AdigöZƏl bəy qarabağnamə



Yüklə 2,94 Kb.
Pdf görüntüsü
səhifə70/73
tarix24.12.2017
ölçüsü2,94 Kb.
#17758
1   ...   65   66   67   68   69   70   71   72   73

Məhəmməd bəy Qarabağ xanlığını idarə etməyə başladığı zaman hansı 
tədbirin daha əlverişli olması barəsində tərəddüd edirdi. Bir tərəfdən Sadıq xan 
çoxlu qoşun toplayaraq son zamanlarda Qarabağdan ayrılmış olan qonşu 
xanlıqları özünə tabe etməyi ona məsləhət görür və öz fəaliyyətində 
müvəffəqiyyət qazana bilsə, onu Azərbaycan valisi təyin edəcəyinə söz verirdi. 
Digər tərəfdən, gəncəli Cavad xan onunla qohum olmağı təklif edərək, İbrahim 
xanı bütün ailəsi ilə birlikdə  qırmaq üçün çoxlu hədiyyə göndərməsini xahiş 
edirdi, çünki tbrahim xanın olduğu Car-Balakən vilayətinin kətxudaları onun 
qardaşı Talıbxan bəyi və başqalarını öldürmüş  və onun xahişini həvəslə yerinə 
yetirməyə hazırdılar. Bundan əlavə,  Şuşanın bir çox adlı-sanlı  bəyləri və 
sakinləri, o zamankı adətə görə, İbrahim xanın Qarabağda qalan oğullarını bütün 
mötəbər adamların  əli ilə öldürməyi ona təklif edirdilər ki, hamı istər-istəməz 
onun xeyrinə hərəkət etsin. Həm də onlar bunu əsas tuturdular ki, xalqı  hədsiz 
tələbləri ilə taqətdən salan İbrahim xan öz dövrünü keçirmişdir, yollar ayrıcında 
olan bir məmləkəti idarə etmək üçün daha bacarıqlı bir hakim lazım idi. 
Sadıq xanın Ağa Məhəmməd xanın qardaşı oğlu Fətəli xanla döyüşdə məğlub 
olması  və  Fətəli xanın  İran taxt-tacına sahib olması  xəbəri alındıqdan sonra 
Məhəmməd bəy bu təklifiərə cavab olaraq elan etdi ki, gec-tez güclü qonşu 
dövlətlərdən birinə tabe olması lazım gələn bu məmləkətdə xanlıq etibarsız 
olduğundan, o heç bir zaman özünün 70 yaşlı  əmisini və  əmisi oğlanlarını 
öldürməyə  və ya ölkədən qovmağa razı olmaz, çünki bütün dünyanın 
hökmranlığını belə ona versələr, bu rüsvayçılığı yumaq olmaz. O, eyni zamanda 
öz  əmisinin yanına hədiyyə  və sursatla birlikdə elçilər göndərib, ona heç bir 
şayiəyə inanmamağı  və öz xanlığına qayıtmağı  təklif etdi. Lakin Məhəmməd 
bəyin həsədini çəkən saray adamlarının təsiri altında olan xan bunların heç birinə 
inanmırdı və Fətəli şahın vədini almadan Qarabağa qayıtmağa qorxurdu. Payızda 
şahın belə bir əmri alındı ki, İbrahim xan öz xanlığına qayıtsın, Ağa Məhəmməd 
xanın nəşini və onun ölümündə müqəssir olan Məhəmməd bəyi və pişxidmət 
Səfərəlini
1
 onun yanına göndərsin. Bu zaman İbrahim xan əvvəlcə Məhəmməd 
bəyin yeznəsi olan oğlu Mehdiqulu 
                                                 
1 O biri qatil Abbas bəy Sadıq xanla birlikdə getmişdi. 
 
198 


xanı Qarabağa göndərdi ki, Məhəmməd bəyi və yerli əhalini onu qarşılamağa 
hazırlaşdırsın, özü isə muzdla tutulmuş böyük bir ləzgi dəstəsi ilə yola düşdü. 
Öz əmisindən əsla bədgüman olmayan Məhəmməd bəy əvvəlcə xanın böyük 
oğlu Məhəmmədhəsən ağa ilə görüşüb, xanı qarşılamağa getdi və onu şəhərə 
qədər müşayiət etdi, ertəsi gün isə ona şahın xəzinəsindən qiymətli hədiyyələr 
göndərdi. 
Eyni zamanda, xanın yanında onun böyük oğlanları  və saray bəyləri 
məşvərətə toplaşıb, məmləkətin gələcək ehtiyacları haqqında belə bir qərar qəbul 
etdilər: 
- Allaha şükür, biz bu qədər sərgərdan gəlib çatdıq, - deyə xanın böyük oğlu 
Məhəmmədhəsən ağa sözə başladı. - Xoşbəxtlikdən Məhəmməd bəyin bəd 
niyyətləri haqqındakı bütün şayiələr boşa çıxdı; indi biz qəddar düşmənimiz olan 
Ağa Məhəmməd xanı öldürdüyünə, bizim sərgərdanlığımıza son qoyduğuna görə 
Məhəmməd bəyə borcluyuq. Odur ki, biz onun dəfələrlə öz yaxın adamları vasi-
təsi ilə  məndən etdiyi xahişi nəzərə alaraq, onunla yeni qohumluq əlaqəsi 
yaratmalı və igid sərkərdə olduğuna görə onu öz əlimizdə saxlamalıyıq. 
-  Əksinə, - deyə xanın qohumu Mirzəli bəy etiraz etdi, - əgər onun köhnə 
dostu və qohumu Şəqaqi xan İran taxtına əyləşsə idi, onun niyyəti ləzgiləri ələ 
almaq, bizim hamımızı qırmaq, yaxud biz buraya qayıdarkən yolumuzu kəsmək 
idi. Bundan əlavə, Fətəli  şah hər necə olsa, onun ələ verilməsini tələb etdiyi 
halda siz nə edə bilərsiniz? 
- O, heç də ləzgiləri ələ almaq fikrində olmamışdır. Bu, Cavad xanın fitnəsi 
idi; o buna razı olmamışdı, - deyə  Məhəmmədhəsən ağa etiraz etdi. - Bunların 
hamısını mən Cavad xanın saray adamlarından biri olan öz qohumumdan öyrənib 
bilmişəm. Sadıq xanın işi baş tutduğu təqdirdə ... onu bu barədə ittiham etmək 
üçün  əsas yoxdur, çünki heç kəsə özünün səlamətliyi və yüksəlməsi haqqında 
düşünməyi qadağan etmək olmaz. İkincisi də, Sadıq xan heç zaman o dərəcədə 
təkəbbürlü olmamışdır ki, öz böyük qohumlarına ehtiram göstərməsin; biz 
onunla əl-ələ verib, bütün Zaqafqaziya ölkəsini özümüzə tabe edə bilərik. 
- Bunların hamısı ehtimaldır, - deyə xan özü sözə başladı. - Lakin əslində 
qaçarkən öldürülən  Əbdülsəməd bəyin  əvəzində başqa bir nəfərin  əmanət 
göndərilməsi üstündə və ruslara ümid bağladığı- 
 
199 


mıza görə, biz imkan verdik ki, camaatımızı qırsınlar, yurdumuzu yandırıb külə 
döndərsinlər. Əgər biz Məhəmməd bəyi və onun yanında olan Ağa Məhəmməd 
xanın qatilini ələ verməsək, kimə arxalana bilərik, kimdən kömək gözləyə 
bilərik. 
- Belə bir münasib fürsət var ikən Məhəmməd bəyi başdan etməyin bizim 
gələcəyimiz üçün böyük siyasi əhəmiyyəti vardır, - deyə  həmin Mirzəli bəy 
təsdiq etdi. - Onun atası daima sizinlə mübarizə edirdi; özü isə anasının sizə ərə 
getməsinə razı olmayıb onu öldürdü. Həmçinin sizə  ən sədaqətli olan saray 
adamı Molla Pənahı da öldürdü; indi isə ölkəni beş ay idarə etdikdən sonra bu 
qədər təkəbbürlü və sərvətli olduğu halda, onun gələcəkdə dinc oturacağına kim 
zamin ola bilər? 
- Onun atasının mübarizə aparmasının səbəbləri var idi, - deyə yenə 
Məhəmmədhəsən ağa etiraz etməyə başladı. - Cavanlığında hiddətlənərək öz 
anasını öldürmüşsə  də, atasının qatilini öldürməklə onun az qala bütün ailəsini 
qırmaqla və bir çox başqa igidlikləri ilə bunun əvəzini çıxmışdır. O, Ağa 
Məhəmməd xanın öldürülməsinə kömək etmiş, Qacar qoşunlarını ölkədən 
qovmuşdur. Bunların isə bizim üçün böyük əhəmiyyəti vardır
1

- Elə  bəla da burasındadır ki, onun son igidlikləri indi başımıza  əngəl 
olubdur, - deyə xan onun sözünü kəsdi. - Əvvəllərdə dediyim kimi, iki şeydən 
biri olmalıdır: ya onu ələ verməliyəm, ya da öz irsi xanlığımdan əl çəkməliyəm. 
                                                 
1  Yuxarıda izah edildiyi kimi, Məhəmməd bəy öz anasını öldürdükdən sonra uzun müddət vətənindən didərgin 
düşmüşdü; yalnız atasını öldürənlərdən intiqam aldıqdan sonra öz qohumları ilə barışa bilmişdir. Onun necə həyat sürməsi 
haqqındakı rəvayətlərdən asanlıqla görmək olar ki, Məhəmməd bəy basqınlardan və öz vətəninin sərhədlərini qorumaqdan 
çox az hallarda boş vaxt tapırdı. Bu işlərdən asudə olduğu zamanlar isə musiqi çaldırıb iki toppuzla idman edir və  cıdıra 
çıxırdı. Tariximizin həmin cəngavərlik dövründə atəşsaçan silah hələ indiki qədər təkmilləşdirilməmişdi; buna görə  də 
Məhəmməd bəy və onun nökərləri çövşən geyərdilər. O zamanlar qol gücü və igidlik hər şeydən üstün idi. Buna görə də o 
həmin üstünlükləri olanlara qarşı səxavətli və mehriban idi. Odur ki, ətraf yerlərdən bütün seçmə adamlar dəstə-dəstə onun 
yanına axışırdılar. Gürcüstandan başlamış ta İranın daxili əyalətlərinə  qədər, Xəzər dənizindən başlamış Türkiyə 
imperiyasının sərhədinə qədər geniş bir sahədə çoxlu tanışları oduğuna görə, Məhəmməd bəy həmişə öz igidləri ilə bu yerləri 
gəzib çox zaman bütün bir əyalətdən bac-xərac alır və bu yerin əhalisini itaətə gətirir, bəzən də özünü xan elan edən birini öz 
tərəfdarları ilə birlikdə təqib edirdi. Vaxtilə az qala bütün Zaqafqaziyada və Azərbaycan valiliyində hökmdar olması üçün 
İbrahim xan onun igidliyinə borclu idi. -> 
 
 
200 


Yüklə 2,94 Kb.

Dostları ilə paylaş:
1   ...   65   66   67   68   69   70   71   72   73




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə