AdigöZƏl bəy qarabağnamə



Yüklə 2,94 Kb.
Pdf görüntüsü
səhifə72/73
tarix24.12.2017
ölçüsü2,94 Kb.
#17758
1   ...   65   66   67   68   69   70   71   72   73

öz tərəflərinə  çəkərək üstünlük əldə etdilər. Bu dəstənin nümayəndələrindən 
Mirzəli bəy, Feyzi bəy və başqaları  Fətəli  şahın iradəsini yerinə yetirərək 
pişxidmət Səfərəlini Nuxa xanımdan tələb edib
1
, onu at kimi nallayaraq, habelə 
Ağa Məhəmməd xanın tikə-tikə olmuş  nəşini zər-zibaya bükərək, bunların 
hamısını müti bir itaətkarlıqla Tehrana göndərdilər. Bir müddətdən sonra, yenə 
də Fətəli şahın arzusuna görə, daha böyük bir ixlas ilə xanın oğlu Əbülfət xanı 
ona girov göndərdilər, xan qızı Ağabəyim ağanı (30) isə onu ərə verdilər. Şaha 
tam itaətkarlıq göstərmək  əlaməti olaraq, Şuşada onun adına 30 qəpik 
qiymətində olan gümüş pul (1 sahib-qran) kəsməyə başladılar. 
Fətəli  şah onun ən böyük arzularını yerinə yetirməkdə belə canfəşanlıq 
göstərilməsi müqabilində mükafat olaraq, xana Qarabağ xanlığının gəlirindən 
başqa, Qaradağ xanlığının gəlirindən də istifadə etmək hüququ verdi. 
1804-cü ilədək vaxt Qarabağda heç bir diqqətəlayiq dəyişiklik olmadan 
keçdi. Lakin bir müddət  ərzində qonşuluqda baş verən çox mühüm hadisələr 
Qarabağ xanı və onun əyanlarını təfəkkür tərzinə bilavasitə təsir göstərdi. 
Çoxdan bəri qonşu dövlət və xalqların basqınlarından əzab çəkən Gürcüstan, 
hər dəfə münasib fürsət düşdükdə, ona həmməzhəb olan Rusiya ilə birləşmək 
istəyirdi. O vaxtadək Gürcüstanın bu arzusu ona görə yerinə yetməmişdi ki, 
Rusiya ilə Gürcüstan arasında müstəqil və hərbçi çərkəz tayfaları yerləşmişdi və 
rusların onların  ərazisindən keçib gürcülərə kömək  əli uzatması asan deyildi. 
Lakin rus qoşunları Qafqaz dağlarının şimal ətəklərini tutduqdan sonra, onların 
Qafqaz sıra dağlarından keçməsi asanlaşdı. Buna görə də  Ağa Məhəmməd xan 
axırıncı  dəfə gürcülərin paytaxtını dağıtdıqdan sonra, onlar qüdrətli Rusiya 
imperatorunun təbəəliyini qəbul etdilər. Rus qoşunları Tiflisi tutdu və onların 
sərkərdələri Gürcüstan sərhədlərini düşmən hücumlarından qorumaq haqqında 
sərəncam aldılar. 
Dağıstandakı  ləzgilərin,  İsveçrədəki kantonlar kimi, federativ cəmiyyət 
qurmaları  və onların bərabərlik  əsasında müstəqil olmaları yadların hücumunu 
ümumi qüvvələrlə, birlikdə  dəf etməyə kömək edirdi. Buna görə  də  nə Çingiz 
xanın, nə Teymurun, nə osmanlıların və  nə  də Nadirin qoşunları onları öz 
zülmünə tabe edə         
 
                                                 
1 Səfərəlinin bir dustaq kimi Nuxadan aparıldığını, bizə bunu gözü ilə görmüş köçəri  İmamqulubəyli Haqverdi kişi 
söyləmişdir. 
 
 
204 


bilməmişdilər. Bu rəvayətə  və qonşu xalqlara nisbətən onların yuxarıda 
göstərilən daxili üstünlüklərinə görə, ləzgilər bütün Qafqaz ölkəsində üstünlüyü 
öz  əllərinə almışdılar. Buna görə  də onlar rus qoşunlarının Tiflisi tutması 
xəbərini aldıqda avarlı Ümmə xanın başçılığı ilə çoxlu adam toplayıb Gürcüstan 
sərhədlərinə soxularaq, rusları tamamilə qovmaq və ya qırmaq istəyirdilər. 
Bundan xəbər tutan general Lazarev ləzgilərin qarşısına çıxdı  və sayca üstün 
olmalarına baxmayaraq, qanlı döyüşdə onları geri oturtdu (31). Sonra rus 
qoşunlarının baş komandam knyaz Sisianov
1
 ikinci dəfə  ləzgiləri cəzalandırıb 
onların dayağı olan Balakəni dağıtdı (32). İndi növbə ləzgi yırtıcılarına sığınacaq 
verən gəncəli Cavad xanın idi. Bu vaxta qədər o, rus təbəəliyini qəbul etməyə 
hazır olduğunu bildirmişdisə  də, sonralar İrandan ona tezliklə kömək 
göstəriləcəyini vəd etmiş  İran agentləri tərəfindən  şirnikləndirilərək müqavimət 
göstərməyə hazırlaşırdı. Knyaz Sisianov onu Gəncə qalasında (Yelizavetpol) 
mühasirəyə aldı və bir ay davam edən mühasirədən sonra, 1804-cü il yanvarın 3-
də hücum edib qalanı tutdu. Bədbəxt xanın özü öldürüldü. Bu vaxtlar İrəvan və 
Naxçıvan hakimləri - Məhəmməd xan və Kalbah xan İran hökmdarı qarşısında 
nə üçünsə müqəssir olduqlarına görə,  İrəvan qalasında möhkəmlənərək, knyaz 
Sisianovdan tezliklə köməyə  gəlməsini xahiş etdilər. Lakin həmin ilin yazında 
knyaz Sisianov çoxlu qoşunla  İrəvana yaxınlaşdıqda, onlar nədənsə öz 
vədlərindən döndülər və İran vəliəhdi şahzadə Abbas Mirzəni köməyə çağırdılar. 
Fətəli  şah, görünür, hökmən qazanılacaq qələbənin  şərəfini öz oğluna vermək 
istəməyərək, çoxlu qoşunla Abbas Mirzənin ardınca gəldi. Knyaz Sisianov 
hadisələrin belə bir şəkil alacağını irəlicədən görə bilməzdi; rus qoşunları üçün 
ərzaq gətirilməsi məsələsi böyük çətinliklərlə əlaqədar olduğuna görə, o bir neçə 
qanlı vuruşmadan sonra Gürcüstana çəkildi. Lakin rusların iranlılarla bu ilk 
toqquşmasında bütün ölkə üçün belə bir fakt aydın oldu ki, şah və onun vəliəhdi 
İranın bütün qüvvələri ilə sayca nisbətən az olan rus dəstəsinin öhdəsindən gələ 
bilmədilər. Rus dəstələri isə nəinki döyüşə-döyüşə onların düşərgəsini tutmuşdu, 
hətta onların gözləri qarşısında uzun müddət İrəvanı mühasirədə saxlamışdı. Belə 
bir  şəraitdə, Qarabağda ruslara hüsn-rəğbət bəsləyən Məhəmmədhəsən ağanın 
dəstəsi üstün gəldi. Həm də qeyd etmək 
                                                 
1 Bizim xalq arasında ona Şıpıxtur, yəni "inspektor" deyirlər. 
 
205 


lazımdır ki, o zamankı İran sərkərdələrinin və o cümlədən şahın özünün rəyinə 
görə, alınmaz qala olan Şuşa  şəhəri iranlılar üçün Zaqafqaziyanın açarı, ruslar 
üçün isə İranın qapısı hesab edilirdi. Fətəli şah İbrahim xanla qohum olmaqdan 
başqa onun oğlu  Əbülfəti öz yanında böyük hörmətlə girov saxlamasına, xana 
hər cür hörmət göstərməsinə baxmayaraq, Şuşanın  İran qarnizonu tərəfindən 
tutulmasına təkid edə bilmirdi. Buna görə də onun yeganə çarəsi Əbülfətin əli ilə 
fitnə-fəsad törədib, belə bir mühüm məntəqəni ələ keçirmək idi. Fətəli şah belə 
də  hərəkət etdi. O, İrəvandan, knyaz Sisianova qarşı yürüşdən geri qayıdarkən 
Əbülfət xanı güclü qoşun dəstəsi ilə orada saxladı ki, o həm Qarabağ xanlığının 
özünə irsən çatan hissəsini  ələ keçirsin, həm də bu iş baş tutarsa, yeni 
əməliyyatla asanlıqla gəlib, indiki Zəngəzur qəzasının bir hissəsini ələ keçirsin. 
Bundan bir az sonra o, xanın Məhəmmədhəsən ağa və başqaları ilə birlikdə Tuğ 
kəndində olmasından xəbər tutub, güclü dəstə ilə xanı və Məhəmmədhəsən ağanı 
həbsə almağa cəhd etdi. Lakin bədbəxtlikdən gecə xanın oğlanları Mehdiqulu 
xan və Xanlar ağa güclü süvari və piyada dəstələri ilə özlərini xana yetirdilər. 
Bunların heç birindən xəbəri olmayan Əbülfət xan öz iranlı dəstələri ilə Tuğa 
yaxınlaşır və onu hər tərəfdən mühasirəyə almaq haqqında  əmr verdi. Lakin 
döyüş başlanarkən iranlılar hər tərəfdən qəti müqavimətə rast gəldilər və geri 
çəkilməyə başladdar; həm də elə bir nizamsızlıqla geri çəkildilər ki, Əbülfət xan 
on-on beş atlı ilə birlikdə çətinliklə Arazın o tayına keçə bildi. Onun düşərgəsi və 
yükləri isə çoxlu əsirlə birlikdə qaliblərin əlinə keçdi. 
Bu hadisədən sonra Məhəmmədhəsən ağa öz tərəfdarları ilə birlikdə  qəti 
qələbə çaldı. Onun təkidi ilə bir neçə  nəfər adlı-sanlı  bəy adından knyaz 
Sisianova məktub apardılar. Həmin məktubda xan iranlıların pis niyyətlərindən 
şikayətlənib, rus imperatorunun təbəəliyinə daxil olmaq haqqında özünün, öz 
əyanları  və  təbəələrinin qəti arzusunu bildirirdi. Məktubun cavabını bir nəfər 
qərargah zabiti gətirdi; haman cavabda müqavilə bağlanmasının vaxtı  və yeri 
haqqında əvvəlcədən razılığa gəlmək təklif edilirdi. 
Beləliklə, 1805-ci ilin mayında, xanlığın sərhədində, Kürəkçay sahilindəki 
düşərgədə, Yelizavetpolun (20 verstliyində) knyaz Sisianov Qarabağ xanlığının 
rus imperatoruna sədaqəti haqqında andını qəbul etdi. Bağlanan şərtlərə görə: 
 
 
206 


Yüklə 2,94 Kb.

Dostları ilə paylaş:
1   ...   65   66   67   68   69   70   71   72   73




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə