- 127 -
Elmi-fəlsəfi həyat
Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu
“Müasir dünyada mədəniyyətlərin müxtəlifliyi və
dialoq fəlsəfəsi”
7-9 aprel, 2011-ci il, Bakı
Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsində aprelin
7-də Bakı Biznes Mərkəzində “Müasir dünyada mədəniyyətlərin müxtəlif-
liyi və dialoq fəlsəfəsi” mövzusunda beynəlxalq konfrans işə başlamışdır.
AzərTAc xəbər verir ki, tədbirdə Avropa, Afrika, Asiya ölkələrindən
olan filosof alimlərlə yanaşı, Azərbaycan alimləri də iştirak edirlər. Müxtəlif
mədəniyyətlər arasında dialoq fəlsəfəsinin işlənib hazırlanması,
xalqlar ara-
sında əməkdaşlığın təsirli formalarının təşəkkülünə şərait yaradan universal
və lokal dəyərlərin əlaqələndirilməsi problemlərinin müzakirəsi konfrans iş-
tirakçılarının diqqət mərkəzindədir.
Tədbir Azərbaycan fəlsəfə elminin nailiyyətlərini əks etdirən video-
çarxın nümayiş etdirilməsi ilə başlandı.
Rusiya Elmlər Akademiyası Fəlsəfə İnstitutunun direktoru akademik
Əbdülsalam Hüseynov öz çıxışında mədəniyyətlərin dialoqunda fəlsəfənin
xüsusi rolunu vurğulayaraq bildirmişdir ki, mədəniyyətlərin
dialoq rejimin-
də qarşılıqlı təsirinin özü müəyyən mənada fəlsəfi məsələdir. O demişdir:
“Bu, təkcə fəlsəfənin özünün dialoq potensialı ilə deyil, həm də mədəniyyə-
tin özündə fəlsəfənin xüsusi rolu ilə bağlıdır”. Ə.Hüseynov vurğulamışdır
ki, fəlsəfə özünün universal prinsipləri sayəsində mədəniyyətlərarası dialoq
üçün intellektual zəmin yaradır.
“Mədəniyyətlərin dialoqu fəlsəfi refleksiya kontekstində” mövzusun-
da məruzə ilə çıxış edən Azərbaycan Milli Elmlər Akademiyası Fəlsəfə, So-
Fəlsəfə və sosial-siyasi elmlər – 2011, № 1
- 128 -
siologiya və Hüquq İnstitutunun direktoru İlham Məmmədzadə demişdir ki,
müasir dünyada qloballaşma prosesi əsasən iqtisadi proseslərlə, informasi-
ya-kommunikasiya texnologiyaları ilə bağlıdır, “lakin bütün xalqlar başa dü-
şürlər ki, mədəniyyətsiz tərəqqi ola bilməz”. Alim vurğulamışdır ki, qlobal-
laşma şəraitində mədəniyyət fəlsəfəsini inkişaf etdirmək zəruridir.
Qlobal-
laşma dövründə hər bir xalqın mentalitetində müəyyən dəyişikliklər baş ve-
rir, bu isə bütövlükdə cəmiyyətdə dəyişikliklərə gətirib çıxarır. Alim buna
nümunə kimi son vaxtlar Azərbaycanda müşahidə edilən sosiomədəni mo-
dernləşmə prosesini göstərmişdir. İ.Məmmədzadənin qeyd etdiyi kimi, bu
onu göstərir ki, Azərbaycan cəmiyyətdə sosiomədəni dəyişiklikləri qəbul
edir və buna hazırdır.
Türkiyədən
gəlmiş filosof-alim, professor Kənan Gürsoy qloballaşma
dövründə mədəniyyətlərin müxtəlifliyinin və birgəyaşayış etikasının mahiy-
yətini açıqlamışdır. Mədəniyyətlərarası dialoqda fəlsəfənin mühüm rolundan
söhbət açan K.Gürsoy demişdir ki, mədəniyyətlərin müxtəlifliyinin dərk
edilməsində, onların ümumi təmas nöqtəsinin tapılmasında fəlsəfə müstəsna
rol oynayır.
Azərbaycan Fəlsəfə və Sosial Siyasət Assosiasiyasının idarə heyətinin
sədri professor Səlahəddin Xəlilov konfrans iştirakçılarının diqqətini “sivili-
zasiya” və “mədəniyyət” anlayışları arasında fərq qoyulmasının
zəruriliyinə
cəlb etmişdir. O vurğulamışdır ki, əslində müxtəlif sivilizasiyalar yoxdur, si-
vilizasiya bütün bəşəriyyət üçün eynidir və bəşəriyyət də onu qoruyub sax-
lamalıdır. Mədəniyyətlərə gəldikdə isə, S.Xəlilovun fikrincə, onlar tarixi
prosesləri, ayrıca götürülmüş hər bir xalqın milli mənlik şüuru ilə bağlı ha-
disələri özündə əks etdirir. Bu mənada dialoq sivilizasiyalar arasında deyil,
yalnız mədəniyyətlər arasında ola bilər.
Sonra Qazaxıstan Respublikası Təhsil və Elm Nazirliyinin Fəlsəfə və
Politologiya İnstitutunun direktoru Əbdülmalik Nısanbayev, Belarus Milli
Elmlər Akademiyası Fəlsəfə İnstitutunun
direktoru Anatoli Lazareviç, Rusi-
ya Fəlsəfə Cəmiyyətinin birinci vitse-prezidenti Aleksandr Çumakov məru-
zələrlə çıxış etmişlər. Alimlər müasir fəlsəfənin problemlərinə diqqəti cəlb
etmiş, cəmiyyətin sosial, siyasi, mədəni problemlərinin həllində fəlsəfənin
rolunu artırmağın zəruri olduğunu vurğulamışlar. Belə bir fikir səslənmişdir
Elmi-fəlsəfi həyat
- 129 -
ki, müasir dünyada dialoq bəşəriyyətin salamat qalması üçün ən mühüm
vasitədir.
AzərTAc
“Kamillik” mövzusunda elmi-fəlsəfi seminar
04 yanvar 2011-ci il, Bakı
Yanvar ayının 4-də Fəlsəfə Dünyasında “Kamillik”
mövzusunda elmi-
fəlsəfi seminar keçirildi.
Tədbirdə Prof.Dr. Səlahəddin Xəlilov, Prof.Dr. Cavad Heyət, Prof. Dr.
Fərman İsmayılov, Prof. Dr. Aydın Şirinov, Prof. Dr. Könül Bünyadzadə,
Dos.Dr. Lətafət Hümmətova, Dos.Dr. Vəsilə Hacıyeva, Dr. Eltac Yüzbaşov,
Dr. Bəhram Həsənov, Dr. Rəşad İlyasov, Amerika, Türkiyə və İrandan
gəlmiş qonaqlar, aspirant və magistrlar iştirak edirdi.
Seminarı giriş sözü ilə Prof.Dr. Səlahəddin Xəlilov açdı və fərdi ka-
milliklə ictimai yetkinliyin əlaqəsindən bəhs etdi. Belə ki, iki
fərqli proses
bir-birini tamamlamalıdır. Bir tərəfdən, ayrı-ayrı insanlar kamilləşməli, in-
tellektual və mənəvi keyfiyyətlərin vəhdətinə nail olmalıdırlar. Digər tərəf-
dən də, ictimai təşkilatlanma səviyyəsi elə yüksək olmalıdır ki, əhalinin bir
millət olaraq formalaşması həyata keçsin.
İnsanı səciyyələndirən keyfiyyətlərdən çoxu, onun maddi ehtiyacları,
intellekti, bilik və əməli vərdişləri ümumbəşəri səciyyə daşıyır. Əsrlər boyu
əvvəlki nəsillərin fəaliyyəti ilə yaranmış elm və texnologiya, maddi-texniki
sərvətlər bütün insanlar üçün ünvanlanmışdır.
Lakin bu və ya digər millətə
mənsub olan adamlar müəyyən dildə danışır, müəyyən adət-ənənələri qoru-
yub saxlayırlar. Lakin əsas birləşdirici amil milli ideya, milli fəlsəfi fikirdir.
Milli fəlsəfi fikir dövlətçiliyin təməl daşlarından biridir. Özünü dərk etmə-
yən xalqın Vətən idealı ola bilməz.
Vətənə şüurlu sevgi, milli özünüdərk və fərdi fəaliyyətlərin bu kon-