Adilxan bayramov səMƏd vurğUN



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə26/85
tarix14.04.2018
ölçüsü5,01 Kb.
#38235
1   ...   22   23   24   25   26   27   28   29   ...   85

 
 
94
təkmilləşir, bu və ya digər hadisəyə münasibətində  dəyişməli olur. Şair onun 
haqqında belə deyir: 
 
O, canlı insandır, o insanı mən  
Keçirmək istərəm hadisələrdən. (133, 27) 
 
Müəllif öz qəhrəmanını müxtəlif «hadisələrdən keçirərkən» onda yeni cəhətlər 
üzə çıxarır, beləliklə, Cəlal bir obraz olaraq daha da canlanır. 
Bütün bu dəyişikliklər Cəlalın Humaya bəslədiyi məhəbbətin nəticəsi kimi 
yaranır. Onun əli işdən, yəni komsomolçu kimi görəcəyi işlərdən soyuyur. Cəlalın 
nəzərində kainat bir boşluğa çevrilir. O, narahatlıq və tərəddüd içindədir. 
Bütün bunların bir səbəbi vardır. Axı, Cəlalın sevgilisi Humay düşmənin - Gəray 
bəyin qızıdır. Dostu Bəxtiyar da ona Humaydan əl çəkməyi məsləhət görür. Bəxtiyar 
belə hesab edir ki, Gəray bəy qızını heç vaxt özünə düşmən saydığı adama 
verməyəcəkdir: 
 
O son vuruşmanı xatirinə sal,  
Səndin Gəray bəyi pusquda vuran.  
Əsrlər dolanıb, keçsə də zaman  
O səndən intiqam almamış durmaz!  
Ağlını gəl topla başına bir az. (133, 42) 
 
Lakin Cəlal ümidini üzmür: 
 
Bəlkə güləcəkdir ona istiqbal,  
Bəlkə babasından keçəcək Humay,  
O sevimli Humay, o göyçək Humay.  
O vaxt açılacaq Humayın üzü,  
Doğacaq ruhunda bahar gündüzü. (133, 26) 
 
Bununla yanaşı onun qəlbində bir sıra şübhələr də baş qaldırır.  


 
 
95
Bəzən Cəlala elə gəlir ki, Humay onu sevə bilməz. 
Cəlal  şairdir. Buna görə  də o, daha çox romantik aləmlə bağlıdır. Bəzən onun 
hissləri ağlını üstələyir. Cəlal belə hesab edir ki, əgər Humayın məhəbbətinə nail 
olmasa, o zaman «ucsuz-bucaqsız tükənməz çöllər», «ən uzaq ellər» onun məskəni 
olacaq, yəni o da Məcnun kimi cəmiyyətdən küsüb dağlara-daşlara pənah aparacaq: 
 
Yoldaş oxucular, xəyal ediniz,  
Cəlal düşündükcə bu qədər aciz,  
İçini bir qüvvət dağıdıb sökür,  
Rənginə bir narın sarılıq çökür, 
O indi dustaqdır hissin əlində,  
Asılmış sevginin bu çəngəlində... (133, 44) 
 
Cəlalın Humaya məhəbbəti bütöv və  əbədidir. O, dünyaya da öz sevgilisinin 
gözü ilə baxır: 
– Humay, bu dünyada ən çox sevdiyim, 
Bəlkə də ən böyük tanrı bildiyim, 
Bir qüvvə varsa da, o sənsən, inan. 
Xəyalın gözümdən ayrılsa bir an, 
Mənliyim, şərəfim məhv olub gedər. 
Amansız ayrılıq məni qəhr edər. (133, 39) 
 
Burada qeyri-adi heç nə yoxdur. Sadəcə olaraq bir insan kimi onun Humaya olan 
sevgisi inqilabi işə məhəbbətini üstələyir. Professor Cəlal Abdullayev bu barədə belə 
yazır: «O (Cəlal – A.B.), inqilabı da sevir, Humayı da, lakin Humayın sevgisi daha 
qüvvətli çıxır. Bu, heç də Cəlalın «sadədilliyi, acizliyi, nəfsin düşgünü olması, hissin 
əlində oyuncağa çevrilməsi» ilə izah edilə bilməz. Cəlal artıq yeni, azad həyatın 
nemətlərini dadmaq üzrədir. Humayla sevişəndən sonra isə onun gözlərində yeni bir 
aləm cilvələnir. O, mübarizələrin bitməsini, top-tüfəng səsləri- 


 
 
96
nin kəsilməsini, bütün insanların, o cümlədən özünün də rahat yaşamasını istəyir. 
Ona elə gəlir ki, inqilab hər şeyi çox asanlıqla, deyək ki, bir neçə il ərzində həll edib 
qurtara bilər». (4, 93-94) 
Tədqiqatçının mülahizələri doğrudur. Ona görə ki, bu fikirlər o dövrdə mövcud 
olan real vəziyyətlə üst-ütə düşür. Bu, 1920-ci illərin komsomolçularının aldığı 
tərbiyənin nəticəsi idi. Dövrün gəncliyində belə fikir hakim idi ki, yeni cəmiyyətin 
qurulması tezliklə başa çatdırılacaq və bununla da əhaliyə firavan həyat bəxş 
ediləcək.  Əsərdə  təsvir olunan hadisələrin iştirakçılarından olmuş xalq şairi Osman 
Sarıvəlli belə yazmışdır: «Biz, quruluşumuzda baş vermiş böyük ictimai-siyasi 
hadisələrdən ruhlanan o dövrün istiqanlı, coşqun ruhlu gəncləri, həyatımızda tez bir 
zamanda daha böyük yeniliklər əmələ gələcəyini, üç-dörd ilə sosializm cəmiyyətinin 
qurulub başa çatdırılacağını güman edirdik. Bəzilərimizə elə  gəlirdi ki, tezliklə 
dövlətlilərdən, qolçomaqlardan, alverçilərdən, tacirlərdən nişanə belə qalmayacaq, 
feodal-burcua quruluşunun tör-töküntüləri, kapitalizm cəmiyyətinin məişətdə  və 
şüurlarda kök salmış qalıqları, gerilik, ad-san və  şöhrət düşkünlüyü, xudpəsəndlik, 
meşşanlıq  əhval-runiyyəsi tez bir vaxtda, asanlıqla qoparılıb atılacaq, altı-yeddi ilə 
tamam-kamal kommunizm cəmiyyəti qurulacaqdır». (142, 10) Təbii ki, Cəlal da belə 
düşünürdü və istəyirdi ki, tez bir zamanda hər  şey qaydasına düşsün, parlaq həyat, 
rahat yaşayış təmin olunsun. Bu da onun inqilaba, habelə inqilabın tezliklə hər şeyi 
yerbəyer edəcəyinə inamından irəli gəlirdi. 
Tədqiqatçılar Cəlalın hamıya və hər şeyə inanmasını onun faciəsi hesab edirlər. 
Cəlalın hamıya inanması isə onun özünün daxili aləmi ilə bağlıdır. O, şairdir, bir az 
da romantik ruhludur. Eyni zamanda humanist, səmimi və  təmiz bir gəncdir. Onun 
Gəray bəyin yanına getməsi Humaya bəslədiyi böyük və saf məhəbbəti ilə birlikdə
həm də səmimiliyindən irəli gəlirdi. Cəlal düşmən Gəray bəyin yox, Humayın atası 
Gəray bəyin qapısına getmişdi. O bu qapıya getməklə öz sevgisinə  sədaqətini 
nümayiş  


 
 
97
etdirir, həm də el adətinə əməl edirdi: 
 
– Gəray bəy, yazığam, zavallıyam mən... 
Sizin yanınıza məni gətirən 
Böyük bir qüvvətdir, adı-məhəbbət. 
Yaradıb, yaşadan insandır, əlbət! 
Bu işdə vicdanı əsirgəmə sən, 
Atalıq haqqını əsirgəməsən, 
Humay xoşbəxt olar. (133, 58) 
 
Beləliklə də Cəlal düşmən dəstəsinin başçısı Gəray bəyin deyil, sevgilisinin atası 
Gəray bəyin qarşısında baş əyirdi. «Onun bu hərəkətində həm milli xarakterə, həm də 
böyük məhəbbətinə sədaqəti romantik səviyyədə təsdiq olunurdu». (179, 159) 
Bununla belə  Cəlalın bu hərəkəti birtərəflidir. Cəlal Gəray bəyə öz gələcək 
qohumu kimi baxsa da, Gəray bəy onu bu cür qəbul etmir. Bu da təbiidir. Gəray bəy 
onun «xanimanını dağıdanları» heç vaxt bağışlamazdı. Cəlal da onun nəzərində 
qızının nişanlısı yox, yeni quruluşu yaradanlardan biridir. 
Cəlal fikirləşmirdi ki, Gəray bəy yeni quruluşun düşmənidir və bu quruluşu 
yaradanlara qarşı amansızdır. 
Bu barışmazlıq həmin dövrün reallığı idi və şair də bu reallığı əks etdirmişdir. 
İki qütb arasında elə bir dərin uçurum yaranmışdı ki, onların barışmasına  ən kiçik 
ümid belə yox idi. Şair özü də 1930-cu illərdə bu fikirdə olmuşdur. O, həmin vaxtlar 
Osman Sarıvəlliyə məsləhət görürdü ki, varlı ailədən olan istəklisi ilə əlaqəni kəssin. 
Şair öz dostuna belə yazmışdı: «...Çalış onlarla işi yoluna qoy. Əgər mümkün olmasa, 
məsləhət görürəm, onu unut və təhsilinin dalınca get. İkinci də bəy qızı ilə evlənməyi 
heç sənə  məsləhət görməzdim. Bizim ulduzumuz onlarla barışan deyil. Çünki onlar 
bizim sinfi, əbədilik düşmənimizdi». (42, 228) 
Cəlal Səməd Vurğunun  ən çox sevdiyi obrazlardandır.  Şair  əsər boyu öz 
qəhrəmanını izləyir, «komsomol Cəlalım, şair Cəlalım»-  


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   22   23   24   25   26   27   28   29   ...   85




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə