106
qamlarda onu hər iki vəziyyətdə görə bilirik.
Şübhəsiz ki, bir mülkədar kimi Gəray bəy firavan və xoşbəxt həyat keçirmiş bir
bəy kimi böyük var-dövləti, öz ürəyincə ailəsi, dost-tanışı olmuşdur. Sovet hökuməti
isə bütün varlılar kimi onu da bunlardan məhrum etmişdir. İndi Gəray bəy başqa bir
adamdır. Öz yaxın adamları ilə dağlara çəkilən bəy yeni quruluşun barışmaz
düşməninə çevrilmişdir:
Kürün qumsal sahilində qaşlarını çataraq,
Qamçısını döyür suya hiddətindən Gəray bəy...
Üç aydır ki, ormanların arasında yataraq
Əl üzmüşdür vətənindən, millətindən Gəray bəy.
Qamçısını suya döyür hiddətindən Gəray bəy:
– Nədən mənim qabağımdan artanları yeyənlər,
Köhnə-köşkül paltarımı öz əyninə geyənlər
İndi mənə ağ olsunlar?.. Xanimanım dağılır,
Qızılyelin inəklərim yad əllərdə sağılır... (133, 12)
Biz bu kiçik parçada indiki Gəray bəyi bütövlükdə görə bilirik. Gəray bəyə ən
çox təsir edən budur ki, onu bu hala salanlar bir vaxtlar süfrəsindən artanları
yeyənlər, köhnə paltarlarını geyənlərdir. Hiddətindən qamçısını suya döyən Gəray
bəy zamanı tutub (axan su zamanın rəmzidir) saxlamaq, xoşbəxt günlərini qaytarmaq
istəyir.
Onun bu hiddətinin səbəbi də, səbəbkarı da məlumdur:
Keçir xatırından cahü-cəlalı:
Sürüsü, ilxısı, naxırı, malı...
Getdi süfrəsinin başında duran,
Yoxsulun varını yeyib quduran,
«İgidlər məclisi», o toy, o mağar...
İndi Gəray bəyin özgə halı var.
O dövran, o büsat çıxmış əlindən,
107
«Taleyin, qismətin gəlhagəlindən»
O indi uzaq... (133, 59)
Lakin bəyi qəzəbləndirən, yaxıb-yandıran var-dövlətinin talanmasından daha
artıq namusunun tapdalanmasıdır:
Hər şeydən qabaq onu yandıran
Budur ki, bu dəm Çalpapaq Kərəm
Minib Gəray bəyin ərəb atına...
Oxucu, bəlkə sən özün bilirsən
Ki, bizim yerlərdə bir papaq, bir at,
Bir də hər kişinin aldığı arvad
Namusdan sayılır... (133, 59)
Gəray bəyin sərtliyi, barışmazlığı, heç kəsi bağışlaya bilməməsi məhz bunlardan
irəli gəlir.
Yeni quruluş onu ev-eşiyindən didərgin salmış, dağlarda, qalın meşələrdə dal-
dalanmağa məcbur etmişdir. O öz dəstəsi ilə «Qaçaqlar dağı»nda məskunlaşmışdır.
Yeni yaradılan quruluşla heç cür barışa bilmir, var-güçü ilə bu quruluşa qarşı durur.
«Gəray bəyin əlacı və imkanı olsa, bu yeni dünyanı boğazından tutub asar» (Cəlal
Abdullayev). Elə buna görə də qapısına elçiliyə gələn Cəlalı bağışlaya bilmir, onu
öldürür.
Şair onun indiki vəziyyətdə belə təqdim edir:
Toplayıb başına öz dəstəsini,
Dinləyir suların hirsli səsini.
O səsdən ürəyi qüvvətə gəlir;
Hər gün dəstəsini yoxlayır bir-bir,
Hər kimdə əyrilik, yalan taparsa,
Hər kimə azça bir şübhəsi varsa,
Bir güllə çaxaraq onun başına,
Göstərir gücünü yar-yoldaşına... (133, 58)
108
Gəray bəyin nifrəti o qədər güclüdür ki, o, suyun səsində də hirs və qəzəb eşidir,
bundan qüvvət alır, özünü sonrakı mübarizələrə hazırlayır.
Bütün bunlara əsaslanan tədqiqatçılar Gəray bəy obrazını olduğundan daha artıq
tündləşdirmiş, onu zalım, əzazil və qəddar bir mülkədar kimi təqdim etmişlər.
Professor Həbib Babayev onu «ağ quldur dəstəsinin başçısı» adlandırmış, (183)
Bəxtiyar Vahabzadə isə Qacarla müqayisə etmişdir. (170, 68)
Əlbəttə, Gəray bəyi quldur deyil. O, yeni quruluşun düşmənidir və buna görə
qaçaq düşmüşdür. Şair özü də onun haqqında «quldur» deyil, «düşmən» və «qaçaq»
sözlərini işlətmişdir.
Gəray bəyin Qacarla müqayisəsi də yerinə düşmür. Qacar bütün bəşəriyyətə
meydan oxuyan, özünün dediyi kimi, «vicdanı da, qəlbi də qan olan» bir despot,
cəlladdır. O, insana məxsus hər hansı bir müsbət keyfiyyətə malik deyil. Gəray bəy
isə bir sıra işıqlı, insani cəhətləri ilə seçilir.
O, övladını sevən bir atadır. Cəlalı öldürdüyü üçün sonradan sarsıntılar keçirir,
öz əməlindən əzab çəkir. Əsərin sonunda Humayın xəyalı ilə söhbəti onun səmimi
etirafıdır:
Gəray bəy yalvarır: – Can bala, bir dur!
Görünür taleyim, qismətim budur.
Yaxın gəl, bir az da danışaq barı,
Ovut sinəmdəki bu ağrıları...
Yox, yox! Heç ovutma, yansın ciyərim,
Biləkdən düşəydi kaş ki, əllərim.
Cəlal yaşasaydı, yaşardın sən də.
Gül kimi gülərdin çöldə, çəməndə.
Öz atan olsam da, qatilin çıxdım,
Mən səni yıxmadım, özümü yıxdım… (133, 86)
Gəray bəy artıq yaşamaq istəmir. Ona görə yox ki, kimsəsiz və arxasız
qalmışdır. Özünün dediyi kimi, o yenə bir qoşuna ca-
109
vab verməyə qadirdir. Lakin Humaysız yaşamaq istəmir. İndi Gəray bəyin ən böyük
dərdi, ən böyük faciəsi məhz Humaysızlıqdır. Buna görə də özünü onu mühasirəyə
almış komsomolçulara deyil, qızı Humaya təslim edir. Çalpapaq Kərəmin «Gəray
bəy! Gəray bəy! Tüfəngi at!», «Təslim ol!» tələblərinə soyuqqanlıqla belə cavab
verir:
- Sizə yox! Sizə yox! Mən öz canımı
Ona tapşırıram... Ona... Qızıma...
O sönüb saralan dan ulduzuma!
İstəsə o töksün mənim qanımı! –
Deyib qanlı Kürü o yara-yara
Getdikcə qərq olur sərt dalğalara... (133, 86)
Gəray bəy oxucunun yaddaşında öz əqidəsinə axıradək sadiq qalan bir insan
kimi qalır. Özünü Kürün sularında qərq etməsi də onun məhz əqidəsinə sədaqətinin
ifadəsidir.
Səməd Vurğun Gəray bəyin simasında xarakterik mülkədar obrazı yaratmış və
bu, Azərbaycan ədəbiyyatında dolğun və canlı mülkədar obrazlarının yaradılmasına
təsir göstərmişdir. Bu baxımdan 1960 və 1970-ci illərdə yaradılmış Cahandar ağa
(İsmayıl Şıxlının «Dəli Kür» romanı) və Kərbəlayı İsmayıl (Fərman Kərimzadənin
«Qarlı aşırım» romanı) bir sıra cəhətləri ilə onu xatırladırlar.
Qeyd etdiyimiz kimi, Gəray bəyi ən çox yandıran və qəzəbləndirən düşməni
Çalpapaq Kərəmin onun atına sahib olması idi. Ona görə ki, kişinin arvadı, atı və
papağı onun namusu sayılır. Düşmənləri Cahandar ağanın Qəmər adlı atını təhqir
edəndə (quyruğunu və yalını kəsəndə) o bunu məhz özünün təhqir olunması kimi
qəbul edir və bu zaman dərin sarsıntılar keçirir. «Dəli Kür»də oxuyuruq: «Cahandar
ağa mıxçanı yerdən çıxartdı. İrəşməni yığdı və atın yanına gəldi. Onun belini
sığalladı. Tüklərində gilələnib muncuq kimi yumrulanan damlaları sildi. Nədən-
Dostları ilə paylaş: |