Siyasi elmlər
- 93 -
bir qədər sonra Rusiya Azərbaycanla da Xəzərin dibinin orta xətt üzrə milli
sektorlara bölünməsi haqqında danışıqlara başlayır və müvafiq şazişlərin ha-
zırlanması tapşırığını verir ki, bu da faktiki olaraq “Xəzərin hüquqi statusu”
məsələsini bölgə ölkələrinin və beynəlxalq aləmin geosiyasi gündəmindən
çıxarır.
Rusiyanın mövqeyindəki status məsələsindəki konstruktiv dəyişiklik-
lər, müvafiq olaraq dərhal Rusiya Azərbaycan münasibətlərinə öz müsbət
təsirini göstərməyə başlayır ki, bu da bütün hövzəyə konstruktiv bir ovqat
gətirir. Rusiya prezidenti V.Putinin 8-9 yanvar 2001-ci ildə Azərbaycana
rəsmi dövlət səfəri çərçivəsində Azərbaycan Prezidenti Heydər Əliyevlə im-
zaladığı “Xəzər dənizində birgə fəaliyyət” haqqında Bəyanatda
Azərbaycanın başlanğıcdan təklif etdiyi “Xəzərin orta xətt üzrə milli
sektorlara bölünməsi” prinsipi cüzi dəyişikliklərlə öz əksini tapdı. Təxminən
bir il sonra - 23 sentyabr 2002-ci ildə Prezident Heydər Əliyevin Moskvaya
səfəri çərçivəsində iki ölkə başçıları arasında imzalanan dövlətlərarası
sazişin əsasına da məhz bu prinsip qoyulmuşdur. Beləliklə, üçüncü
mərhələdə Rusiyanın mövqeyində müşahidə olunan konstruktivlik faktiki
olaraq “Xəzərin statusu” kimi ortaya atılmış, özündə cddi geosiyasi təhlükə
yükü daşıyan ziyanlı və süni problemi üç ölkə – Rusiya, Qazaxıstan və
Azərbaycan üçün həll etdi. Az keçməmiş, 2003-cü il mayın 14-də Astanada
Azərbaycan, Rusiya və Qazaxıstan arasında “Xəzərin dibinin ora xətt üzrə
milli sektorlara bölünməsi, su səthinin ümumu istifadəsi” haqqında üçtərəfli
saziş imzalandı və tərəflər, Xəzərin dibinin bölünməsinə dair yekun razılığa
imza atdılar. Üçtərəfli sazişə görə, orta xətt üzrə Xəzərin dibinin 18,7 faizi
Rusiyanın, 19,5 faizi Azərbaycanın, 29,6 faizi isə Qazaxıstanın nəzarətində
qaldı.
Qeyd edək ki, orta xətt prinsipini qəbul etməyən digər hövzə dövlətlə-
rinin – İranın payı bu bölgü üzrə 13,8%, Türkmənistanınkı isə 18,4% təşkil
edir.
Xəzərin statusu ilə bağlı imzalanmış üçtərəfli saziş, dənizdəki qüvvə-
lər nisbətini köklü şəkildə dəyişdi və hələ 1992-ci ildə yaranmış «geosiyasi
bloklaşma» prosesinə Azərbaycanın xeyrinə müsbət təsir göstərərək, yeni
geosiyasi vəziyyət yaratdı. Rusiya status məsələsində artıq İranla deyil,
Fəlsəfə və sosial-siyasi elmlər – 2011, № 1
- 94 -
Azərbaycan və Qazaxıstanla ümumi dil tapmağa üstünlük verdi. Qeyd edək
ki, Rusiyanın Xəzərin statusuna yanaşmasındakı dəyişikliklər Moskvanın
özündə də birmənalı qarşılanmadı. Bir sıra şovinist-ekstremis və millətçi
dairələr, erməni kökənli politoloqlar, millətçi cərəyan tərəfdarları, jirinov-
skilər və s. Moskvanı “Xəzərdəki mövqelərini itirməkdə” günahlandıraraq,
Putin hökumətinin siyasətinə qarşı ciddi etiraz nümayiş etdirməyə cəhd
göstərdilər.
Tədqiqatçıların fikrinə görə, Rusiyanın Xəzərlə bağlı mövqeyindəki
dəyişikliyin bir sıra başqa səbəbləri var idi.
Əvvəla, Rusiya ilə sahilyanı postsovet ölkələri arasındakı ziddiyyətlər
gücləndikcə, həmin dövlətlər Moskvanın təsir dairəsindən daha sürətlə
uzaqlaşmaq kursunu seçərək, başqa dünya güclərinə üz tuturdu. Artıq bunun
ilkin əlamətləri də göz önündə idi.
İkincisi, bir neçə il Qərbin bölgəyə gəlişinin qarşısını ciddi-cəhdlə al-
mağa çalışan Rusiya əks effektlə qarşılaşaraq, nəinki uğursuzluğa düçar ol-
muşdu, həm də, bölgənin neft-qaz ehtiyatlarının «bölüşdürülməsi» prosesin-
dən kənarda qalmaq təhlükəsilə üzləşirdi.
Bir sözlə, Rusiyanın Xəzər probleminə yanaşmasındakı dəyişikliklər
daha çox obyektiv səbəblərlə bağlı idi. Lakin bu məsələdə Azərbaycanın tut-
duğu mövqeni də tədqiqatçılar nəzərdən qaçırmırlar. Tam əminliklə söylə-
mək olar ki, Rusiyanın Xəzər siyasətindəki dəyişikliklərə Azərbaycanın böl-
gədə yeritdiyi birmənalı konstruktiv, ədalətli və beynəlxalq hüquqa söykə-
nən prinsipial siyasətin təsiri olmuşdur. Tədqiqatçılar hesab edir ki, əvvəla,
sahilyanı ölkələr arasında öz milli sektorundakı neft və qaz yataqlarında xa-
rici tərəfdaşlarla işləməyə başlayan ilk ölkə məhz Azərbaycan olmuşdur.
Yalnız rəsmi Bakının bu təşəbbüsündən sonra Qazaxıstan, Türkmənistan və
Rusiya da anoloji addımlar atmağa başlayırlar.
İkincisi, 1994-cü ildə imzalanmış «Əsrin müqaviləsi» Azərbaycanın
Qərbdəki, Qərbin isə Xəzər hövzəsindəki mövqelərini xeyli möhkəmləndir-
di və rəsmi Bakı Rusiya ilə İranı real geosiyasi vəziyyət qarşısında qoydu.
Bu müqaviləni aqressiv qarşılayan Rusiya, sonda onu tanımağa və özü hə-
min müqavilələrdən bəhrələnməyə başladı.
Siyasi elmlər
- 95 -
Üçüncüsü, Xəzərin statusuna dair danışıqların getdiyi bir vaxtda-
1995-ci ildə Azərbaycanın yeni qəbul olunmuş Konstitusiyası ölkə vətən-
daşlarının iradəsinə söykənərək, Xəzərin ona aid hissəsini hüquqi cəhətdən
“tam rəsmiləşdirdi və xarici şirkətlərə Xəzərdə tam milli təminat verdi”.
Azərbaycan Konstitusiyasının 11-ci maddəsində deyilir ki, ölkənin daxili
suları, Xəzərin ölkəyə məxsus sektoru və bu ərazi üzərindəki hava məkanı
Azərbaycan Respublikası ərazisinin tərkib hissəsidir.
1995-ci ilin aprelində ABŞ Prezidenti Bill Klinton Azərbaycanın döv-
lət başçısı Heydər Əliyevə məktub göndərərək, Xəzərin sektorlara bölünmə-
si ilə bağlı bu ölkənin mövqeyini dəstəklədiyini bəyan edir. Bu addım rəsmi
Bakının geosiyasi xəttinin digər sahilyanı ölkələrin siyasətini üstələməsinə
dəlalət edən vacib məqam idi ki, bu da ümumən “status mübarizəsinə” təsir-
siz ötüşmədi. Yaranmış əlverişli vəziyyətdən istifadə edən Azərbaycan döv-
ləti Xəzərdəki sərhədlərini yeni Konstitusiyada əks etdirməklə öz milli sek-
toruna iddiasını tam rəsmiləşdirdi və beləliklə, danışıqlar zamanı əlavə hü-
quqi üstünlüklər əldə etdi.
Üstəlik, bir vacib məqama da diqqət yetirmək lazımdır: rəsmi Bakının
Xəzərin milli sektorlara bölünməsinə dair təşəbbüsü Azərbaycanın hövzədə-
ki mövqelərini daha da möhkəmləndirir və digər sahilyanı dövlətlərlə müqa-
yisədə, onun üçün daha əlverişli beynəlxalq geosiyasi dəstək vəd edirdi. Be-
lə ki, bu cür bölgü zamanı sahilyanı ölkələr arasında dəqiq dəniz sərhədləri
yaranırdı. Bu isə o demək idi ki, Rusiya avtomatik olaraq İran və Türkmə-
nistanla, Türkmənistan Rusiya ilə, İran Qazaxıstan və Rusiya ilə, Qazaxıstan
isə İranla ümumi dəniz sərhədlərini itirirdi. Yalnız Azərbaycan bütün sa-
hilyanı ölkələrlə ümumi sərhədə malik olurdu.
Amma təbii ki, Azərbaycan, Qazaxıstan və Rusiyanın Xəzərin hüquqi
statusuna dair üçtərəfli saziş imzalaması və dənizin dibinin milli sektorlara
bölünməsi ilə bağlı razılığa gəlməsi, ümumilikdə bu problemin tam həlli de-
mək deyil. 1995-ci ilin yanvar-fevralında Aşqabad, iyununda Tehran, sent-
yabrında Almatı, 1996-cı ilin mayında Tehran, noyabrında Aşqabad, 1997-
ci ilin mayında Almatı, 1998-ci ilin dekabrında Moskva, sonrakı- 2010-cu
ilə qədərki dövrdə digər ölkələrin şəhərlərində Xəzərin statusu lə bağlı keçi-
rilən konfranslarda bu “problem” hərtərəfli müzakirə olunsa da, yekun rəyə
Dostları ilə paylaş: |