Adilxan bayramov səMƏd vurğUN



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə82/85
tarix14.04.2018
ölçüsü5,01 Kb.
#38235
1   ...   77   78   79   80   81   82   83   84   85

 
 
296
üst-üstə düşür. Tariximizin müəyyən səhifələri şairin "Qız qayası", "Bulaq əfsanəsi" 
və qismən "Aslan qayası" poemalarında folklor motivləri əsasında canlandırılmışdır. 
Səməd Vurğun "Vaqif" pyesini qələmə alarkən gərgin axtarışlar aparmış, XVIII 
əsr Azərbaycan tarixinə, xüsusən Qarabağ xanlığını tarixinə dair tədqiqat işlərini 
dərindən öyrənmişdir. Məhz bunun nəticəsində o, M.P.Vaqif dövrünü dolğun  əks 
etdirən bir əsər yaratmışdır.  Əsərin müasirlik baxımından  əhəmiyyəti xüsusi qeyd 
olunmalıdır. Xalqımızın tarixi keçmişinin çox maraqlı bir dövrünü əks etdirən pyes 
1930-1940-cı illərdə olduğu kimi, bu günümüzlə  də  səsləşir. Bu özünü həm 
hadisələrin ümumi inkişafında, həm də ayrı-ayrı surətlərin təcəssümündə göstərir. 
Humanizm, yurdsevərlik, qəhrəmanlıq, ümumbəşərilik, doğma yurdu işğalçılardan 
qorumaq səyləri kimi ideyalar bizim dövrümüzdə öz əhəmiyyətini daha da 
artırmışdır. Bundan başqa, «Vaqif»in yarandığı şərait, 1937-ci ildə müəllifin özünün 
yaşamış olduğu bir sıra məqamlar da əsərə ciddi təsir göstərmişdir. 
Pyesin mərkəzində Azərbaycan durur. Həmin dövrdə xanlıqlara parçalanmış 
Azərbaycana  İran və Rusiya ayrı-ayrılıqda sahib olmaq istəyirdi. Məhz iki od ara-
sında qalmış Azərbaycana məhəbbət «Vaqif» pyesinin əsasını təşkil edir. Hadisələrin 
gedişi və inkişafında, ayrı-ayrı obrazların monoloqlarında, dialoqlarda Azərbaycan 
sevgisi hakimdir. Şair müxtəlif  ədəbi üsullarla bu yurdun keçmişi, xalqın tarixində 
baş vermiş hadisələr barədə oxucuya və tamaşaçıya məlumat vermişdir. 
Səməd Vurğun Vaqif obrazı üzərində milli və ümumbəşəri xüsusiyyətləri cəm-
ləşdirmişdir. Vaqif, hər şeydə əvvəl, böyük bir vətənpərvərdir, öz vətənini, xalqını və 
dilini müdafiə edir. 
Əsərin bütün xətlərində milli qürur hissləri qabarıq verilmişdir. Bununla yanaşı, 
«Vaqif» ümumbəşəri ideyaları geniş əks etdirən ölməz sənət abidəsidir. Əsərin geniş 
şöhrət tapmasının, bütün dövrlərdə öz təravətini saxlamasının əsas səbəblərindən  


 
 
297
biri də burada dərin milli ruhla ümumbəşəri hisslərin vəhdətinin yüksək bədii 
ifadəsidir. 
Səməd Vurğun epik əsərlərə xüsusi maraq göstərmiş, poema canrının dəyərli 
nümunələrini yaratmışdır. Şairin «Komsomol poeması» onun yaradıcılığında mühüm 
yer tutmaqla yanaşı 1930-cu illər Azərbaycan  ədəbiyyatında  ədəbi hadisə hesab 
olunur. Şair burada çox ziddiyyətli və mürəkkəb bir dövrü, bu dövrdə acı bir həqiqəti 
– bir xalqın ayrı-ayrı düşmən cəbhələrə bölünmüş iki qütbünün bir-birilə 
mübarizəsini, onların dövrə  və dövrün hadisələrinə münasibətini göstərmiş, xalq 
həyatı və məişətini, xalqımıza məxsus adət-ənənələri təsvir etmişdir. Poemada dövrün 
özünəməxsus cəhətlərinin adamların xarakterinə ciddi təsiri də əsaslandırılmışdır. 
Şairin yaratdığı bu xarakterlər inamı, əqidəsi, dünyagörüşü ilə bir-birindən xeyli 
fərqlənirlər. Lakin onların hamısı həyatda vardır və müəllif də onları məhz həyatdan 
əsərə gətirmişdir. 
Səməd Vurğun "Komsomol poeması"nda inqilabi hərəkatda ziddiyyətlərin 
mövcudluğunu da inkar etməmiş, hər  şeyi açıq göstərməyə çalışmışdır. Bu özünü 
ayrı-ayrı obrazların yaradılmasında da göstərir. Bu baxımdan inqilabçıların tərəfində 
vuruşan, lakin bu vuruşlardan yorulan, özünün dediyi kimi, "iki suyun arasında" 
qalan, yer üzündə baş verən qanlı döyüşlərin, insanların bir-birinə zülm etməsinin 
səbəblərini düşünən və  nəhayət, bütün bunlara görə özünə  qəsd edən Komandan 
obrazı xüsusi maraq doğurur. 
Əsərdə  Gəray bəy də dolğun, həyati və  hərtərəfli göstərilmişdir. Bir mülkədar 
kimi onun öz əqidəsi var və Gəray bəy bu əqidəyə sadiqdir. 
Gəray bəy obrazı ədəbiyyatımızda canlı mülkədar xarakterlərinin yaradılmasına 
təsir göstərmişdir. 1960 və 1970-ci illərdə yaradılmış Cahandar ağa (İsmayıl Şıxlının 
«Dəli Kür» romanı) və  Kərbəlayi  İsmayıl (Fərman Kərimzadənin «Qarlı  aşırım» 
romanı) bir sıra cəhətləri ilə onu xatırladırlar. 


 
 
298
Səməd Vurğunun Böyük Vətən müharibəsi dövrü fəaliyyəti – həm əməli işi, həm 
də  bədii yaradıcılığı çox məhsuldar olmuşdur. O dövrdə  şairin  şerləri ilə birlikdə 
məqalələri, mitinq və yığıncaqlardakı çıxışları da geniş yayılmışdı. Onun çıxışlarında 
milli qürur, beynəlmiləlçilik və qələbəyə inam hissləri ifadə edilirdi. 
Səməd Vurğunun müharibə dövrü bədii yaradıcılığı da operativliyi ilə səciyyələ-
nir. Müharibənin ilk həftəsində  mətbuatda onun mübariz ruhlu altı  şeri dərc olun-
muşdur.  Şairin müharibə dövrü şerlərində  səfərbərliyə çağırış güclü verilmiş, azər-
baycanlı döyüşçülərin obrazı yaradılmışdır. 
Səməd Vurğunun bu illərdə yazdığı şerlərdə milli və ümumbəşəri duyğular bir-
ləşmişdir. Vətən torpağının azadlığı uğrunda hər çətinliyə sinə gərən, lazım gələrsə, 
bu yolda öz canından keçməyə hazır olan azərbaycanlı döyüşçülərin  şücaəti  şairin 
qəlbini qürur və fərəh hissi ilə doldurmuşdur. 
Səməd Vurğun müharibədə «ilk dəfə ayın, ulduzun alovlar içində boğulduğunu» 
müşahidə etmiş, insanın yaratdığı şəhərin – yetkin bir əsərin yanıb külə dönməsi, od 
içində neçə pərinin yanması onu sarsıtmış və şair bu qənaətə gəlmişdir ki, «dünyanı 
düşünən bir şair olmaq» çox ağır bir yükdür... 
Şair həmin illərdə  bəşəriyyətə  fəlakət, kədər və göz yaşı  gətirən müharibələrlə 
bağlı öz mülahizələrini də qələmə almış, bu cür fəlakətlərə son qoymağın gərəkliyini 
xüsusi qeyd etmiş, kamalın qələbəsinə  əsaslanan cəmiyyətin qurulacağına inamını 
bildirmişdir. 
Səməd Vurğun bütün həyatı boyu mənsub olduğu xalqın təəssübünü çəkmiş, onu 
hər hansı hücumdan cəsarətlə qorumuş, sözün həqiqi mənasında alovlu bir 
vətənpərvərə çevrilmişdir.  Şair özünün çıxış  və  məqalələrində, məruzələrində yurd-
sevərliyi təbliğ etmiş, öz soydaşlarını bu müqəddəs hissi yüksək tutmağa çağırmışdır. 
O bütün əsərlərində Azərbaycan xalqının oğludur; dünənə  də, bu günə  də, 
sabaha da bir azərbaycanlı kimi baxır, doğma yurdu və  məhz azərbaycanlı kimi 
görürdü. Azərbaycanın özü də,  


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   77   78   79   80   81   82   83   84   85




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə