Adilxan bayramov səMƏd vurğUN



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə17/85
tarix14.04.2018
ölçüsü5,01 Kb.
#38235
1   ...   13   14   15   16   17   18   19   20   ...   85

 
 
62
hiss edirdi ki, elə bir dövr gələr, elə bir şərait yarana bilər ki, İbrahim xan surətinə 
görə «Vaqif» kimi sənət incisi zərbəyə  məruz qalar. Şairin oğlu Vaqif Səmədoğlu 
xatırlayır: «-Ay Vaqif, qoy bir ayağa qalxım, «Vaqif»i təzədən yazacağam. O zaman 
çox  şeyi düz deyəmmədim.  İbrahim xan elə olmayıb...» Bu sözləri mənə  Səməd 
Vurğun 1956-cı ilin may ayında deyib. Təəssüflər olsun ki, bir neçə gündən sonra 
Səməd Vurğun köçdü bu dünyadan. Ancaq yaxşıdır ki, dram yenidən yazılmadı. 
«Vaqif» əsəri də, Molla Pənah Vaqif də nağıl dünyamızın bir guşəsində sağ qaldılar». 
(160) 
Əlbəttə,  şairin «o zaman çox şeyi düz deyə bilməməsinin»  əsas səbəbi  əsərin 
yazıldığı dövr olmuşdur. 
İbrahim xan surətinin təhriflərindən biri Vaqifin həyat yoldaşı Xuramanla 
bağlıdır.  Əsərdə göstərilir ki, İbrahim xan Şeyxin təhriki ilə Vaqifə  zərbə vurmaq 
üçün Xuramana sahib olmaq fikrinə düşür. İbrahim xanın «elçiləri» Xuramanın zəif 
damarını tutur, xanın arvadı olmasına razılıq verməsinə nail olurlar. 
Xuramanın xəyanəti Vaqifi sarsıdır. Bu hadisə düşmənləri ilə qarşı-qarşıya 
durduğu vaxt baş verdiyi üçün daha ağır olur. Lakin o özünü ələ almağı bacarır. Ağır 
günlərdə daha çox elin, obanın, yurdun taleyini düşünür. Qarabağın müdafiəsinə 
başçılıq edir. Məhz buna görə  də  oğlu  Əli bəy vasitəsilə Eldara belə bir sifariş 
göndərir: 
 
Eldar! Bir qulaq as, qulaq as, Eldar!  
Basqına keçmişdir Məhəmməd Qacar.  
Atam çıxmışsa da vəzirliyindən,  
Deyir, yad əllərə keçməsin vətən.  
Bilirsən, o yanır pərvanələr tək, 
İndi nəyin varsa Əsgərana çək 
Qacarla vuruşun arxa tərəfdən,–  
Atamın fikrini söyləyirəm mən... (134, 75) 


 
 
63
Əsərin  ən dramatik yerlərindən biri Xuramanın zindana – Vaqifin yanına 
gəlməsi səhnəsidir.  Şairin bütün tədqiqatçıları belə bir fikrə  gəlmişlər ki, Xuraman 
Vaqifin yanına özünün bağışlanılması üçün deyil, haqq dünyasına rahat getməsi üçün 
müsəlman adətinə uyğun olaraq öz həyat yoldaşından halallıq almağa gəlmişdi: 
 
Uydum bu dünyada nazü-nemətə, 
Özüm də bilmədən uydum şöhrətə. 
Bilmədim axırı zəhrimarımış, 
Hər qızıl xəzinə bir şahmarımış... 
İndi öz əlinlə gəl öldür məni, 
Nə qədər alçaldım, alçaltdım səni... (134, 97) 
     
Azərbaycanlı üçün həyat yoldaşının xəyanətinin bağışlanılması mümkünsüzdür. Bu, 
xalqımızın milli xüsusiyyətləri ilə bağlıdır. Qədimlərdən üzü bəri arvad kişinin 
namusunun  əsas atributlarından hesab olunur. Çox hallarda bu cür xəyanətin cəzası 
çox ağır olmuşdur. Elə buna görə Xuraman istəyir ki, Vaqaf onu öz əlləri ilə 
öldürsün. Vaqif isə  hər  şeydən  əvvəl humanist bir insan, şairdir. Ona görə  də  Əli 
bəyin «Ata, qoy öldürüm o mürvətsizi!» sözlərinə cavabı birmənalıdır: 
 
Əli bəy, alçaldar cinayət bizi: 
Bir bax əllərinə yaraşarmı qan?  
Oğlum, yaşatmağa yaranmış insan. (134, 55) 
 
Əgər Vaqif, yaxud Əli bəy Xuramanı qətlə yetirsəydi, bu, bir obraz kimi onların 
bütövlüyünə  xələl gətirərdi. Bu problemi isə S.Vurğun çox ustalıqla həll etmişdir. 
Xuraman cəzanı özü-özünə verir. Zindanın qapıçısı belə bir xəbər gətirir: «Özünü 
qayadan atdı Xuraman!» Lakin bu xəbərdən bir az qabaq Vaqif Xuramanı geri 
çağırtdırmışdı. Buradan o nəticə çıxırmı ki, o, xəyanətkar  


 
 
64
qadını bağışlamaq,  əfv etdiyini bildirmək üçün çağırırdı?  Əlbəttə, yox! Vaqifin 
Xuramanı çağırmasının  əsas səbəbkarı isə onun qəmli nəğməsi, yəni poeziyanın 
qüdrəti idi və təbii axardan doğurdu: 
 
Bir ceyrandım, ürkütdülər yatağımdan, 
Bir quş idim, ayrı düşdüm budağımdan.  
Külək əsər, yarpaq düşər, çiçək solar...  
Viran qalmış mənim bu can otağımdan. (134, 97) 
 
Həmin hissi Vaqifdə  həm də S.Vurğunda Xuramanın bu qəmli nəğməsi 
yaratmışdı. 
Mərhum Atif Zeynallı Xuramanın hərəkətini nəzərə alaraq onun azərbaycanlı 
olmadığı mülahizəsini irəli sürmüş  və S.Vurğunun da bu obrazı Azərbaycan qadını 
kimi yaratmadığına işarə etmişdir. O, Xuramanın Vaqifə dediyi «...heç, bir az incidir 
məni qürbət» sözlərinə  işarə edərək yazmışdır: «Niyə qürbət? Qəribə deyilmi? 
Xuraman  Şuşaya başqa bir məmləkətdənmi gəlib?..Axı S.Vurğun «qürbət» sözünü, 
hətta Xuramanın dilindən belə  işlədə bilməzdi... Bayaq qeyd etdik ki, Xuraman öz 
mənfi çənətlərinə görə nənələrimizə oxşamırdı. S.Vurğun bunu bizdən yaxşı duyurdu. 
Bəlkə «qürbət» sözü ilə... axı çoxdilli, çoxləhcəli müsəlman  Şərqində Xuraman ən 
kütləvi qız adlarından biridir».(179, 210) Bununla birlikdə, A.Zeynallı bu fikrinin 
şərti olduğunu da qeyd edir. (179, 210) 
Doğrudan da bir sözə görə insanın milli mənsubiyyəti barədə  dəqiq fikir 
söyləmək çətindir. «Qürbət» xalqımızın çox işlətdiyi sözlərdəndir. Azərbaycanın bu 
tərəfində yaşayan yurdun o biri tərəfini qürbət hesab edir. Folklorumuzda buna 
istənilən qədər misal gətirmək olar. A.Zeynallının özünün də qeyd etdiyi kimi, vaxtilə 
Q.Zakir Bakıda sürgündə olduğu vaxt özünü qürbətdə hiss etmiş və bunu «Durnalar» 
qoşmasında göstərmişdir. S.Vurğunun özündə  də buna təsadüf olunur. («Ah, bu 
qürbət  


 
 
65
məni dağıtdı, sökdü...»). Bu gün torpaqlarımızın müəyyən hissəsinin ermənilər 
tərəfindən işğalı ilə  əlaqədar Bakıda, Gəncədə, respublikanın digər yerlərində 
məskunlaşmış soydaşlarımız da o yerlər üçün darıxır, «qürbət» sözünü nətta radio və 
televiziyadakı çıxışlarında tez-tez işlədirlər... 
Xuraman isə öz əməlindən asılı olmayaraq, hətta «nənələrimizə oxşamasa» belə 
azərbaycanlıdır.  Əgər belə olmasa idi, o, intihar etməsi barədə  qərar qəbul etməz
haqq dünyasına səfəri üstündə  ərindən halallıq almağa gəlməzdi. O da «İnsan» 
pyesindəki Amaliya kimi başqa cür yaşamaqda davam edərdi... 
Vaqifin «hökmdarın hüzurunda», yəni Qacarla görüşündə özünü ləyaqətlə 
aparması, ağıllı cavabları ilə düşməni susdura bilməsi onun mənəvi qələbəsi kimi 
diqtəti cəlb edir. Qacar Vaqifi bu görüşdən qabaq, ona yazdığı  kəskin cavab 
məktubundan tanımışdı. Vaqif bu məktubunda Azərbaycan xalqının cəsurluğuna və 
qəhrəmanlığına işarə edərək yazmışdı ki, tərlan oylağında sar ola bilmədiyi kimi, bu 
ellər də baş  əyib xar ola bilməz. Onun Qacardan tələbi də xalqın qəhrəmanlığına 
inamı ilə köklənmişdir: 
 
Basma ayağını bizim torpağa,  
İlandan, əqrəbdən yar ola bilməz! (134, 63) 
 
Vaqifin öz xalqına və Vətəninə böyük sevgisi bu səhnədə daha qabarıq üzə çıxır. 
Bu səhnədə onun milli qüruru ilə ümumbəşəri xüsusiyyətləri birləşir. Bu isə obrazı 
daha da canlandırır. Vaqif hökmdarın «Gərək fars dilində yazsın sənətkar» tələbinə 
qarşı böyük qürur hissilə «Azəri yurdunun oğluyam mən də, az-az uydururam yeri 
gələndə» - deyir. O bununla yanaşı farsların qüdrətli sənətkarlarını da yüksək 
qiymətləndirir. 
Vaqif  özü Qacarın hüzurunda baş əymədiyi kimi, Vidadiyə də məslənət görür 
ki, ona yalvarmasın, çünki, «hələ baş əyməmiş bu böyük Vətən...» 
S.Vurğunun tədqiqatçıları Vaqiflə Qacarın qarşılaşdığı səh- 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   ...   85




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə