Adilxan bayramov səMƏd vurğUN



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə33/85
tarix14.04.2018
ölçüsü5,01 Kb.
#38235
1   ...   29   30   31   32   33   34   35   36   ...   85

 
 
122
baycan Xalq Cümhuriyyəti ilə bağlı  məqamlar verilmişdir. Gəray bəyin evində 
ziyafət təşkil olunmuşdur. Buraya toplaşanlar yeyib-içir, «Yaşasın parlaman!», 
«Yaşasın millət!» şüarlarını söyləyirlər. «Ministr» Elxan hökumətin proqramını şərh 
edir, ölkədəki vəziyyət barədə  məlumat verir, öz adamlarını ayıq olmağa çağırır və 
bolşeviklərin məqsədini onlara çatdırır (əlbəttə, şair bunları mənfi planda göstərir): 
 
Hətta deyirlər ki, parlaman gərək 
Əlini hər şeydən tamam üzərək,  
Versin hökuməti bolşeviklərə 
Yəni mülkədarlıq ölsün bir kərrə... (133, 32) 
 
Məclisin iştirakçılarından biri, Türkiyəli Səbri paşa türk xalqlarını birliyə 
səsləyir: 
 
Ayrılıq öldürür milləti hər an,  
Saatlar vurduqca yetişiyor zaman,  
Ayrılan quvvalar birleşmelidir.  
Vatan bir torpağa yerleşmelidir. (133, 32) 
 
Şair onu da göstərir ki, bu yaxınlaşmada Türkiyənin də öz marağı vardır: 
 
Deyib Səbri paşa qılınça baxır,  
Başından tüstülər, dumanlar qalxır.  
Çoxalır, həsrəti, çoxalır yası,  
Axır xəyalından nöyüt dəryası.  
Nöyüt kəmərləri düzəlib yola,  
Axıb tökülürlər düz İstanbula... (133, 32) 
«Komsomol poeması»nın canrı ilə bağlı tədqiqatçıların müxtəlif fikirləri vardır. 
Müəllif özü əsəri mənzum roman kimi  


 
 
123
təqdim etmiş  və 1937-çi ildə belə yazmışdı: «...mənzum romanım «Komsomol 
poeması» çapdan çıxacaqdır». (135, 73) Elə  həmin vaxt şair belə bir məlumat da 
vermişdi: «Bu («Komsomol poeması» – A.B.), sovet ədəbiyyatında birinci mənzum 
roman olacaqdır».(135, 73) 
«Komsomol poeması» haqqında ilk dəfə söz deyənlərdən A.Musaxanlı da əsəri 
roman kimi təqdim etmişdir. (116, 34) Özündən  əvvəlki tədqiqatçıların fikirlərini 
tamamlayaraq «Komsomol poeması»nın «məhz mənzum roman canrının tələblərinə 
cavab verdiyini» (4, 153) söyləyən professor Cəlal Abdullayev elə  həmin 
tədqiqatında poemanı «mənzum romanın sərhədlərinə yaxınlaşan  əsərlər» (4, 28) 
sırasına daxil etmişdir. Professor Həbib Babayev isə poemanı «epik planlı  əsər» 
adlandırmışdır. (183, 129) Həbib Babayev bununla yanaşı Səməd Vurğunun mənzum 
roman müəllifi olduğunu bildirsə  də, konkret olaraq şairin hansı  əsərinin bu canrda 
yazıldığını göstərməmişdir. Xalq şairi Bəxtiyar Vahabzadə «Komsomol poeması»nı 
«hər  şeydən  əvvəl dramatik poema» adlandırmış, daha sonra yazmışdır: «Qarşıya 
qoyulan məqsədin böyüklüyü, əsərdəki hadisələrin rəngarəngliyi, vəziyyətlərin 
gərginliyi, bir çox obrazların xarakter səviyyəsinə  qədər yüksəlməsi, nəhayət, 
mövzunun  əhatə dairəsinin genişliyi bu əsəri («Komsomol poeması»nı – A.B.
epopeya adlandırmağa haqq verir. Lakin təəssüf ki, epopeya olaraq natamamdır». 
(170, 74) 
Biz «Komsomol poeması»nın natamam olması barədə fikirləri şərti hesab edirik. 
Belə ki, Səməd Vurğun 1955-ci ildə poemanın «Son mühasirə» adlandırılan axırıncı 
fəslini yazmış və əslində əsəri tamamlamışdır. Professor Sadıq Şükürov yazır: «Mən 
tələbə ikən poema haqqında («Komsomol poeması» nəzərdə tutulur – A.B.məruzə 
edəcəkdim. Ona görə  əsərin necə başlayıb necə qurtaracağını öyrənmək istəyirdim. 
Buna görə  də  şairə müraciət etməli oldum. O, belə izahat verdi: Poema «Ayazlı, 
şaxtalı bir qış axşamı Yeddi yoldaş olub yola düzəldik...» misraları ilə başlayır». 
(162, 219) Şair son fəsli yazmaqla hadisələrin təbii  


 
 
124
axarından və inkişafından doğan məntiqi sonluğu vermişdir. 
Poemanın Osman Sarıvəllinin nəşrə hazırladığı indiki vəziyyətində  bəzi cüzi 
uyğunsuzluqlar nəzərə alınmazsa (məsələn, Gəray bəyin komsomolçulara təslim 
olduğunu göstərilir, lakin onun sonradan necə azad edildiyi bilinmir), ciddi 
yarımçıqlıq və natamamlıq yoxdur. Bununla yanaşı, yuxarıda qeyd etdiyimiz kimi, 
şair əsərə müəyyən əlavələr etmək, yeni fəsillər yazmaq fikrində olmuşdur. Müəllifin 
nəzərdə tutduqlarından bəziləri – Cəlalın dəfn mərasimi və burada bolşeviksayağı 
çıxışlar («Xanlar» pyesində olduğu kimi), Bəxtiyarın komsomol toyu (yəqin ki, 
Bəxtiyar toyundan birbaşa Gəray bəylə vuruşmağa gedəcəkdi. Poemadan 
götürdüyümüz aşağıdakı misralar məhz düşündüyümüz hadisənin məntiqi nəticəsi 
kimi artıq yazılmışdı: 
 
Üç aydır toy olub gəlin gələli,  
Hələ dəyməmişdir Gülzara əli.) 
 
əsərə elə bir ciddi təsir göstərə bəlməzdi. 
Beləliklə də aydın olur ki, «Komsomol poeması» sücet xətti, hadisələrin inkişafı, 
insan xarakterlərinin açılması, xalq həyatı  və  məişətinin geniş lövhələrinin 
yaradılması baxımından bitkin bir əsər kimi mənzum roman canrının tələblərinə 
cavab verir. Xalq yazıçısı Mehdi Hüseynin bu barədə dedikləri məntiqəuyğundur: 
«Komsomol poeması» epik dastan növünün misilsiz nümunələrindən biridir. Şair 
yalnız  əsas qəhrəmanlarının inkişafını  və taleyini izləməklə kifayətlənməyib, xalq 
həyatının geniş  və realistik lövhələrini də  çəkmişdir. Burada artıq canr çərçivəsinin 
məna və ideyaya tabe olduğunu, şairin hər şeydən çox həyat həqiqətinə daha dərindən 
nüfuz etmək prinsipinə sadiq qaldığını görməkdəyik. Bir az da sadə desək, S.Vurğun 
bədii lövhəni hadisələrin öz məntiqi inkişafı hesabına tamamlaya bilmişdir». (131, 
11-12) 
«Komsomol poeması»nın motivləri üzrə ayrı-ayrı müəlliflər tərəfindən daha iki 
əsər yaradılmışdır. Bunlardan biri şair-dra- 


 
 
125
maturq  İsgəndər Coşqunun eyni adlı pyesi (1961), digəri xalq yazıçısı Yusif 
Səmədoğlunun ssenarisi əsasında recissor, xalq artisti Tofiq Tağızadənin çəkdiyi 
«Yeddi oğul istərəm» (1970) filmidir. Bu əsərlərdə, xüsusən «Yeddi oğul istərəm» 
filmində sücet xətti, hadisələrin  əhatəliliyi, xarakterlərin canlılığı  və tamlığı 
«Komsomol poeması»nın tamamlanması barədə mülahizələrimizin doğruluğunu 
müəyyən mənada təsdiq edir. Əlbəttə, natamam bir əsərin  əsasında «Yeddi oğul 
istərəm» kimi geniş şöhrət qazanmış, Azərbaycan kinosunun uğurlarından sayılan bir 
film yaradıla bilməzdi. 
«Komsomol poeması»nın qəhrəmanlarının prototipləri barədə maraqlı faktlar 
vardır. 
Qeyd etdiyimiz kimi, Səməd Vurğun dostu Osman Sarıvəlliyə bu əsəri yazmağa 
başladığını bildirərkən belə bir məlumat da vermişdi: «Ə, qəhrəmanları elə özümüz 
olacağıq». Aparılmış tədqiqatlar nəticəsində əsərdəki obrazların bir çoxunun prototipi 
müəyyənləşdirilmişdir. Bu məsələ barədə  şairin qardaşı Mehdixan Vəkilovun 
xatırladıqları xüsusi maraq doğurur: «... Söhbət zamanı  Səməd yazacağı yeni 
əsərindən söz saldı. Dedi ki, ilk gənclik illərimizi, komsomoldakı odlu-alovlu 
fəaliyyətimizi qələmə almaq istəyirəm. Komsomolçu yoldaşlarımızı xatırladıq. 
Səmədin sözləridir: «Mənə  qəhrəman axtarmaq lazım gəlmir, elə onlardan 
yazacağam». Daha sonra, yarıciddi dedi: «A Qara,

  əsərdə  Cəlal adlı bir obraz da 
olacaq – səni nəzərdə tutmuşam». (173, 8) Deməli, Cəlal obrazının prototipi Meh-
dixan Vəkilovdur. O, Qazaxda ilk dəfə komsomola yazılanlardan biri olmuş, həmin 
illərdə «inqilabi mövzuda şerlə birpərdəlik pyeslər» (173, 129) yazmışdır.  Əsərdə 
Cəlal da şair kimi təqdim olunur. «Kənddə teatr» fəslindəki səhnəciklərin müəllifi də 
Cəlaldır. 
Gəray bəy obrazının prototipi Salahlı  kəndindən olan Mədəd bəydir.  Əsərdəki 
Sarı  Şəmistan və Çalpapaq Kərəm də  həyatda olmuşlar. Bu adamlar – Şəmistan 
Əyyubov və Kərəm Əh- 
                                           

 Сямяд Вурьун юз гардашына «Гара» дейя мцражият етмишдир. 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   29   30   31   32   33   34   35   36   ...   85




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə