Adilxan bayramov səMƏd vurğUN



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə25/85
tarix14.04.2018
ölçüsü5,01 Kb.
#38235
1   ...   21   22   23   24   25   26   27   28   ...   85

 
 
91
özünün inqilabçılığını nümayiş etdirirdi». (173, 56) 
Dövrün gəncliyi məhz belə bir mürəkkəb  şəraitdə böyüyür, istər-istəməz «qır-
mızı inqilabçıların» yolu ilə gedirdi. Gəncliyin bu ruhda tərbiyəsi üçün hakimiyyət 
orqanları bütün vasitələrdən istifadə edirdi. İlk komsomol təşkilatları yaradılır, 
gəncləri kütləvi surətdə komsomol sıralarına qəbul edirdilər, daha doğrusu, 
«yazırdılar». «1920-ci illərin iyun günləri idi. Bakıdan Qazağa İvanov familiyalı bir 
komsomol işçisi gəlmişdi. O, komsomol təşkilatı yaratmaq üçün izahat işləri aparırdı. 
Hesablama  şöbəsində  işləyən 10-12 nəfər (çoxumuz seminarist idik) gənc  İvanovla 
birlikdə  Ağköynək kəndinin  şəhərə söykənən bağında, gilas ağacının altında 
toplaşdıq.  İlk təşkilat iclasımız oldu. Hamımız komsomola yazıldıq... O gündən 14 
yaşlı Səmədin taleyi komsomola bağlandı». (173, 59-60) 
Bu ilk komsomolçular öz sıralarını artırmalı idilər. «Yuxarıdan belə bir göstəriş 
verilmişdi ki, bu artım əhalinin yoxsul təbəqəsinin hesabına olmalıdır. Lakin heç də 
yoxsulların hamısı yeni quruluşu alqışlamır, komsomola yazılmırdılar. Belə 
kasıblardan biri də Salahlıda Mədəd bəyin («Komsomol poeması»nda təsvir olunan 
Gəray bəy) nökəri Allahverdi Göyçəli oğlu idi. Bu adam nə komsomola, nə  də 
sonradan kolxoza daxil olmamışdır. Aradan müəyyən qədər keçdikdən sonra Səməd 
Vurğun ona: – «Allahverdi! Sənin boğazına Mədəd bəyin kəndir salıb, atın 
qantarasına bağlayıb sürdüyünü mən görmüşəm, bəs komsomola, kolxoza niyə yaxın 
gəlmədin? - sualını verdikdə onun: - Təki o vaxtlar olaydı. Mədəd bəy yenə boğazıma 
kəndir salaydı cavabını eşitdi. Səmədin qaşları çatıldı və fikrə getdi». (173, 61) 
Həmin illərdə komsomolçular kəndləri gəzir, tamaşalar göstərir, iməclik keçirib 
yoxsulların evini təmir edirdilər. Əlbəttə, belə vaxtlarda təhlükəli hallar da baş verir, 
gənclər ölümlə üzləşirdilər. 1923-cü ildə komsomolçular Dilican yaylağından Qazağa 
qayıdarkən qaçaqlar onları saxlamışlar. Həmin vaxt Səməd Vurğunun əlində skripka 
olmuşdur. Mehdixan Vəkilov hadisəni  


 
 
92
belə xatırlamışdır: «Qaçaqların başçısı  Səmədi yanına çağırdı  və  əlini onun çiyninə 
qoydu: - Bir şey çalsana, qulaq asaq! - dedi. Səməd «Yanıq Kərəmi» çaldı, çox 
maraqla dinlədilər. Artıq günəş dağların dalından çıxmaqda idi, ətraf işıqlanırdı. 
Həmin nazikbədən oğlan - çıxın gedin, sizə yaxşı yol - dedi. Yola düşdük...». (173, 
65) 
Əlbəttə, bütün bu yaşantılar həyati material kimi «Komsomol poeması»nın 
yaranmasına ciddi təsir göstərmiş,  əsərdə  təsvir olunan hadisə  və obrazların can-
lılığına səbəb olmuşdur. «Bu hadisələrin cərəyan etdiyi yerlər əsasən, şairin özünün 
(bəzilərinin adlarını  çəkməmiş olsa da, təsvirindən dərhal məlum olur) vaxtilə 
yaşadığı doğma Salahlı kəndi, müəllimlik etdiyi Şıxlı kəndi, uşaqlıq illərində iri palıd 
ağacları kölgəsində oynadığı  və  gəzib dolaşdığı Qarayazı meşəsi, uzun müddət 
suyundan içdiyi Kür çayı, Xram çayı  və o çayın belindən çatılmış, insanı heyran 
qoyan Sınıq körpü (indi Qırmızı körpü) müəllifin yaxşı tanıdığı və sevdiyi yerlərdir». 
(143, 5-6) Şairin özünün həyatdan götürdüyü hadisə və obrazlara ciddi münasibəti də 
əsəri xeyli dolğunlaşdırmış, onun əsas məziyyətinə çevrilmişdir. 
Səməd Vurğun «Komsomol poeması»nda çox ziddiyyətli və mürəkkəb bir 
dövrü, bu dövrdə acı bir həqiqəti, bir xalqın ayrı-ayrı düşmən cəbhələrə bölünmüş iki 
qütbünün bir-birilə mübarizəsini, onların dövrə və dövrün hadisələrinə münasibətini 
göstərmiş, xalq həyatı və məişətini, xalqımıza məxsus adət-ənənələri təsvir etmişdir. 
Dövrün özünə  məxsus cəhətlərinin buradakı adamların xarakterinə ciddi təsir 
göstərdiyi də  əksini tapmışdır. Akademik Məmməd Arif yazmışdır: «Komsomol 
poeması» yalnız öz mövzusu etibarilə deyil, forma rəngarəngliyi, bədii keyfiyyəti 
etibarilə də yeni və əhəmiyyətli bir hadisə idi. Şair bir-birinə bənzəməyən xarakterlər 
yaratmaq yolu ilə gedərək, dövr haqqında düzgün bədii təsəvvür yarada bilmişdir». 
(111, 15) 
Şairin yaratdığı bu xarakterlər inamı,  əqidəsi, hadisələrə münasibəti, dünya-
görüşü ilə bir-birindən xeyli dərəcədə fərqlə- 


 
 
93
nirlər. Lakin onların hamısı həyatda vardır. Səməd Vurğun da onları məhz həyatdan 
əsərə gətirmiş, müxtəlif xarakterlər yaratmışdır. 
Poemada bu xarakterlər bir-birinə əks olan iki qütbdə birləşmişlər: bolşeviklərin 
çağırışı ilə yeni bir cəmiyyət yaratmaq uğrunda mübarizə aparanlar və  əvvəlki 
cəmiyyətin silaha sarılaraq dağlara çəkilən nümayəndələri. Qarşı-qarşıya durmuş bu 
tərəflərdən birini Bəxtiyar və onun komsomol dəstəsi, digərini isə  Gəray bəy və 
köhnə quruluşun tərəfdarları təmsil edir. Lakin baş verən hadisələr bu iki tərəfin bir-
birilə apardığı ölüm-dirim savaşları ilə  məhdudlaşmır. Komsomolçu Cəlalla Gəray 
bəyin qızı Humayın qarşılıqlı məhəbbəti poemanın əsas xəttini təşkil edir. 
Əsərdə verilmiş Cəlal, Humay, Gəray bəy, Bəxtiyar, Mirpaşa və başqaları (hətta 
epizodik olsa belə) həyatdan alındıqlarına görə olduqca təbii və canlı obrazlardır. 
Poemanın qəhrəmanı ilə bağlı  tədqiqatçılar arasında iki müxtəlif fikir vardır. 
Onlardan bəziləri Bəxtiyarı (170, 74), digərləri isə Cəlalı (4, 93) əsərin baş qəhrəmanı 
hesab edirlər. 
Doğrudur, Bəxtiyar əsərdə mühüm yer tutur, qütblərdən birinin rəhbəri kimi bu 
və ya digər hadisəyə müdaxilə edir, münasibətini bildirir. Lakin əsas xətt Cəlalla 
bağlıdır. Cəlalla Humayın məhəbbət macərası poemanın  əsasını  təşkil etdiyi kimi, 
əsas hadisələrin inkişafı, bir sıra obrazların səciyyələndirilməsi də məhz Cəlalla bağlı 
verilir. Buna görə də onu əsərin baş qəhrəmanı hesab edənləri daha haqlı sayırıq. 
Əsərin  əvvəlində  Cəlal dostu Bəxtiyarla birlikdə  ən qaynar döyüş yerlərində 
görünür. «Olsun inqilaba qanımız halal» sözləri onun və dostunun şüarıdır, inqilabi 
işə sədaqətini, öz əqidəsindən dönməzliyini ifadə edir. O, düşmənlərə qarşı cəsarətlə 
vuruşur, hətta döyüşlərin birində Gəray bəyi yaralayır. 
Bütün bunlarla yanaşı şair öz qəhrəmanını quru və sxematik komsomolçu obrazı 
kimi verməmişdir. O, hər şeydən əvvəl canlı insandır və təbii ki, insan da hadisələrin 
axarında inkişaf edir,  


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   21   22   23   24   25   26   27   28   ...   85




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə