129
rı, ziyalılar, sənət adamları, sıravi oxucular isə qəzəblənmişlər. Şairin müasirlərindən
Mehdi Hüseyn, Osman Sarıvəlli, Süleyman Rəhimov, Əli Vəliyev, Zeynal Xəlil ayrı-
ayrı yığıncaqlarda obyektivlik göstərmiş, «Aygün»ü və onun müəllifini müdafiə
etmişlər. Lakin həmin vaxtlar şairi müdafiə edən məqalənin dərcinə imkan
verilməmişdir. Şair də qərəzli məqaləni təkzib edən «M.Quluzadənin «ədəbi
səyahəti» adlı cavab məqaləsi yazaraq onu dərc etdirməyə çalışmış, sonra isə güzəştə
gedərək bu fikrindən dönmüşdür.
Öz
yaradıcılığını, şəxsiyyət və ləyaqətini qərəzli hücumlardan qoruyan S.Vurğun
respublika rəhbəri ilə görüşmək, yazdığı cavabı ona oxumaq istəyir. Şair ərizəsində
belə yazır: «…Quluzadənin məqaləsi MK-nın bir sıra işçilərinin icazəsi ilə çap
olunduğuna görə, mənim də cavab məqaləmin partiyanın MK-sının, şəxsən Sizin
razılığınızla çap olunmasını düzgün hesab edirəm. Elə buna görə də mən Sizinlə
görüşüb məqaləni Sizə oxumaq istədim, lakin mənə cavab verdilər ki, Siz çox
məşğulsunuz və məni qəbul etməyə imkanınız yoxdur».(152) Şair xahiş edir ki,
mübahisənin birdəfəlik araşdırılması üçün ona müəyyən vaxt ayırsın, yaxud nüfuzlu
partiya komissiyası yaradılması barədə göstəriş versin.(152). Bu müraciətinə cavab
almayan şair teleqram göndərməli olur: «MK, Bağırov yoldaşa. Əziz yoldaş Bağırov,
məni qəbul etməyi və dinləməyi bir daha Sizdən xahiş edirəm. Çətin
vəziyyətdəyəm…»(158).
Bütün bunlar cavabsız qalır və bu, şairin həyatı üçün yaxınlaşmaqda olan təhlü-
kədən xəbər verir. Odur ki, S.Vurğun «Hürmüz və Əhrimən», «İnsan» əsərlərində, bir
sıra şerlərində olduğu kimi, bu dəfə də məcburi (!) güzəştə getməli olur.
Zeynal Xəlilin xatirələrindən: «Axşam üstü idi. Mehdi Hüseynlə Səmədgilə get-
dik. Osman Sarıvəlli də burada idi. Səməd fikirliydi. Tez-tez iri stəkanda tünd çay içir
və bir-birinin dalınca papiros çəkirdi. Mehdi yarızarafat, yarıciddi soruşdu:
- Səməd, nə qərara gəldin?
130
Biz hamımız onun üzünə baxdıq. Səməd çox rəsmi bir dillə dedi:
- Qərarım birdir: qaçmaq.
- Sən nə danışırsan? Necə yəni qaçmaq? Hara qaçacaqsan? – deyib ondan
soruşduq.
- Niyə təəccüb edirsiniz? – deyə o, zarafatına əlavə etdi: – Balam, Koroğlu
nəsli deyilik? Niyə lazım olanda Koroğlu qaçıb aradan çıxa bilsin, mən yox…
Biz dərhal Səmədin nə demək istədiyini anladıq. O, mübarizə aparmaqla yanaşı,
tədbir görüb siyasət işlətməyi də bacarırdı.
Səməd yazı stoluna tərəf getdi. Bir vərəqə götürüb oxudu. Bu onun M.C.Bağı-
rova vuracağı teleqramın mətni idi. Teleqramda göstərilirdi ki, o, məqalədəki səhvləri
etiraf edir və yaxın zamanlar yeni əsərləri ilə öz qüsurlarını yuyacaqdır…
- Bax, bu da mənim qaçmağım…»(178).
Azərbaycan Yazıçılar İttifaqının plenumu haqqında mətbuatda verilmiş rəsmi
məlumatda oxuyuruq: «…Səməd Vurğun çıxışının axırında mətbuat səhifələrində
«Aygün» poeması haqqındakı tənqidlərin düzgün olduğunu etiraf etmişdir. Yazıçı
Mehdi Hüseyn «Aygün» poemasını əsassız surətdə tərifləməkdə səhv etdiyini
plenumda etiraf etmiş, şair Zeynal Xəlil bu il aprel ayında yazıçıların ümumi
yığıncağındakı çıxışında «Aygün» poemasının tənqidçilərinə qarşı etdiyi nalayiq
hücumunu pisləmişdir».(56).
Beləliklə də bir müddət «Aygün» poemasının üstündən qara xətt çəkildi, onun
mövcudluğu sanki unuduldu...
M.Quluzadənin göstərilən məqaləsi elmi təhlildən daha çox ittiham xarakteri
daşıyırdı. Məqalədə əsərin əsas ideyası və müəllif qayəsi təhrif edilmiş, şair müasir
həyatla ayaqlaşa bilməməkdə, yaşadığı cəmiyyətə böhtan atmaqda təqsirlən-
dirilmişdir. Bununla birlikdə məqalə müəllifi şairin şəxsiyyətini təhqir etməkdən də
çəkinməmişdir.
«Aygün» poemasında hər hansı bir yaxşı cəhət görməyən məqalə müəllifi ayrı-
ayrı obrazlarda «gördüyü nöqsanları» müəlli-
131
fin özünün nöqsanları kimi təqdim etmişdir. «Aygünün ailə və məhəbbət haqqında
fikir və hisslərini köhnə, məhdud və bir çox halda bayağı» hesab edən məqalə
müəllifi yazır: «Bir sıra gözəl mənəvi keyfiyyətlərinə baxmayaraq, ictimai bir tip,
xarakter bir obraz olmaq etibarilə Aygün də sovet oxucularını təmin edə bilməz.
Çünki o, sovet adamlarına xas olan mübarizlik, prinsipiallıq, ardıcıllıq
keyfiyyətlərinə, köhnəliklə barışmazlıq sifətlərinə malik deyildir. Aygün öz ərinin
mürtəce görüşləri ilə mübarizə aparmaq üçün keç bir ciddi təşəbbüs göstərmir».(107).
M.Quluzadə bunun səbəbini «müəllifin öz görüşlərində, qadına qarşı köhnə
münasibət bəsləməsində, ailəni möhkəmləndirmək ideyasını yanlış başa düşməsində»
görür.
Tənqidçi əsərdə Əmirxanın yaxşılığa doğru dəyişməsi prosesini inandırıcı hesab
etmir. O yazır: «... Əmirxanın dəyişməsi əsərdə mücərrəd və süni yolla gedir; bu
dəyişikliyin şəraiti və səbəbi oxucuya məlum olmur. Əmirxan əvvəldən axıra kimi
kollektivdən, partiya və ictimai təşkilatların təsir və nüfuz dairəsindən kənarda, tək-
tənha yaşayır».(107). M.Quluzadə özünün «Şair nə üçün Əmirxanın həyatını
kollektivdən kənarda təsvir edir?» sualına belə cavab verir: «... ona görə ki, şair
Əmirxanın mürtəce görüşlərinə liberal münasibət bəsləyir, Əmirxana rəğbətlə
yanaşır».(107). 1952-ci ildə «mürtəce görüşlərə liberal münasibət bəsləmək»
ittihamının arxasında nələr durduğu bu gün daha aydındır.
Tənqidçi belə bir nəticəyə gəlir ki, Səməd Vurğun «Aygün» poemasında
bolşevik partiyalılığı prinsipindən, sosializm realizmindən geri çəkilmiş, sovet
varlığını, sovet adamlarının simasını təhrif edən müvəffəqiyyətsiz, bədii cəhətdən
sönük, zəif əsər yaratmışdır. M.Quluzadənin fikrincə, «Aygün» partiyanın sovet
ədəbiyyatı qarşısında qoyduğu tələblərə cavab vermir. Tənqidçi özünün «Bu nədən
irəli gəlir?» sualına yenə də ittiham xarakterli cavab verir: «Bu, ondan irəli gəlir ki,
Səməd Vurğun müasir həyatı, gənclərimizin yaradıcılıq əməyini, qabaqcıl sovet
gənclərinin yeni mənəvi keyfiyyətlərini yaxşı öyrənməmiş, həyatı bədii
ümumiləşdirmə əsa-
Dostları ilə paylaş: |