Adilxan bayramov səMƏd vurğUN



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə20/85
tarix14.04.2018
ölçüsü5,01 Kb.
#38235
1   ...   16   17   18   19   20   21   22   23   ...   85

 
 
73
İrəvan hakimi Məhəmməd xan, Talış hakimi Mir Mustafa xan mərhum İbrahim xanla 
and içib mühaidə bağladılar ki, Ağa Məhəmməd  şaha itaət etməsinlər. Vaxtlı-
vaxtında bir-birinin vəziyyətlərindən xəbər tutsunlar. Sonra, mərhum  İbrahim xan 
Qarabağ elatının bir parasını Gürcüstan səmtinə, bəzisini də  şirvanlı Mustafa xanın 
yanına göndərdi». (115, 79-80) 
S.Vurğun başqa xalqların nümayəndələrini  əsərə daxil etməklə Qacara qarşı 
mübarizəni bu xalqların ümumi düşmənə qarşı mübarizəsi kimi səciyyələndirmişdir. 
Bu mübarizə vahid xalq hərəkatı xarakteri daşıyır. Bu hərəkatın Eldar, Şaliko, Kürd 
Musa... kimi iştirakçıları vardır. 
Eldar Qacara qarşı mübarizəyə bacarıqla rəhbərlik edən bir qəhrəmandır. O, 
doğma yurdun ağrılarını başa düşdüyü kimi, dost xalqın dərdlərini də öz dərdlərindən 
ayırmır. Eldar Qacarın pəncəsindən qaçıb qurtarmış gürcüləri böyük məhəbbətlə, əziz 
dost və qardaş kimi qarşılayır: 
 
Göz üstə yeriniz var, 
Bizim əziz qardaşlar! 
Tanıyıram o dağları 
Durna gözlü bulaqları. 
Çox keçmişəm hər gölündən 
Gürcüstanın dost elindən. (134, 71) 
 
Bu misralarda Gürcüstan torpağına, gürcü xalqına böyük hörmət, məhəbbət ifadə 
edilmişdir. Burada ona işarə edilir ki, hər iki xalq ağır gündə birləşmiş, duz-çörəyini 
yarı bölmüşdür. Gürcü xalqına bəslənən bu məhəbbət bütün Azərbaycan xalqının 
ürəyindəndir. Eldar qonaqları elin adından salamlayır: 
 
 
Bu dağlar sizindir, əziz qardaşlar. 
 Ellərin ağzilə öpürəm sizi, 
 O azadlıq sevən qəlblərinizi. (134, 102) 
 


 
 
74
Eldar gürcüləri Qacara qarşı mübarizədə birliyə çağırır.  Şaliko ürək ağrısı ilə 
Qacarın Tiflisi odlara qalaması, anaları, körpələri məhv
 
etməsi barədə danışanda onu 
ovundurur: öz «vətən qardaşını» əmin edir ki, «ilanın zəhərli başı əziləcəkdir». Eldar 
həmçinin Rustaveli şerini yüksək qiymətləndirir, «bizim Nizami tək kəlamı vardır» - 
deyir. 
S.Vurğun  əsərdə Tamara, Şaliko, Kürd Musa obrazlarını da sevə-sevə 
yaratmışdır. 
Tamara öz el-obasından ayrı düşmuş bir anadır. Onun nəğməsi canlara od salır. 
Bu nəşə gözləri önündə balası düşmən gülləsi ilə parçalanmış ananın fəryadı, qadın 
naləsi, ana qəlbinin hıçqırıqlarıdır: 
 
Ayrı düşdü tərlan könlüm  
Öz mehriban yuvasından. 
Göy üzünün durnaları, 
Deyin vətən havasından.  
Bir dustağam qolum bağlı, 
Bir qəribəm sinəm dağlı, 
Bir xəstəyəm qəm otaqlı  
Ürəyimin yarasından... (134, 57-58) 
 
Gürcüstandan gələn dəstə ilə birlikdə Tamara da Eldarın köməyinə gəlir. İndi o, 
çonqurinin müşayiəti ilə Rustavelinin ölməz misralarını oxuyur: 
 
Mən Rustaveli, bir eşq üçun can qoymuşam bu əsərə, 
Mən Məcnunam orduların sərkərdəsi bir dilbərə. 
 
S.Vurğunun yaratdığı bu obrazlar dostluğun qədrini bilən və əhəmiyyətini başa 
düşən adamlardır. Oxucu və tamaşaçı bu adamları ürəkdən sevir, onların simasında 
xalqın qəhrəmanlığını, vətənpərvərliyini və nəcibliyini görür. 


 
 
75
Bu xalqların Qacara qarşı  hərbi ittifaqı onların mənəvi yaxınlığı ilə  vəhdətdə 
göstərilir. Ayrı-ayrı xalqların nümayəndələri bir-birinə «qardaş» deyə müraciət 
edirlər. 
Bu qəhrəmanlar çox yaxşı başa düşürlər ki, düşmənin məhv
 
edilməsində birliyin 
rolu əvəzsizdir: 
 
Eldar 
Çoxdan istədiyim bu qardaşlığın 
Bu dağlardan böyük bir qüvvəsi var... 
 
Kürd Musa 
Nə çox «Qacar» deyib söylənirsiniz?  
Elin basılmayan qalasıyıq biz. (134, 102-103) 
 
Əsərdə Qacarın məhvi və Vaqifin azad edilməsi məhz bu birliyin qələbəsi kimi 
qiymətləndirilir. 
M.P.Vaqifin öz yaradıcılığından məlumdur ki, o, Qacara qarşı mübarizədə 
gürcülərlə müqavilə bağlamaq məqsədilə Tiflisdə olarkən  şerlər qoşmuş, Tiflisi, bu 
yerin gözəllərini və  təbiətini tərənnüm etmişdir. O bu mövzuda bir neçə  şer 
yazmışdır. Bu şerlərdə gürcü xalqına səmimi hisslər ifadə edilmişdir. «Tiflis şerlərini 
(M.P.Vaqifin həmin mövzuda yazılmış  şerləri nəzərdə tutulur – A.B.)  oxuyarkən 
onun müəllifi heç də dini etiqadlar əsiri, bəzilərinin göstərdiyi kimi, qatı 
məzhəbpərəst deyil, millətlər arasında ayrı-seçkilik salmayan, dini ayrılığı ortalığa 
çaxarmayan, həyat, gözəllik aşiqi kimi göz önündə canlanır». (140, 106) O, Tiflis 
haqqında öz hisslərini belə ifadə etmişdir: 
 
Mərhəba, Tiflis imiş cənnəti dünya yerinin, 
 Yığılıbdır ora cəmiyyəti huri-pərinin,  
Mən bu şəhrin nə deyim vəsfini dilbərlərinin 
 Filməsəl, şəklü şimayildə, bəli, hər birinin  
Məhi-təbanə bərabər sərü simaları var. (169, 24) 
 


 
 
76
M.P.Vaqif  hələ öz sağlığında Gürcüstan və Ermənistanda da tanınmış, əsərləri, 
yayılmışdır. Tədqiqatçılar göstərirlər ki, XVIII-X1X əsrlərdə gürcü xalq mü-
ğənnilərinin, aşıqlarının repertuarında Vaqifin qoşmaları mühüm yer tutmuşdur. Bu 
şerlər gürcü əlifbası ilə  həmin müğənnilərin dəftərlərinə köçürülmüşdür. Gürcü 
əlifbası ilə yazıya alınmış  həmin  şerlər Gürcüstan Elmlər Akademiyasının K.Ke-
kelidze adına  Əlyazmalar  İnstitutunda və  İ.Qrişaşvilinin kitabxana-muzeyində 
saxlanılır. (177, 106) «XVIII əsrin son rübü və XIX əsrin əvvəllərində Vaqifin şerləri 
Ermənistan və Gürcüstanda geniş maraq doğurmuşdur. Şairin yüzlərcə şeri erməni və 
gürcü əlifbası ilə şer dəftərlərinə köçürülmüşdür. Bu, Vaqifin qonşu xalqlar arasında 
geniş hörmət qazandığını sübut edən mühüm bir dəlildir». (65, 84) 
S.Vurğun  əsəri yazarkən bu məsələyə xüsusi diqqət yetirmişdir. Vaqifin azad 
olunmasında Şalikonun başçılığı ilə Gürcüstandan gəlmiş dəstə yaxından iştirak edir. 
Vaqifin zindana salınması  xəbəri hamı kimi, gürcüləri də hiddətləndirir. «Baxın, 
layiqmidir Vaqifə zindan?» sözlərindən sonra hamı silaha sarılıb, cəngi sədaları 
altında hücuma keçir. S.Vurğunun gürcü tədqiqatçısı  və  tərcüməçisi Leyla Eradze 
yazır: «Doğrudan da heç bir gürcü Gürcüstanda tanınan və sevilən azərbaycanlı şairi 
(Vaqif nəzərdə tutulur – A.B.xilas etmək üçün canını əsirgəməzdi». (44, 199) 
Qeyd etmək lazımdır ki, həmin dövrün hadisələri bir sıra Zaqafqaziya yazıçı-
larının əsərlərində də öz əksini tapmışdır. Maraqlı cəhət budur ki, həmin əsərlərdə də 
bu hadisələr Vaqiflə bağlı verilmişdir. 
Görkəmli gürcü yazıçısı Akaki Beliaşvilinin «Besiki» romanı bu baxımdan ma-
raqlıdır. (187) Əsər gürcü şairi və siyasi xadimi Besiki Qabaşvilinin həyatına həsr 
edilmişdir. Burada Besikinin həyatı fonunda XVIII əsrdə baş vermiş mühüm sosial-
siyasi hadisələr öz əksini tapmışdır. Romanda müəllifin Besiki ilə birlikdə onun 
azərbaycanlı müasiri Vaqifə də hörmət və məhəbbəti aydın hiss olunur. 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   16   17   18   19   20   21   22   23   ...   85




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə