Fəlsəfə və sosial-siyasi elmlər – 2011, № 1
- 112 -
strategiyanı dominantlığın göstəricisi kimi "lider" yaxud “vacib dövlət” ide-
yaları əvəzləyir. Bu ifadə ABŞ-ın keçmiş dövlət katibi Madlen Olbrayta aid-
dir və həmin ideya eks-prezident Bill Klinton tərəfindən də dəstəklənmişdir.
Liderliyi qoruyub saxlamaq üçün proqnozlaşdırılan yüksəliş və rəsmi
strategiyanın gözlənilmədən uğursuzluğa düçar olması belə bir inam forma-
laşdırmağa başladı ki, təkqütblü sistem olduqca təhlükəli və qeyri-stabil ma-
hiyyətə malikdir. Belə ki, tədqiqatçılar təkqütblü sistemi hərtərəfli müzakirə
obyektinə çevirmiş və bu barədə onların ümumi rəyi də, əsasən monopolyar
sistemin məhvə məhkum olması ilə əlaqədar olmuşdur.
Neorealistlərə görə, təkqütblü sistem bütün strukturlar arasında stabil-
lik ehtimalı ən aşağı dərəcədə olanıdır. Çünki gücün hər hansı bir konsentra-
siyası digər dövlətləri təhlükə altında qoyur və onları qüvvələr balansını tə-
min etmək üçün tədbirlər görməyə vadar edir. Digər qrup alimlər isə ehtimal
edirlər ki, gücün konsentrasiyası son nəticədə sülhə gətirir. Lakin onlar Ame-
rika Birləşmiş Ştatlarının üstünlükdən daha çox öz maraqlarını təmin etmək
məqsədilə istifadə etməyəcəyinə də şübhə ilə yanaşırlar [25, s. 915-916].
Ç.Kupçan qeyd edir ki, Birləşmiş Ştatların üstünlüyü möhkəm deyildir
və digər dövlətlərin aksiyaları nəticəsində asanlıqla ortadan qaldırıla bilər
[14, s. 46]. Analitiklərin əksəriyyəti vahid mərkəzdən idarə olunan dünyanı
– yunipolyar sistemi, "illuziya" (“illusion”), yaxud "təkqütblü an" (“unipolar
moment”), "uzun müddət davam etməyən" (“will not last long”), yaxud da
"çoxqütblülüyə güzəştə gediləcək" (“giving way to multipolarity”) kimi xa-
rakterizə edirlər. Lakin beynəlxalq münasibətlər üzrə tanınmış tədqiqatçı
Ç.Krautammer yunipolyar sistemin perspektivinə daha çox inanır. O, “tək-
qütblü an” ifadəsini istifadə edərək iddia edir ki, təkqütblülük ən son insan
nəslinə qədər davam edəcək potensiala sahibdir. Q.Sneyderin fikrincə isə,
“beynəlxalq system yenicə formalaşmaqda olan çoxqütblülük kimi təzahür
etsə də, birqütblülük təsiri bağışlayır” [24, s. 18]. Lakin alimlərin bir çoxu
beynəlxalq sistemin tamamilə təkqütblü olmasına tərəddüdlə yanaşırlar.
S.Hantinqtonun problemə yanaşması isə daha maraqlıdır. O, “Təkbaşına su-
pergüc” (“The Lonely Superpower”) adlı məqaləsində beynəlxalq münasi-
bətlər sisteminin gələcəyini xarakterizə edərkən "vahid çoxqütblülük" (“uni-
multipolarity”) terminindən istifadə edir [11, s. 36].
Siyasi elmlər
- 113 -
Beynəlxalq münasibətlər üzrə mütəxəsisslər təkqütblülük haqqında fi-
kir yürüdərkən, əksəriyyət tərəfindən eyni dərəcədə qəbul edilə bilən yanaş-
maya getdikcə daha çox diqqət yetirirlər. Onların fikrincə, yunipolyar sistem
daimi struktur kimi düşünülərkən, beynəlxalq sistemdə dəyişik elə bir səviy-
yəyə çatır ki, bu zaman başqa dövlətlər özünü hegemon hesab edən güc
mərkəzini balanslaşdırmaq üçün konfliktlərə meyllənirlər. Professor S.Xəli-
lov qeyd edir ki, bir çox hallarda kiçik dövlətlər arasında münaqişə ocaqları-
nın, yarı sülh, yarı müharibə şəraitinin saxlanılması da böyük dövlətlərə öz
geosiyasi planlarını həyata keçirmək sahəsində manevrlər etmək üçün im-
kan yaradır [9, s. 334]. Elə bu səbəbdən, təkqütblülüyün qeyri-stabil olması
ideyası Soyuq müharibədən sonra dünya siyasət arenasında hərtərəfli müza-
kirələrə yol açmışdır.
Təkqütblü sistemin sabitliyi problemi
1990-cı illərdən etibarən siyasi müzakirələrdə mərkəzi yer tutan prob-
lemlərdən biri də inkişaf etməkdə və dəyişməkdə olan beynəlxalq əməkdaş-
lığın modellərinin müəyyənləşdirilməsi, sıradan çıxmış qüvvələr balansının
tənzimlənməsi oldu. Bu problemləri tədqiq edən Uilyam Uolfort “Təkqütblü
dünyanın stabilliyi” əsərində qeyri-sabit olan gücün paylanmasına xidmət
edən və konfliktə meyilli üç mühakimə irəli sürür [28, s. 30].
Birinci mühakimə sistemin birqiymətli şəkildə təkqütblü olmasından
ibarətdir. Digər bir dövlət üzərində özünü biruzə verən üstünlüyün və nüfuz
dairəsinin getdikcə genişlənməsini müşahidə etmək Amerika Birləşmiş Ştat-
ların xarici siyasət prinsiplərinə tamamilə uyğundur. Beynəlxalq münasi-
bətlər sisteminin münaqişələrlə zəngin olan son iki əsrdəki strukturuna diq-
qət yetirsək görərik ki, böyük güclər əsasən bir və ya iki aparıcı dövlətin tər-
kibində birləşmiş və ya buna meyl göstərmişlər. Bu faktor özünü xüsusilə
dünya müharibələri ərəfəsində və müddətində, yaxud Soyuq müharibə döv-
ründə göstərmişdir.
Ötən əsrin sonlarından etibarən beynəlxalq münasibətlərdə müşahidə
olunan başlıca tendensiya onun bir çox istiqamətlərdə əsasən təkqütblü xa-
rakter almağa başlaması oldu. Tədqiqatçıların bir çoxunun da qeyd etdiyi ki-
mi, Amerika Birləşmiş Ştatlarını müasir dünya sistemində gücün bütün
Fəlsəfə və sosial-siyasi elmlər – 2011, № 1
- 114 -
aparıcı sahələrində – iqtisadiyyat, texnologiya, hərbi və geopolitik sahələrdə
həlledici üstünlüyə malik olan lider dövlət saymaq mümkündür. U.Uolfort
dünyanın təkqütblü xarakterini izah edərkən əsas etibarilə gücün maddi ele-
mentlərini mərkəzləşdirir. Lakin Aleksandr Vendt, Ceffri Leqro və Andrey
Moravsik kimi bir çox digər tədqiqatçılar ideya və maddi qüvvələr arasında
fərqli cəhətlərin izahına geniş yer ayırır [27, s. 66]. Cozef Nay “Liderlik
həddi: Amerikan gücünün dəyişkən təbiəti” (“Yumşaq güc” anlayışı) əsərlə-
rində bu problemə geniş yer ayırır. O qeyd edir ki, “Gücün bir çox qeyri-
maddi elementlərində də ABŞ üstün hesab olunur və bu amil təkqütblü sis-
temin stabil olması arqumentini gücləndirir” [20, s. 122].
Sistemin birqiymətli şəkildə təkqütblü olmasını daha məqbul hesab
edən yanaşmaya görə, gücün kəmiyyət və keyfiyyət baxımından görünmə-
miş dərəcədə konsentrasiyasını qısamüddətli və müvəqqəti "an" kimi təsvir
etmək, kökündən yanlışdır.
İkinci mühakimə isə təkqütblülük tendensiyalarının sülhə meyilli xa-
rakterə malik olması ilə bağlıdır. Amerika Birləşmiş Ştatlarının təbii gücü o
deməkdir ki, hazırkı sistemlərdə konfliktin vacib əhəmiyyət kəsb edən mən-
bəyi kimi iştirak etmir. O, beynəlxalq arenada aparıcı qüvvə kimi hegemon
qüdrəti təmsil edir. Belə bir situasiyada heç bir əsaslı güc faktoru Birləşmiş
Ştatların digər bir dövlətlə apardığı müharibə zamanı və ya rəqabətin daha
da kəskin xarakter aldığı bir vəziyyətdə ondan daha üstün olduğunu iddia
edən siyasi mövqe nümayiş etdirə bilməz. Yaxud, heç bir əsaslı güc faktoru
Amerika Birləşmiş Ştatları əleyhinə ümumi mübarizə kampaniyası forma-
laşdırıb ona qarşı güc nümayiş etdirə bilməzdi. Bunun bir səbəbi də odur ki,
təkqütblülüyün özü də bir çox məqamlarda digər aparıcı güc faktorları ara-
sında təhlükəsiz rəqabəti təmin edir. Sistemin lider dövləti olaraq ABŞ-ın
lokal konfliktləri və digər güc faktorları arasında getdikcə artan rəqabəti zə-
iflətməkdən ötrü beynəlxalq təhlükəsizlik institutlarının aparıcı gücünü əlin-
də saxlamaq üçün xüsusi vasitələri və rıçaqları mövcuddur.
Üçüncü mühakimə isə ondan ibarətdir ki, iddia olunan təkqütblülük
sülhsevər mahiyyətə malik deyil, lakin stabil bünövrəyə və sağlam təbiətə
sahibidir. Kennes Uolts ilk dəfə stabilliyin iki mənasını "İkiqütblü dünyanın
stabilliyi" anlayışında birləşdirmişdir. Onun fikrincə, "stabillik" sülhsevərlik
Dostları ilə paylaş: |