rək zərərdən başqa bir şey əldə etmədilər. Mərhum İbrahim xan başında olan
adamları ilə Kür çayından keçdi, sağ-salamat Car və Balakənə gəldi. Yolda
ləzgilərdən bəzisi Ağa Məhəmməd şahın hökm və fərmanına görə, İbrahim xanın
qabağını kəsərək, onu tutub Ağa Məhəmməd şahın yanına aparmaq istədilər. Az
qalmışdı ki, hər iki tərəf müharibəyə girişsin. Mərhum xanın arvadı və Avar
hakimi Ümmə xanın bacısı olan Bikə ağa onlara nəsihət edib, vuruşmalarına
mane oldu. Bu əsnada qarabağlı Məhəmmədrəfi bəy, Ağa Məhəmməd şahın
başını gətirdi. Onun öldürülməsi xəbərini Balakəndə uca şanlı behiştlik xana
yetirdi. Bu hadisənin təfsilatı belədir:
Ağa Məhəmməd şahın Şuşa şəhərinə daxil olmasından bir həftə keçmişdi. Bir
gecə yaxın adamlarından və nədimlərindən Səfərəli bəy və Abbas bəyə
(gördükləri) əhəmiyyətsiz bir xətadan ötrü dedi: "Səhərçağı, fələkin qüdrətli
padşahı - işıqlı günəş, cəsədsiz başını məşriqdən çıxardar. Fələkin mina rəngli
ətəyini (üfüqü) gül təki qızardar. Mən də sizin başınızı - baxanlara ibrət olmaq
üçün - alçaq olan vücudunuzdan bir cida boyu ayırram. Gül rəngli qanınızla
Qarabağ gülzarını laləzara çevirrəm".
Onlar yəqin bilirdilər ki, Ağa Məhəmməd şah sözünü dəyişməz. Vasitəçilərin
isti nəfəsi onun dəmir kimi olan soyuq ürəyinə təsir etməz. Çarəsiz qalıb haman
gecə onun işini bitirmək fikrinə düşdülər. Səhərə yaxın Ağa Məhəmməd şah
yuxunun bihuş edən piyaləsindən xumarlanmaqda idi. Onlar hərəmsaraya daxil
oldular. Qan saçan xəncərlə onun cəsədini Davudun zirehitək deşik-deşik etdilər.
Şahın qaş-daşla bəzədilmiş bazubənd, tac və həmailini götürüb özlərini Şəqaqi
Sadıq xanın yanına yetirdilər. Əhvalatı olduğu kimi ona bildirdilər. Sadıq xan
onların sözlərinə inanmadı və dediklərinə etimad etmədi; çünki o, öz barəsində
şahdan xatircəm olmayıb həmişə qorxuda idi. Buna görə, onların sözlərini Ağa
Məhəmməd şahın hiyləsi hesab etdi. Axırda qəliz andlar içib Sadıq xanı
inandırdılar. Onu min qorxu və vahimə ilə İbrahim xanın oğlu mərhum
Məhəmmədhəsən ağanın imarətində olan Ağa Məhəmməd şahın mənzilinə
gətirdilər. Əvvəlcə Səfərəli bəy otağa girdi. Yorğanın ucunu şahın üstündən
qaldırdı. Yenə od yağdıran xəncərilə onun sinəsindən qan çayları axıtdı. Sadıq
xan bu halı görcək, tab və taqətdən düşdü. Dərhal bazubənd, tac və həmaili
götürüb öz mənzilinə gəldi. Şəqaqi qoşunlarını yığıb Qaladan köçdükdə dedi:
"Şah məni
67
İbrahim xanın ardınca göndərir". Şahın qatillərindən Abbas bəyi özü ilə bərabər
apardı. Səfərəli bəy isə Qalada qaldı. Sadıq xan qaladan çıxandan iki saat sonra,
şahın öldürülməsi xəbəri şəhərə yayıldı.
Qızılbaş xanları bu hadisədən qorxuya düşüb özlərini itirdilər. Hər biri öz
adamları ilə dəstə-dəstə qaçıb dağıldılar. Şəhər əhalisi tam bir izdiham və ümumi
bir hücumla şahın yaşadığı imarətə daxil oldu. Qızılbaş qoşunundan əsir
düşənləri soyundurdular... Bu zaman, mərhum İbrahim xanın qardaşı oğlu
Məhəmməd bəy imarətə daxil oldu. Şahlıq xəzinəsinə aid şeylərin yerdə
qalanlarını zəbt etdi. Qızıl-gümüş qabları, alətləri və qiymətli cavahiratı mərhum
Məhəmmədhəsən ağanın imarətindən öz sarayına göndərdi. Səltənət və riyasət
işilə məşğul oldu. Ağa Məhəmməd şahın başını da Məhəmmədrəfi bəylə
Balakənə göndərdi. Behiştlik İbrahim xan, Ağa Məhəmməd şahın təhlükəsindən
asudə olunca, onun başını bir sovqat kimi Gürcüstan valisinə göndərdi. Bir neçə
gündən sonra öz igid oğlu və vəliəhdi cənab Mehdiqulu ağanı Qarabağa göndərdi
ki, əhalisini sakit edib şəhərdə asayiş bərpa etsin. Onun ardınca ən böyük oğlu
Məhəmmədhəsən ağanı da Qarabağ tərəfinə göndərdi...
Bir neçə müddətdən sonra, behiştlik xan özü də Qarabağa gəldi və keçmişdə
olduğu kimi, yenə hökumət taxtında oturdu...
DOQQUZUNCU FƏSİL
RUSİYA QOŞUNLARININ QAFQAZIN BU
TƏRƏFİNƏ TƏKRAR GƏLMƏSİ VƏ ƏMƏLƏ
GƏLƏN HADİSƏLƏR HAQQINDADIR
Georgi xan müstəqil vali oldu, valilik taxtı onun vücudu ilə zinət tapdı. İran
padşahı Ağa Məhəmməd şah öldürüldü və Fətəli şah Qacar səltənət taxtına
oturdu
1
.
Vali bir tərəfdən Rumdan (Türkiyədən), digər tərəfdən İrandan və bir
tərəfdən də Dağıstandan qorxuya düşdü. Qardaşlarının ədavə-
1 Artıq 1800-cü ilin əvvəllərində Fətəli şah taxt-tacında möhkəmlənmiş və ona düşmən olan bir çox xanları
asdırmışdı. B a x: Xoylu Cəfərqulu xanın general-leytenant Knorrinkə yazdığı məkrub (AKAK, c. I, sənəd 961, səh. 675). B
a x: Statski sovetnik Kovalenskinin Gürcüstan xatirələri (AKAK, c. I, sənəd 34, səh. 113).
68
tini də buna əlavə etmək lazımdır. (Buna görə) o, öz böyük oğlu pavud mirzəni
1
yalvarıcı ərizələr və səmimi məktublarla böyük iınperator, hörmətli şahənşah,
bütün xalqların başının ağası, ulduz calallı, əzəmətli padşah Pavel Petroviçin uca
dərgahına və işıqlı asitanəsinə göndərdi. Məktublarda deyilirdi: "Mən bu qədər
xarici məzhəblər arasında tək qalmışam, hər saat birindən ehtiyat etməkdən cana
gəlmişəm. Vəziyyətim hüzurunuza yaxın olan əmirlərinizə məlumdur. Başıma
gələn hadisələr onların işıqlı qəlblərinin aynasına əks etmişdir. Ağa Məhəmməd
şahın haqqımızda rəva gördüyü zülm, əziyyət və əmələ gətirdiyi fəsad və fənalığı
ikidilli qələm təsvir etməkdən acizdir.
Aləmlər padşahı və dünya hökmdarından xahişimiz budur ki, millətimizin
hörməti və dinimizi müdafiə etmək xatirəsi üçün, bizləri öz himayələri altına
alsınlar. Aləmi bəzəyən bayraqları üzərindəki mahçənin (ayparanın) nurilə, pis
xasiyyətli düşmənlərin zülmünün zülmətini üzərimizdən qaldırsınlar".
Sonra, Gürcüstanın seçilmiş, etimadlı və nəcib tavadlarından eşikağasıbaşı
Kərsəvan bəyi, Davud mirzənin ardınca, fələk dəstgahlı padşahın dərgahına
2
yola saldı. Kərsəvan bəy keçmişdə aləmlər padşahının şərafətli asitanəsində olub,
knyaz Çavçavadze adilə məşhur idi. Şir qeyrətli böyük imperatorun və kəramətli
padşahın mərhəmət dəryası cuşa gəldi. General-mayor Lazarevi bir polk qoşunla
göndərdi ki, gedib Gürcüstan hüdudunu var qüvvəsilə mühafizə etsin. Statski
sovetnik (mülki müşavir) Kovalenskini də Gürcüstan valisinin yanında qalmaq
üçün ministr (nazir) təyin etdi.
Yuxarıda adları çəkilən əmirlər Tiflisə gəlib valinin yanında qaldılar
3
.
Bir ildən sonra Ümmə xan Dağıstandan iyirmi min qoşun götürüb gəldi.
Ümmə xan belə düşünürdü: "Madam ki, vali rus qoşununa
1
Davud mirzə - David Georgiyeviç, padşah XII Georginin birinci arvadından olmuş böyük oğludur. B a x: "Gürcü
padşahı xanədam" (AKAK, c. I, sənəd 161, səh. 200).
2
Rusiya imperatorları sarayı nəzərdə tutulur.
3 Rus ordusu polku general-mayor Lazarevin komandanlığı ilə 1799-cu il noyabrın 26-da Tiflisə daxil olmuşdur.
Nazir Kovalenski həmin 1799-cu il noyabrın 8-də Tiflisə varid olmuşdur. B a x: Statski sovetnik Kovalenskinin general-
leytenant Knorrinkə 1799-cu il 2 dekabrda yazdığı məktub. Tiflis (AKAK, c. I, h. II, sənəd 6, səh. 98).
69
Dostları ilə paylaş: |