Siyasi elmlər
- 99 -
mətləndimir, həm də dənizdə gəmiçiliyin, balıqçılığın inkişafına, sahilyanı
ölkələr arasında sərhədlərin müəyyən edilməsinə və s. ciddi problemlər ya-
radacağına işarə vuraraq, onun mövqeyi ilə heç bir Xəzər ölkəsinin razılaşa
bilməyəcəyini proqnozlaşdırırlar. Tədqiqatçılar bu ölkənin Xəzərin statusu
ilə bağlı nümayiş etdirdiyi mövqeyinin aşağıdakı bir neçə prinsipə
əsaslandığını qeyd edirlər.
1.
İran istəyir ki, dəniz sahilyanı ölkələr arasında bölünsə də, hər
hansı ölkə digər sahilyanı dövlətlərin razılığını almadan öz sularından
sərbəst istifadə edə bilməsin;
2.
Qonşu ölkələrin əksəriyyəti ilə İranın birbaşa dəniz sərhədi
yaransın;
3.
Xəzərin hərbiləşdirilməsinə yol verilməsin;
4.
Ekoloji problemlər adı ilə Xəzərin dibi ilə neft-qaz kəmərlərinin
çəkilməsinə mane olunsun;
5.
Sahilyanı ölkələr arasındakı problemlərin həllində regiondankənar
dövlətlərin iştirakı məhdlaşsın;
6.
İranla ideoloji və siyasi ziddiyyəti olan Qərb dövlətlərinin hövzədə
möhkəmlənməsinin qarşısı alınsın və s.
İran həm də Xəzər bölgəsində Azərbaycanın reallaşdırdığı transmilli
enerji layihələrinə və xarici şirkətlərin bu işdəki iştirakına çox həssas
yanaşır. Təbii ki, bu məsələdə onun daha çox Azərbaycanla deyil, Qərb
ölkələri ilə, xüsusən də ABŞ-la kəskin münasibətləri əsas rol oynayır. İranla
Rusiyanın regiondakı geosiyasi proseslərə yanaşmada uzun müddət eyni
mövqedən çıxış etməsi də əsasən son amillə bağlıdır. İran da Rusiya kimi
istəyir ki, Xəzərin hüquqi statusu məsələsi nə qədər mümkündürsə uzansın,
bu ölkənin Qərblə münasibərlərinin taleyi tam aydın olmayana qədər bəhs
olunan məsələ həll edilməsin və deməli, başqa Xəzərətrafı dövlətlərin
geoiqtisadi maraqları İranın Qərblə əlaqələrinin girovuna çevrilsin.
Bir faktı da qeyd etmək lazımdır ki, İranın Xəzərin statusu ilə bağlı
mövqeyində 1992-ci ildən indiyədək demək olar ki, heç bir ciddi dəyişiklik
baş verməmişdir.
Xəzər sahilinin Mərkəzi Asiya hissəsini iki Orta Asiya ölkəsi - Qaza-
xıstan və Türkmənistan təmsil edir. Qazaxıstanın Xəzərdəki karbohidrogen
Fəlsəfə və sosial-siyasi elmlər – 2011, № 1
- 100 -
ehtiyatlarının miqdarı ilə bağlı bir-birini təkzib edən rəqəmlər olmasına
baxmayaraq, mütəxəssislərin fikirinə görə – bu ölkənin Xəzərdəki milli sek-
toru öz karbohidrogen resursları ilə digərlərinə nisbətən daha zəngindir.
Təkcə onun Xəzərdəki “Tengiz” yatağının neft ehtiyatları bir çox mütəxəs-
sislər tərəfindən 6-9 milyard barel miqdarında qiymətləndirilir.
Xəzərin statusu məsələsində 1993-cü ildən başlayaraq Azərbaycanın
ən yaxın müttəfiqi qismində Qazaxıstan Respublikası çıxış edir. Digər sahil-
yanı ölkələrdən fərqli olaraq, Qazaxıstanın Azərbaycanla münasibətləri ke-
çən dövrdə yalnız yüksələn xətt üzrə inkişaf etmiş və hər iki ölkə həm Xə-
zərin hüquqi statusu, bölgənin yeni transmilli ixrac kəmərləri məsələsi, həm
də dənizin mineral ehtiyatlarının istismarı və enerji daşıyıcılarının dünya
bazarlarına çıxarılması sahəsində eyni və ya oxşar mövqedən çıxış etmişlər.
Bu gün məhz Azərbaycan, Rusiya və Qazaxıstanın Xəzərin dibinin
bölünməsinə dair imzaladığı ikitərəfli və üçtərəfli sazişlər, problemin həlli
istiqamətində vacib amilə çevrilib. Təsadüfi deyil ki, 2004-cü ilin mart
ayında Qazaxıstana səfəri zamanı Azərbaycan Respublikasının Prezidenti
İlham Əliyev Xəzərin statusu məsələsinin həllində məhz Bakı, Moskva və
Astananın rəsmi mövqelərinin, üç ölkə başçılarının imzaladığı ikitərəfli və
üçtərəfli sazişlərin əsas götürülməsini vacib saymışdır.
Xəzərin statusu məsələsində Qazaxıstanın mövqeyi sadə və konkret-
dir. Qazaxıstana görə, dənizin dibi ölkənin quru ərazisinin geoloji davamıdır
və onun milli suverenliyin tətbiq olunduğu ərazisi hesab olunmalıdır. O ki,
qaldı dənizin dibinin böyüklüyünə (sərhədinin ölçülərinə), bu koordinatlar
hər bir ölkənin sərhədinin – sahil xəttinin uzunluğuna adekvat olmalıdır. Yə-
ni, dəniz dibinin sərhədləri quru sərhədlərinin davamıdır. Qazaxıstan hesab
edir ki, BMT-nin 1982-ci ildə qəbul etdiyi “Dəniz hüquqları haqqında”
Konvensiyanın əsas müddəaları Xəzərdə tətbiq oluna bilər. Onun Barents,
Baltik, Qara dəniz, Fin körfəzi və başqa sututarlarda tətbiq olunan "bərabər
məsafə metodu" sadədir və praktik olaraq Xəzərdə həyata keçirilə bilər.
Qazaxıstanın Xəzər dənizinin geosiyasi məsələləri ilə bağlı Azərbay-
candan əsas fərqi bu məkanda reallaşdırdığı bütün işləri bir qədər ehtiyatlı
şəkildə həyata keçirməsi, quruda və dənizdə xarici şirkətlərlə birgə reallaş-
Siyasi elmlər
- 101 -
dırdığı transmilli layihələrə Rusiyanı yaxından cəlb etməsi və bütün fəaliy-
yətini müəyyən mənada bu dövlətlə razılaşdırmasıdır.
Xəzərin hüquqi statusuna dair ölkələr arasında uzun müddət qeyri-
müəyyən vəziyyətin hökm sürməsində Türkmənistanın nümayiş etdirdiyi
rəsmi mövqenin də mühüm rolu olmuşdur. Məlum olduğu kimi, Türkmənis-
tan bölgədə, ilk növbədə, özünün dünya əhəmiyyətli zəngin təbii qaz eh-
tiyatları ilə tanınır. Xəzərin statusu və Qərb investisiyalarının bölgəyə gəl-
məsinə münasibətdə Türkmənistanın maraqları və mövqeyi Azərbaycanınkı
ilə tam üst-üstə düşür. Düzdür, bu ümumilik yalnız xarici şirkətlərlə birgə iş
aparmaq və öz məhsullarını sərbəst şəkildə dünya bazarlarına çıxarmaq ehti-
yacında müşahidə olunur. Lakin Xəzərin statusu, milli sektorların sərhədləri,
xarici kapital cəlb etmə və s. məsələlərdə iki ölkə arasında həm də rəqabət
və fikir ayrılıqları mövcuddur.
Türkmənistan Xəzərin hüquqi statusu məsələsində ilk dövrlərdə Rusi-
ya və İranla birləşərək bəyan edirdi ki, “Xəzər beş ölkənin daxili gölüdür və
burada heç bir xarici dövlət yaxud region ölkəsi təkbaşına, hamının razılığı-
nı almadan hər hansı bir iş apara bilməz”. Bu yanaşma İran və Rusiyadan
əxz olunmuş mövqe idi və Türkmənistanın onu niyə müdafiə etməsi hələ də
mütəxəssislər üçün qaranlıq olaraq qalır. Çünki, həmin dövrdə Türkmənis-
tan Xəzərdə təkbaşına fəaliyyətin əleyhinə çıxış etməklə yanaşı, həm də özü
hamıdan əvəvəl, 1993-cü ildə ölkənin dövlət sərəhdləri haqqında qəbul etdi-
yi bəzi qanunvericilik aktlarında Xəzərin 12 millik sahil ərazilərini (“Dəniz
hüquqları haqqında” BMT Konvensiyasına əsaslanaraq) “Türkmənistanın
milli ərazisi”, orta xəttinə qədər olan digər su hövzəsini isə “iqtisadi zona”
elan etmişdi. Bu hadisədən cəmi bir il keçməmiş S.Niyazov Rusiya prezi-
denti B. Yeltsinin bu məsələ ilə bağlı emosional vəziyyətdə səsləndirdiyi fi-
kirlərini dəstəkləyərək, bəyan edirdi ki, “Xəzərin nə dibi, nə də su səthi heç
kim tərəfindən bölünə bilməz.” («Независимая газета», 1995, 6 декабря).
Sonrakı illərdə Tükmənistan Rusiya və İrana qoşularaq, Azərbaycan
və Qazaxıstanı Xəzərdə xarici şirkətlərlə birgə sərbəst fəaliyyət göstərmək-
dən çəkindirmək üçün 1996-cı ildə “Üç ölkənin sahil sərhədlərində birgə
kəşfiyyat və qazıntı işlərinin aparılması” haqqında təhrikedici bir memoran-
dum da imzalamış və guya kimlərləsə Xəzərdə birgə fəaliyyətə başlamaq
Dostları ilə paylaş: |