Afse a fəLSƏFƏ


Fəlsəfə və sosial-siyasi elmlər – 2011, № 1



Yüklə 5,05 Kb.
Pdf görüntüsü
səhifə58/74
tarix22.11.2017
ölçüsü5,05 Kb.
#11505
1   ...   54   55   56   57   58   59   60   61   ...   74

Fəlsəfə və sosial-siyasi elmlər – 2011, № 1 
 
 
 
- 176 -
ilinməyən və edil-
məyə tərəflərini isə fəlsəfə öyrənir. Hər hansı bir bilik sahəsi o vaxt elm sa-
yıla b
menti – özünün fəlsəfəsi olsun. 
at üzə-
rində
m də onu sorgulamaqdır. Filosof olmaq yalniz dü-
şünül
dament, yəni həm keyfiyyət, həm də kəmiyyət qanunauyğunluqlarını öyrən-
mək üçün təməldir. Riyaziyyat isə dərketmənin hansısa bir səviyyəsində in-
sanlar tərəfindən hadisə, proses və obyektlər arasında mövcud qanunauy-
ğunluqların riyazi düsturlarla ifadə edilə bilinən hissəsini öyrənmək üçün bir 
açardır. Təbiətin riyazi düsturlar tərəfindən ifadə edilə b

ilər ki, onun funda
 
Vəfa Camalova  
Bütün digər fənlərdə öyrənəcəyimiz bir şey vardır: riyaziyyatda tutarlı 
bir teoremlər silsiləsi, fizikada, təbiət elmlərində, tarixdə  dəqiq bir şəkildə 
bizə açıqlanmağa çalışılan bir hadisələr və faktlar bütünü vardır. Amma fəl-
səfədə buna bənzər bir şey yoxdur. Tarix boyunca fəlsəfi sistemlər bir-birini 
izlər. Zatən fəlsəfi düşüncə sahibləri tərəfindən yekdilliklə qəbul edilmiş heç 
bir fəlsəfi sistem yoxdur. Hər filosof özündən əvvəl gələn filosofların təlimi-
ni, fikirlərini saf-çürük etməyə çalışar, daha sonra öz payına onun da təlimi 
fikirləri saf-çürük ediləcək. Beləcə hər sənət sahibinin – rəssam, musiqici və 
ya  şair kimi filosofun da dünyanı özünəxas bir görmə  və ifadə etmə  tərzi, 
dünyagörüşü vardır. Zənnimcə, fəlsəfə  dərin bir düşünmə, düşüncənin öz 
üzərinə dönməsidir. Həyatla bağlı təcrübəmiz nə qədər zəngin, elmi və tex-
niki məlumatlarımız nə qədər dərin olsa da, bunların heç biri fəlsəfənin ye-
rini tuta bilməz. Filosof olmaq yalnız bir hadisə, predmet və məlum
 düşünmək deyil, hə
ən şeyi deyil, düşüncənin özünü "istintaq mövzusu etmək"dir. 
 
Fuad Məmmədov: 
Ümumiyyətcə, elm hər hansı qeyri-müəyyən informasiyaların öyrənil-
məsinə yönəlik ictimai fəaliyyətlər sistemidir. Bu qeyri-müəyyən informasi-
yaları müxtəlif formada qruplaşdırmaq mümkün olduğundan, tarix boyunca 
yeni elm sahələri yaranacaqdır və yaranmağada da məhkumdur. Elm ictimai 
bir hadisədir.  İctimaiyyəti isə xarakterik edən hadisədən biri “dil”dir. Elm 
inkişaf etdikcə, özünün “dil”ini (riyaziyyatı) yaratmağa məhkum idi. Müasir 
elm isə bu dillə danışmağa məcburdur. Artıq elmə kompleks sistemlər mə-


Fəlsəfi Diskurs 
 
 
- 177 -
əlsəfə elmi (tarix elmi kimi) hal ha-
zırda bir elm sahəsi kimi çıxış etməkdən çox, siyasi spekulyasiya və mani-
pulyasiya aləti kimi istifadə edilir. 
“Böy
rmı?” 
lumdur, bu zaman fəlsəfi metodlar bu kompleksliyi açıqlamaqda gücsüz qa-
lır, çünki o metodlar riyazi üsullardan yoxsundur. Son 50 ildə riyazi-statistik 
üsulların inkişafı elmi yeni inkişaf mərhələsinə çatmışdır. Məsələn statisti-
kanın tətbiqi ilə iqtisadiyyat artıq texniki, yoxsa sosial elmlərə aid edilməsi 
problemini çıxartmışdır. Riyazi-statistik üsulların tətbiqi ekonometrika, bio-
metrika və s. elmləri ortaya çıxartmışdır. Hər bir elm sahəsinin öz predmet 
obyekti və metodologiysı vardır. Bu zaman sual vermək olar ki, bəs fəlsəfə-
nin predmet və metodologiyası nədir? Əgər varlıq və idrakdırsa, cavab ver-
mək olar ki, artıq varlıq məsələsi ilə teorik və empirik fizika yetərincə bö-
yük nailiyyətlər əldə etmişdir. Hər halda ilkin materianın quruluşu, forması 
barədə təcrübi bilgiləri fəlsəfə deyil, empirik fizika əldə etmişdir. İdrak, ruh, 
şuur barədə artıq elm dünyası fəlsəfəyə deyil neyroloqiyaya, genetikaya və 
ya bunların sahələrinə müraciət edir. Burdan da göründüyü kimi fəlsəfəyə 
aid edilən predmetlər artıq fəlsəfənin deyil, empirik elmin obyektinə çevril-
mişdir. Sadəcə heyfslənirəm ki, insanlar fəlsəfini məcburən eyni statusunda 
tutub saxlamaq istəyirlər.  Əgər Fəlsəfə  əvvəlki nəticəni vermirsə ( çünki 
predmetləri artıq ayrı-ayrı elm sahələrinin mövzusudur), demək ki, bu elm 
sahəsinin parçalanma vaxtı gəlmişdir. F
 
 
ük fəlsəfədə qadının yeri va
 
Dos.Dr. Mətanət Abdullayeva: 
Böyük fəlsəfə ona görə böyükdür ki, onu yaradan insanların təfəkkürü 
kişi, yaxud qadın təfəkkürü səviyyəsində qalmayib bütöv İnsan təfəkkürü 
yüksəkliyinə qalxmışdır. Kişi və qadın varlıqları energetik planda müvafiq 
olaraq Yan və ya İn enerjilərinin dominantlıqda təzahürləridir. Qadın düşün-
cəsi ilə kişi düşüncəsi bir çox aspektlərdə tam, yaxud da qismən, amma 
fərqlidir. Onlar (fərqlər) aləmin epizodik dərkində və belə dərkdən irəli gə-
lən fəsadlarda özünü göstərir. Bu cür dərklərin hüdudları daraldıqca, onların 
qadın və ya kişi təfəkkürünə  məxsusluğunu göstərən  əlamətlər çoxalır,  İn, 


Fəlsəfə və sosial-siyasi elmlər – 2011, № 1 
 
 
 
- 178 -
ya da Yan enerjisinin qabarıq və birtərəfli əks olunması güclənir. İnsan bey-
ninin sol yarımkürəsi ağlın, məntiqin, rasional düşüncənin – Yan (kişi) ener-
jisinin, sağ yarımkürəsi intuisiyanın, hissiyyatın, irrasional təfəkkürün - İn 
(qadın) enejisinin məkanıdır. Hər iki yarımkürənin birgə fəaliyyəti, İn-Yan 
enerjilərinin (əslində onlar bir enerjinin təzahürləridir) tarazlığı idrak prose-
sini tənzimləyir, tarazlıq halında baş verən idrak prosesi idrakın yüksək mər-
təbələrini  şərtləndirir. A.Eynşteyn demişdir: "İntuisiya Allahın bəxşişidir, 
məntiq isə onun sadiq quludur". Bunların birliyində böyük fəlsəfə yaranır. 
Fəlsəfənin böyüklüyü öz çevrəsində kəsilməz əmsallar qədər müxtəlif ölçü-
lüdür. Hind mistik-filosofu Oşo kişi və qadın təfəkkürünün inteqrasiyası 
haqqında belə demişdir: "...bu, kişiylə qadının, Yanla İnin, solla sağın, mən-
tiqi olanla irrasionalın, Aristotellə Platonun batini görüşüdür". Deyirlər ki
Eynşteynin dahiliyinin səbəbi sağ yarimkürəsinin sol yarımkürəsi kimi aktiv 
işləməsinə görə idi. Belə tarazlıq zahirən kişi, yaxud qadın varlığında baş 
verməsindən asılı olmayaraq, yaradıcılıq zamanı batində özünün resurslarını 
maksimum, ya da maksimuma yaxın hədlərdə realizə etmiş İnsan fenome-
nində baş verir. Belə insanların fəlsəfəsi tarixin bütün dövrlərində bu və ya 
digər dərəcədə bəşəriyyətə xidmət edir, fəlsəfə alimlərini düşündürür və tə-
ləbələr tərəfindən  əzbərlənir. Filosof İnsan fenomeninin əksərən kişi fiziki 
varlığında təzahürü probleminə (əgər problemdirsə) kosmik prizmadan bax-
dıqda, düzgün izah vermək olar, çünki bu, Yer planetinin Kali Yuqa dövrün-
də Balıqlar bürcündəki mövqeyi ilə birbaşa bağlıdır. Belə ki, qadının borc, 
xidmət və itaətkar vəziyyətini şərtləndirərək kişinin güclü mövqeyini – pat-
riarxatı idealizə edən və 2 min il sürən Balıqlar dövründə yalnız böyük fəl-
səfədə yox, həyatın digər sahələrində – aşpazlıqdan tutmuş sərkərdəliyə qə-
dər bütün sahələrdə kişilər üstün mövqedə olublar, indi də olmaqdadırlar. 
Böyük filosoflar nə  qədər yüksək energetik səbat və harmonik təfəkkürə 
malik olsalar belə, Kosmik müqəddəratın təsirindən çıxa bilməmişlər. Məsə-
lən, Platon belə deyib: "Eyni təbii xüsusiyyətlərə canlı varlıqların hər iki 
cinsində rast gəlmək olar, xassəcə qadın da, kişi də bütün işlərdə iştirak edə 
bilər, amma qadın hər şeydə kişidən zəifdir". Aristotel isə belə deyib: "Təbi-
ətən kişi müqayisədə qadından üstündür, ona görə də o, tabe edir, qadın isə 
tabe olur". Demokrit yazır: "Kişi üçün ən böyük təhqir qadının hökmranlığı 


Yüklə 5,05 Kb.

Dostları ilə paylaş:
1   ...   54   55   56   57   58   59   60   61   ...   74




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə