Adilxan bayramov səMƏd vurğUN



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə42/85
tarix14.04.2018
ölçüsü5,01 Kb.
#38235
1   ...   38   39   40   41   42   43   44   45   ...   85

 
 
152
ğun bir çox vətənpərvərlik ruhlu şerlər yazmışdır. Onun ilham pərisinin əlində o vaxt 
nə saz var idi, nə ney. Vurğunun düşmənə nifrətlə, dosta məhəbbətlə dolu olan, əsgər 
ürəyinin tellərini titrədən şerləri bizə haqq verir ki, onu Böyük Vətən müharibəsinin 
qəhrəmanlarından biri adlandıraq».(124) 
Əlbəttə, S.Vurğunun müharibə illərində  bədii yaradıcılıq sahəsində  məhsuldar 
fəaliyyəti xüsusi qeyd olunmalıdır. Müharibənin təkcə ilk həftəsində dövrü mətbuada 
şairin 6 şeri dərç edilmişdir. Professor Nəcəf Quliyev müharibə dövrü poeziyamızı 
tədqiq edərkən müqayisələr aparmış  və yazmışdır ki, müharibənin ilk günlərinə 
məxsus dövrü mətbuatı  nəzərdən keçirərkən o zaman sənətkarların göstərdiyi 
operativliyə, vətəndaş hünərinə heyran qalmamaq olmur: 
«Pravda» qəzeti, 23 iyun 1941-ci il. Aleksey Surkovun «Qələbəyə and içirik!», 
Nikolay Aseyevin «Qələbə bizim olacaqdır!» şerləri. 
«Kommunist» qəzeti, 23 iyun 1941-ci il. Səməd Vurğunun «Vətənin keşiyində» 
şeri. 
«İzvestiya» qəzeti, 24 iyun 1941-ci il. Vasili Lebedev-Kumaçın «Müqəddəs 
müharibə» şeri. 
«Kommunist» qəzeti, 24 iyun 1941-ci il. S.Vurğunun «Ananın öyüdü» şeri. 
«Pravda» qəzeti, 25 iyun 1941-ci il. Aleksey Surkovun «Cəsurların mahnısı» 
şeri. 
«Kommunist» qəzeti, 25 iyun 1941-ci il. Səməd Vurğunun «Şəfqət baçısı» şeri. 
«Krasnaya Zvezda» qəzeti, 26 iyun 1941-ci il. İlya Erenburqun «Hitlerçi 
vəhşilər» publisistik məqaləsi. 
«Kommunist» qəzeti. 26 iyun 1941-ci il. Səməd Vurğunun «Qızıl  şahinlər» 
şeri. 
«Pravda» qəzeti, 27 iyun 1941-ci il. Aleksey Tolstoyun «Biz nəyi müdafiə 
edirik» publisistik məqaləsi. 
«Kommunist» qəzeti. 28 iyun 1941-ci il.  Səməd Vurğunun  


 
 
153
«Qoca qəhrəmanın çıxışı» şeri…(105, 6-7). 
Şairin bu şerlərində günün tələblərinə uyğun olaraq səfərbərlik, düşmənə qarşı 
mübarizəyə çağırış ruhu əsas yer tuturdu. Bu baxımdan müharibənin ikinci günü – 
iyunun 23-də qələmə alınmış «Ananın öyüdü» şeri səciyyəvidir. 
Bu  şerdə ümumiləşdirilmiş Ana obrazı yaradılmışdır. Bu Ana Vətənin, 
Azərbaycanın rəmzidir.  Şer bütövlükdə Ananın cəbhəyə yola saldığı  oğluna 
nəsihətlərindən ibarətdir. Lakin Ananın dediklərini sadəcə bir nəsihət kimi qəbul 
etmək olmaz. Bu, Vətənin dar günündə öz torpağını müdafiə edəcək övladın 
qarşısında duran vəzifədir. 
Şerin əvvəlində ölkədə ümumi səfərbərliyi ifadə edən lövhə yaradılmışdır: 
 
Geyib əsgər paltarını, silahlandı qəhrəman,  
Onun polad sinəsinə sığışmadı ürəyi.  
Dayan! - deyib, yaxın gəldi, öpdü onun alnından  
Yay gününün xoş səhəri, bir də dağlar küləyi. (132, 68). 
 
Məlumdur ki, uzaq səfərə  çıxan  şəxs özünün ən yaxın adamları, ilk növbədə 
anası ilə vidalaşır. Onun xeyir-duasını qəbul edir. Burada da belədir. 
Şerdə Ana öz Vətəninə sonsuz məhəbbəti, düşmənə nifrəti, humanizmi və 
dəyanəti ilə yadda qalır. Onun oğluna tövsiyələri bütün anaların öz oğullarına 
tapşırığı kimi səslənir, oğullara yüksək bəşəri duyğular təlqin edir: 
 
Biz sənsiz də dolanarıq, uğur olsun yoluna  
Qılıncını çalan zaman qüvvət gəlsin qoluna!  
Sən düşmənin qabağında igid tərpən vüqarla  
Tüfəngini təmiz saxla, atını da tumarla!  
Öz yerində olsun gərək igidin yar-yarağı,  
Hər gün yeni bir zəfərlə gəlsin onun sorağı... (132, 68). 
 


 
 
154
Ana öz oğlunu vüqarla yola salır, dalınca su səpir... 
Bu parçadan da göründüyü kimi, Ana oğluna döyüşçü üçün vacib olan şeyləri 
tapşırır: düşmənin qarşısında əyilmə, tüfəngini və atını yaxşı saxla və s. 
Ananın bu tapşırıqları canlı xalq dilində verildiyindən daha çox yadda qalır və 
təsirli olur. «Tüfəngini təmiz saxla, atını da tumarla!», «Öz yerində olsun gərək igidin 
yar-yarağı» kimi misralar bu baxımdan uğurludur. Respublikanın xalq artisti Vera 
Şirye danışırdı ki, müharibə illərində bu şer onun ifasında Azərbaycan və rus 
dillərində döyüşçülər tərəfindən maraqla qarşılanır və onları həyəcanlandırırdı.

 Onu 
da qeyd etmək lazımdır ki, müharibənin ikinçi günü S.Vurğunun çatdırdığı bu 
məsələlər (ananın döyüşçüyə tapşırıqları) sonradan bütün müharibə dövründə 
ədəbiyyatın ümumi mövzularından olmuş, «komandiri qoru», «silahını qoru» 
çağırışları bütün millətlərdən olan söz ustalarının müraciət etdiyi mövzuya 
çevrilmişdir. 
Çağırış  şairin müharibənin ilk günlərində – iyunun 26-da qələmə aldığı «Qoca 
qəhrəmanın çıxışı» şerinin də əsas qayəsidir. Vətəndaş müharibəsində qolunu itirmiş 
bu cəsur insan Vətənin müdafiəsindədir. Yaşı ötsə  də «lazım gəlsə bu uğurda öz 
canını verməyə» hazırdır. Onun tapşırıqları da aydındır və günün çağırışı kimi 
səslənir: 
 
Hər bir igid hazırlasın tüfəngini, yarağını,  
Mən dünəndən doldurmuşam patronumun darağını. (132, 73). 
 
Şer mərdliyin və igidliyin alqışlanması ilə bitir. Şairin fikrincə, bu dünyada «igid 
olmaq», «mərd yaşamaq» əsas həyat idealına çevrilməlidir. 
S.Vurğun «Şəfqət bacısı»  şerində «ana yurdun qız-gəlinlərinə» müraciət 
etmişdir. Şer birbaşa səfərbərliyə çağırışla başlayır: 
                                           

 В.Ширйенин хатиряляринин лент йазысы С.Вурьунун ев-музейиндядир. 


 
 
155
Gəl, ana yurdumun qızı, gəlini,  
İndi hünər vaxtı, qeyrət dəmidir. (132, 70). 
 
«Aslanın erkəyi-dişisi olmaz» aforizmi ədəbiyyatımızda müsbət bir ənənə kimi 
yaşamışdır. Böyük Vətən müharibəsinin ədəbiyyatın qarşısında qoyduğu vəzifələrdən 
bir də qəhrəman qadın obrazlarının yaradılması idi. S.Vurğunun «Şəfqət bacısı» şeri 
bu tələbə cavab verən  əsərlərdəndir. Ümumi çağırış ruhu daşıyan bu şer məzmun 
cəhətdən, öz yeniliyi etibarı ilə diqqəti cəlb edir. Şer dövrün Həcərini döyüşlərə 
çağırır. 
Fikirləşəndə ki, belə bir gərəkli mövzuda şeri S.Vurğun müharibənin ilk 
günlərində, iyunun 24-də qələmə alıb, onun uzaqgörənliyinə bir daha heyran olmaya 
bilmirsən. 
Şair Azərbaycan qadınına onun qəhrəman keçmişini xatırladır. Azərbaycan 
qadını dahilərə süd vermişdir. Bu dahilər sırasında yurdun qəhrəman övladları da az 
olmamışdır. Bu gün qadınlarımız da öz sözlərini deməlidirlər. «Düşmənin gülləsi 
dəysə sinəmdən, Mehriban əlinlə yaramı bağla» misraları  sənətkarlıqla deyildiyi 
kimi, həm də müharibədə qadının konkret vəzifəsini əks etdirir. 
«Aslanın erkəyi-dişisi olmaz» xalq məsəli, «hər sözün-söhbətin can 
məlhəmidir», «Gəl, indi cəbhədə yoldaş olaq biz», «Tutum üzəngini, qalx at üstünə 
Sən Qaçaq Nəbinin Həcəri kimi» misraları vasitəsilə  şair ana və bacılarımızda 
vətənpərvərlik duyğularını artırırdı. Qeyd etmək lazımdır ki, Üzeyir Hacıbəyovun 
bəstəsində «Şəfqət bacısı» şeri müharibə dövrünün ilk və uğurlu mahnılarından biri 
kimi də  səngərləri, qazmaları, qospitalları dolaşmış, oğul və  qızlarımızı  mərdliyə, 
hünərə, qələbəyə səsləmişdir. 
Şairin «Tarla nəğməsi»  şeri xüsusən müharibə illərinə çox vacib olan bir 
məsələyə  həsr olunmuşdur. Məlumdur ki, müharibənin başlanması  təxminən taxıl 
biçini ilə eyni vaxta düşmüşdü. Qarşıda duran ən vacib məsələlərdən biri də taxılı 
vaxtında və itgisiz yığıb anbarlara daşımaq, ordunu çörəklə təmin etmək idi.  


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   38   39   40   41   42   43   44   45   ...   85




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə