114
hesab olunur. Şair də bunu əvvəlcədən hiss edir və Humayın əvəzinə üzrxahlıq
edirmiş kimi bu misraları işlədir:
Humay həyatında birinci dəfə
«Həyadan, ismətdən, namusdan kənar»
Yüyürür Bəxtiyar gələn tərəfə
Və sorur: Cəlaldan bir xəbərmi var? (133, 69)
Cəlalın qətlindən sonra isə Humay el adətilə ən yaxın adamı kimi ona yas
saxlayır:
O vaxtdan bəridir Humayım mənim
Təpədən dırnağa geyinmiş qara.
Duyub düşündükcə donur bədənim,
Heyranam qızdakı bu duyğulara. (133, 70)
Əsərdə təsvir olunan çobanlar da xalqımıza məxsus kişilik, xeyirxahlıq kimi
keyfiyyətlər nümayiş etdirirlər. Onlar qaşın sazağında Humayı huşsuz halda taparkən
qıza qayğı göstərir, anasını çağırır, çiyinlərinə götürüb atasının evinə aparırlar. Bu
çobanlardan bəziləri Gəray bəyi özünə düşmən hesab etsə də bəyin ağır günündə
kişilik nümunəsi göstərirlər:
– Alın yapıncını, bürüyün onu,
Canı var... Tez olun, tonqal qalayın!
Aləmə car çəkib, bir xəbər yayın!
Zəhərdir bu şirin dünyanın sonu.
Gəray bəy ölməmiş, sağdır dünyada
Atadan, babadan böyüyümüzdür;
İndi pis günüdür, bir dərdi yüzdür,
Bizimdir namusu hər kim olsa da...
Mehriban çobanlar durub yanaşı
Humayı çiyninə götürüb gedir... (133, 73)
115
Ümumiyyətlə isə xalq həyatı və məişətinin poetik təsviri «Komsomol
poeması»nda qabarıq verilmiş, canlı etnoqrafik lövhələr yaradılmışdır.
Sazın və çoban neyinin səsi, yaslı gəlinlərin ağı deyib ağlaması, kənd həyatına
məxsus digər mərasimlər Humayın gündəlik gördüyü və eşitdikləridir. O, səhərlər
başqa kənd qadınları kimi səhəngi götürüb bulaqdan su gətirir, ev işləri ilə məşğul
olur.
Şair onun axşamlarını isə belə təsvir edir:
Qaranlıq döşünü gərdiyi zaman
Onun da ruhuna qaranlıq çökür.
Çırmayıb qolunu itə yal tökür;
Qapının ağzında paltar-palazdan
Nə varsa içəri götürür asta,
Cehiz sandığına bir qıfıl vurur... (133, 15)
Bu cür həyat tərzi, demək olar ki, bütün kənd qızlarına xas olmuşdur. Buradan
məlum olur ki, Azərbaycan qadınları həmin illərdə yalnız ev işləri ilə məşğul
olmuşlar.
Poemada kişilərin bir yerə yığışıb «güləşdən, güllədən, ölümdən, qandan»
danışması, Zal oğlu Rüstəmin, Koroğlunun, Qıratın, Molla Nəsrəddinin xatırlanması
isə kəndin axşam məclislərində baş verir. Şair bununla həm də xalqın öz folkloru ilə
bağlılığına işarə etmişdir.
Biz əsərdə kənd süfrəsinin nemətləri ilə tanış oluruq. Məlum olur ki, kənd
adamları ağartı məhsullarına üstünlük verir, qatıq, qaymaq, yağ və pendirlə şam edir,
sonra çay içirlər.
Səməd Vurğun kasıb evinin – Qızyetər qarının daxmasının təsvirini dəqiqliklə
vermişdir:
Yerliyi üç metr dərin qazılmış
Bir daxma görməmiş nə bahar, nə qış...
Nəmli divarları məzar kimi dar,
Duyan ürəkləri sıxıb ağladar.
116
Kərəni, pərdisi hörümçək toru,
Deyirlər kasıbın bilinməz goru.
Hisli buxarısı kömürdən qara,
Qaranlıq qapısı küsüb dağlara...
Burda ömr eləyir Qızyetər qarı,
Əvvəlki qüvvədən düşmüş qolları.
Çoxdandır kiriyib əyri cəhrəsi,
Atılıb bir yana odun dəhrəsi,
Nə od var, nə ocaq, nə urvalıq un,
Büzüşüb bir küncdə yamaqlı xurcun.
Həsrətli gözlərlə boylanır qarı
Külləri soyumuş ocağa sarı. (133, 23)
Xalq yazıçısı Mehdi Hüseyn şairin bu təsvirini belə səciyyələndirmişdir:
«Yoxsul azərbaycanlı kəndlisinin daxmasını... heç bir şair bu qədər aydın, bu qədər
canlı təsvir etməmişdir, desək, qətiyyən yanılmarıq. Bu daxmanın təsvirində hansı
təfərrüat uydurulmuş, hansı qaranlıq bucaq sehrkar rəssam fırçasının qüdrəti
sayəsində işıqlandırılmamışdır?». (131, 15)
Doğrudan da yuxarıdakı parçada kasıb evinin-qaradamın daxilinin təsviri ilə
yanaşı, ev sahibinin həyat tərzi, onun maddi məhrumiyyət və ehtiyacları da öz əksini
tapmışdır. Əyri cəhrənin səssiz dayanması, dəhrənin bir küncə atılması, buxarının
yanmaması, boş xurcunun büzüşüb qalması Qızyetər qarı üçün həyatın sönməsinə
işarədir. Xurcun ona görə küncə atılmışdır ki, içərisi boşdur, kül ona görə
soyumuşdur ki, ocağı yandırmırlar.
Burada işlənmiş «kərən», «pərdi», «buxarı», «cəhrə», «xurcun», «ocaq», «urva»,
«dəhrə» sözləri şairin xalq həyatına bələdliyini bir daha nümayiş etdirir.
«Komsomol poeması»nda xalqımızın ən qədim ənənəvi mərasimlərindən olan
Novruz bayramının təsvirinə xüsusi yer ayrılmışdır.
117
Axır çərşənbədir.... İl tamam olur...
Bu il, – kənd içində danışır hamı,
At üstündə gəlmişdir Novruz bayramı
Qulunlu at üstə...
Bu bir muraddır. (133, 53)
İl qulunlu at üstündə gəlmişdir. Şair ulu xalq təsəvvürlərinə istinad edərək
bildirir ki, bu, yaxşı əlamətdir, bolluq olacaq. Hər bir qapıda tonqal çatılması və
uşaqların tonqal üstündən tullanması, kosanın şən zarafatları, qız-gəlinlərin əllərinə
xına yaxması, Humayın öz bəxtini sınamaq üçün suya iynə salması və qapı pusmağa
getməsi ən qədim qaynaqlara söykənir. Aşağıdakı misralar həm də Azərbaycan
etnoqrafiyasının öyrənilməsi baxımından əhəmiyyətlidir və şairin bu sahədə dərin
bilik və məlumata malik olduğunu göstərir:
Baxın, hər qapıda bir tonqal yanır
Uşaqlar hoppanır od-alov üstdən.
Göyə şölə düşür, yer işıqlanır,
Od da yandırmayır heç kəsi qəsdən.
...Kosanın başında bir keçə papaq,
Zınqırov da asıb lap kəlləsindən.
Onun çıxardığı oyunlara bax –
Nə üzdən tanınır, nə də səsindən.
Gah olur mələyir qoyunsayağı,
Gah da bir at olub kişnəyir kosa.
Yüz qapıya dəyir onun ayağı,
Yüz evdən pay alır o heç olmasa...
Bəzənib-düzənib gəlinlər, qızlar
Xına da qoyurlar öz əllərinə... (133, 54)
Xalqımız arasında belə bir inam yaşayır: «İlin, ayın axırında bulaqdan, yaxud
axar sudan «lal su» gətirilir... Suyu qaba töküb
Dostları ilə paylaş: |