Adilxan bayramov səMƏd vurğUN


Epik mündəricəli poemalar



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə23/85
tarix14.04.2018
ölçüsü5,01 Kb.
#38235
1   ...   19   20   21   22   23   24   25   26   ...   85

 
 
85
Epik mündəricəli poemalar: «26-lar», «Aslan qayası», «Üsyan», «Dar ağacı». 
Liro-epik poemalar: «Bəsti», «Ölüm kürsüsü». 
Lirik poemalar: «Acı xatirələr», «Anamın dərdi», «Talıstan», «Qız qayası». 
Lirik-fəlsəfi, siyasi-publisistik poemalar: «Zamanın bayraqdarı», «Leninin 
kitabı», «Zəncinin arzuları». 
Publisistik poemalar: «Macəra», «Xumar», «Muradxan», «Kənd səhəri». 
Nəsihətamiz poemalar: «Ayın əfsanəsi», «Ölən məhəbbət», «Bulaq əfsanəsi». 
Alleqorik poemalar: «Bülbül və bağban», «Yazla qışın deyişməsi», «Çil 
toyuğun tək yumurtası». 
Dramatik poema: «Hürmüz və Əhrimən». (4, 151) 
Səməd Vurğunun «Komsomol poeması» onun yaradıcılığında xüsusi yer tutur. 
Tədqiqatçılar bu əsəri eyni zamanda 1930-cu illər Azərbaycan poeziyasında 
əlamətdar ədəbi hadisə hesab edirlər. 
Şair poemanı 1931-1955-ci illər arasında fasilələrlə qələmə almışdır. Əsərin əsas 
hissələri 1930-cu illərdə yazılmış  və  həmin vaxtlar parçalar şəklində  qəzet və 
curnallarda çap olunmuşdur. (129, 73) Elə həmin vaxtlar müəllifin “Komsomol poe-
ması” üzərində işlədiyi barədə məlumat verilmiş, bunu şair özü də bildirmişdir. 1932-
ci ildə «İnqilab və mədəniyyət» curnalında poemadan bir parça, habelə redaksiyanın 
məlumatı  dərc olunmuşdur. Məlumatda deyilirdi: «Səməd Vurğun yoldaşın yazmış 
olduğu «Komsomol poeması» 1920-ci ildə  vətəndaş müharibəsində komsomolun 
iştirakını  təsvir etməkdədir... Bu nömrəmizdə  dərc etdiyimiz «Təslim» parçasında 
qolçomaq Soltanın

 poemanın qəhrəmanı  Bəxtiyara və onun yoldaşı  Cəlala təslim 
olduğu göstərilir... «Komsomol poeması» bu yaxınlarda kitabça şəklində «Azərnəşr» 
tərəfindən buraxılacaqdır». (81, 44) 
                                           

 Шаир сонрадан Солтан образыны Эярай бяй образы иля бирляшдирмишдир.  


 
 
86
Səməd Vurğun 1933-cü ildə «Gənc işçi» qəzetində yazmışdı: «İl yarımdır ki, 
böyük «Komsomol poeması» üzərində çaşıram... Artıq poema bitmişdir. Yaxın 
zamanlarda kitabça halında çap olunacaq». (135, 11) 
Şair poemanı yazmağa başladığı vaxt, 1931-ci ilin oktyabr ayında Moskvada 
təhsil alan dostu Osman Sarıvəlliyə yazdığı  məktubda bunu da bildirmişdi: «...Qar-
daşın da yatmır, indi mətbuatda daha tez-tez imzam görünür. Bir iri poema yazmağa 
başlamışam, komsomol həyatından. Görək necə olaçaq. Ə, qəhrəmanları elə özümüz 
olacağıq...» (42, 229) 
Aradan bir neçə ay keçdikdən sonra o, Osman Sarıvəlliyə növbəti məktubunda 
yenə yazmışdı: «... İndi komsomol illərimizdən bir dastan başlamışam. Yadındadırmı, 
Moskvaya birinci il gedəndə bu barədə  sənə demişdim.  İlk misralar o vaxtlardan 
beynimdə düzülübdü: «Kürün sahilində var əski bir köy...» İndi dastanın bir hissəsini 
«İnqilab və mədəniyyət» curnalına vermişəm. Çıxan kimi göndərərəm». (42, 230) 
Bütün bunlarla yanaşı, qeyd etmək lazımdır ki, «Komsomol poeması»  şairin 
sağlığında ayrıca kitab kimi nəşr olunmamışdır. Müəllif bu əsərə 1950-ci illərdə yeni-
dən qayıtmışdır. Lakin bu vaxt ayrı-ayrı parçaları müxtəlif mətbuat orqanlarında çap 
olunmuş poemanın bütöv mətni  əldə yox idi. Bu işdə Azərbaycan Pedaqoci 
İnstitutunun tələbəsi, indi filologiya elmləri doktoru, professor Sadıq  Şükürov  şairə 
yaxından kömək etmişdir. Professor Sadıq Şükürov bu barədə yazır: «1954-cü ildə... 
APİ-də Azərbaycan sovet ədəbiyyatından mühazirə oxuyan mərhum professor 
C.X.Hacıyevin məsləhəti ilə  mən «Komsomol poeması»nı toplamağa başladım.  İş 
prosesində  şairlə tez-tez görüşür, məsləhətləşirdim... Poema ilə  əlaqədar olaraq bir 
gün yenə  də  Səməd müəllimin yanına getmişdim. Çünki bəzi müəllimlər poemanın 
beş min misra olduğunu iddia edirdilər. Mən isə onların dediyi miqdarda olan 
misraları tapa bilmirdim. Odur ki, yenə  şairin özünə müraciət etməli oldum. O bu 
barədə yalnız bunu deyə bildi: «Üç  


