Adilxan bayramov səMƏd vurğUN



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə10/85
tarix14.04.2018
ölçüsü5,01 Kb.
#38235
1   ...   6   7   8   9   10   11   12   13   ...   85

 
 
36
kəri», «döşü medallı» general Sisyanov vasitəsilə  həyata keçirir. General öz 
ordularını Qafqaza yönəltmiş, bu yerlərin işğalı planını hazırlamışdır. «At üstündə 
qıpınc vuran» generalı bütün Qafqazda tanıyırlar, çar da məhz ona arxalanır. 
Nə yaxşı ki, bütün Rusiya belə düşünmür. Bu baxımdan poemada rus əsgəri 
surəti maraq doğurur. Qarmonda qəmli havalar çalan bu əsgər başqa cür düşünür: 
 
Dərdini söyləyir ötən dillərə: 
«Mən niyə gəlmişəm bu yad ellərə?» (133, 179) 
 
O, evdən çıxanda anbar başalmışdı. Mülkədar onu da talamış, bütün taxıl vergiyə 
getmişdi. 
Əsgərin düşüncələrində Rusiyanın işğalçılıq siyasətinə qarşı etiraz nidaları ifadə 
olunmuşdur. Neçə-neçə günahsız insanın qətlə yetirilməsi, nahaq qanların axıdılması, 
anaların göz yaşları-şahidi olduğu bütün bu ədalətsizliklər əsgəri qəti qərara gəlməyə 
məcbur edir: 
Yox!.. Düz atmayacaq əlim gülləni... 
Qarı son nəfəsdə gözləyir məni. (133, 180) 
 
Əlləri nahaq qanlara batmış general bu əsgərin də qətlinə fərman verir... 
S.Vurğun poemada Aslan obrazını sevərək yaratmışdır. Aslan xalq içərisindən 
çıxmışdır. O öz xalqana bağlıdır, xalq da onu sevir və inanır. Knyaz Sisyanovun 
qoşunları Bakını mühasirəyə alanda camaat üzünü Aslana tutur: 
 
Tez çağırın Aslanı,  
Yığsın eli, obanı... 
 
Aslan öz Vətəninin azadlığını hər şeydən üstün tutur. Elə bu- 


 
 
37
na görə də şəhərin açarını Sisyanova təqdim edərkən xəncəri onun köksünə sancır: 
 
Al!-deyir-payını, soruşma nədir- 
Çara «qullarından» ilk hədiyyədir... (133, 181) 
 
Şair isə öz qəhrəmanının şücaətini belə səciyyələndirir:  
 
Alqış tarixdəki o şanlı günə! (133, 181) 
 
Bu misralar Azərbaycanın öz müstəqilliyini asanlıqla vermədiyinə, bu yolda 
qanlar töküldüyünə işarədir. 
Əsər kiçik bir epiloqla bitir. Burada Vətən torpağının azadlığı və ümumən insan 
azadlığı tərənnüm olunur. 
Qeyd etdiyimiz kimi, S.Vurğun «Aslan qayası» poemasını da «Azərbaycan» 
epopeyasına daxil etmişdir.  Əlyazmada «Aslan qayası»nın son hissəsi diqqəti cəlb 
edir. Bu hissəni  şair özü qeyd etməsə  də, poemanın epiloqu hesab etmək olar. 
S.Vurğun həmin parçanı çap etdirməmiş, kitablarına da daxil etməmişdir.  Şairin 
yeddi cildlik «Əsərləri»nin III cildinin «İzahlar və  şərhlər» bölməsində poemanın 
əvvəllər çap olunmamış on iki bəndi verilmiş (139, 579), altı bənd isə yenə «işıq üzü» 
görməmişdir. 
Poemanın haqqında danışdığımız hissəsində Bakı  şəhəri çar ordusu tərəfindən 
işğal olunduqdan sonra, yəni Azərbaycanın  şimal hissəsi Rusiyaya birləşdirildikdən 
sonra burada baş verən məhrumiyyətlər, talanlar, yadellilərin soyğunçuluğu... 
oxucuya çatdırılır. «Cüt başlı qartalın bayrağı» yurdumuzun üstündə titrəyəndən 
sonra Azərbaycan kəndlisinin xırmanı boşaldı, aşığın sazı ağladı, ipəyimiz, neftimiz 
Rusiyaya daşındı, din-şəriət yad qanunlara baş əydi... 
 
Tər içdi, qan uddu motal papaqlar,  
Son dana, son çuval getdi vergiyə... 


 
 
38
Bağlandı qapılar, söndü ocaqlar,  
Qarılar, qoçalar yalvardı göyə... 
O gündən titrədi yurdun üstündə 
Cüt başlı qartalın qanlı bayrağı.  
Tarixin doğduğu o qara gündə 
Böyük bir ölkənin söndü çırağı. (139, 579) 
 
Son misralarda Azərbaycanın öz müstəqilliyini itirdiyi, Rusiyanın əsarəti altına 
düşdüyü göstərilmişdir.  Şair bu parçada Azərbaycan Rusiyanın müstəmləkəsinə 
çevriləndən sonra ədəbiyyatımızın və dilimizin təzyiqlərə  məruz qaldığını, dilimizə 
xalqımızın mənəviyyatı ilə uyuşmayan sözlərin gəldiyini, ölkənin sərvətlərinin 
daşındığını ürək ağrısı ilə qələmə almışdır: 
 
Yüz il biz ayrıldıq ana dilindən  
Məktəbin adına dedik «uşkola»... 
Yüz il Füzuliyə həsrət qalaraq 
Doğma anamıza söylədik «mama».  
Yüz illik yuxuya birdən dalaraq
Yatdıq gözümüzdən qan dama-dama.  
...Axdı Rusiyaya neft kəmərləri 
Daşıdı onları ilk dəmir yolu.. 
Tarixə hökm edən o gündən bəri  
Çalışdı yadlara Azərin oğlu. 
O gündən yayıldı siflis, süzənək,  
Eşitdik ilk dəfə «fahişə» sözü... 
Bunları nəzm ilə artıqdır demək
 
 
Tarixə şahiddir tarixin özü (144).
 
«Aslan qayası» poeması yüksək vətəndaşlıq mövqeyindən qələmə alınmışdır. 
Burada Azərbaycan xalqına, onun adət-ənənələrinə, tarixi abidələrinə, hətta xalqın 
yaratdığı əfsanələrə böyük məhəbbət duyulur. 


 
 
39
Əsərdə yurd sevgisi, torpaq təəssübü güclü verilmişdir. Yurdun üstünü qara 
buludlar alanda hamı xan sarayının qarşısına toplaşır, şəhərin müdafiəsi üçün yollar 
arayır, hamı bir nəfər kimi yurdun müdafiəsinə hazırlaşır: 
 
Sel olsa da qanımız 
Qurban olsun canımız 
Bu sünbüllü çöllərə, 
Bu mehriban ellərə. 
 
S.Vurğunun 1936-cı ildə  qələmə aldığı  və «Azərbaycan» epopeyasına daxil 
etdiyi «Üsyan» poemasının mövzusu yaxın tariximizdən götürülmüşdür.  Əsərdəki 
hadisələr 1918-1920-ci illərdə Azərbaycan Xalq Cümhuriyyəti dövründə baş verir. 
Şair əlyazmada poemanın adını «Üsyan və Quran» kimi göstərmişdir ki, bu da əsərin 
ruhu ilə daha yaxın səsləşir.  Əsərin ilk adlarından biri də Azərbaycan Xalq 
Cümhuriyyətinin Dövlət Bayrağına işarə olaraq «Üç rəngli bayraq» olmuşdur. 
Əsər birinci şəxsin dilindən-şairin öz sevgilisinə müraciəti şəklində yazılmışdır. 
Poemanın  əvvəlində ölkədə baş verən hərc-mərcliklər göstərilir. Aclıq, xəstəlik
soyğunçuluq, talançılıq adi hal almışdır: 
 
Aclıq! Çəkilmişdir göylərə çörək, 
Susuzluq!.. Quruyur bağlarda tənək. 
Gölmə sularının rəngi sapsarı, 
Xəstəlik çürüdür ağaclıqları. 
Dərin bir sükuta dalır təbiət, 
Beləydi sevgilim, bizim köhnə kənd. (133, 222). 
 
Bu kəndin ağası Elxan zəngin var-dövlət sahibidir. Qoçuları başına toplayıb eyş-
işrətlə məşğul olur. 
Bolşevik Kərəm isə öz əqidəsinə uyğun olaraq ona qarşı qoy- 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   85




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə