Adilxan bayramov səMƏd vurğUN


Şeyx  (Əli bəyə)  Oğlum, sən allahın qüdrətinə bax.  Əli bəy



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə15/85
tarix14.04.2018
ölçüsü5,01 Kb.
#38235
1   ...   11   12   13   14   15   16   17   18   ...   85

 
 
54
Şeyx 
(Əli bəyə) 
Oğlum, sən allahın qüdrətinə bax. 
Əli bəy 
 
Uzun mırıldama satılmış alçaq 
Səni də udacaq bu qara torpaq! 
Nə oldu, tez gəlsin, deyin cəlladlar. 
 
Şeyx 
(ətrafa) 
Əstəfurullah! 
Kafirə bir bax. 
 
Vaqif 
 
(Qürub etməkdə olan günəşi seyr edərək oğluna) 
Günəş qürub edir, donur kainat, 
Əzəldən belədir vəfasız həyat. 
(Günəşi göstərərək) 
O mənim ömrümün timsalıdır, bax!  
Sönən bir varlığın xəyalıdır, bax!  
Mən də yaradıldım, mən də parladım  
Gözəllər ağzından düşmədi adım. 
İndisə... yelkənim toxundu daşa  
Bir insan ömrünü vurmadım başa.  
Oğlum, alışıram, yanıram, aman!  
Səni öldürürlər mənim ucumdan. 
 Qoy uçsun başıma qayalı dağlar! 
 
Əli bəy 
Ata! 
Sənin günəş boyda bir vicdanın var- 
Çiynində el dərdi daşıyacaqdır,  
Bu dünya durduqca yaşayacaqdır. 
(cəlladlar gəlirlər)  


 
 
55
Şeyx 
Kəlmeyi-şəhadət alın dilinizə! 
 
Vaqif 
 
(oğlunu bağrına basaraq cəllada tərəf) 
Nə qədər olsa da, qanın var, cəllad! 
İnsanın canından şirindir övlad. 
Məni qorxutmayır bu vaxtsız əcəl 
İnsaf et, qabaqca məni öldür, gəl. 
Gözlərim görməsin övlad qanını! 
Uçurma könlümün xanimanını. 
 
Şeyx 
(kinayəli) 
Yenə rənginizdə bir sarılıq var. 
 
Vaqif 
Qafil! Gün batanda rəngi saralar! 
 
Şeyx 
Bu fani dünyanı artıq unudun, 
İndi yönünüzü qibləyə tutun! 
(Uzaqdan cənginin səsi gəlir. Cəllad əvvəl Əlibəyi ar- 
xadan vurur) 
 
Vaqif 
(Başını əlləri arasına alaraq) 
Of... Sənin gözlərin kor olsun, cəllad!  
Sənə demədimmi şirindir övlad?! 
(Cəllad Vaqifi də vurur, Vaqif yıxılır) 
Şeyx 
Meyitlər soyusun səhərə qədər. 
(Hamı çəkilir. Vidadi pəjmürdə halda gəlir. Vaqifi  
görən kimi acı bir fəryadla) 
Vidadi 
Vaqif! 
 
Vaqif 
(zəif səslə) 


 
 
56
Vidadi! Qardaşım, sənmisən, gəl, gəl... 
Bizi ayrı saldı bimürvət əcəl. 
 
Vidadi 
(onun başını dizləri üstə qoyaraq)  
Gəldim sağlığına görüşək yenə 
İnsan aldanırmış xəyal deyənə. 
Kor olsun gözlərim nələr görürəm 
Günəşi tutulmuş səhər görürəm. 
 
Vaqif 
Ağlama, qardaşım! Sən yaşa, yarat 
Yaxındır gözlənən azad bir həyat. 
(Deyib keçinir. Vidadi onun alnından öpərək)  
 
Vidadi 
Söndü...Şerimizin günəşi söndü...  
Həqiqət əbədi xəyala döndü. 
Susdu bağçamızın şeyda bülbülü,  
Saraldı yurdumun qönçə bir gülü.  
Vaqif! Gözlərini aç, aləmə bax!  
Buludlar qaralır matəm tutaraq 
Ölməz böyük dili şerin, sənətin! 
Vaqif! Sən oğlusan əbədiyyətin! 
(ayağa qalxaraq göylərin dərinliyinə əllərini qaldırır,  
dəhşətli bir səslə) 
Daşdan yaranmayıb, ətdəndir ürək 
Tfu… Sənin təxtinə, ey çərxi-fələk…” (145) 
 
«Vaqif» tamaşaya hazırlanarkən şair müvafiq dəyişikliklər aparmış, teatra faciə 
kimi təqdim etdiyi əsəri xalqın qələbəsini  əks etdirən drama çevirmişdir. Görünür, 
S.Vurğun xalqın qələbəsini göstərməklə həqiqətin təntənəsinə inamını ifadə etmişdir. 
Göstərdik ki, «Vaqif»in tədqiqatçıları əsərin tarixi mövzuda yazılsa da, müasirlik 
baxımından böyük əhəmiyyətə malik olduğunu xüsusi qeyd etmişlər. Xalqımızın 
tarixi keçmişinin çox  


 
 
57
maraqlı bir dövrünü əks etdirən pyes 1930-1940-cı illərdə olduğu kimi, bu 
günümüzlə də səsləşir. Bu özünü, həm hadisələrin ümumi inkişafında, həm də ayrı-
ayrı surətlərin təcəssümündə göstərir. Humanizm, qəhrəmanlıq, yurdsevərlik, 
ümumbəşərilik, doğma yurdu işğalçılardan qorumaq səyləri kimi ideyalar müasir 
dövrdə öz əhəmiyyətini daha da artırmışdır. Qələmə alındığı dövrdə əsəri «ədəbi bir 
hadisə olmaqla bərabər, eyni zamanda siyasi bir hadisə» hesab edən xalq yazıçısı 
Mehdi Hüseyn yazırdı: «Vaqif» dramı bizdə öz keçmişimizə, böyük ədəbiyyatımıza, 
xalqımızın qəhrəmanlığına, onun azadlıq uğrunda apardığı mübarizəyə  dərin bir 
məhəbbət oyadır, xarici istilaçılara qarşı amansız olmağa çağırır, Vətənimizi, 
xalqımızı daha da dərindən sevdirir. Bu səbəblərə görə «Vaqif» tarixi mövzuya həsr 
edilmiş olsa da, son dərəçə aktual bir əsərdir». (108, 37) Professor Cəlal Abdullayev 
pyesin müasirliyini Vaqif surətinin müasirliyi ilə  əlaqədə götürmüş  və öz fikrini 
böyük alman şairi Hötenin belə bir fikrinə söykəmişdir ki, şair üçün heç bir tarixi 
şəxsiyyət yoxdur. O öz mənəvi aləmini təsvir etmək istəyir və bunun üçün bəzi tarixi 
şəxsiyyətlərin boynuna minnət qoyub onların adlarını öz əsərlərinə daxil edir. (8, 7) 
Bu baxımdan ədəbiyyatşünas O.Reznikin fikri də maraqlıdır. O yazır: «Vaqif surəti 
bizə  nədənsə dramatik poemanın öz müəllifini xatırladır. Elə bil ki, poetik ilhamın, 
mənəvi saflığın və ehtirasın xırdaca bir hissəciyi yüz il vətən torpağı üzərində 
dolaşdıqdan sonra, nəhayət, Azərbaycan xalqının müasir tərənnümçüsü simasında öz 
həqiqi varisini tapmışdır». (125, 166) 
«Vaqif» pyesinin mərkəzində Azərbaycan durur. Vaqifin yaşadığı XVIII əsr 
Azərbaycanı özünün çox mürəkkəb və  ağır dövrünü yaşayırdı. Ayrı-ayrı xanlıqlara 
parçalanmış Azərbaycan  İranla Rusiyanın arasında qalmışdı. Bu ölkələrdən hər biri 
ayrı-ayrılıqda Azərbaycana sahib olmaq istəyirdi. Onlar bu istəklərini həyata 
keçirmək üçün müxtəlif vasitələrə  əl atırdılar. Beləliklə, Azərbaycan iki düşmənlə 
üzləşmiş, iki od arasında qalmışdı. 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   ...   85




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə