Adilxan bayramov səMƏd vurğUN



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə11/85
tarix14.04.2018
ölçüsü5,01 Kb.
#38235
1   ...   7   8   9   10   11   12   13   14   ...   85

 
 
40
ulmuşdur. Kərəm öz adamları ilə Elxanın malikanəsinə hüçum edir. Bu üsyanın 
nətiçəsində malikanə dağıdılır və Elxan qətlə yetirilir. Əlbəttə, yazıldığı dövrə görə 
bu sonluq təbii səslənirdi və «müsavat hökuməti»nin bəyinin aqibəti də belə olmalı 
idi. 
Bununla belə şair yaşadığı dövrün tələblərinə uyğun olaraq hadisələrin, xüsusən 
obrazların təsvirində  bəzən daha tünd boyalar seçmiş, bu isə, hadisələrin reallığına 
xələl gətirmiş, süniliyə səbəb olmuşdur. 
Bolşevik Kərəmin adamları hücum edərək Elxanın evini yandırır, dağıdır, hətta 
əlində Quran onların qarşısına çıxan qocaya belə  məhəl qoymurlar. Kərəm, hətta 
Elxanın körpə qızını «qurddan olan qurd olar», deyə odun içinə atmaq istəyir və bu 
zaman: 
Açır gözünü birdən, 
Gülür sarı qızcığaz... 
Şair, həyatı düz yaz. 
Kərəmi heyrət alır, 
Kərəm xəyala dalır...(227). 
 
Atif Zeynallı bunu «Üsyan»ın yazıldığı 1930-çu illərdə  ədəbiyyatımızda 
solçuluq tendensiyasının şairin yaradıcılığına təsiri ilə izah edir: «Kərəm igid olduğu 
qədər də amansız və  sərt idi. Kənddə sarayı xatırladan yeganə «məğrur bina»nı 
müsadirə edib yoxsulların istifadəsinə vermək əvəzinə: «Yan, ey cəllad yuvası» deyib 
onu xaraba qoyurdu. Əli Quranlı «tülək qarı»nı gülləborana tuturdu. Ən nəhayət, 
Elxanın körpəsini beşikdən götürüb oda atmaq istəyirdi. Bu an S.Vurğun elə bil ayılır 
və hiss edir ki, onun yeni bir qəhrəman kimi yaratmağa çalışdığı Kərəm artıq çanlı 
görünmürdü, süni təsir bağışlayırdı. Buna görə  də: «Şair, həyatı düz yaz!» deyirdi. 
(179, 156). 
Şair qarşı  tərəfi isə  zəif, gününü eyş-işrətlə keçirən, «mədəsini südə, qaymağa 
tutan» bir hakim kimi təqdim etmişdir. Bu cür təqdimat isə reallıqdan uzaq olmaqla 
bərabər tərəflər arasında- 


 
 
41
kı mübarizənin təsirini və həm də əhəmiyyətini azaldır. 
Bəzi tədqiqatçılar (B.Vahabzadə, H.Babayev) «Üsyan»ı  şairin «Komsomol 
poeması»nın bir fəsli hesab edirlər. Bəxtiyar Vahabzadə yazır: «Üsyan»a ayrıca bir 
əsər kimi baxmaq olmaz. O, «Komsomol poeması»nın bir qoludur. «Komsomol 
poeması» da «Üsyan» poemasının xronoloci davamı kimi nəzərimizi cəlb edir. İkinci 
tərəfdən, «Komsomol poeması»nın «Kənddə teatr» fəslində  şair, teatr səhnəsindən 
ədəbi üsul kimi istifadə edərək ötən illərə - «Üsyan»da təsvir olunan müsavat illərinə 
qayıdır. Poemanın bu fəsli həm dövrün, həm də bir sıra obrazların eyniliyi (Kərəm, 
Elxan) etibarilə «Üsyan» poemasını xatırladır. Beləliklə, «Üsyan»ı «Komsomol 
poeması»nın ilk fəsli etmək olar». (170, 64) 
Doğrudan da hər iki poema arasında bu cür oxşarlıqlar vardır. Lakin S.Vurğunun 
«Üsyan»ı «Komsomol poeması»nın bir fəsli (hətta ilk fəsli) kimi qələmə aldığını 
qəbul etmək olarmı? 
Məlumdur ki, S.Vurğun «Komsomol poeması»nı 1931-ci ildən yazmağa 
başlamış,  əsərin  əsas hissələrini 1931-1934-cü və qismən 1935-1936-cı illərdə 
müxtəlif qəzet və curnallarda dərc etdirmişdir. Belə olan halda şair əsərin ilk fəslini 
nə üçün 1936-cı ildə qələmə almalı idi? Bundan başqa, şair «Üsyan»ı «Azərbaycan» 
epopeyasına daxil etmiş, lakin «Komsomol poeması»nın heç bir hissəsini buraya 
daxil etməmişdir. 
«Komsomol poeması»nın «Kənddə teatr» fəslindəki Elxanla «Üsyan»dakı 
Elxanın eyniliyini söyləmək də olmaz. Birinci Elxan nazir, ikinci Elxan isə 
gördüyümüz kimi, olsa-olsa, bir kəndin mülkədarıdır. Nazir Elxan ixtişaşları 
yatırtmaq üçün yollar fikirləşir, parlamentin proqramını şərh edir, mülkədar Elxan isə 
öz adamlarını başına toplayıb eyş-işrətlə məşğul olur. 
Kərəm surətlərinin qoşalığı barədə onu demək olar ki, müəllif hər hansı bir şəxsi 
(məhz Çalpapaq Kərəm kimi şəxsləri) bir neçə  əsərinə daxil edə bilər və bu 
təcrübədən bizim ədəbiyyatda geniş istifadə edilir. Onu da qeyd edək ki, «Üsyan»ın 
əlyazmasın- 


 
 
42
da Kərəm surəti Qəşəm adı ilə verilmişdir.

 
«Komsomol poeması» da «Üsyan» poemasının xronoloci davamı kimi 
nəzərimizi çəlb edir» mülahizəsi (əsərlərin müstəqilliyini inkar etməmək  şərtilə) 
doğrudur. 
Professor Həbib Babayevin «Komsomol poeması» ilə «Üsyan», «Kənd səhəri» 
və «Muradxan» poemaları arasında gördüyü yaxınlıq və oxşarlıq da(183, 51)
 
bu 
dediklərimizlə bağlıdır.
  
 
 
      
                                           

  Бу барядя С.Вурьунун «Ясярляри»нин III жилдинин «Изащлар вя шярщляр» бюлмясиндя мцвафиг гейдляр едилмишдир. 
Бах: С.Вурьун. Ясярляри. Йедди жилддя, III ж., сящ. 583-584. 


 
 
43
   «Vaqif» dramı: Şair və hökmdar problemi. 
Sənətkarın faciəsinin inikası 
 
S.Vurğunun 1937-ci ildə  qələmə aldığı «Vaqif» dramı onun ilk səhnə  əsəridir. 
Şair  əsərin ilk tamaşası münasibətilə  dərc etdirdiyi məqaləsində yazıçıların 
vəzifələrindən birinin də qaranlıq keçmişin işıqlı çəhətlərini - böyük insanlarını yax-
ından öyrənmək və xalqa tanıtdırmaqdan ibarət olduğunu göstərmiş  və sonra yaz-
mışdır: «Bu məqsədlə də mən «Vaqif» dramını yazdım».(135, 86). Deməli, yenə də 
şairin məqsədi Azərbaycan tarixinin hələ  əsaslı  şəkildə öyrənilməmiş  səhifələrini 
bədii söz vasitəsilə oxucuya çatdırmaq olmuşdur. Xalqın «böyük insanlarını yaxından 
öyrənmək və xalqa tanıtdırmaq» yenə ön plandadır. 
1930-cu illərdə SSRİ-də yaşayan ayrı-ayrı xalqların öz tarixi keçmişinə marağı 
xeyli artmışdı. 1934-cü ildə SSRİ Xalq Komissarları Soveti və ÜİK/b/P MK «SSRİ-
nin məktəblərində  Vətən tarixinin tədrisi haqqında» qərar qəbul etmişlər. (204). Bu 
qərarda tarixin öyrənilməsində və tədrisində yol verilmiş nöqsanlar göstərilmiş, tarixi 
hadisələrin və tarixi şəxsiyyətlərin düzgün səciyyələndirilməsi qarşıya qoyulmuşdur. 
Əlbəttə, bu qərar o vaxtlar tarixi mövzuda bir sıra  əsərlərin yazılmasına təsir 
göstərmişdir. Məhz bu illərdə tarixi mövzuda «Birinci Pyotr» (A.Tolstoy), 
«Yemelyan Puqaçov» (V.Şişkov), «Cəngavər  İoan» (İ.Selvinski), «Suvorov» (K.Si-
monov), «Tsusima» (A.Novikov-Priboy), «Abay» (M.Auezov) və başqa  əsərlər 
meydana çıxmışdır. Azərbaycan yazıçılarından C.Cabbarlının və H.Cavidin pyesləri, 
M.S.Ordubadinin bir sıra əsərləri, Y.V.Çəmənzəminlinin «Qan içində» romanı və bir 
çox başqa əsərlər də tarixi mövzuda yazılmışdır. 
S.Vurğunun tarixi mövzu olaraq XVIII əsrdə yaşamış Azərbaycan  şairi 
M.P.Vaqifin dövrünü, həyatını  və  fəaliyyətini seçməsi nə ilə  əlaqədardır? Bu, hər 
şeydən  əvvəl,  şairin M.P.Vaqif poeziyasına bağlılığı ilə izah olunmalıdır. Professor 
Cəlal Abdul- 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   85




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə