Adilxan bayramov səMƏd vurğUN



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə16/85
tarix14.04.2018
ölçüsü5,01 Kb.
#38235
1   ...   12   13   14   15   16   17   18   19   ...   85

 
 
58
İki od arasında qalmış Azərbaycana məhəbbət «Vaqif» pyesinin əsasını  təşkil 
edir. Hadisələrin gedişində  və inkişafında, ayrı-ayrı obrazların monoloqlarında, 
dialoqlarda Azərbaycan sevgisi hakimdir. Şair müxtəlif  ədəbi üsullarla bu yurdun 
keçmişi, xalqın tarixində baş vermiş hadisələr barədə tamaşaçıya məlumat verir. Bu 
baxımdan Eldarın monoloqları  səçiyyəvidir. Bu monoloqlar əsasən Azərbaycanın 
yaşamış olduğu məhrumiyyətlərlə bağlıdır. Eldar ilk monoloqunda tarixin müxtəlif 
mərhələlərində xalqın ağır güzəran keçirdiyinə  işarə etmiş, öz sərvətinin sahibi 
olmadığını göstərmişdir: 
 
Bir ağ gün görmədi bizim sonalar,  
Öldü diri gözlü yazıq analar. 
Yeri şumlayan biz, onu əkən biz,  
Böyük sarayları qurub tikən biz.  
Qışın şaxtasında taxıl becərən, 
Nə rahatlıq görən, nə yuxu görən  
Bizik, biz! Yenə də öldük acından,  
Asıldıq hər zaman dar ağacından. (134, 69) 
 
Göründüyü kimi, yenə şairin narahatlığı insanın ağır güzəranı, maddi və mənəvi 
sıxıntıları ilə bağlıdır. «Nə vaxt qurtaracaq pis gündən insan»? sualı isə bu və ya digər 
dərəcədə bütün dövrlərə aiddir. 
Eldarın ikinci monoloqu Azərbaycanın keçmişinə qısa bir səyahətdir. S.Vurğun 
Eldarın dili ilə bir daha üzünü «Qız qayası» poemasından bizə tanış olan eyni adlı 
qayaya tutur: 
 
Budur Qız qayası-hicran yuvası! 
Başından çox əsmiş ölüm havası. 
Bağrını deşdikcə hər soyuq külək 
Ah çəkib, of demiş, köks ötürərək...  
Of, yazıq analar, of, igid vətən. 


 
 
59
Nələr çəkməmişsən bu dünyada sən... 
Sinəndə at çapan şahlar, xaqanlar 
Səni parçaladı, diddi ətini, 
Qəlbini, hissini, məhəbbətini... (134, 99) 
 
Şair bu dəfə Qız qayasına Azərbaycanın rəmzi kimi müraciət etmişdir. 
S.Vurğunun  əsərdə  təsvir etdiyi hadisələr  əsasən Vaqiflə  əlaqədar verilir. 
Tədqiqatçılar Vaqif barədə danışarkən onu ümumiləşmiş surət hesab edirlər. «Vaqif 
böyük Azərbaycan yazıçılarının ən başlıca xüsusiyyətlərini özündə toplayan surətdir. 
Yəni müəllif bizə tarixdən məlum olan Molla Pənahın  şəxsi xüsusiyyətlərini 
verməklə  bərabər, eyni zamanda xalqımızın yaratdığı böyük şairlərin  ən gözəl 
cəhətlərini də göstərməyə  səy etmişdir. Gözəllərə  şer deyən, yaşılbaşları  tərifləyən, 
təbiətin gözəlliklərindən nəşə duyan, özünün dediyi kimi, «dünyanın hər  şərbətini 
içməyə» çalışan rübabı  şair Vaqif eyni zamanda ağıllı bir dövlət xadimidir, 
diplomatdır, vətənpərvərdir, xalqının dərdini düşünən gözəl bir vətəndaşdır». (108, 
20) 
Vətənpərvər və vətəndaş olan qələm sahiblərimiz öz xalqını düşünməklə bərabər 
başqa xalqlara da eyni gözlə baxmış, ümumbəşəri ideyaları  təbliğ etmiş, xalqları 
dostluğa,  əməkdaşlığa səsləmişdir. S.Vurğun milli və ümumbəşəri xüsusiyyətləri 
məhz Vaqif obrazı üzərində  cəmləşdirmişdir. Vaqif, hər  şeydən  əvvəl, böyük 
vətənpərvərdir, öz vətənini, xalqını və dilini müdafiə edir. 
Vaqifin özünəməxsus xüsusiyyətləri onun Vidadi, Eldar və başqa adamlarla 
söhbətlərində, İbrahim xan və Qacarla qarşılaşdığı səhnələrdə, habelə başına gələn bir 
sıra hadisələr zamanı meydana çıxır.  Əsərin  əvvəlində Salahlıya-Vidadi ilə görüşə 
gələrkən kənd ağsaqqallarından Qurban kişi onu ərklə  məzəmmət edir. Qurban kişi 
üzünü Vaqifə tutub deyir ki, sən gözümüzün işığı, məclislərin yaraşığı idin, gəlinə-
qıza şer deyərdin. «Onu da çox gördün axırda bizə?» 


 
 
60
Vaqif bu ağsaqqala belə cavab verir: 
Yox, yox, Qurban əmi, mənə dünyada  
Bu ellər, obalar gülzar görünür. 
Gözüm gözünüzdən uzaq olsa da,  
Könüldən-könülə yollar görünür. (134, 17) 
 
Qurban kişinin bu «məzəmmət»ində  də Vaqifə el sevgisinin şahidi olur, ona 
böyük ehtiram göstərildiyini hiss edirik. Göründüyü kimi, Qurban kişi ona birbaşa 
demir ki, gözəl məclislərin yaraşığı olduğunu, gəlinə-qıza  şer dediyini, yəni nikbin 
hərəkətlərinlə camaatı  şad etdiyini axırda bizə çox gördün. Qurban kişi bunu 
Vaqifdən çox mülayimliklə soruşur: «Onu da çox gördün axırda bizə?» 
Vaqif sarayda təqib olunanda, mənəvi sarsıntılara məruz qalanda yenə də bağlı 
olduğu xalqı, eli-obanı düşünür: 
 
O təmiz duyğular, o saf ürəklər,  
Bənövşə qoxulu sərin küləklər
Başına döndüyüm güllər, çiçəklər – 
Tərlanlar oylağı yadıma düşdü... (134, 56). 
 
Vaqif elə-obaya bağlı olmaqla bərabər, həm də demokratik ruhlu dövlət xadimi, 
uzaqgörən diplomatdır. O, vəfalı dost, mehriban valideyn, möhkəm iradəli bir 
insandır. 
Vaqifin  İbrahim xana dediyi sözlər Vətənin işıqlı  gələcəyi barədə onun xoş 
arzuları, istəkləridir. Bu insanın əməli fəaliyyətinin əsas qayəsi budur: 
 
Kor kimi qalmasın insan. 
Qalxsın cəhalətin qaranlığından!  
Açılsın hər yerdə məktəb, mədrəsə,  
Balalar quş kimi versin səs-səsə,  
Dağların döşündən yollar çəkilsin,  


 
 
61
Yollar kənarında güllər əkilsin,  
Nəğmələr bəzəsin vətən mülkünü; 
Mən də qoca vaxtı görüm o günü. (134, 36) 
 
 
Bu arzuların reallaşması isə bir şeylə bağlıdır: 
 
Məncə, nə olsa da, bu gündən belə,  
Vicdan azadlığı lazımdır elə. (134, 35) 
 
Məhz bütün bunların nəticəsidir ki, əsərdə  İbrahim xan Vaqifi bu cür ittiham 
edir: 
 
Sən elin dostusan, elin yarısan. (134, 39) 
 
Bu, doğrudan da belədir. Vaqif kimi böyük təbiətli adamlar məhz elin dostu, 
sirdaşı olmalıdırlar. Özünün dediyi kimi: 
 
Dünya yaranmamış ötərgi bir səs,  
Günəş qaranlıqda yaşaya bilməz... (134, 39) 
 
İbrahim xan pyesdə  əlindən heç nə  gəlməyən, fərsiz, qorxaq, hətta öz vəziri 
Vaqifin həyat yoldaşına pis gözlə baxan bir şəxs kimi verilmişdir. Əslində isə tarixi 
şəxsiyyət olan İbrahim xan uzun müddət Qarabağ xanlığına başçılıq etmişdir. 
Əlbəttə, «Vaqif»in yazıldığı dövrdə  və  şəraitdə  İbrahim xanı müsbət bir surət kimi 
vermək mümkün deyildi və bunu şairdən tələb etmək də olmazdı. Bununla belə 
S.Vurğun bu barədə o dövrün ədəbi tənqidinin fikri ilə razılaşmış və 1946-cı ildə belə 
yazmışdır: «Mən çox sevdiyim «Vaqif» əsərinin gələcək taleyini düşündüyüm zaman 
orada yol verdiyim bir çox təhriflər, xüsusən İbrahim xan surətinin təhrifi məni çox 
yandırır, lakin əsər elə bir vəhdət təşkil edir ki, mən hələ də bu təh-rifi, əsərin bədii 
təsirini azaltmamaq şərtilə, düzəltməyə çox çətinlik çəkirəm». (135, 375) Səməd 
Vurğun  


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   ...   85




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə