Adilxan bayramov səMƏd vurğUN



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə79/85
tarix14.04.2018
ölçüsü5,01 Kb.
#38235
1   ...   75   76   77   78   79   80   81   82   ...   85

 
 
284
bunlardır:  İslamov Zeynəddin Hilal oğlu, İsmayılov Əhəd, Qədirov Vəli Qədir oğlu, 
Abdullayev Azay Məmməd oğlu... Bu cəsurlar 1945-ci ilin aprel-may aylarında həlak 
olmuşlar. 
Şair 1947-ci ildə SSRİ Ali Sovetinin bir qrup deputatı ilə birlikdə Londona 
getmişdir. Nümayəndələr bu səfər zamanı yolüstü Berlində dayanmışdılar. 
Avropanın bu iki böyük şəhərində şairin apardığı müşahidələr «Avropa xatirələri» 
şerlər silsiləsinin yaranmasına səbəb olmuşdur. Silsiləyə daxil olan şerlərdən bəziləri 
(«Berlin», «Reyxstaq», «Ana heykəli», «Alman bənnası  və sovet zabiti» və b.) 
1947-ci ildə, bəziləri isə («Eduard Maze», «Rəssamın son əsəri», «Ziyafət», 
«London qarısı») 1950-ci ildə qələmə alınmışdır. 
«Berlin» şerində məğlub olmuş şəhər təsvir edilmişdir. Şair ilk dəfə gəldiyi bu 
şəhərin simasında dünyanın taleyi ilə oynayan faşizmin törətdiyi fəlakətin qanuni 
nəticəsini görür: 
 
Uçuq divarlarda, ağaclarda qar,  
Mart ayı olsa da, Berlində qışdır.  
Bu il Avropada kecikmiş bahar,  
Çiçəklər vaxtında açılmamışdır... (132, 217) 
 
Bu fəlakətin nişanələrindən biri də Berlin küçələrində öz nəvələri ilə birlikdə 
dilənən qarıdır. Bu qarı bir vaxtlar faşist oğlunun «qəhrəmanlığı» ilə öyünmüş, 
oğlunun göndərdiyi qəniməti – «bir rus gözəlinin, bir gənc ananın qanlı paltosunu» 
geyinmişdir. Qarı deyir ki, «indi təbiət də düşməndir bizə». 
Şair burada qışın sərtliyinə də ictimai məna verir və göstərir ki, Berlinin bu və-
ziyyətinə Hitlerlə birlikdə onun ardınca gedənlər də eyni dərəcədə günahkardır: 
 
Bəs necə? Bu günü düşündünmü heç,  
«Hayl Hitler!» deyib qışqıranda sən?  


 
 
285
İndi daş yolları ayaqyalın keç,  
Yenəmi cəllada səs verəcəksən? (132, 218) 
 
«Reyxstaq»  şerində  də bir vaxtlar bütün dünyaya meydan oxuyan indiki 
Reyxstaqın miskin mənzərəsi rəsm edilmişdir: 
 
Zabit nişan verir: «Budur Reyxstaq!»  
Dörd divar qalmışdır ondan, dörd divar... 
Nə bir sütun qalmış, nə dəmir bir tağ,  
Canında neçə min güllə yeri var. (132, 219) 
 
Lakin şair məhdud qisasçılıq hisslərindən uzaqdır: 
 
Avropa qurtardı ölümdən, qandan.  
Xilaskar biz olduq dünyaya, dostlar!  
Bu yolda can qoyan hər qəhrəmandan  
Torpağın qəlbində neçə dastan var! (132, 220) 
 
Beynəlmiləlçi şair həm də Almaniyanın və alman xalqının gələcəyini fikirləşir-
di... Buna görə  də o, Almaniyanın yeni qurucularının, yeni vətəndaşlarının obrazını 
yaradır. «Avropa xatirələri»ndə yenilik, tərəqqi, sülh və demokratiya rəmzi kimi 
verilən obrazlar isə  ədəbiyyatımızda, xüsusən poeziyamızda, demək olar ki, yeni 
vətəndaşlardır». (102, 41) 
«Ana heykəli» şerində bu obrazlardan biri ilə rastlaşırıq. 
Şair alman heykəltəraşının yaratdığı ana heykəli qarşısında dayanmışdır.  İndi 
bu heykəl də canlı görünür. Başından toplar, topxanalar keçsə  də, zaman-zaman 
uğursuz qasırğalarla çarpışsa da bu heykəl vüqarla dayanmış, onun hüsnünə  ləkə 
düşməmişdir. 
Ana onun yanından gəlib keçən «azad nəsillərlə», ona baş  əyən igidlərlə, Ber-
linin azadlıq izdihamı ilə  fəxr edir, öz nəslini «ağasız, köləsiz xoşbəxt bir günə» 
səsləyir. 
Şair ananın simasında yeni Almaniyanı yaradanlardan birini görür: 
Sol əlində kitab, sağında qələm –  
Ürfana çağırır o öz nəslini.  


 
 
286
Onun baxışında duyduğum aləm  
Andırır bir gözəl bahar fəslini. (132, 222) 
 
Yeni Almaniyanı quranlardan biri də «Alman bənnası və sovet zabiti» şerindəki 
qoca bənnadır. 
Şerdə müharibə zamanı dağıdılmış bir binanı yenidən quran qoca bənna təsvir 
olunur. O, Berlin evlərinin təməl daşını qoyanlardandır. Yetmiş yaşlı qoca həmin 
güclü  əllərlə daş yonur, qum yığır, kərpici kərpic üstə qoyur. Bənna bəzən uçmuş 
şəhərə baxır və bu zaman onu qəm, kədər bürüyür. Onu narahat edən tikdiyi yeni 
binaların taleyidir. Buna görə də bənna yanında dayanmış sovet zabitindən soruşur 
ki, bu yaratdığı binalar yenəmi alovlar, odlar görəcək? Yenəmi yer üzünü yanğınlar 
bürüyəcək, başqa bir Hitler peyda olacaq, Berlini oda, alova salacaq, alman uşaqları 
yetim qalacaq? 
O dövrdə alman xalqını düşündürən bu suallara zabitin verdiyi cavab mənalıdır: 
 
- Səndən asılıdır... Bir də sənin tək  
Bu yeni Berlini yaradanlardan.  
Doğma yurdunuzda, elinizdə siz  
Faşistlər nəslini kəsə bilsəniz,  
Nə Almaniya ölər, nə də bir alman. (132, 224) 
 
Alman bənnası zabitin bu səmimi cavabından xeyirxahlıq və nəciblik görür. Bu 
cavabdan onun soyuq qəlbinə yaz günəşinin hərarəti gəlir, yorulmuş  əlləri dincəlir. 
Bənnanın qənaəti belədir: «Almaniya doğrudan yaşayacaqdır!» 
S.Vurğun burada yeni Almaniyanın və onu yenidən yaradan alman xalqının 
gələcəyinə inamını ifadə etmişdir. 
«Avropa xatirələri» silsiləsinə daxil olan «Ziyafət», «Rəssamın son əsəri» 
şerlərində də dünya xalqlarının taleyi öz əksini tapmışdır. 


 
 
287
«Ziyafət»  şeri 1947-ci ilin mart ayında Londonda keçmiş SSRİ-nin nümayəndə 
heyətinin şərəfinə verilən ziyafətin təəssüratı ilə yazılmışdır. 
Bu ziyafətdə böyük təmtəraq var. Mərmər döşəmələr üstə xalılar sərilmişdir. 
Müxtəlif yeməklər, rəngarəng şərablarla dolu məclisdə «yel-pazəli xanımlar», «fraklı 
serlər» qədəhləri toqquşdurur, elçilərin şərəfinə sağlıqlar deyirlər. 
Şair bu məclisdə qəzəblənmişdir. O bilir ki, üstündə lordların rəqs etdiyi xalıları 
qəlbi odlara yanan hind qızı toxumuşdur. Buradakı müxtəlif xörəklər, rəngarəng 
şərablar zəncinin, həbəşin, afrikalının qanı  və alın təri bahasına başa gəlmişdir. 
Milyonlarla afrikalı ona görə çalışır ki, bu cür ziyafətlərdə  ağalar yesinlər. 
Müstəmləkə zülmü altında hələ də inləyən xalqların taleyi şairi düşündürür. 
Şairi qəzəbləndirən bir də onun bu gün düşmən evində olmasıdır: 
 
Məni qınamayın! Ağırdır, dostlar,  
Qatillər evində məclis keçirmək.  
Hər düşmən gözündə neçə hiylə var,  
Onları duyduqca iyrənir ürək... (132, 261) 
 
«Rəssamın son əsəri» şerində S.Vurğun «çörək ilə suya» möhtac olan sənətkarın 
obrazını yaratmışdır. Bu rəssam sonuncu bir qutu rəngindən istifadə edərək asfalt 
üzərində özünün son əsərini yaradır. O, göy daşlar üzərində qürub edən günəşi 
təsvir etməklə pulun hökmran olduğu aləmdə  sənətin və  sənətkarın faciəsini 
qələmə almışdır. 
Sülh uğrunda ümumxalq mübarizəsi, yeni qanlı müharibələr törətmək cəhdlərinin 
ifşası da S.Vurğun poeziyasında öz bədii  əksini tapmışdır. Sülh tərəfdarlarının 
Ümumdünya məclislərində fəal iştirak edən şair sülhün qorunub saxlanması üçün 
əməli fəaliyyət göstərən xadimlərdən olmuşdur. 1950-ci ildə ABŞ-ın Uzaq Şərqdə 
təcavüzkarlıq hərəkətləri beynəlmiləlçi şair S.Vurğunu da  


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   75   76   77   78   79   80   81   82   ...   85




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə