AdigöZƏl bəy qarabağnamə



Yüklə 2,94 Kb.
Pdf görüntüsü
səhifə66/73
tarix24.12.2017
ölçüsü2,94 Kb.
#17758
1   ...   62   63   64   65   66   67   68   69   ...   73

İbrahim xan dürüst məlumat topladıqdan sonra Ağa Məhəmməd xanın ilk 
təklifini rədd etməyə cəsarət etməyərək, öz qohumu Əbusəməd bəyi onun yanına 
əmanət göndərdi. Lakin bir neçə ildən sonra Əbusəməd bəy öldürüldü və  Ağa 
Məhəmməd xan onun əvəzində başqasını  tələb etdi. Bunun cavabında  İbrahim 
xan ona bildirdi ki, onun bir nəfər  əmanəti bütün əshabələri ilə birlikdə 
öldürüldüyünə görə, belə bir şərəfli işi kimə təklif edəcəyini bilmir. İbrahim xan, 
eyni zamanda, gürcü çan İraklinin rusları köməyə çağırdığından xəbər turub; öz 
tərəfindən Məlik Yusifin və  Məlik Cümşüdün müşayiəti ilə saatlılı Mirzə 
Məhəmməd Qulunu Rusiyaya elçi göndərib, rus təbəəliyini qəbul etdiyini 
bildirdi və tezliklə kömək göndərilməsini xahiş etdi. Elçilər xoş  xəbərlə 
qayıtdılar. Ağa Məhəmməd xan bundan xəbər tutdu və 1795-ci ildə saysız-
hesabsız qoşunla Şuşa şəhərinə yaxınlaşdı. Rusiyadan kömək gözləyən İbrahim 
xan 15000-dən
1
 artıq seçmə igid toplayıb,  şəhər və onun ətrafını 
möhkəmləndirərək, qızğın müqavimətə hazırlaşdı. Ağa Məhəmməd xan şəhəri 
iki tərəfdən mühasirəyə alıb, iri toplardan şəhərə daş və mərmi yağdırırdı. Özünə 
son dərəcə güvənən Ağa Məhəmməd xan İbrahim xana aşağıdakı  məzmunda 
həqarətli bir beyt yazıb göndərdi: 
Zi məncəniqi-fələk səngi-fitnə mibarəd.  
To əbləhanə girifti miyani-Şişə qərar. (18) 
Yəni: 
Göydən yağış kimi daş yağır. 
Ay axmaq, axı "Şuşa"
2
 bunlara davam gətirməz. (19) 
 
İbrahim xan da ona beytlə cavab verdi: 
 
Gər nigahdan-mən anəst ki, mən midanəm.  
Şişəra dər bəğəli-səng nigah midarəd. (10) 
Yəni: 
Doğrudur, tanrı məni Şişədə əyləndirmişdir,  
Lakin o, bu şişəni daş içərisinə almışdır. (21) 
                                                 
1 Burada heç bir mübaliğə yoxdur; o zaman Şuşada  əhali indikindən müqayisə edilməyəcək dərəcədə çox idi və 
bundan əlavə, daimi olaraq muzd ilə 3000 nəfərə qədər ləzgi hazır saxlanılırdı. Əmin-amanlıq vaxtı yaxşı məvacib alan bu 
ləzgilərə müharibə vaxtı işğal edilən yerlərdə soyğunçuluq etmək hüququ verilmişdi. 
2 Fars dilində şişə "Şuşa" deməkdir. Bu sözdə cinas vardır. 
 
186 


Biri-birinə belə həcvlər göndərən tərəflər daha çox qızışdılar. Həmin il yazın 
başlanğıcından yayın əvvəlinədək iranlılar hücum etməyə cürət etməyib, Şərqdə 
olan ümumi taktika üzrə şəhər qarnizonunu acından öldürmək üçün hər vasitə ilə 
şəhərin ətrafla əlaqəsini kəsməyə çalışırdılar. Lakin bu plan baş tutmadı; belə ki, 
şəhər hər tərəfdən keçilməz dağlarla  əhatə olunmuşdu; onlar bu yerləri ancaq 
talan edə bildilər; kəndləri yandırır, mal-qaranı sürüb aparır,  əhalini  əsir edir, 
qadın və  uşaqlara divan tuturdular. Lakin məlumdur ki, qarabağlılar da onlara 
borclu qalmırdılar. Müasirlərin dediyinə görə, bu müharibədə  Ağa Məhəmməd 
xan müvəffəqiyyətsiz hücumlardan birində tutulan əsirlərə qarşı  dəhşətli bir 
divan tutdu: o, 100 nəfərə  qədər  əl-qolu bağlı  əsiri xırmanda dərz kimi düzüb, 
nalları tərsinə mıxlanmış və ucları qatlanmamış atları bu bədbəxtlərin üstündən o 
vaxta qədər sürməyi əmr etdi ki, onlar bir-birinə qarışıb xurd-xəşil olsunlar. 
Belə bir qəddarlığa qarşı intiqam əlaməti olaraq, ertəsi gecə cinayətkarın lap 
qulağının dibində iki İran dəstəsi darmadağın edildi. Bunların birini, xanın 
qardaşı  oğlu Məhəmməd bəy, digərini isə tuğlu Məlik Abbas əzdi; 100 nəfərə 
qədər iranlının burun-qulaqları səliqə ilə Şuşa meydanına düzülmüşdü... 
Beləliklə, mühasirə davam edirdi. İran qoşunu üçün heç bir yerdən  ərzaq 
gətirilmirdi, ordunun qoşqu heyvanları taqətdən düşmüş, süvarilər atsız qalmışdı. 
Ağa Məhəmməd xan yüksək bir dağın üstündə durub qəzəbindən İbrahim xana 
küçə söyüşləri yağdırırdı;  İbrahim xan da borclu qalmayıb, ona ağzma gələni 
deyir və onu "Axta-xan"
1
 adlandırırdı. Nəhayət, 100 min nəfərlik ordu ilə 
Şuşanın mühasirəsini davam etdirmək  İran hökmdarına mümkün olmadı; o, 
mühasirədən  əl çəkib (22) Qarabağın düzənliklərinə  çəkildi və burada gözətçi 
korpusu qoyub, qalan qoşunla Gürcüstan üzərinə yeridi. 
Ağa Məhəmməd xan bir döyüşdən sonra Tiflisi ələ keçirir (23) və 20000 
nəfərə (24) qədər  əhalini  əsir aparır. Dəhşətli sərkərdə  qışlamaq üçün 
Gürcüstandan Muğana qayıdır ki, yazda nəyin bahasına olursa olsun Şuşanı zəbt 
etsin. 
Sonrakı ilin yazında Şuşada xəbər tuturlar ki, Kərim xanın qardaşı Lütfəli xan 
Zənd Farsistanda qiyam qaldırdığı üçün Ağa 
                                                 
1 Yəni Xədim xan, xalq içərisində Ağa Məhəmməd xan bu adla məşhurdur, çünki Nadirin qardaşı oğlu Adil şah onu 
axtalamışdı. 
 
 
187 


Məhəmməd xan öz qoşunları ilə birlikdə İranın içərilərinə çəkilmişdir və yazda 
müzəffər rus qoşunları  Qızıl ayağın
1
 başçılığı ilə (25) Xəzər sahili ilə köməyə 
gələcəkdir. 
Bu xəbərlərin həqiqiliyinə  şübhə etməyən xan, sarayında rus qoşunlarını 
qarşılamaq üçün böyük hazırlıq görülürdü. Xanın oğlu  Əbülfət Qarabağ 
zadəganlarının, habelə  bəzi vassal xanlıqların adlı-sanlı adamlarından təşkil 
edilmiş  dəbdəbəli bir dəstənin müşayiəti ilə rus sərkərdəsini qarşılamaq və 
onunla danışıqlar aparmaq üçün Muğana - iki ay əvvəl Ağa Məhəmməd xanın 
durduğu yerə yola düşdülər. Düşərgədə xan oğlunu böyük bir ehtiramla 
qarşıladılar, gətirdiyi hədiyyələri qəbul edib, əvəzində ona qiymətli bəxşişlər 
verdilər; burada ona, ordunu İran sərhədlərinə  qədər yeritmək üçün bir süvari 
dəstəsi tələb etmək təklifi edilmişdi. Səfərə belə bir hazırlıq zamanı Rusiyadan 
sərəncam alındı ki, imperator II Yekaterinanın vəfatı (26) ilə  əlaqədar olaraq, 
ordu Rusiyaya geri çağırılır. Xan oğlu və onun əshabələri bu pis xəbərdən son 
dərəcə məyus olub geri qayıtdılar. 
O dövrdə bu yerlərin  əhalisi dözülməz vəziyyətdə yaşayırdı. Uzaq 
ölkələrdən, alınmaz kahalardan, keçilməz meşələrdən yenicə qayıtmış qaçqın 
əhali öz gəlişindən peşman idi; burada əsla taxıl  əkilmədiyi üçün ərzaq 
çatışmırdı, mal-qara qırılmışdı, adamlar cəmdək, ağac kökü və pahd qozası 
yeyirdilər
2
. Yüzlərlə adam acından və vəba xəstəliyindən qırılırdı, bacaran başını 
götürüb hara gəldi qaçırdı. 
III 
1797-ci ilin yazında Şuşada Ağa Məhəmməd xanın yenidən saysız-hesabsız 
qoşunla  şəhərə yaxınlaşması haqqında mənhus bir xəbər alındı. Aclıq və  vəba 
xəstəliyi üzündən daha şəhərdə davam gətirmək mümkün olmadığına, Rusiyadan 
yaxın zamanlarda kömək gözlənilmədiyinə, Türkiyə sultanının yanına göndərilən 
elçilərin        
 
                                                 
1 Xalq içərisində qraf Valerian Zubov belə adlanırdı, çünki, səhv etmiriksə, onun bir ayağı yox idi və bunun yerinə 
qızıl suyuna çəkilmiş ağac ayaq taxılmışdı.
2 O zaman biz, qəbirlərdən təzə meyitlərin çıxarılması, yemək üçün əsirlər tutmaq məqsədi ilə hücumlar edilməsi və 
nəhayət, bir uşağın sakit edüməsi xatirinə başqa birisinin öldürülməsi haqqında xalq içərisində çoxlu rəvayətlər eşitmişdik.
 
188 


Yüklə 2,94 Kb.

Dostları ilə paylaş:
1   ...   62   63   64   65   66   67   68   69   ...   73




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə