Fəlsəfə və sosial-siyasi elmlər – 2011, № 1
- 108 -
Prof. Dr. Ali Hasanov
The Issue of the Juridical Statute of the Khazar Sea
and the Geoeconomical Interests of the Azerbaijan
(summary)
The author glances at the history of the problem and analyses the approaches
of the Caspian basin countries to the defining of the juridical statute of the Caspian
Sea. The article explores appropriateness degree of the approaches to the norms of
the international law. The author remarks that the approaches of the Caspian basin
countries have changed positively during the recent years and he associates these
changes to the political will of the Azerbaijan. The author also evaluates the
contracts regarding to the division of the bottom of the Caspian Sea which was
signed between three countries Azerbaijan, Russia and Kazakhstan and he looks
over these contracts as an important factor for the solution of the problem.
Key words:
juridical statute, international law, geopolitical interests,
geoeconomical interests, Caspian basin
Али Гасанов
д.и.н., профессор
Проблема юридического статуса Каспия
и геоэкономические интересы Азербайджана
(резюме)
В статье автор, делая экскурс в почти трехсотлетнюю историю пробле-
мы, анализирует геополитические подходы стран Каспийского бассейна к
определению юридического статуса Каспия и степень их соответствия требо-
ваниям норм международного права. Отмечаются прогрессивные сдвиги в
подходе некоторых стран к проблеме, что, по мнению автора, объясняется
продемонстрированной Азербайджаном за прошедшие годы политической
волей, отвечавшей общим интересам всех стран бассейна. Особое место в
статье уделено оценке двухсторонних и трехсторонних соглашений между
Азербайджаном, Россией и Казахстаном по разделу дна Каспийского моря
как существенному фактору в направлении решения проблемы юридического
статуса Каспия.
Ключевые слова:
юридический статус, международное право, геопо-
литические интересы, геоэкономические интересы, Каспийский бассейн.
Siyasi elmlər
- 109 -
Prof. Dr. Ali Hasanov
Hazar’ın Hukukî Statüsü Sorunu ve Azerbaycan’ın
Jeoekonomik Çıkarları
Yazar makalede sorunun 300 senelik tarihine göz atmakta, Hazar bölgesi
ülkelerinin Hazar’ın hukukî statüsünün belirlenmesiyle ilgili jeopolitik
yaklaşımlarını analiz etmektedir. Aynı zamanda söz konusu yaklaşımların ulus-
lararası hukuk normlarına uygunluk derecesi araştırılmaktadır. Bazı bölge
ülkelerinin yaklaşımlarında olumlu değişikliklerin gözlendiğini beliirten yazar, bu
durumu Azerbaycan’ın son seneler sergilediği ve tüm bölge ülkelerinin çıkarlarını
gözeten siyasi iredeyle açıklamaktadır. Makalede Azerbaycan, Rusya ve
Kazakistan’ın Hazar denizinin altının paylaştırılmasıyla ilgili anlaşmalar da
değerlebdirilmekte, söz konusu anlaşmalar sorunun çözümü yolunda önemli bir
faktör olarak ele alınmaktadır.
Anahtar kelimeler:
hukukî statü, uluslararası hukuk, jeopolitik çıkarlar,
jeoekonomik çıkarlar, Hazar bölgesi.
Fəlsəfə və sosial-siyasi elmlər – 2011, № 1
Birqütblü dünya sisteminin
təhlükəsizlilk və stabillik baxımından təhlili
Füzuli Məcidli
1
Giriş
Sovet İttifaqının dağılması qlobal miqyasda qüvvələr nisbətində də
çox böyük dəyişikliyə səbəb oldu. Rusiyanın fövqəlgüc statusunun qısa
müddət ərzində əlindən çıxması təxminən yarım əsr davam edən bipolyar
sistemi dağıtdı və Amerika Birləşmiş Ştatları dünyada hegemon rol oynama-
ğa başladı. Alimlər Birləşmiş Ştatların qüdrətinin yüksəldiyi yeni "təkqütblü
an"ı (təkqütblü mərhələni) [13, s. 24] araşdırmaq üçün ciddi tədqiqatlar orta-
ya qoydular. Bipolyar sistemin Sovet cəbhəsində yer alan Azərbaycanın
müstəqillik qazanması və onu möhkəmləndirməsi, müstəqil, balanslaşdırıl-
mış siyasətə üstünlük verməsi, beynəlxalq sistemin formalaşmasına təsir
göstərən transmilli layihə və təşkilatlarda aktiv rol oynaması, habelə, geosi-
yasi mövqe baxımından vaxtilə iki qütb arasında “sərhəd xətti”nidə yerləş-
məsi ölkəmizdə də təhlükəsiz və stabil dünya sistemi ilə bağlı tədqiqatları
zəruri etmişdir. Çünki, “iki dünya sisteminin qarşıdurmasından qüvvələr
nisbətinin yenidən bölüşdürülməsinə keçid şəraitində kiçik bir ölkənin yük-
sək müstəqillik dərəcəsini qoruyub saxlaması olduqca çətin bir prosesdir”
- 110 -
1
AMEA-nın Fəlsəfə, Sosiologiya və Hüquq İnstitutunun doktorantı
Siyasi elmlər
- 111 -
[9, s. 326]. Buna görə də, təhlükəsiz dünya sistemi və qarşılıqlı anlaşmalar
axtarışında Azərbaycan öz töhfəsini verərək xarici siyasət prioritetlərini bir
neçə istiqamətdə qruplaşdırır. Akademik R.Mehdiyevin qeyd etdiyi kimi,
bunlar Avropaya və onun institutlarına inteqrasiya, Avropanın təhlükəsizlik
arxitekturasında fəal iştirak etmək, Azərbaycanı inkişaf etmiş regional güc
dövlətinə çevirmək və Cənubi Qafqazın təhlükəsizliyində maraqlı olan bü-
tün güc dövlətlərlə əməkdaşlığı əhatə edir [8, s. 11].
Təsadüfi deyildir ki,
Azərbaycan bu gün beynəlxalq sülh və təhlükəsizliyin qorunmasında mü-
hüm rol oynayan sivilizasiyalararası dialoqun möhkəmlənməsini özünün da-
xili və xarici siyasi fəaliyyətinin prioritetinə çevirmişdir.
Təkqütblü dünya “istəyi”
Nəzəri baxımdan təkqütblü dünya sisteminin reallaşması üçün vahid
maraqların formalaşması zəruridir. Bəs zəngin müxtəliflik şəraitində bu hal
mümkündürmü? Professor S.Xəlilovun fikrincə, “Beynəlxalq miqyasda ma-
raqların tamamilə üst-üstə düşməsi mümkün deyil. Əgər belə olardısa iki
müxtəlif dövlətin mövcudluğuna ehtiyac qalmazdı, onlar birləşərdilər. Söh-
bət maraqların bu və ya digər müstəvidə əsasən üst-üstə düşməsindən, qis-
mən üst-üstə düşməsindən və köklü surətdə fərqlənməsindən gedə bilər. Be-
lə olduqda ölkələr arasında münasibətlərdə sülhün dayanıqlığı və daxili gər-
ginlik dərəcəsi də bu maraqların eyniyyət və fərq dərəcələrinə uyğun olaraq
formalaşır” [8, s. 331-332]. 1992-ci ildə isə Birləşmiş Ştatların baş hərbi
idarəsi – Pentaqon beynəlxalq miqyasda rəqiblərin qarşısını alan təkqütblü
mərkəz rolunu inkişaf etdirmək məqsədilə yeni, böyük strateji layihə işləyib
hazırladı. “Yeni əsr üçün milli təhlükəsizlik strategiyası” adlanan həmin la-
yihə çox keçmədən tənqidlərlə qarşı-qarşıya qaldı. Belə ki, ölkənin həm da-
xilində, həm də xaricində təkqütblü sistemi qoruyub saxlamaq məqsədi ilə
atılan addımları təhlükəli hesab edən iddiaçılar ortaya çıxdı. Bu strategiya-
nın tam dolğun və nəzəri əsaslandırılmış tənqidi Kristofer Leynin "Təkqütb-
lü illüziya: Yeni böyük güclərin əmələ gəlmə səbəbi" [16, s. 5-51] və "Üs-
tünlükdən qeyri-məhdud balansa doğru: Amerikanın gələcək Böyük Strate-
giyası" [15, s. 86-124] məqalələrində əksini tapmışdır. Bundan sonra Birləş-
miş Ştatlar rəsmi şəkildə layihəni reallaşdırmaqdan geri çəkilsə də indi bu
Dostları ilə paylaş: |