Adilxan bayramov səMƏd vurğUN



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə21/85
tarix14.04.2018
ölçüsü5,01 Kb.
#38235
1   ...   17   18   19   20   21   22   23   24   ...   85

 
 
77
Azərbaycanın görkəmli yazıçısı Y.V.Çəmənzəminlinin «Qan içində»

 romanında 
da Vaqifin Gürcüstanla əlaqələrinə geniş yer ayrılmışdır. Burada Gürcüstan hökmdarı 
II  İrakli ilə danışıqlar aparmaq üçün Qarabağ xanlığı nümayəndə heyətinin Vaqifin 
rəhbərliyi ilə Tiflisə getməsi təsvir olunur. Vaqif qonşu gürcü xalqına xüsusi hörmət 
bəsləyir. O, II İraklinin 1783-cü ildə Rusiya ilə müqavilə bağlanmasını  bəyənir, 
Zaqafqaziya xalqlarının Rusiya ilə ittifaqına yaxşı bir hal kimi baxır. 
«Vaqif» dramı xalq həyatının özünəməxsus cəhətlərinin təsviri baxımından da 
diqqəti cəlb edir. Elə əsərin əvvəlində Vidadinin həyat tərzi ilə tanış oluruq. Ömrünün 
ixtiyar çağlarını yaşayan Vidadi ömür-gün yoldaşı Tükəzbanla çox mehriban dolanır. 
Tükəzban qarı isə bizə ağbirçək nənələrimizi xatırladır. 
Bu ailə zəngin deyil. Lakin iqtisadi vəziyyətindən asılı olmayaraq qonaqpərvər 
bir ailədir. «Ürək geniş olsun!» zərb-məsəli bu ailənin şüarıdır. Cavad xanın elçilərini 
xoş üzlə qarşılayan Tükəzban aftafanı sacayağın üstünə qoyub çay hazırlayır. 
Sacayaq-aftafa həmişə samovar görmüş oxucunu, tamaşaçını  təəccübləndirir. Bu da 
S.Vurğunun həssaslığı ilə bağlıdır.  Şair yaxşı bilirdi ki, Vidadinin yaşadığı dövrdə, 
yəni XVIII əsrdə hələ samovar azərbaycanlı ailəsinin məişətinə daxil olmamışdı. 
Azərbaycan xalqının özünəməxsus adətlərindən biri ağsaqqala münasibətlə 
bağlıdır. Tarixən ən ciddi məsələlər, konfliktlər ağsaqqalın araya girməsi, vasitəçilik 
etməsi nəticəsində sülhlə bitmişdir. Ağsaqqal sözünü eşitməyənlər barədə son sözü 
yenə ağsaqqal özü demişdir. 
«Vaqif»də qoca bir kəndli Qacarın yanına gəlib xahiş edir ki, günahsız adam-
ların, uşaqların oda qalanmasına imkan verməsin, obaları xaraba qoymasın. El 
ağsaqqalı onu da xatırladır ki, «bu dağlar qoynunda aslan yatmışdır, burada 
Koroğlular at oynatmışdır». Lakin Qacar ağsaqqalı eşitmək istəmir, hətta onu  
                                           

 Й.Б.Чямянзяминлинин «Ики од арасында» романы «Ган ичиндя» ады иля няшр олунмушдур. (Б., Азярняшр, 1968, 
«Йазычы», 1987) 


 
 
78
təhqir edir. Tökülən qanların öyüd-nəsihətlə dayandırılmasının mümkün olmadığını 
dərk edən ağsaqqal Eldarın yanına gəlir. O, Koroğlunun Misri qılıncını Eldara 
bağışlayır və Qacara qarşı mübarizəsinə xeyir-dua verir. Eldar diz çöküb qılıncı öpür. 
Əsərdə Vaqifin oğlu Əli bəyin toyu verilmişdir. Əli bəyin öz toyunda oynaması 
(həm də başqasının təklifi və  təşəbbüsü ilə), gəlin gətirilərkən onun başı üstündən 
tüfəng atılması, Eldarın toya pay olaraq quzu gətirməsi və s. adətlərin dərin kökləri 
vardır və bu gün də xalq həyatında müəyyən yer tutur. 
Pyesdə Yengənin dilindən bu bayatı deyilir: 
 
Anam, bacım, qız  gəlin, 
Əl-ayağı düz gəlin. 
Yeddi oğul istərəm, 
Bircə dənə qız gəlin... 
Bu, xalqımızın adətləri, dünyagörüşü ilə bağlıdır. Uzun illər təcavüzə  məruz 
qalmış azərbaycanlılar düşmən qabağına çıxmaq üçün məhz oğul arzulamışlar. 
Həmin dövrdə, Qaçarın Qarabağa hücumu ərəfəsində bu arzu təbii səslənirdi və 
əsərin ümumi ruhu ilə çox bağlıdır. 
Vaqif bu toyda öz gəlini Gülnarın üzündən duvağı götürür və belə deyir: 
 
A qızım, üzündən götür duvağı, 
Qoy açıq görünsün ayın qabağı. 
Açıq yaşamışdır bizim nənələr, 
Kəfəndir, a balam, sərapərdələr. 
Nədir gözəllərdə bu pərdə, bu rəng 
Can dustaq olanda gülərmi ürək? 
Yazın laləsidir al yanaqların. 
Camalın dünyadır, qucağın cənnət.  
Utansın hüsnündən o kor şəriət... (134, 22) 


 
 
79
Tədqiqatçıların  əksəriyyəti Vaqifin bu hərəkətini qadına münasibətdə yenilik 
kimi qiymətləndirmiş, həm də şair M.P.Vaqifin öz yaradıcılıq ruhuna uyğun hal kimi 
təqdir etmişlər. «Vaqif»in tədqiqatçılarından professor Qulu Xəlilov onun bu 
hərəkətini belə səciyyələndirmişdir: «Vaqif bu fikirləri ilə əsrlərdən bəri hökm sürən 
şəriətin pis, yaramaz adətlərini məhv
 
edir. Vaqif nəinki duvağı götürür, həm də böyük 
bir zövqlə, səmimiyyətlə hamının qarşısında öz gəlinini açıq  şəkildə  tərifləyir. 
Beləliklə, Vaqif duvaq götürmək adətini təhrif etməklə kiçilmir, əksinə, böyüyür. 
Əlbəttə, indiki zamanda Vaqifin bu hərəkəti adama o qədər də təəccüblü gəlmir. Belə 
bir hərəkəti  şair Vaqif öz əsrində  bəlkə  də edə bilməzdi, uzun zamanlar məişətdə
ailədə kök salmış feodal-patriarxal adətləri buna imkan verməzdi. Lakin S.Vurğun öz 
qəhrəmanını kiçildən, bəsitləşdirən adət və baxışlardan təmizləmiş, onu müasir 
dövrün tələbləri səviyyəsinə qaldırmışdır. Bu da onun əsərinin müasir ideyalarla daha 
yaxından səsləşməsinə kömək etmişdir». (78, 46) 
Əlbəttə, «Vaqif»in tamaşaya qoyulduğu 1938-ci ildə «daloy çadra» şüarı 
aktuallığını itirməmişdi və  gəlinin üzündən duvağın götürülməsi tamaşaçıların 
alqışları ilə qarşılana bilərdi. Lakin gəlinin üzü duvaqlı  gətirilməsi adəti bu və ya 
digər  şəkildə bu gün də yaşamaqdadır. Bəs qaynatanın öz gəlininə bu cür sözlər 
deməsi nə dərəcədə reallığa uyğundur? Onun gəlininin üzündən duvağı götürməsini 
əsərin yazıpdığı dövrün tələbi kimi qəbul edirik. Bəs dedikləri? 
«Vaqif» tamaşasının quruluşçu recissoru Adil İsgəndərov öz xatirələrində belə 
yazmışdır: «Əsərin («Vaqif» nəzərdə tutulur – A.B.)  ilk variantında Vaqifin toyu 
olurdu. Pyesin birinci şəkli yox idi. Vaqif arvadına müraciətlə: 
 
A quzum, üzündən götür duvağı 
Qoy açıq görünsün ayın qabağı- 
 


 
 
80
deyirdi. Mən Səmədə dedim ki, ay Səməd, bu yaxşı deyil. Sən gəl Vaqifin yerinə 
onun oğlu Əli bəyi evləndir. Səməd yerindən qalxıb məni qucaqladı: 
-
 
Ayə, sən düz deyirsən. Sən deyən kimi edək». (97, 161) 
Deməli,   Vaqif   bu   sözləri   özünün,   hətta   S.Vurğunun   iradəsindən   asılı 
olmayaraq söyləmişdir. 
Əsərdə ata-oğul, qaynata-gəlin, qaynana-kürəkən münasibətlərinin təsviri də 
xalqımızın əsrlərdən gələn adət-ənənələrinə söykənir. Bu adamlar bir-birinə nə qədər 
yaxın olsalar da görünməz bir pərdə onları bir-birindən ayırır. Bu pərdə 
azərbaycanlılara məxsus böyük-kiçik, ahıl-cavan,  ər-arvad, qadın-kişi münasibətləri 
ilə bağlı həya hissidir. 
Gülnar təbiətin qoynunda böyümüş sadə bir kəndli qızıdır.  Əlbəttə, Vaqifin 
özünə belə gəlin seçməsi məhz onun el-obaya bağlılığı ilə izah olunmalıdır. Gülnar 
öz həyat yoldaşına qırılmaz tellərlə bağlıdır. Onun aləmində Əli bəyin «gözəl boyu, 
baftalı çuxası, düyməli yaxası, at belinə qalxmağı, tərlan kimi baxmağı» 
başqalarından fərqlənir.  Əgər onun «tüfəngini yel əysə», «ayağına daş  dəysə», 
«Gülnarın ürəyinə ox batar». 
Gülnar qaynatası Vaqifə  də bir gəlin kimi mehribanlıq göstərir. Onu öz atası 
hesab edir. 
Kənddə saf bir ailədə böyümüş Gülnar hər cür hiylə və saxtakarlıqdan uzaqdır. 
Buna görə qaynanası Xuramanın Vaqifə  xəyanətini eşidəndə sarsılır, bunu 
qaynatasına utana-utana, çəkinə-çəkinə söyləyir. 
Bu səhnələr çox təbiidir və xalqımızın özünəməxsus xüsusiyyətləri ilə bağlıdır. 
Vidadi Vaqifin ən yaxın dostu olsa da onun ailə daxilindəki işlərinə qarışmır, Gülnar 
Xuramanın xəyanəti barədə danışanda başqa otağa keçir. Lakin Gülnar qaynanasına 
«hücum» çəkəndə bu təbiilik pozulur. Şeyxlə Qarı Xuramanın «razılığını» alıb 
gedəndən sonra Gülnar ona belə deyir: 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   17   18   19   20   21   22   23   24   ...   85




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə