə uzaqlaşmışsınız. Lakin o 
həmişə özünə qarşı sui-qəsd hazırlanmasından və guya bizim də onda iştirak 
etməmizdən  şübhələnir. Mən onun Mirzə  Şəfi ilə danışıqlarından bunu 
duymuşam. O mənim və Abbas bəyin əvvəllərdə sizə olan sədaqətimizi bildiyinə 
və sizin barənizdə bədgüman olduğuna görə, bu dəfə də məhz ona görə bizə irad 
tutur ki, biz sarayda olduğumuz halda dərhal onun çağırışına cavab verməmişik. 
- And olsun qadir Allaha ki, - deyə Məhəmməd bəy ürəkdən söhbətə girişdi, - 
Səfərəli düz deyir, çünki o, kələk işlətmək istəsə idi, bu dil ilə danışa bilməzdi. 
Biz öz barəmizdə  və yüzlərlə  bədbəxt qurbanların barəsində vaxtında 
düşünməliyik. 
- Mən də inanıram, - deyə Sadıq xan cavab verdi, - lakin biz nə edə bilərik?! 
- Sadıq xan, bu sizin işiniz deyildir, - deyə  Səfərəli onun sözünü kəsdi. - 
Hamımızın xilas olması üçün biz Abbas bəylə birlikdə lazım olan hər  şeyi 
edərik. Bu, keçmişlərə bənzəməz; o zaman bizim üçün təhlükə yox idi və belə bir 
münasib fürsət də ələ düşməzdi. Siz ancaq bizə söz verin ki, rəhm edib bizi onun 
tərəfdarlarının  əlinə verməyəcəksiniz. Mən sizin yanınıza məhz bunun üçün 
gəlmişəm. 
- Söz veririk, - deyə  Məhəmməd bəy ürəkdən cavab verdi. - Mən öz 
nökərlərimlə birlikdə dünyanı bu cəlladdan xilas etmək xatirinə canımdan belə 
keçməyə hazıram. Siz ancaq bizə yol göstərin. Əgər bu gün o mənim barəmdə 
xoşagəlməz bir söz desə idi, mən heç bir şeyə baxmadan, çuxamın altında 
gizlətdiyim xəncərlə onun üstünə atılardım. 
- Yox, yox! Biz bununla ancaq vaxtsız həyəcan törədə bilərik. Mən 
öyünmədən sizə demişəm və indi də deyirəm ki, ancaq sizin vədinizi eşitmək 
istəyirdim. Qalan şeylər barəsində heç narahat olmayın! - deyə  Səfərəli cavab 
verdi və tələsik çıxıb getdi. 
Ağa Məhəmməd xanın pişxidməti öz hökmdarının yataq otağına qayıdana 
qədər Şuşanın mənzərəsinə bir nəzər salaq, onu tarixi və topoqrafik cəhətlərdən 
təsvir etməyə çalışaq. 
 
193 


Dumanlı havada şəhərin hər hansı bir yerindən şimala, şimal-şərqə və şimal-
qərbə  nəzər salan adam belə gözəl bir mənzərədən valeh olar: burula-burula 
qalxan dumanlar və qara buludlar gah Qarabağ dağlarının
 
qara zirvələrini və 
ağaran Qafqaz dağlarını dövr eyləyərək onların başına dolanır və onlara toxunub 
dağılır, gah da bir anlığa onların qabağını örtür. Bu gözəl mənzərə Krım 
yarımadasına gəmidən tamaşa etmiş olan bir müşahidəçiyə onun gördüyü 
mənzərəni xatırladır. Fırtmalı gündə daim köpüklənib coşan ağ  ləpələr sanki 
gəmini öz ağuşunda sıxıb  əzmək istəyirmiş kimi, gah üfüqü görməyə imkan 
vermir, gah da gəmini göylərə qaldırır və Ayıdağ, Çatırdağ  və Krım 
yarımadasının başqa zirvələri göz önündə canlanır.  Şimal-şərq tərəfdəki qayalı 
dağlar öz kənar çıxıntı  və bürcləri ilə taclı başını qürurla yüksəldən  əfsanəvi 
nəhəngləri xatırladır. 
Cənub-şərq tərəfdən Şuşanı hər iki tərəfdən hündürlüyü 200 sajendən çox və 
eni 100 sajenə qədər olan sıldırım qayalı dərə əhatə edir. Ağa Məhəmməd xan ... 
Şuşanı tutmaq fikrində olduğu bu dərənin üstündə gözəl bir bürc
1
 var idi. Bu 
bürc şəhərin o biri tərəfində olan qaya üzərində, ətrafında bir cığır belə olmayan 
yuva kimi görünür. Qayanın eninə dağılmış olan hissəsi vaxtilə bu qalaya yol 
olduğunu sübut etsə  də, bizim şuşalılar iddia edirlər ki, onu devlər
2
  və  pərilər 
tikmiş və burada saysız-hesabsız xəzinə gizlədilmişdir. Buna görə də həmin dərə 
Xəzinə qayası adlanır. Həmin bürcdən aşağıda sanki qayaya yapışmış bir qəsr 
vardır; oradakı kahadan soyuq bir bulaq axır. Bu qəsr vaxtilə  ən qorxulu 
zamanlarda  əhalinin etibarlı  sığınacaq yeri olmuşdur. Dərənin o biri tərəfində, 
çayın lap üstündə tövlə xarabalıqları görünür; yuxarıda, qəsrin qarşısında isə 
hasara alınmış  və indiyədək içərisinə ayaq dəyməmiş bir kaha vardır ki, bu da 
Şahnəzər kahası adı ilə  məşhurdur. Zənn edildiyinə görə, bu kaha qaya boyu, 
şəhərin altından keçən yeraltı yol vasitəsi ilə o biri tayda, yuxarı qapının 
aşağısında başqa bir ucsuz-bucaqsız kaha ilə birləşir. 
Bəlkə də devlər və pərilər Şuşanın altından bu oyuğu ona görə açmışdır ki, öz 
aşnalarına təhlükə üz verəcəyi təqdirdə bu oyuqdan                
                                                 
1 Həmin bürcü bu yaxınlarda macəra və  dəfinə axtaranlardan Kərbəlayı  Məhəmməd adlı birisi dağıtmışdır; bizim 
sualımıza cavab olaraq o həmin bürcdən yastı və uzun mis pullar, insan sümükləri və s. tapdığını demişdir. 
2 Dev - insanla şeytan arasında, pəri isə insanla mələk arasında fövqəltəbii bir xəyali varlıqdır. 
 
194 


Yüklə 2,94 Kb.

Dostları ilə paylaş:
1   ...   65   66   67   68   69   70   71   72   73




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə