Siyasi elmlər
- 115 -
və möhkəmlik kimi xarakterizə oluna bilər. O, sonralar "Beynəlxalq siyasə-
tin nəzəriyyəsi" kitabında stabilliyin təyin olunmasında sadəcə sistemin
möhkəmliyi faktorunu saxladı. U.Uolfort isə sistemin sülhsevər xarakterə
malik olması və sistemin möhkəmliyi prinsiplərinin müzakirəsinə ikimənalı
yanaşılmasının tərəfdarı kimi çıxış etmir. “Möhkəmlik stabiliyyin başa dü-
şülməsini digər bir kateqoriyaya aid edir: öz-özünü gücləndirən tarazlıq ide-
yası. Deməli, beynəlxalq sistem sağlam və işləkdir. O, fundamental dəyişik-
liklərə məruz qalmadan güc münasibətlərində əsas dəyişiklikləri sınaqdan
keçirə bilər” [12, s. 36].
Artıq yunipolyar sistemin formalaşdırılmasına yünəlmiş 20 illik dövr
geridə qalıb və əgər ABŞ öz imkanlarından düzgün istifadə edərsə, təkqütb-
lü güc mərkəzi kimi ömrünü uzada bilər. Hələ bundan sonra da onilliklər
boyu heç bir ölkənin güc faktorunun bütün elementlərinə yiyələnərək, Ame-
rika Birləşmiş Ştatları qarşısında dominant mövqedən çıxış edəcəyi inan-
dırıcı görünmür. İki okean arasında, digər güc mərkəzlərindən fərqli olaraq,
“sərhədləri məlum olmayan” aktor kimi Amerika Birləşmiş Ştatları qüvvələr
balansının pozulması təhlükəsini yaşamadan da öz müstəsna geosiyasi
imkanlarını əlində saxlayır. Alternativ qütblər statusunu qazanmaq iddi-
asında olan Yaponiya, Çin, Avropa İttifaqı və Rusiya kimi namizədlərin
hansının uğur əldə edəcəyinin həm də onların ABŞ-la münasibətlərinin inki-
şaf meyllərindən asılı olacağını iddia etmək mümkündür.
M.Mastanduno və Ç.Kupçan kimi tədqiqatçıların fikrincə, təkqütblü-
lük dinamik və qeyri-stabil xarakterə malikdir. Lakin ABŞ təhlükəli situasi-
yaların qarşısını almağa heç bir səy göstərməyib, onlara qarşı etinasızlıq
göstərir bununla da vəziyyət daha da kəskinləşir [17, s. 58]. Akademik
R.Mehdiyev mövcud dünya sisteminin əvvəlikilərdən müəyyən dərəcədə
fərqləndiyini, lakin çoxqütblülüyün yeni dünya nizamında yeganə mümkün
vasitə olduğunu qeyd edir. “Multiliteralizmin üstünlüyü ondan ibarətdir ki, o
beynəlxalq münasibətlərin təsisatlar və ya rejimlər çərçivəsində tənzimlən-
məsini, təhdid və risklərə ümumi, kollektiv cavabların hazırlanmasını, döv-
lətlərin azad və müstəqil siyasət yeritməsinə imkan verən əməkdaşlıq çərçi-
vəsi rolunu təmin edir” [8, s. 9]. Qloballaşmanın verdiyi imkanlardan fayda-
Fəlsəfə və sosial-siyasi elmlər – 2011, № 1
- 116 -
lanaraq təkqütblü dünyanın formalaşdırılmasına edilən cəhdlər isə özlüyün-
də təhdid və təhlükələrin əsas daşıyıcısıdır.
U.Uolfort isə əks görüşü müdafiə edir. Yəni, təkqütblülüyün möhkəm
əsasa malik olmasını və sülhsevər olduğunu iddia edir. “Əsas təhdid ondan
ibarətdir ki, Birləşmiş Ştatlar bu məsələlərdə xeyli uğursuzluq nümayiş etdi-
rir. Qeyd-şərtsiz bir üstünlüyə malik olaraq ABŞ beynəlxalq sistemə və
onun başlıca prinsiplərinə hörmətsiz yanaşan bir çox ölkədən fərqli olaraq
daha artıq dərəcədə sərbəst fəaliyyət göstərir. Çünki mövcud sistem Birləş-
miş Ştatların qüdrətinin təsiri ilə formalaşmışdır və bu da Amerikadan daha
çox fəaliyyət tələb edir” [28, s. 26].
Təkqütblülük elə bir strukturdur ki, hər hansı ikinci bir dövlətin im-
kanları status-kvonu pozmaq üçün yetərli potensiala və imkana malik deyil-
dir. Təkqütblü sistemin tərəfdarlarının fikrincə, bu strukturun əsas üstünlüyü
ondan ibarətdir ki, o, ikiqütblülükdən, yaxud sistemə üç və daha çox aktorun
aktiv təsir imkanlarını ehtiva edən çoxqütblülükdən asılı olmayaraq funda-
mental şəkildə inkişaf edir. Bu yanaşma güc nəzəriyyəsinin yeni reailst
məntiqindən doğur, lakin o qüvvələr balansı haqqında klassik düşüncə tərzi
ilə bir nöqtədə kəsişir [10, s. 82].
Mövcud strukturu təkqütblü hesab etmək olarmı?
Bu sualın cavablandırılması üçün beynəlxalq sistemdə gücün əsas ele-
mentlərinin göstəricisi əsasında qüvvələr balansının vəziyyətini qiymətlən-
dirmək zəruridir. Həmçinin, mövcud vəziyyəti müxtəlif dövrlərdə güc mər-
kəzlərinin potensial imkanları ilə müqayisə etmək lazımdır. Beynəlxalq mü-
nasibətlərdə indiyədək müşahidə olunan həm çoxqütblü, həm də ikiqütblü
sistem vəziyyəti üçün ən uyğun nümunələr kimi müvafiq olaraq Britaniya
dövrü (Pax Britannica) və Soyuq müharibə dövrlərini ayırmaq mümkündür.
Doğrudur, 1910-cu ildə Almaniya Avropanın ən güclü dövləti idi, ABŞ isə
bir çox parametrlərə görə 1960-cı ildə dünyanın ən güclü dövləti hesab edi-
lirdi. Lakin onlardan heç birini təkqütblü güc mərkəzi hesab etmək olmazdı.
Çünki Soyuq müharibə dövründə artıq dünyanın həm fiziki, həm də ideoloji
baxımdan iki qütbə bölünməsi reallıq idi. Hətta, Fransa, Britaniya, Almani-
Siyasi elmlər
- 117 -
ya, Yaponiya və Çin kimi digər böyük güclər də bu iki qütb ətrafında birləş-
məli olmuşdular.
Hər iki dövrdə xüsusilə 1860-70-ci və 1945-55-ci illəri xüsusilə fərq-
ləndirmək mümkündür. Çünki həmin tarixlər güc faktorunun ən aparıcı ele-
mentlərinin konkret mərkəzlərdə daha real şəkildə önə çıxdığı dövrlər
olmuşdur.
Güc balansının qütblər şəklində mərkəzləşməsi məsələsində dövlətlər
güc faktorunun bütün komponentlərini dəqiqliklə hesablamalıdırlar. K.Uolt-
za görə bunlar – əhalinin sayı və ərazinin həcmi; xammal ehtiyatları; iqtisadi
imkanlar; hərbi güc və hərbi "səriştə"dir [26, s. 131].
Reallıq ondan ibarətdir ki, tarixin müxtəlif mərhələlərində formalaş-
mış müxtəlif strukturlarda sistemin stabilliyini qorumaq və inkişaf etdirmək
mümkün olmamışdır. İki supergüc faktorunun mövcud olduğu Soyuq müha-
ribə dövrünün də gərginlik və toqquşmalarla yadda qalması və sona çatması
onu göstərdi ki, ikiqütblü dünyada paritetliyin təmin olunmasından və sabit-
likdən əminliklə danışmaq mümkün deyildir. Ötən əsrin 70-ci illərində iki
qütb arasında paritetlik əsasən təmin onlunsa da, beynəlxalq sistemdə gər-
ginliyi azaltmaq və əsaslı stabilliyi təmin təmin etmək mümkün olmamışdır.
Əsas səbəb, iqtisadi, siyasi və texnoloji rəqabət mühitində sistemin daha çox
ideoloji qarşıdurmaya əsaslanması olmuşdur. Sovet İttifaqının qüdrətinin
Birləşmiş Ştatlarla müqayisə edilməsinə şübhə ilə yanaşan K.Uoltz 1970-ci
illərin axırlarında “Beynəlxalq münasibətlər nəzəriyyəsi” kitabında yazırdı:
“Müasir tarixə qədər heç bir nəhəng güc digər bir qüvvə üzərində iqtisadi və
texnoloji liderliyin belə geniş üstünlüyündən həzz almamışdır” [26, s. 201].
XX əsrin 80-ci illərində Qərb siyasi və elmi dairələrində ABŞ-ın get-
dikcə artan qüdrəti müzakirə obyektinə çevrilməyə başlamışdı. Bir neçə
alim Birləşmiş Ştatların kəmiyyət və keyfiyyət üstünlükləri üzərində tədqi-
qatlar aparırdılar. B.Rasset, S.Hantinqton və S.Streync kimi tədqiqatçılar
ötən əsrin sonlarına doğru ABŞ-ın dünyadakı mövqeyini İngiltərənin XIX
əsrin ortalarındakı vəziyyəti ilə müqayisə edirdilər. B.Rassetin gəldiyi qəna-
ət belə idi ki, “Amerika Birləşmiş Ştatları Birləşmiş Krallığın XIX əsrdə əl-
də edə bilmədiyi bir səviyyədə dominantlığın bütün göstəricilərini qoruyub
saxlamağı bacardı” [21, s. 211]. C.Nay və H.Nau 1990-cı ildə apardıqları
Dostları ilə paylaş: |