143
«İstiqbal təranəsi» şerin dərc edilən qəzetimizi və növbəti nömrəmizi göndərirəm.
Bundan sonra bütün nömrələrimizi müntəzəm surətdə alacaqsan. Bizi unutma, vaxt
tapdıqca, qəzetimizə şer göndər, döyüşçülərimiz öz şairini oxumaq istəyirlər. Sənin
şerin çap olunan nömrəmiz hissələrdə dərhal yayılır...»(14).
Bir qrup döyüşçü belə yazır: «Əziz və hörmətli şairimiz Səməd Vurğun! Sizin
radio ilə çıxışınızı səngərdə dinlədik. Səsinizi və odlu misralarınızı dinləyərkən elə
bil ki, üzərimizə canlandırıcı bahar yeli əsdi, qolumuza yeni qüvvət, gözümüzə yeni
işıq gəldi. Azərbaycanlı, rus, gürcü, ləzgi və s. millətlərdən olan döyüşçülərimiz
hamısı eyni ruhla Sizi alqışladı, yad etdi, «ura» səsləri göyə yüksəldi...»(46).
Qvardiya sercantı Həbib Quliyevin məktubunda oxuyuruq: «...Sizin döyüşçülər
haqqında çıxışlarınızı və şerlərinizi xüsusi bir həvəslə oxuyuram. Bunlar bizim
döyüşçüləri ruhlandırır. Mən döyüşdə düşmənin dörd tankını sıradan çıxardım. Məni
mükafata təqdim etdilər...» (15).
Döyüşçü Abuzər Hüseynov məktubunda şairin çəbhə ilə əlaqələrini və ayrı-ayrı
döyüşçülərə qayğısını əks etdirir. Cəbhəçi yazır: «... Sizin göndərdiyiniz sovqatı və
məktubu aldım. Bunlar mənim üçün son dərəcə qiymətlidir. Mən Sizin məktubdan
ruhlanaraq müqəddəs Vətənimizin müdafiəsi işində daha da cəsarətli və mərd olmağa
söz verirəm... İnsan simasını itirmiş mənfur düşmənə qarşı gecə-gündüz əlimdə hazır
tutduğum ən yaxın dostumla-silahımla son nəfəsimə qədər mübarizə
aparacağam».(15).
Cəbhəçi ailələrinin taleyi və dolanacağı şairi düşündürür və o bu ailələrə həmişə
öz kömək əlini uzadırdı. «Səməd Vurğun Böyük Vətən müharibəsi illərində öz şəxsi
qazancının mühüm bir hissəsini, bəzən mükafat aldığı böyük məbləği ölkənin
«müdafiə fondu»na verir və ehtiyacı olan əsgər ailələrinə paylayırdı. Şair mümkün
qədər hamıya kömək göstərməyə çalışırdı».(173, 178).
Onun həmin illərdə arxa cəbhədə əməli fəaliyyəti də xüsusi qeyd olunmalıdır.
Mehdixan Vəkilov bu illəri belə xatırlayırdı:
144
«Səməd Vurğunun 1942-1943-cü illərdə Qazax və Ağstafa rayonlarının kəndlərini
bir-bir gəzdiyini, tank və təyyarə fondlarına pul toplamaq kompaniyası apardığını və
döyüşçü ailələrinin vəziyyətilə şəxsən tanış olduğunu və bəzi ailələrə maddi yardım
göstərdiyini yaxşı xatırlayıram».(173, 173)
Döyüşçü Mustafa Hüseynovun məktubunda xeyirxah şairə minnətdarlıq ifadə
olunur: «Sevimli Səməd Vurğun, bu günlərdə öz oğlumdan məktub aldım ki, Siz
bizim kəndə gedibsiniz və bizim vəziyyətimizlə maraqlanıb ailəmizlə görüşübsünüz...
Bu bizim üçün böyük şərəfdir. Çox sağ olun, arxa cəbhədə Sizin kimi dostların
varlığı bizim üçün çox əhəmiyyətli və çox qiymətlidir».(17).
Müharibə illərində radionun imkanlarından səmərəli istifadə olunması qələbəyə
öz təsirini göstərmişdir. O illərdə xüsusilə Moskva radiosu, buradan səslənən ayrı-
ayrı verilişlər, məlumat bürosunun xəbərləri ümid və həyəcanla qarşılanmış,
səfərbərlik və birlik rəmzinə çevrilmişdi.
Həmin illərdə Moskva radiosunun hazırladığı ədəbi verilişlər də xüsusi maraq
doğurmuş, böyük təsir qüvvəsinə malik olmuşdur. Bu verilişlər sınaq illərində
ədəbiyyatın həyatla əlaqəsini əks etdirmiş, ədəbiyyat xadimlərinin öz üzərlərinə
düşən vəzifələri şərəfinə yerinə yetirdiklərini göstərmişlər. 12-15 dəqiqəlik ədəbi
radio verilişlərində imkan daxilində müəlliflərin özləri iştirak etmişlər. Veriliş bəzi
hallarda bütöv bir əsərdən – oçerk, hekayə və ya yazıçının dinləyicilərə
müraciətindən ibarət olmuşdur. Moskva radiosunun müharibə illərində hazırladığı
ədəbi verilişlərdə A.Tolstoy, F.Qladkov, P.Antokolski, V.Lebedev-Kumaç,
V.Katayev, A.Surkov, K.Simonov, V.Kocevnikov, P.Brovka, S.Marşak, İ.Erenburq
və bir çox başqa məşhur söz ustaları öz şer və hekayələrini, oçerk və reportaclarını
oxumuşlar.(215, 407).
S.Vurğun Moskva radiosu ilə müharibənin ən ağır günlərində - 1942-ci il
fevralın 12-də çıxış etmişdir.(215, 412). Onun çıxışı «Koroğlu» nəsillərinə bizim
salamımız» adlanırdı. Bu, şairin öz həmyerlilərinə - azərbaycanlı döyüşçülərə
müraciətidir.
145
S.Vurğun öz müraciətində Azərbaycan xalqının qəhrəman keçmişindən, şanlı
döyüş ənənələrindən söhbət açır. Şair xatırladır ki, Azərbaycan döyüşçüsü dünyanın
ən şanlı sərkərdələrindən birinin - Babəkin nəslindən olduğunu heç vaxt unutmur; o
həmin Babəkdir ki, ərəb işğalçılarına qarşı 25 il mübarizə aparmış və dəfələrlə
düşmən qoşunlarını Arazın və Kürün sularına qərq etmişdir. Şair arzu edir ki, bu gün
Babəkin obrazı, mətin iradəsi və yenilməz döyüşçü xarakteri yenidən
döyüşçülərimizin qarşısında canlansın. Vətənpərvər şair xalqımızın qəhrəmanlıq
tarixinə düşmüş bu səhifəni yada salır: «Düşmənlər Babəki parça-parça doğrayarkən
o, son nəfəsində acı gülüşlə demişdir: «Mən çox təəssüflənirəm ki, bu düşmən itlərini
az qırmışam». Babək bu sözləri on minlərlə düşmən əsgərini məhv etdikdən sonra
demişdi. Bu sözlərdə xalqımızın düşmənlərinə Babəkin sonsuz nifrəti ifadə
edilmişdir».
∗
Şair Koroğludan danışanda onun xalqımızın canına və qanına hopmuş belə bir
özünəməxsus cəhətini xatırladır ki, qoç Koroğlu qeyri-adi gücə malik olduğuna
baxmayaraq, döyüş dostluğunu yüksək qiymətləndirmiş və öz döyüşçülərinə hədsiz
sevgi bəsləmişdir. Onlardan biri itgin düşəndə Koroğlu gecələri yatmaz, yeməz və
içməz, döyüşçü dostu üçün göz yaşı axıdardı. Düşmən əlinə keçmiş döyüşçünü xilas
etməyincə sakitləşməzdi. S.Vurğun əfsanəvi Misri qılıncı yada salır, Koroğlunun
döyüşçüləri igidliyə, birliyə, dostluğa səsləyən qoşmalarından nümunələr söyləyir.
Çıxışın əsas cəhətlərindən biri Azərbaycan xalqının keçmişinin konkret zamanla
əlaqələndirilməsidir. Şairin fikrincə, cəbhə dostluğu indi daha böyük əhəmiyyətə
malikdir. Bu dostluq bir ölkədə yaşayan və eyni amal uğrunda vuruşan bütün
xalqların dostluğudur. S.Vurğun deyir ki, rus torpağında, Ukrayna və Belorusiya
çöllərində vuruşan Azərbaycan döyüşçüsü, eyni zaman-
∗
Биз щямин чыхышын мятнини ялдя етмиш вя Азярбайжан вя рус дилляриндя дярж етдирмишик. Мятнин фото-суряти
С.Вурьунун ев-музейиндядир.
Dostları ilə paylaş: |