81
Ay ləçər!
Bu iş yaraşarmı heç
nəslimizə,
İndi nə deyəcək el-oba bizə? (134, 53)
Əlbəttə, utancaq bir kənd qızı, beş-on günün gəlini olan Gülnarın «ləçər» sözünü
işlətməsi təbii səslənmir və tamaşaçını razı salmır.
Azərbaycan xalqının tarixində qaçaqçılıq mövcud olduğuna görə əsərdə Eldarın
dəstəsi ilə bağlı səhnələr də təbii görünür. Tarixən xalqımızın həyatında ayrı-ayrı
şəxslərin qaçaq düşməsi halları baş vermişdir. Çox zaman şəxsin özünün incikliyi
onun qaçaq düşməsinə səbəb olmuş, oxşar taleli, adamlar bir yerə toplaşmışlar.
Sonradan bu adamlar hamının sevimlisinə çevrilmiş, xalqın azadlığı və səadəti
uğrunda mübarizə aparmışlar.
Qaçaq Nəbi, Qaçaq Kərəm, Qaçaq Süleyman kimi.
Deməli, S.Vurğun Eldarı qaçaq kimi göstərərkən xalqın həyatında tipik olan
fakta əsaslanmışdır. Burada qaçaqların bir-birilə şən zarafatları, qonaqpərvərliyi,
kabab çəkmələri və s. qaçaq həyatı ilə bağlı canlı lövhələrdir.
Əli bəyin qırqovul ovlaması, Əminənin kürəkəninə hədiyyə olaraq corab
toxuması, Gülnarın Vaqifin məktubunu Eldara verərkən kəlağayını açıb yerə atması,
Vaqiflə Vidadinin saz götürüb deyişmələri də xalqın özünəməxsus xüsusiyyəti kimi
yadda qalır.
«Vaqif»də milli qürur hissləri qabarıq verilmişdir. Bununla yanaşı «Vaqif»
ümumbəşəri ideyaları geniş əks etdirən ölməz sənət abidəsidir. Əsərin geniş şöhrət
tapmasının, bütün dövrlərdə öz təravətini saxlamasının əsas
səbəblərindən biri də
burada dərin milli ruhla ümumbəşəri hisslərin vəhdətinin yüksək bədii ifadəsidir.
«Vaqif» 1938-ci ildə Azərbaycan Dövlət Dram Teatrında, 1940-cı ildə isə
Azərbaycan Dövlət Rus Dram Teatrında tamaşaya qoyulmuşdur. Daha sonra əsərə
Bakı erməni teatrının ta-
83
II FƏSİL
MƏNZUM ROMAN VƏ İNSAN
XARAKTERLƏRİ
Şairin poemalarında tarixi səsləşmələr.
Müasir mövzu və insan problemi
Səməd Vurğunun yaradıcılığı zəngin və rəngarəngdir. O, şer və poemaların,
dram əsərlərinin, ədəbi-tənqidi və publisistik məqalələrin, çıxışların, habelə bir sıra
tərcümələrin müəllifidir. Şairin yaradıcılığında poema canrı mühüm yer tutur. Onun
«Azərbaycan» epopeyasına daxil etdiyi əsərlərindən başqa da bir çox poemaları
vardır.
S.Vurğun epik əsərlərə xüsusi maraq göstərmişdir. Bu onun ümumiləşdirilmiş
xarakterlər və obrazlar yaratmaq səyi ilə bağlıdır. Şair göstərirdi ki, qəhrəmanın
xarakterindəki qüvvətli və zəif cəhətlər vahid bir ahəng yaratmalı, vahid bir
istiqamətdə meydana çıxmalı, bütün sifətləri məhz onun müsbət sifətinin hərtərəfli
inkişafı kimi verilməlidir, əks halda biz müsbət obrazın
təbiətinə xas olan bütövlüyü
itirə bilərik. Onun fikrincə, müsbət obrazın təbiətinə xas olan bu bütövlük işıqlı və
qaranlıq cəhətlərin hərc-mərcliyindən ibarət deyil, müxtəlif formalarda özünü büruzə
verən vahid və tam xarakterdən ibarətdir. Bütöv və tipik xarakterlər yaratmağı
ümumiləşdirmənin əsas vəzifəsi hesab edən şair deyirdi: «Ümumiləşdirilmiş
xarakterlər və obrazlar yaratmaq, içtimai həyat hadisələrini və vəziyyətlərini
göstərmək üçün epik poeziya sənətkara hədsiz imkanlar verir». (136, 334)
84
Səməd Vurğun həm də eposla lirika arasındakı fərqləri izah edirdi: «O
zaman ki,
şair öz daxili aləmini, öz xarakterini, öz düşüncələrini, bir növ, öz qəlbini oxucunun
qarşısında açıb göstərir,
o zaman ki, şair onu bilavasitə həyəcanlandıran şeylərdən
danışır, nə ilə yaşadığı və nə ilə nəfəs aldığından danışır - bu, lirikadır. O zaman ki,
şair öz zəkasının bütün gücü, ehtirası və əqidəsi ilə xalq həyatının lövhələrini çəkir-
bu, eposdur». (136, 337) Şair onu da qeyd edirdi ki, bunların hər ikisi - lirika və epos
bir araya sığa bilir, böyük epik lövhələrdə isə çox zaman bunlar ayrılmaz
surətdə bir-
biri ilə bağlı olur.
S.Vurğun lirik-epik poemalarla yanaşı, «tam sücetə, kəskin konfliktlərə, dolğun
və aydın təsvir edilmiş insan xarakterlərinə malik olan» epik-dramatik poemaların
inkişafını da arzu edirdi. Şair mənzum roman və böyük epik poema formasının bizim
zəmanə üçün artıq köhnəldiyini, bu formanın yalnız nəsrlə yazılan romanın hələ
inkişaf etmədiyi və yaxud yenicə təşəkkül tapdığı dövr üçün qanuni olduğunu iddia
edənlərlə razılaşmır, epik poeziyanın müəllifin yaradıçılıq imkanlarının, həmçinin
onun lirik istedadının bütünlüklə və hərtərəfli meydana çıxmasına
xeyli kömək
etdiyini xüsusi vurğulayırdı. O deyirdi: «Poeziyamızda insan həyatının və insan
münasibətlərinin geniş mənzərəsini verən mənzum romanlar lazımdır». (136, 339)
Səməd Vurğun yaradıcılığının ilk dövrlərindən başlayaraq epik canra müraciət
etmiş və həmişə bu ənənəyə sadiq qalmışdır. Şair 1920-ci illərin axırlarında «Dəli
şair» və «Tacir qızı» adlı poemalarını yazmağa başlamış, lakin başa çatdırmamışdır.
(174, 78)
Professor Cəlal Abdullayev şairin epik növün bu canrında bir-birindən əsaslı
surətdə fərqlənən gözəl poemalar yaratdığını xüsusi qeyd edərək bu əsərləri üslub,
forma, habelə məzmun və mahiyyət etibarilə aşağıdakı şəkildə təsnif etmişdir:
«Mənzum romanın sərhədlərinə yaxınlaşan əsərlər: «Komsomol poeması»,
«Aygün», «Bakının dastanı», «Muğan».