 
 
87
min misradan bir qədər artıqdır. Bir də müəllimlərdə də günah yoxdur. Buna səbəb o 
zaman bir sıra qəzet və curnallarda poemadan müəyyən parçaların dönə-dönə çap 
edilməsidir». Beləliklə, «Komsomol poeması»nın böyük bir hissəsini toplayıb, iki 
nüsxədən ibarət olaraq yazdırdım. 1955-ci ildə müəllifə təqdim etdim. O, poemanın 
bir nüsxəsinin üzərinə xatirə sözləri yazdı  və yadigar üçün mənə qaytardı». (163, 
219-220) 
Səməd Vurğun bu parçaları yenidən nəzərdən keçirmiş, bir sıra dil və üslub 
səhvlərini düzəltmiş,  əsərin «Son mühasirə» adlanan hissəsini yazmışdır. Bundan 
başqa o, ayrı-ayrı hissələrə  əlavələr etmək məqsədilə elə  həmin vərəqələrdə lazımi 
qeydlər aparmışdır. (143, 16) Lakin şairin dünyasını  dəyişməsi bunları  həyata 
keçirməyə imkan verməmişdir. 
«Komsomol poeması» ayrıca kitab şəklində ilk dəfə  şairin vəfatından iki il 
sonra, 1958-ci ildə  işıq üzü görmüşdür.  Əsəri Sadıq  Şükürovun qəzet və curnal 
səhifələrindən topladığı parçalar əsasında xalq şairi Osman Sarıvəlli nəşrə hazırla-
mışdır. O, poemanı çapa hazırlayarkən, özünün qeyd etdiyi kimi, əsərin məlum baş-
lanğıcını  və sonunu, ayrı-ayrı hissələrdə verilmiş hadisələri, surətlərin bir-birinə 
münasibətini, inkişafını, lövhələri, səhnələri, eləcə  də müəllifin özünün vaxtilə 
poemanın planı haqqında qardaşı Mehdixan Vəkilova söylədiyi fikirləri nəzərə alaraq 
əsərin sücet xəttini müəyyən etməyə çalışmış,  əldə olan fəsilləri (parçaları) həmin 
sücet xəttinə müvafiq tərtib etmişdir. Bununla yanaşı, Osman Sarıvəlli poemanın 
indiyədək  əldə olunmamış başqa hissələrinin mövcudluğunu da istisna etməmişdir. 
(143, 16) 
Doğrudan da sonradan əsərin yeni hissələri üzə  çıxarılmış  və bu, poemanın 
növbəti nəşrində nəzərə alınaraq onu daha da dolğunlaşdırmışdır. (133, 5-86) Osman 
Sarıvəlli  şairin arxivindən tapdığı parçanı  «Ədəbiyyat və incəsənət» qəzetinin 21 
mart 1959-cu il tarixli sayında dərc etdirmiş, daha sonra «Novruz bayramında» sər-
lövhəsi ilə poemaya əlavə etmişdir. (133, 52-56) O.Sarıvəlli göstərilən parçanı şairin 
övladlarından birinin «Fizika dəftə- 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   19   20   21   22   23   24   25   26   ...   85




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə