Fəlsəfə tarixi
- 57 -
Ghazzali
and Kant, as characters at whom can show two different thinking form
and two different cultural structure in their thoughts, in the context of the same
subject. The article investigates the stages of these two thinkers approaches to the
topic of
transcendental dialectic and tries to display that
why and
how two different
cultural worlds incline to this subject.
Keywords:
Ghazzali, Kant,
transcendental dialectic, metaphysics, critical
philosophy.
Ильяс Алтунер
Трансцендентальная диалектика:
критика метафизики в философии ал-Газали и Канта
(резюме)
В статье в контексте одной темы исследуются сходные и отличитель-
ные черты философии ал-Газали и Канта как личностей, воплотивших в
своих системах различные формы культуры и мышления. Автор анализирует
этапы реализации подходов обоих философов к теме трансцендентальной
диалектики, показывая мотивы, побудившие обратиться представителей двух
разных культурных миров к данной теме.
Ключевые слова
: ал-Газали, Кант, трансцендентальная диалектика,
метафизика, критическая философия.
Ilyas Altuner
Transendental dialektika:
Qəzali və Kant fəlsəfəsində metafizikanın tənqidi
(
xülasə)
Məqalə iki fərqli təfəkkür formasını və iki fərqli mədəni strukturu öz düşün-
cə sistemlərində təcəssüm etdirən şəxsiyyətlər olaraq Qəzali və Kant arasındakı
bənzər və fərqli cəhətləri eyni mövzu kontekstində tədqiq edir. Müəllif hər iki
filosofun
transendental dialektika mövzusuna
yanaşmasının hansı mərhələlərdən
keçərək reallaşdığını araşdırır və iki mədəniyyət dünyasının bu mövzuya hansı
motivlərin təsiri ilə yönəldiyini göstərməyə çalışır.
Açar sözlər:
Qəzali, Kant, transendental dialektika,
metafizika, tənqidi
fəlsəfə.
Elm fəlsəfəsi
Elmi biliyin genezisinə dair
Səlahəddin Xəlilov
Biliyin əməli fəaliyyətdən ayrılaraq müstəqil dəyər kəsb etməsi sivili-
zasiyanın təməl şərtlərindən biridir. Sivilizasiyanın yeni keyfiyyət mərhələ-
sinə keçidini şərtləndirən ən mühüm yeniliklərdən
biri də məhz ilk elmi
biliklərin formalaşması olmuşdur.
Elmi biliklərin genezisi və tarixi ilə əlaqədar müxtəlif fikirlər mövcud-
dur. Bəzi müəlliflərə görə, elmi bilikdən ancaq elm sistemi formalaşdıqdan
sonra danışmaq mümkündür. Ona qədər isə biliklər daha çox dərəcədə sin-
kretik xarakter daşımışdır. Lakin, hətta qədim dövrdə də biliklər həm əhatə
etdiyi sahəyə görə, həm peşəkarlıq və ixtisaslaşma dərəcəsinə görə məişət
bilikləri çərçivəsindən kənara çıxmış və əməli fəaliyyət sahələri diferensial-
laşdıqca, biliklər də fərqli çeşidlərə ayrılmışdır. Y.N.Molodsova
peşəkar əq-
li fəaliyyətin qaynaqlarını Ved və Upanişad mətnlərinin əzbərlənməsi və
mənimsənilməsi ilə əlaqələndirir (11, s. 131) Bizcə, biliklərin tarixi şüurlu
insanın (homo-sapiens) formalaşması ilə eyni vaxtdan başlayır. Çünki ger-
çəkliyə şüurlu münasibət əslində hansı isə hadisələrin mənimsənilməsi, söz-
lərlə ifadə olunması və deməli, ilkin biliklərin yaranması ilə müşayiət
olunur.
Tarixin bütün mərhələsində əməli işdən daha çox, zehni fəaliyyətlə
- 58 -
Elm fəlsəfəsi
- 59 -
məşğul olan, özünü və dünyanı seyr edən və anlamağa çalışan, daxili və xa-
rici həqiqətləri başqalarından daha yaxşı mənimsəyən insanlar hikmət sa-
hibi, müdrik hesab edilmişdir. Aristotel anlamında müdriklik təcrübəyə ma-
lik olmaqdan fərqli olaraq, biliklə müəyyənləşir: “Bilik və anlama təcrü-
bədən çox sənətə aiddir və hansısa bir sənəti mənimsəmiş insanı təcrübəsi
olandan daha müdrik sayırıq, çünki hər bir kəsdə müdriklik daha çox bilik-
dən asılıdır
və bu ondan irəli gəlir ki, sənəti mənimsəmişlər səbəbi bilirlər,
təcrübə əldə etmişlər isə yox” (1, s. 36). Aristoteldə təcrübə, sənət, elm və
müdriklik müqayisə olunsa da, hələ elmin ayrıca bir statusu yoxdur. Əslində
Azərbaycan dilində “elm” kimi təqdim olunan söz rus nəşrindəki “nauka”
sözündən tərcümədir (5, s. 66). İngilis dilində də bu söz “science” kimi ve-
rilmişdir (4, s. 689). Lakin “science” “nauka”ya nisbətən daha məhdud olub
təbiət elmlərini nəzərdə tutur. Con Bernalın yazdığına görə, “science” sözü
yaxın zamanlarda daxil edilmişdir. İlk dəfə “alim” (“scientist”) sözünü Ve-
vel 1840-cı ildə “İnduktiv elmlərin fəlsəfəsi” kitabında istifadə etmişdir (7,
s. 19).
Qədim yunan dilində isə müasir “elm” sözünün qarşılığı olaraq
bir ne-
çə söz göstərilir, məsələn:
μαϑημα, ατος, επιστημη (15, s. 536). Bu sözlər
isə təkcə “elm” kimi yox, həm də “hərf”, “yazı” və nəhayət, “ədəbiyyat”
mənalarında da işlənir. Əksinə, rusların “iskusstvo” kimi, bizimkilərin isə
“sənət” və bəzi yerlərdə “incəsənət” kimi tərcümə etdiyi söz isə orijinalda
τεχνη kimidir. Qədim yunan dilindəki τεχνη sözü isə müasir
dillərdə əsa-
sən üç mənanı ifadə edir ki, bunlardan biri məhz “elm”dir. Digər iki söz rus
dilində “iskusstvo” və “remeslo” kimi verilir. Azərbaycan dilində bu sözlər
hər ikisi “sənət” kimi verildiyindən, bəzən kontekst aydın olmur. Əslində
Aristoteldə
τεχνη sözü məhz “remeslo” mənasında işlədilir. Rus lüğətlərin-
də bu söz “istehsal və xidmət sahəsində istifadə olunan maddi vasitələr və
intellektual biliklər” kimi izah olunur (12, s. 893). Lakin Aristotelin rusca
nəşrlərində “iskusstvo” sözündən
daha çox istifadə olunur, hətta riyaziyyat
da məhz onun bir qolu kimi təqdim olunur. Maraqlıdır ki, Platon “bilik” an-
layışını tədqiq edərkən, onun iki fərqli mənasını qeyd edir. Birincisi, məhz
sənət – ruscasında “iskusstvo” mənasında (Platon, misal üçün,
tibb sənətin-
dən bəhs edir) (13, s. 319); ikincisi, “bilik” anlayışının özü, “bilik haqqında